Zövqümü oxşayan rəqabət
Posted On 1 янв. 2008 г. at на 03:48 by Aygün İslamzadə
Bloqumun oxucularını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edirəm. Əksəriyyətinizi bir-bir təbrik etdiyimdən banal təbrik sözlərini yenidən təkrar etmək əvəzinə mətləbə keçmək istəyirəm. Mətləb isə bundan ibarətdir ki, bu Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd olunması mənim çox xoşuma gəlir. Bu gözəl bayram Dünya Azərbaycanlılarının birlik və vətən anlayışının formalaşmasına şübhəsiz ki, çox müsbət təsir edir. Amma əmmasız keçinmək çətindir və əsas əmma qoyanlardan biri kimi deyə bilərəm ki, bu bayramın 31 dekabr, yəni ilin son günü - gələcək ilin həvəslə qarşılandığı bir günə nə adla salındığını şüurum qəbul edə bilmir. Düşünürəm ki, bu günün yeni ilin gəlişi ilə üst-üstə düşməsi əslində onun daha zəif qeyd olunmasına, bir növ kölgədə qalmasına səbəb olur. Düzdür ki, adı formal olaraq çox hallanır, kim yeni ili təbrik etmək istəyirsə yanına bu bayramı da qoşur, amma həyatının bir ilini də yola salmaq münasibətilə həyəcənlanmış ürək və emosiyalar piki yaşayan beyin Həmrəylik gününü nə dərəcədə özünə yaxın buraxır? Ola bilsin ki, bu ideya heç də təsadüfən yaranmayıb, məqsəd o olub ki, bu bayram daha da təmtəraqla qeyd olunsun, amma xaricdə yaşayan həmyerlilərimizin Həmrəylik gününü 26-30 dekabr arası qeyd etməsini nəzərə alsaq bir sual meydana çıxır. Bu malı malı qatmaq və ya marketinq dili ilə desək kobrendinq lazim idimi?
Əslinə qalsa, yazmaq istədiyim elə kobrendinq mövzusu idi. Kobrendinq müştəri loyallığı proqramlarından biridir. Bütün loyallıq proqramları kimi o da istehlakçı ilə sabit, uzunmüddətli münasibətlərin formalaşması üçün nəzərdə tutulub. Bu hər hansı bir ticarət markasının müştəri uğrunda mübarizəsində özünə tərəfdaş axtarmağının nəticəsidir. Əlbəttə ki, güclərini birləşdirən iki brend rəqibə qarşı daha dözümlü olmalıdır. Amma bayaqkı əmmasız burda da keçinmək mümkün deyil. Müştərək mövqeləşmənin sinergetik effekti bunların bir-birinin təsirini gücləndirməsindən və ya əksinə azaltmasından birbaşa asılıdır. Əgər brendlərdən biri yeni doğulmuş, digəri isə insan beyinlərində özünə kifayət qədər yer qazanmışsa, zəifin güclünün təsirilə həll olub yoxa çıxmaq riski çox böyükdür. Necə ki, özünə müəyyən dərəcədə formal ad saxlayan Həmrəylik günü öz layiqli yerini Yeni ilə görə tuta bilmir, zəif brend də özünəməxsus pozisiyalaşmadan uzaq qalır və tədricən unudulmağa məhkum olur. Və yaxud kobrendinqləşmiş iki məhsuldan biri zəngin auditoriya üçün, digəri isə gənclər üçün nəzərdə tutulubsa bu birgə işdən müsbət nəticə alinmaması heç də qeyri-adi olmaz.
Amma uğurlu kobrendinq nümunələri də az deyil. Hal-hazırda əlimin altında olan və mənim üçün hava ilə sudan cəmi bir damcı az əhəmiyyəti olan Acer Ferraridən yazmaq istəyirəm. İlk baxışdan al rənginə aşiq olduğum Acer Ferrari açılışında Windows-un standart səsi əvəzinə Ferrari motorunun səsi ilə məni şoka salmışdı. İndi isə bu səs olmadan günümü təsəvvür edə bilmirəm. Bazara təzə çıxanda bu model öz dəyərindən 70%, onunla rəqabət nəticəsində meydana gəlmiş Asus Lamborghini isə 65% bahasına satılırdı. İnsanlara bu innovasiyaların qiyməti deyil, onların hiss elətdirdiyi dəyər maraqlı idi və qəribəsi bundadır ki, Asus Lamborghininin bazara gəldiyi vaxtı artıq ucuzlaşmış və əlçatmazlığının azaldığı Acer Ferrari ona olan tələbatın azalmasında rol oynaya bilmədi. İnsanlar defisit Asus Lamborghinini axtarır və ona sahib olmaq imkanını əldən vermək istəmirdilər. Asus əvvəldə Avropa informasiya texnologiyaları bazarında çox da məşhur olmasa belə, sonradan ağıllı marketinq siyasəti yeridərək öküzlə bəzədilmiş məhsulunun uğurla irəliləməsinə yol açır.
Portativ kompyuterlərin və maşınların birliyi atlarla və öküzlərlə bitmir, hal-hazırda Sony Vaio noutbukları ilə təchiz olunmuş BMW avtomobilləri kobrendinq üçün ən yaxşı nümunələrdən biridir. Gələcəkdə isə Fujitsu Siemens Computerslə 4 üzüyün hökmranı Audinin və ya Toyotanın iş birliyi ola bilər. Başa düşdüyüm qədər, bu mövzuda verdiyim şəkildəki noutbuk sadəcə kiminsə təxəyyülünün nəticəsidir.
Zövqümü oxşayan noutbuklara baxdıqca düşünürəm ki, rəqabəti də zövqlə etmək gərəkir.
Aygün, yazında həmişəki kimi çox maraqlı ve orijinal mövzuya toxunmusan. Elə təkcə mövzu seçiminə görə blogunu ən maraqlı bloglar siyahısına salmaq olar.
Bunun üçün 2-ci səbəb isə yazı dilidir. Yenə Mükəmməl))) Deyəsən sən başqa cür bacarmırsan))
Həmrəylik Gününün 31 dekabrda qeyd olunması "bir daşla, iki quş" vurmaq siyasəti əsasında olmayıb.
Dekabrın 31-də Araz çayı boyu Sovet-İran sərhədi boyunca tonqallar alovlandı, onlar milli birliyin və həmrəyliyin nişanəsinə çevrildi.
Güney və Quzeyi ayıran sərhədlər dağıdıldı.
Orxan, hemisheki kimi sen ilk sherhinle menim bloqumu ve meni sevindirdin. Eslinde bu yaziya rey gozlediyim qeder hech bir yazi uchun gozlememishem. Bayram gecesi saat 4-de bitirdiyim uchun yazinin keyfiyyeti ile bagli ciddi shubhelerim vardi.
Hemreylik gunu ile bagli yazdiqlarini ise eslinde bilirdim, amma movzunun bu hissesine toxunsaydim chox derine getmeli olacaqdim ve yazim marketinq haqqinda deyil, siyaset haqqinda olacaqdi. Men yene de Hemreylik gununun daha yaxshi qeyd olunmasi uchun onun bashqa gune salinmasi terefdariyam. Neye terefdar oldugumun ise hech neyi deyishdirmeyeceyini yaxshi bilirem. :)
D&G-nin motorola ile bir muqavilesi var idi..Bu da bashqa numune...Hazirda bu tip anlashmalarla bagli chox numuneler gostermek olar. ancaq, menim uchun maraqli olan dogurdan da bunlarin tesirleridir:satisha tesiri, markanin umumi degerine tesiri. Bunu ise biz blogcularin oyrenme imkanlari chox chetindir. markalarin marketing shobeleri yeqin bunu arashdirirlar ve tesirine inandiqlari uchun de davam edirler.
Ancaq, bir mesele de var ki, burada markalarin esas meqsedleri maraka fanatlarinin fanatikliyinden son damlasina qeder istifade etmekdir. Bele ki, Ferrari fanati bir adamin laptopunu achdiqda F1 Ferrari sesi vermesinin xususi bir fayda emsali yaratdigini dey bilmerik, ancaq ortada hezz ve bashqalarina "bax menim damarimdan qan yox benzin axir, ozum de 4.6 v12 motordan guc aliram" demek var. Yeqin ki, ishe yarayir. D&G de, "menim mushterilerim tepeden dirnaga D&G"lidir demk uchun bunu edib.
Aygün xanım, insanın hər şeyi, o sıradan da, bayramları öz ixtisasının (və/və ya peşəsinin)prizmasından görməsi nə qədər xoş və maraqlıdır! Bu, peşəyə sevginin parlaq əlamətidir.
Mən sizin real marketinq proyektlərinizin necə olmasını (və ya olacağını)çox mərak etdim.
P.S. :))) Yeri gəlmişkən, bizim bloqlarımızda bir-birinə keçidlər yerləşdirməyimiz rebrendinq örnəyi sayıla bilərmi? )))
Rustem, sherhe gore teshekkur edirem. D&G da chox gozel numunedir. Onlar kobrendinqden chox ve bele basha dushurem ki, ugurlu shekilde istifade edirler ki, her defe yeni bir kobrendinqleri ile rastlashiriq. Meselen Pepsico ile birge geyim istahsallari var idi.
Bir terefden de inanmiram ki, her hansi bir shirket oz loqosunu ve adini ancaq loyalliq namine istifadeye versin, her halda bunun qarshiliginda maddi nelerse de alirlar. Bax, ele goturek menim numunemi, ACer Ferrari. Oz deyerinden 70% baha, sonra ise Lamborghini 65% baha idi. Eminem ki, Ferrariye paxillanan Lamborghini Asusdan daha az goturub deye arada 5% ferq var idi..:)BU bir zarafatdir..
Vusal, evvela onu yeniden qeyd etmek isteyirem ki, yazilarini bu derecede beyendiyim bir professional jurnalistden bele sherhler aldigim uchun chox sevinirem.
Chox dogru deyirsiniz, marketinqi hedsiz sevirem, hetta bezen yuxudan duranda butun bu yuxu idi deye qorxuram, tez reflerde kitablara baxiram, marketinqden kitab gozume deyende yuxu deyilmish deye rahat nefes aliram.:))Gozlerim yashardi bele..
Amma realliqda mesele bir az ferqlidir. Yeni ortaliga qoyacaq ve fexr edile bilecek marketinq proyektim yoxdur. Inshallah gelecek zamanda gorersiniz.
Bizim linklere geldikde ise bu adi, ag , temiz pr-dir. Buna gore de ayrica teshekkur, chunki ele yazmisiniz orda haminin maragi dogur baxmaq uchun, ustelik kechidlerin sayi goz qabaginda oldugu uchun effektini de gormek olur. Bir sozle, sizde olan esl PR-dir. Men ise gerek yeniden baxish edem linklere ve sizi numuna goturerek daha maraq doguracaq shekilde yazim. Indi dediyim yeniden baxishi ise hardasa rebrendinqe benzetmek olar.
Rebrendinq ise her hansi bir brendin vizual gorkemi ile movqeleshme prosesinde deyishikliyi, loqosunun ve adinin deyishdirilmesine deyilir. Bezen cinql, yeni musiqi mushayieti de buna daxildir. Eger bu deyishiklik daha qlobal seviyyede olub mehsulun bazarda movqeyini tamam deyishdirirse, onda buna repositioning, eger sadece loqosu ve dizayni deyishilirse restyling deyilir.
Aygün, sənin şərhlərini oxumağın özü də maarifləndirir:)