Tomas Ged və 4D brendinq



Srağagün mak.az-ın səbəbkarlığı ilə brendinq qurularından biri, “4D brendinq” kitabının müəllifi Tomas Gedin seminarında iştirak etdim və bu təəssüratlarımı bölüşmək istəyirəm.
Əvvəla Tomas Gedin şəxsiyyətindən danışım. 15 il əvvəl meydana çıxardığı Nokia – Connecting people sloqanı ilə məşhurlaşmış, Virgin, SAS kimi bir sıra şirkətlərlə işləmiş bu insan seminarda çox vacib məsələlərə toxunanda atlanıb- düşməyi ilə öz emosianallığını, yemək üçün hamı ilə birgə növbə gözləməyi ilə sadəliyini, nahar zamanı durmadan danışmağı ilə müəllimlik işində entuziazmını tam surətdə nümayiş elətdirdi və bu xüsusiyyətləri ilə çoxlarına layiqli nümunə ola bilərdi.
Seminarın ilk bölümündə bu marketoloq, daha doğrusu brendinq üzrə mütəxəssis bir az seqmentasiya və marketinq araşdırmalarını atıb tutmaqla yüngül şok yaratdı, amma seminar gedişində Tomas Gedin kopirayterlikdən bu sənətə gəldiyi bildikdə onun marketinq özəyinə
barmaqarası baxmasının səbəbi anlaşıldı. Kopirayterlərin acığına ümidvaram gəlməz, amma yaradıcılıqlarına aşırı şəkildə əmin olub, məntiqdən uzaq qaçmağa əksəriyyəti adətkərdə etmişdir.
Əsas məsələ seminarın sonrakı hissəsi idi ki, gözlədiyim kimi də məhsuldar və maraqlı oldu. Öz kitabını eretik adlandıracaq qədər sadə şəxsiyyətə malik Tomas müəllim brendinqdə bildiyini və 20 il ərzində topladığı təcrübəni bizlərlə damla-damla çox da emosional şəkildə bölüşdü, əlbəttə bu saatlara yerləşəcək qədərini.
Ümumiyyətlə, Tomas Ged özü də bildirdiyi kimi o heç bir yenilik etməyib, sadəcə onun xidməti brendinq işini sistemləşdirmək və ayrı-ayrı fikirləri bir yerə toplamaqdır. Onun məşhur fikri 4D brendinq adından da göründüyü qədər 4 ölçünü xarakterizə edir. O, bir brendi 4 tərəfə- funksional, sosial, mental və mənəvi ölçülərdə inkişaf elətdirməyi məsləhət görür. Funksional dedikdə, brendin hər hansı bir faydalı xüsusiyyəti, sosial dedikdə isə bir brendin özünü hər hansı bir ictimai qrupla eyniləşdirməsi, mental ölçü brendin emosional dəstək rolunu oynaması, mənəvi ölçü isə onun qlobal və lokal məsuliyyəti dərk etməsi nəzərdə tutulur.
Seminarın sonunda öyrəndiklərimizin daha yaxşı yadda qalması üçün bizdən bir brendin 4 ölçüdə inkişaf etdirilməsini çalışma kimi yazmaq tələb olundu. Mən bir az düşündükdən sonra özümə ən doğma saydığım brend mak.az olduğu üçün onun haqqında yazmağı qərara aldım. Çalışmanın şərti bir müştərinin dili ilə bir-neçə il sonra brendin 4 ölçüdə necə inkişaf etdiyini göstərmək idi, yazdıqlarım isə bunlar idi:
1. Funksional ölçü- Mən Mccan kimi “marketinq hər şeydir” düşündüyüm üçün bu sayt mənim saytımdır, burada dünya və yerli bazardakı yenilikləri dərhal öyrənə bilirəm. Mak.az mənim mütəxəssis kimi də inkişafıma yardım edir.
2. Sosial ölçü – Mən mak.az vasitəsilə marketinq, reklam və PR haqqında məlumatlı, intellektual və yaradıcı insanlar qrupuna daxiləm.
3. Mental ölçü - Mak.az mənə marketinqə baxışımı bölüşə biləcəyim və bu səbəbdən özümə qəlbən yaxın bildiyim, eyni dəyərləri paylaşdığım insanlarla ünsiyyət qurmağa vasitəçilik edir.
4. Mənəvi ölçü -Bu saytı ona görə sevirəm ki, bu marketinq üzrə ixtisaslaşmış sayt olmağı ilə yanaşı ana dilimizdədir. Bir sözlə, o, tək marketinqi öyrətmir, həm də doğma dilimizə sevgini aşılayır.
Seminar və Tomas Gedin xoş hisslər yaratdığı və yeni biliklər verdiyi şübhəsizdir. Seminardan sonra qərara gəldim ki, “4D brendinq” əsərini oxuyam və bir qədər oxuyandan sonra kitabın maraqlı olduğunu söyləyə bilərəm, brendinqlə maraqlanan hər kəsə də məsləhət görürəm.

Posted in Ярлыки: , | 41 коммент.