Rənglənmiş PR


Hər gün düşünürəm ki, mak.az-ın “Marketinqin rəngi” layihəsinin aqibətini öyrənəcəm. Tələbələrin bu haqda nə yazacaqları məni çox maraqlandırır. Bu layihə haqqında eşidəndə -balaca uşaqlar kimi marketinq mənim üçün göyqurşağı rəngindədir deyə bağırmaq istəyirdim, amma o an üçün niyə belə düşündüyümü tam qavramırdım. Sonra isə anladım ki, marketinqi o qədər zəngin və rəngarəng hesab edirəm ki, göyqurşağının 7 rəngi bunu ifadə etmək üçün kifayət deyil. Ümumən onu qeyd etmək istəyirəm ki, mövzu əla seçilib, belə yazını nəinki yazmaq, hətta oxumaq belə xüsusi zövq verməlidir.
Belə çıxır ki, marketinqi bizlər əlimizdə fırça ilə boyamalıyıq. Bu yerdə ağlıma artıq boyanmış PR gəlir. Və bugünki yazımı PR-ın rənglərinə həsr eləmək istəyirəm.
PR rənglərdən boldur, amma nə məsələdirsə, bunu hər kəs bilmir. Qara PR-dan başlayaq, bunu hər gün eşidirik, amma çoxlarımız bu ifadənin haradan gəldiyini və onun Public relations ifadəsindən bir xeyli əvvəl doğulduğu haqda heç şübhələnmir. Qara PR əslində inqilabçı Simon Bolivarın dostu və silahdaşı olub. İndi reaksiyanızı təxmin edirəm. Bəziləri təəccüblənib, bəzilərini isə gülmək tutub, amma hamı düşünür ki, bu nə deməkdir, Bolivarın mətləbə nə dəxli var...Özü bir tərəfə, hələ dostu da çıxdı ortalığa.
Qaradərili Piar Manuel Karlos Bolivarla çiyin-çiyinə Cənubi Amerika əhalisinin azadlığı uğruna vuruşub, admiral rütbəsinə qədər böyüyüb, amma sonra bilmirəm hansısa bir hərislik və ya paxıllıq girib bu münasibətlərin içinə. Ay mən bu şeytana nə deyim?! Piar Cənubi Amerika libertadoruna qarşı çıxıb, ittihamlar bir-birindən ağır, Karlosun başçılığı altında Amerikanın yenicə yaranmış mətbuatı Bolivarın necə əxlaqsız olduğunu, narkotiklərdən ifrat dərəcədə istifadə etdiyini ətrafa yaymaqdan heç cəkinməyib. Üstəlik bonapartizmdə də günahlandırılan Bolivar əhalinin gözundən sürətlə düşürdü. Bütün bu proseslərə isə kənardan Şimali Amerika çox təəccüblə tamaşa edir və Vaşinqtonla Bolivarı müqayisə edib,onunla,yəni öz libertadorları Vaşinqtonla əməlli-başlı fəxr edirdi. Politoqların nəzərindən isə belə bir proses qaça bilməzdi. İnsanlarda ən sevdiyim cəhət hər yeni gördüyünə ad vermək ehtiyacıdır. Beləliklə, bu ehtiyac öz işini görür və politoqlar belə şayiələrin yayılma prosesinin adını ilk bu üsuldan istifadə edən qaradərili mulat Piar Manuel Karlos şərəfinə Qara Piar qoyurlar. Özünü isə paxıllığı ucbatından güllələyirlər.
İllər keçir, politoloqların arsenalında ən güclü alətlərdən birinə çevrilən qara PiaR üçün yeni şərti ifadə uydurulur, eyni zamanda sözün mənşəyi tamamilə ikinci plana keçir. PR-ın ancaq qara olmadığını görüb, ona Public Relations adı verilir, yəni ictimaiyyətlə əlaqələr. Standart Pr-a çox hallarda ağ PR-da deyirlər. Bir də aralıq mövqedə bir boz PR var. Yəni ki, əgər çox da yalan-palan istifadə olunmursa, amma yenə də kimisə qaralayırlarsa və o kimsəyə qarşı PR işləri aparılırsa, bu boz PR-dır.
Sarı PR- qadağa olunmuş sözlər, erotika və pornoqrafiyanın diqqət çəkmək üçün istifadəsidir. Məsəl üçün məşhur dünya şou yarışmalarında ildən ilə artan psevdoqomoseksualistləri göstərə bilərəm və dünya təcrübəsi sübut edir ki, bu çox səmərəli nəticələr verir.
Qəhvəyi PR- neofaşizm və faşizm təblığatı. Zəhmət olmasa, Hitleri və Mussolinini düşünərək çox uzaqlaşmayın indiki reallıqdan. Qonşu Rusiyada radikal millətçiliyin təbliğatı öz pikini yaşayır və təəssüflər ki, iqtidarı da bu cür faşizmə yol açır və həmyerlilərimiz skinheadlərin belə rahat çoxalmasının əziyyətini yaşayır. Əslində bu o qədər geniş mövzudur ki, ümid edirəm gələcəkdə qəhvəyi pr-a, ələlxüs Rusiyada bu dəqiqə qəhvəyi Pr-ın necə aktiv şəkildə aparılmasına bir də qayıdacam.
Altıncı və sonuncu, yaşıl PR ( ən sevdiyim PR) sosial cavabdehlik daşıyan PR, xüsusən təbiəti və ekologiyanı qorumaq yönlü təbliğatlar yaşıl Pr adlandırılır.
Nə yaxşı ki, biz dünyanı rəngli görürük...

Posted in Ярлыки: |

15 коммент.:

  1. Orxan Cuvarlı Says:

    ƏLA yazıdı!
    PR-ın 2de artıq rəngə bölündüyündən xəbərim yox idi.

    Məncə, hər birini ayrı ayrılıqda məqalı kimi də yaza bilərsən.

    Təşəkkürlər bu yazı üçün!

  2. Анонимный Says:

    Deymez, Orxan. Sene teshekkur ki, oxudun ve sherh yazdin. Ustelik hamidan birinci. Ve bir dene de ayrica teshekkur ki, yeni yazi teleb edirsen menden daima. Bundan boyuk yazmaq uchun stimul ola bilmez.
    Hamisi haqqinda ayrica yazmasam da bezileri haqqinda yazmagi planlashdiriram. Qeyd etdiyim kimi, gelecekde qehveyi PR-dan genish bir meqale olacaq.

  3. Rüstəm Məmmədov Says:

    Qara PR eşitmişdim, ancaq "qara Piar"heş ağlıma gəlməzdi və bunun kimse mənə desəydi tez "səhvini düzəldib" PR haqqında danışardım.

    Əla!!!

    Amma, Aygün "qara PR" haqqında məqaləni saxla ən axıra və sən başla qırmızıdan, sarıdan, bozdan...Görək bunları kim atıb ortaya və əsasını qoyanlar kimlərdir. Mənə də maraqlı olar.

    Bu "qara Piar"ın ya atası, ya da məsləhətçisi Azərbaycanlı olub. Yoxsa o qara PR-ı bu qədər yaxşı bacarmazdı.

    Sağol Aygün. Qəşəng yazmısan.

  4. Анонимный Says:

    narahat olmayin, gelen ilin evvelinde bileceyik marketinq ve pr ne rengdedir :)

  5. Sev - Ka Says:

    Aygun xanim sizinle fexr edirem!

    Insanin bu qedermi gozel, oxunaqli yazisi ola biler?!...Butun yazilarinizi birnefese oxuyuram ve maraqli bir eser sona chatanda teessuflendiyim kimi bu yazilarin da sonunun olmasini istemirem...Burda comment yazanlarin ekseriyyeti marketinqle bagli insanlardir, amma siz diger sahelerin de insanlarini bele maraqli yazilarinizla marketinqe celb edirsiniz...Nece boyuk derya derya imish bu marketinq..:))))

    P.S. Blogu olan diger insanlar menden incimesinler, vaxtim olan kimi en azi haminizi oxumaga chalishacam...

  6. qwerty Says:

    Yazi chox xoshuma geldi, hetta bir anliq bedii bir kitab oxuyuram deye dushundum ))

  7. Анонимный Says:

    Sherhlere gore hamiya teshekkur edirem. Yazimi beyenmeyinize chox sevindim.
    Xususi olaraq Sevinc uchun: Bele komment yazanin her halda yazisi ela olmalidir. Belke bashlayasiz bloq yazmaga?

  8. Анонимный Says:

    Maraqlı məqaləydi.
    Sağol.

  9. analyst Says:

    Çox maraqlı yazıdır. Birincisi, "Piar" sözünün mənşəyinə görə; ikincisi, mən indiyəcən PR-ın yalnız iki rəngdə olduğunu sanırdım... Sən demə, həyatımı boşuna yaşamışam )))
    Aygün xanım bu cür yazılardan yenə gözləyirik. Uğurlar Sizə.

    P.S. Bir fikrimi yenə təkrrarlayım ki, Sizin çox peşəkar yazı üslubunuz var. Özüm jurnalist olduğum üçün bunu qeyd etməyə bilmirəm.

  10. Aygün İslamzadə Says:

    Makla, sen de sagol.
    Vusal, bu cur sherhe gore size teshekkur dushur. Lap qoltuqlarim qarpizlandi. Sizin yazilarinizi o qeder beyenirem ki, iltifat oldugunu dushunsem bele,bu sozleri professional jurnalistden eshitmek meni lap qururlandirdi.

  11. Sev - Ka Says:

    Blog achmagi isteyerdim Aygun... Amma bir az vaxt azligi ve chalishdigim sahe dushunurem hami uchun maraqli olmasin. Dovlet budcesi hesabina maliyyeleshdirilen layiheler barede yazilar yazmaq isteyerdim dogrusu... Amma bu yazilarin insanlarin beynini yormayan, oxunaqli ve o qeder de elm agirliqli olmasini istemirem. Bu bacara bileremmi bilmirem...

  12. Анонимный Says:

    Ela meqalidi. Umumiyyetle Aygun xanimin yazi qabiliyyetine vurgunam. Amma PR-in bele teferruati ile menalarini achiqlamaginiz lap ureyimce oldu:) Davam edin, size ugurlar

  13. Aygün İslamzadə Says:

    Sevinc, yazmaga bashlamasan bu sualin cavabini tapa bilmezsen. Shexsen men yazanda kiminse kenardan oxuyacagini ve beyeneceyini texmin etmirdim. Bashlama uchun esas sebebim ise yazimi inkishaf etdirmek idi. SEn bashla, ruslar demish, popitka ne pitka.

    Nizami, seni bloqumda gorduyume shad oldum, xosh sozler uchun teshekkurler. Chalishacam layiq olum.

  14. Анонимный Says:

    Maraqlı yazıdır Aygün xanım,

    Amma qara piar meselesi mene "folk etymology" kimi geldi. Bunu haradan eşitdiyinizi/oxuduğunuzu da bizlerle bölüşe bilersiniz?

    Hörmetle,
    Mikayil

  15. Анонимный Says:

    Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
    whatsapp nömrəsi + 1- (989-394-3740)