Google vs. Wikipedia



Bəli, bəli.. Səhv deyil bu. Google və Wikipedia artiq bir-birinə rəqib olacaqlar. Bu başlığı özüm yazmasaydım, yəqin bir xeyli təəccüblənərdim. Həmişə google search-un səhifələrində relevantlığına görə birinci yerdə görməyə alışdığımız Wikipedia necə onun rəqibinə çevrilə bilər?
Səbəb isə birdir: inkişaf və yenilənmə. Bu inkişaf prosesinə start verən Wikipedia artıq 14 milyon dollar investisiya sərf olunan Wikia Search – u alfa test etmək üçün istifadəyə buraxdı. Sıralanma alqoritmini sirr saxlayan Google-dan fərqli olaraq Wikia Search-un daha şəffaf işləyəcəyi haqqında məlumat verilir. Yaxın zamanda 50-100 milyon indekslənmiş internet səhifələrini onun köməyilə tapmaq mümkün olacaq. Wikipedianın yaradıcılarından Cimmi Uels (Jimmy Wales) yaxın illərdə Wikiadan Google nəticələrini gözləmədiyini söyləyib.
Təxminən eyni günlərdə Google da yeni proyektini beta sınaq üçün hazırlayıb. Düşünürəm ki, Wikipedianın analoqu olacaq Google Knol çox tez məşhurlaşaraq, onu kölgədə qoyacaq. Hələ ancaq dəvətlilərin istifadə etdiyi bu ensiklopediyanın üstünlükləri artıq dillərdə dolaşır. Adi insanların yazısı üçün açıq olacaq ensiklopediya üzərində eyni zamanda ekspertlər də işləyəcək və hətta hal-hazırda işləyirlər. Bundan əlavə, yazılar üçün pul ödənilməsi qərara alınıb, yəni reklamdan bir-neçə %. Həm də müəlliflər öz reklamlarını da yerləşdirmək imkanına malik olacaqlar. Bu da o deməkdir ki, yazılar nə qədər keyfiyyətli olarsa, müəlliflərin qazanmaq imkanı daha da artıq olacaq. Beləliklə, bu öz-özünə tənzimlənən sistem Google search-də Wikipedia-nın səhifələrini sıxışdırmaqla ona əsl meydan oxuyacaq. Knolda Web 2.0 texnologiyasına əsaslanan alətlər yazılara şərh və suallar vermək üçün nəzərdə tutulub, Wikipedia ilə müqayisədə daha rahat redaktə etmək və yazıları uzatmaq imkanı da sözsüz ki, müəlliflərin rəğbətini qazanacaq. Ən əsası isə müəlliflər puldan əlavə tanınmaq imkanına malik olacaqlar. Nümunə kimi göstərilən skrinşota fikir versəniz, orda müəllifin ad və soyadı, eyni zamanda harada işlədiyi belə qeyd olunub. Bu yerdə ağlıma sevdiyim filmlərdən biri “Şeytanın vəkili”ndə Al Paçinonun məharətlə ifa etdiyi şeytanın sözləri gəldi: İnsanlarda ən sevdiyim zəif cəhət onların şöhrətpərəstliyidir. Google Knol uğuru burada yaxaladı..Çətin əldən verə..

Son olaraq qeyd etmək istəyirəm ki, Wikia – havay sözü wikidən göturülüb, mənası çevik deməkdir. Knol isə ingilislərin knowledge – bilik sözünün qısaldılmış və şirinləşdirilmiş formasıdır.

Posted in Ярлыки: |

15 коммент.:

  1. Orxan Cuvarlı Says:

    Yazı da, mövzu da gözəldi.
    Məncə də Knol Vikipedianı tapdalayacaq.

    "Niye bu ejdahadan bizde yoxdu?"
    Vikipedia haqda düşünende ilk ağlıma gelen budu. Qonşularımızda artıq var((
    http://www.armeniapedia.org/index.php?title=Main_Page

  2. analyst Says:

    Görmədiyimiz günə düşmüşük: Aygün hər gün yazı yazır! Maşallah! Mövzülar da bir-birindən maraqlı.

  3. Анонимный Says:

    Orxan, bu yazdigim strategiya (buna qetiyyetle marketinq strategiyasi da deye bilerem) ele Wikipedianin papushunu dama atmaq uchun hazirlanib. Knol bunu bacaracaq. Eyni zamanda Knol sepelenmish beyinleri bir yere yigacaq. Yeni ki, bloqlarda, orda-burda yazanlar artiq bir yere yigilacaq. Ustelik ele adamlar ki, oz beyinlerine, oz yazilarina emindirler.
    Super layihedir..
    Birden men yazmagi dayandirsam bilin ki, Vusalin gunahi yoxdur, onun gozu deymeyib.. Axi o Mashallah deyib:)

  4. qwerty Says:

    Yaziya gore teshekkur, amma bir de onu qeyd edim ki, heqiqeten Google-un qabaginda dayanan chetin tapila.

  5. Анонимный Says:

    hec olabilsin ki donate(yardım)larla ayaqda duran wikipedia(uğuru tesadufi olan) wikipediani wikipedia eden google axtarma motoruna (wikipedianin en boyuk ziyaretcisi google dan gelir) qarşı durabilsin? google beyem yahoo, ask veya live search dir?
    google riyaziyyat gucundedir=)

  6. Aygün İslamzadə Says:

    Google riyaziyyat gucundedir. Ela benzetmedir.
    Pero, bloquma xosh gelmisiz.

  7. Анонимный Says:

    Xoş gördük,
    armeniapedia.org saytı kimi sayt herkes açabiler:
    http://www.google.com.tr/search?hl=tr&q=wikipedia+scripts

  8. analyst Says:

    Google - kommersiya proyektidir; Vikipedia isə ictimai (qeyri-kommersiya) - bunu onun .org ünvanından da görmək mümkündür. Ona görə də Google reklamlardan nəhəng gəlir götürdüyü halda, Viki 1 qəpik də qazanmır. Orada ümumiyyətlə, reklam yoxdur. Bu üzdən də ümidi qalıb ianələrə (donate). Bəlkə də axtarış saytını bu məqsədlə yaradılrlar... Amma bu, sadəcə bir gümandır.

  9. Aygün İslamzadə Says:

    Mence, gumaniniz tamamile dogrudur.
    Amma evvelinden ianelerin umudine qalmaqdansa normal gelir getirecek reklam verseydiler mence daha yaxshi olardi. Chunki, o vaxt uchun bu ilk olmaq baximindan ve insanlari bu yolla cezb etmek meqsedile serfeli gorune bilerdi, amma gelecekde Knol kimi bir reqibin ortaya chixacagi labud idi.

  10. Анонимный Says:

    vaxti ile yahoo da google-a komek edirdi, sonra google dedi ki, yahoo! helelik, gorusherik.

    wikipedia-yaya hem maddi hem de informasiya desteyi veren google indi ozu bu cur hal ile uzuzedir.
    biznesde de siyasetdeki kimi dost olmur, maraqlar olur.

  11. Анонимный Says:

    Wikipedia donate'larla ayaqda durur,indi reklam işine girse , donate edenler deyecekler xeyirdi?Bu meqsedle,(zenginliye susamış insan)
    bele bir yola el attı, wikia search hansi mentiqle işleyecek? wikipediani esas alaraq? wikipediadan melumat almaq isteyen ele wikipediaya girir, daha geniş melumata ehtıyac duyan google a gelir.
    yahoo daha çox bir kataloq idi, google a reqib olabilmezdi, google alqoritmalarla işleyen sistem keşf etdi, indi google in nezdinde 10 minlerce kamputer-baza işleyir, google botlar domaine veya keçide göre yox, ip nomreye göre interneti nece deyerler scan edir.
    Wikipedia bunu edebilecek?
    Bunu miliyarcı Microsoft bacarabilmedi.
    Google mentiqli internet demekdir.
    Please respect .

  12. Aygün İslamzadə Says:

    Mak, Pero mənim yazıma şərhlərinizlə rəng qatdığınız üçün təşəkkürlər!!

  13. Анонимный Says:

    Bu arada Knol haqqında birnece deyeceyim qaldı:
    Knol Google in novbeti uğuru olacaq mence, çunku avtorlara yer verecek ve avtorlara qazanc sağlayacaq.
    Umid varam Knol tezlikle meydana çıxar bizde qurtularıq dilenci wikipediadan

  14. Анонимный Says:

    KNol indi beta sinaq dovrundedir. Yeni ancaq devetliler uchun achiqdir. Sonra olacaq alfa sinaq dovru, hami gire bilecek, nese yerleshdirmek mumkun olmayacaq. Sonra ise istifadeye verilecek. Sadece wikipedianin Azerbaycan versiyasi indi-indi bir az duzelibse, Knol Azerbaycan ne vaxta duzeler??

  15. Анонимный Says:

    Knol'un avtorlara yer vermesi Azerbaycanlı userlerin gözünden qaçmayacaq, eminem ki Knolda azerbaycan sehifeleri çox suretde böyüyecek,Knol üçün qollarımı indiden sıvamışam.
    Umid varam Knolda Azerbaycan dili sadece latin elifbası ile olacaq.
    (wikipediadaki fars elifbası olmayacaq latin ile yanaşı)