Həyatınızı layihələşdirin!(1)


Həyatın layihəsini çəkmək və bu layihəyə uyğun həyat qurmaq o qədər də asan deyil. Adətən biz arzular qayığında elə hey üzürük, gəlib çatdığımız limanlar isə arzularımızın bizə vəd etdiklərındən çox fərqlənir. Biznes aləminin və mebel dünyasının bəxti gətirib ki, 5 yaşından həyatını planlaşdırmağa başlayıb və sonra bu planı hissə-hissə reallaşdıran İnqvar Kamprad kimi insanlar var. Kotler onu təhsilsiz olsa belə, ən bacarıqlı marketoloq adlandırır. Marketinq və biznes onun qanındadır. Özü qeyd etdiyi kimi, anası Elmxultun sayılıb-seçilən tacir nəslindəndir. Ana babası Karl Bernard Nilssonun dükanında ilk təcrübəsini toplamağa başlayan İnqvar Kamprad kibrit alveri ilə başlayıb sonralar İKEA-nın yaradıcısı kimi zirvələrə qalxmağı bacardı.
Şirkətin adı, İKEA – banisinin inisialları İ və K və onun böyüdüyü ferma Elmtaryud, kənd Aqunnaryud sözlərinin baş hərflərinin bir yerə yığılmasından əmələ gəldi. Əvvəl avtoqələm satan bu şirkət tezliklə mebel satışına başladı. 1948-ci ildə İnqvar Kamprad rəqibi Guimar Fabriker şirkətinin reklamını kənd təsərrüfatı qəzetində görüb, özü də bu yolla getmək qərarına gəldi. O, xatirələrində reklamın belə böyük qüvvəyə malik olduğu haqda əvvəllər şübhələnmədiyi bildirir. Bu kiçicik reklamın gətirdiyi uğuru möhkəmlətmək üçün “İKEA xəbərləri” adında buklet çap olunub paylanmağa başlandı. Şirkətin böyüməyə ehtiyacı var idi və İnqvar bunun öhdəsindən çox gözəl gəlirdi.
İKEA xəbərləri broşürünü bu dəfə bir az başqa ampluada çap etdilər. Kənd camaatına - baxın, siz əti satırsınız 1 krona, amma dükanda həmin əti beş və ya altı krona verirlər, biz sizə mebeli ən ucuz qiymətə verərik, sözləri yaman təsir etmişdi. Satışlar günü-gündən artır, bu zəmində rəqabət də kəskinləşirdi. Rəqibləri ilə mübarizədə qiymətləri tamam ucuzlaşdırmağına baxmayaraq İnqvar Kamprad keyfiyyət ünsürunə də önəm verirdi və o, dükan açmaq, bütün mallara insanların rahat baxa bilməsini təmin etmək qərarına gəldi. Müasir dünya üçün dükansız ticarət qeydi-adi görünə bilər, baxmayaraq ki, internet-satış indi çox dəbdədir. Amma 1952-ci ildə hər kəsin belə imkanı yox idi, bir qədər keçdikdən sonra dükan genişləndirildi, onun açılışı təşkil olundu. Açılışa gələn hər bir adama qəhvə və kökə verilirdi, sonradan bu dükan üçün qaydaya çevrildi. Bu qayda isə özlüyündə İnqvar Kampradın restoranlar şəbəkəsinin əsasını qoydu. Elmxult İKEA-nın sayəsində İsveçin görkəmli yerlərindən birinə çevrildi. Ucuz mebel, dükanda təklif olunan nahar və alış-veriş edən hər kəs üçün dəmiryolu biletlərinə verilən endirim qəbzləri isveç əhalisini bura yığmaq üçün yaxşı düşünülmüşdü. Milanda sərgidə iştirak edərkən, bir iş adamının İnqvara göstərdiyi şəkillər İKEA-nın işində əsas konsepsiyalardan birinin doğulması üçün təkan rolunu oynadı. Şəkildə sadə, fəhlə italyanların bərbad mebellərini görən İnqvar Kamprad rahat qablaşdırıla biləcək və rahat sokülüb-yığılacaq mebel istehsalının vacib olduğunu qərara aldı.
Yazımdan bir xeyli əvvəl Bertil Torekulun İkea haqqında saqa əsərini oxumuşdum. Kitab məndə çox xoş və dərin iz buraxdı. Hər nə qədər bir kitab bir insanın həyatını ifadə etmək üçün az olsa da, o kitabın vasitəsilə uğurlu iş adamı olub, eyni zamanda sentimental və ürəyiaçıq biri olmağın mümkün olduğunu gördüm. Mən bir kitabı bir yazıya sığdırmaq fikrində deyildim, təkcə marketinq baxımından ən vacib anları qeyd etmək istəyirdim. Amma indi görürəm ki, heç bu da mümkün olmayacaq. Yazımı hissələrə bölüb qalanını sabaha saxlayıram.
Bu da rusca Ikea haqqında saqa kitabı.

Posted in Ярлыки: |

22 коммент.:

  1. Sev - Ka Says:

    Elaaa...Yazinin ardini gozleyirem... Meni tebrik ede bilersen, axi bu defe soz verdiyim kimi men birinci oldum...

  2. Rüstəm Məmmədov Says:

    Maraqlı yazıdır Aygün. IKEA adını çox eşitdiyim, oxuduğum hər kitabda qarşıma çıxdığı üçün bəlkə də artıq adını görməkdən bezdiyim, marketing fəaliyyətlərini isə çox bəyəndiyim markadır. Hərçənd, mebel sektoru mənim maraq dairəmdə olan ən axırıncı sektorlardan biridir. IKEA-dan başqa EMBAWOOD-u tanıyıram, o da əl ayağıma hərgün dolaşdığı üçün:) (Yaxşı mənada-sonra məni öldürərlər:)

    Amma, mənə elə gəlir ki, səndən yaxşı IKEA Marketing Direktoru olar.

    Hörmətlə,

  3. Rüstəm Məmmədov Says:

    Yadımdan çıxmışdı: Axırıncı oxuduğum bir məqalədə (harada oxuduğum yadımdan çıxıb, amma Businessweek ola bilər)IKEA-nın getdikcə daha adiləşdiyi, özünəməxsusluğunu itirdiyi və bunun da satış hədəflərində oynamalara səbəb olduğu qeyd olunmuşdu. Şəxsən mənim üçün tarixi qədər, indiki strategiyaları, planları və fəaliyyətləri çox daha maraqlı olardı. Mebelllər maraqlı olmasa da, şirkətlərin fəaliyyətləri maraqlıdır, hətta Victoria`s Secret haqqında da olsa maraqlı olar;bir gecədə 12 milyon dollar reklama pul xərcləyən marka!!!

  4. Aygün İslamzadə Says:

    Seva, təbrik edirəm səni, axır ki, birinci şərhi yaza bildin. Özümü də, sənin kimi sadiq və ağıllı oxuyucularım var deyə təbrik edirəm.
    Rüstəm, şərhlərə görə sağ ol.
    İKEA haqqında yazımın sonuncu hissəsində indiki marketinqlərindən az-çox yazmaq istəyirdim. Elə yazımın adını da buna uyğun seçdim. Həyatınızı layihələşdirin, onların son sloqanlarıdır, daha dəqiq desəm, onların son, Design your own life sloqanının yazım üçün etdiyim adaptasiyasıdır. Nə isə, bu haqda uzun-uzun yazacam hələ.
    İKEA-nın marketinq direktoru..:)))
    Bu lap ləzzət elədi.

  5. qwerty Says:

    Davami hani?... )))

  6. Aygün İslamzadə Says:

    Qwerty, davamı ya sabah, ya o birisi gün. Yazmışdım axı. Sürətlə oxumağın mənfi cəhətləridir bu??

  7. Анонимный Says:

    Davamını səbirsizliklə gözləyirəm.
    Maraqlı yazıların üçün sağOl.

  8. Aygün İslamzadə Says:

    Makla, sene teshekkur dushur, gelirsen oxuyursan, sherhlerini de eskik etmirsen. Bu gun vaxtim yoxdur. Sabah chalishacam davamini da yazmaga..

  9. analyst Says:

    Aygün, yazı gözəldir.
    Amma mənə bilirsən, nə maraqlı olardı? Azərbaycan şirkətlərinin marketinq strategiyası haqda oxumaq. Bəlkə bu məsələdə qələmini bir sınayasan? Əlbəttə, anlayıram ki, bizim şirkətlərin marketinq fəaliyyəti son dərəcə bərbaddır, amma bunun özü də maraqlı mövzu deyilmi?

    Rüstəm, Victoria`s Secret haqqında oxumaq yox, ona sədəcə, baxmaq lazımdır. :))

  10. Aygün İslamzadə Says:

    Vusal, esline qalsa tek sene deyil, hamiya ve muxtelif sebeblerden maraqli olardi Azerbaycan shirketlerinde marketinq. Amma bunu yazmaq uchun heqiqeten chox ish lazimdir, bezen de mumkun olmayan ish. Meselen reklamin ne qeder gelirli oldugunu oyrenmek. Feedback-i mueyyen etmek bashqa shirketler uchun qeyri mumkundur. Mene dushen ancaq dukan dukan gezib neyinse nece satildigini sorushmaq ola biler. Amma bunun da limiti var da.Meselen, bir yaziya gore Ayan MMC-nin Belochka tumlarinin satishi mene lazimdir. 10 dukan gezmishem, umumiyyetle Belochka ikisinde satilir cemi.
    Hem de bashqa tereflerini gotursek, adama deyerler ki, sizde idealdir her shey?!, bashqalarinin ishinin pis ve yaxshi cehetlerini axtarirsan. Bir gun bu sozu eshitmek de qarshimi alir.
    Bir terefden her shey Azerbaycanda uzden gorunduyu kimi besit deyil. Eger bir shirketin berbad marketinq siyaseti varsa, bunda chox vaxt marketoloq deyil de, kenar quvveler gunahkar olur.
    Amma yene de mueyyen fikirlerim var. Hetta bir layihe uzerinde dushunuruk, duzu bu yaxinlara yox ve bloqda yox. Inshallah, Allahin komekliyi ile her shey gozel olacaq..olacaq:)))

  11. Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev Says:

    Salam Aygun xanim.
    SAGA ob IKEA kitabini oxuyan biri kimi (Nece olmasa eyni sektordaniq-Embawood-un marketologlarindan biri de menem:)) yazinizin maraqli oldugunu qeyd etmek isterdim.

    Rustem qardash el-ayagina dolashanin biri de chixdi deyesen:) he:)

    Sag olun!

  12. Rüstəm Məmmədov Says:

    Jabrayil, elime ayagima kim dolashir, niye dolashir, yazdiginiz ne demekdir hech ne basha dushmedim. Menim ne elime dolashan var, ne de ayagima, varsa da onun burada ne yeri var idi??

  13. Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev Says:

    Salam Rustem qardash!
    "IKEA-dan başqa EMBAWOOD-u tanıyıram, o da əl ayağıma hərgün dolaşdığı üçün:) (Yaxşı mənada-sonra məni öldürərlər:)" buna gore yazmishdim. İndi çaşdım özüm vallah.Əl-ayagina dolashan Embawoodun hansisa malidir yoxsa mən basha dushduyum sizin tanidiginiz mak.az-daki Manafov İlkin? Mən də pis mənada yazmamışam. Zarafat olsun deye yazdım, yeri deyildise de Sizden ve blog sahibinden üzr isteyirem!

    Hörmetle,
    Cebrayil

  14. Rüstəm Məmmədov Says:

    Jabrayil, men indi ele veziyyetdeyem ki, mene xatirlatmasaydim hech yadima sala bilmezdim. Embawood mallarini yazmishdim men, yoxsa estagfurullah, Ilkin menim elime ayagima niye dolshasin ki, o qeder terbiyesiz deyilik ki, kiminse haqqinda "elimize ayagimiza dolashir" deyek. Xususen de Ilkin kimi birisini.

    Sizin blogunuza da girdim, chox shad oldum. Sevindim.

  15. Aygün İslamzadə Says:

    Jabrayil, bloquma ve forumumuza xosh gelmisiz. Ikea haqqinda saqani menden bashqa da oxuyan tapilib deye chox shadam.
    Amma kitabin muellifi kimi yaza bilmemishem, kitab heqiqeten chox gozel shekilde toplanmish emosiyalar yiginina benzeyir. Hetta yazimin birinci hissesinin sonuna chatanda dushundum ki, men bunu niye yazdim.. Axi o cur gozel alinmadi, alina da bilmezdi.. Bir kitabi.,bir heyati bir balaca yazida gostermek mumkun deyil.

  16. Анонимный Says:

    Salam Aygun xanim. Yaziniz maraqlidi. Men marketing deyil amma, shexsi inkishaf (turkler kishisel gelishim deyirler buna bizim dilde qarshiliqini tapa bilmedim) haqqinda kitab yazmagi fikirleshirem ve teztez meqalelerin bezilerini beynimde yaziram. Fikirlerimin bezilerini burada qeyd etmisiz, IKEA da onlardan idi :) . Movzuya dushen bir aforizm yazim. Kimin dediyini tam yadima sala bilmedim, amma muveffeqlerden biri idi: Mal istehsal edende, pulunun 1 faizini xercleyib mali istehsal et, qalan pulu yeni 99 faizi reklama yatir, bax onda muveffeqiyyet qacinilmaz olacaq. :) Ishlerinizde ugurlar!

  17. Aygün İslamzadə Says:

    Zevu, bloquma xosh gelmisiz. Inkishaf ve ya ozunu mukemmelleshdirme haqqinda kitab yeqin ki, ela olar. Size ugurlar arzulayiram bu ishde. Orda mence, en esas siz Toyotadan yazin. ve onlarin kayzen, daima oz uzerinde ishlemek ve mukemmelliye can atmaq prinsiplerinden.
    99 manat reklama xerclemekle men razi deyilem, sozun duzu. Reklamin boyuk rolu var, amma ondan elave o qeder pul xercleecek yerler var ki. Ele bu mukemmelleshdirme prosesi de onlardan biri.

  18. Vüsal Qəmbərov Says:

    Aygün xanım İnqvar Kamprad fenomeni marketinq üçün deyerli bir materialdı. Onu qeleme aldığınız üçün teşekkür ve tebrik. Açığı men de İkea haqda yazacaqdım. qabaqladız hemişeki kimi...
    mebeli bele eylenceli sektora çevirmek böyük meharetdi
    amma davamı gecikir deyesen...
    özü de sizin bloga 1 hefte ara vermeyinize öyreşmemişik axı...
    Uğurlar

  19. Aygün İslamzadə Says:

    Vusal, forumda da qeyd etdiyim kimi ishlerim choxdur, chatdira bilmirdim. Bloqu oxuyan her kesden, elelxus sizden uzr isteyirem. Bu qeder teleb etdiyiniz uchun de ayrica teshekkur. Men İkea haqqinda yaziya bu qeder deyer verileceyini bilmirdimI)

  20. Анонимный Says:

    Zevu, bloquma xosh gelmisiz. Inkishaf ve ya ozunu mukemmelleshdirme haqqinda kitab yeqin ki, ela olar. Size ugurlar arzulayiram bu ishde. Orda mence, en esas siz Toyotadan yazin. ve onlarin kayzen, daima oz uzerinde ishlemek ve mukemmelliye can atmaq prinsiplerinden.
    99 manat reklama xerclemekle men razi deyilem, sozun duzu. Reklamin boyuk rolu var, amma ondan elave o qeder pul xercleecek yerler var ki. Ele bu mukemmelleshdirme prosesi de onlardan biri.


    Aha, bu haqda fikirləşirəm, yenə də çox sağolun. Sitata gəldikdə isə, əlbəttəki bu simvolik bir şeydir, yəni reklamın önəmini vurğulamaqdan ötürü deyilən sözdü, yoxsa ki, göstəriləni eynilə etmək, dəlilik olardı.

  21. Aygün İslamzadə Says:

    Teshekkur edirem. Kitabinizi yaxin gelecekde oxumaq arzusu ile..

  22. Анонимный Says:

    I'm really Glad i discovered this web site.Added kisshot.blogspot.com to my bookmark!