Məzəli bənzətmələr (şərhlərin təhlili)
Posted On 16 янв. 2008 г. at на 23:53 by Aygün İslamzadəCəfər Cabbarlıdan ən sevdiyi əsəri hansıdır deyə soruşanda “Dönüş” cavabını almışdılar. Səbəb kimi o, bu əsərinin ən zəif olduğunu və ana zəif balasını o birilərindən artıq sevdiyi kimi onun da bu əsərə xüsusi hisslər bəslədiyini göstərmişdi. Mən də onun kimi ən zəif balamı – Qorxunc PR-ı sevirəm. Yazımın aydın olmadığını şərhlərdən və apardığım kiçik search-dən müəyyənləşdirsəm də hər sözünü qırt toyuq cücəsini qoruduğu kimi qorumağa və arxasında durmağa hazıram.
Qırt toyuq da ağlıma hardan gəldi.. Əslində yazıma başlamamışdan özümə söz vermişdim ki, hər cür bənzətmə və mürəkkəblikdən uzaq olacam. Daha anlaşıqlı və sadə dildə yazmağa çalışacam, Oqilvinin məsləhətini dinləmiş kimi 10-12 sözdən uzun cümlələr də qurmayacam. Amma indi düşünürəm ki, hər halda normal yazıdan fərqlənən şərhlərin təhlilində bir az ağını çıxartsam belə yeri var, yazımın adını da dəyişdirdim. Bu yazı bənzətmədən bol olacaq.
Şərhlərdə toxunduğumuz nöqtələrdən biri propaqanda, pablisiti və PR-ın fərqləri idi. Bu mövzuda uzun-uzadı mübahisələr etmək olar, hər müəllif bu məsələyə o qədər fərqli baxışlar sərgiləyib ki, mənim hər-hansı bir fikrimə əks fikir tapacağınıza şübhə belə etməyin.
Propaqanda, yəni təbliğat (bundan sonra belə də adlandıracam) əlbəttə ki, çox geniş məfhumdur. Təbliğat deyəndə insanların baxışlarına, dəyərlərinə, inanclarına təsir nəzərdə tutulur, yəni o, insan ideologiyasını dəyişmək qüvvəsinə malikdir. Bəzi müəlliflər təbliğatı PR-la eyniləşdirir, bəziləri isə PR-ı daha yüngül hesab edirlər. Belə ki, onların fikrincə PR-ın missiyası kiminsə ideologiyasını dəyişmək deyil, sadəcə özünə tərəfdaş tapmaqdır. Bu fikirlərlə razılaşıram, amma düşünürəm ki, PR-ın təbliğatla kəsişdiyi nöqtələr də var və hətta birləşdiyi nöqtələr də. Təbliğatı isə PR-ın və pablisitinin anası hesab edirəm. Gəlin, bir başqa tərəfdən baxaq, təbliğatın meydana gəlməsinə ilk nümunə kimi eramızdan əvvəl qədim yunan carçılarının dövlət qanunlarını kücələrdə bağırmasını göstərirlər. İndi bunun PR-dan nə fərqi olduğunu kimsə çıxsın və mənə başa salsın.
Keçirəm bənzətməyə. Bəlkə də indi sizə əlaqəsiz görünəcək, amma təbliğatı gəmiricilər fəsiləsinə bənzədək.
Növbə çatdı pablisitiyə, doğma dilimizdə buna ad qoyan ya tapılmayıb, ya da mənə rast gəlməyib. Mənim etdiyim tərcümə də bir az axsadı, aşkar olma və ya açığa çıxma. Pablisiti şərhlərdə də bildirdiyim kimi, hər hansı bir hərəkətə şövq elətdirmək üçün kütləyə təsir metodudur. Yəni elə həmin təbliğat, amma kommersiya məqsədilə. 1984-cü ildə Ceyms Qryuniq və Tom Xank PR modellərinin sxemini çəkdiklərində birinci modeli pablisiti adlandırmışlar və bu mərhələdə PR təbliğat rolunu oynayır, yəni birtərəfli kommunikasiyanı nəzərdə tutur deyə ona tərif vermişlər. Məncə bunu bir az daha uzatmağın mənası qalmadı. Pablisitini isə siçovula bənzədək. Bu bənzətmə mənə lap ləzzət elədi, kommersiya və siçovul..Düyməcikdəki siçovul obrazını xatırlatdı lap. Amma belə bir əlaqələndirmə əsl məqsədim deyil.
PR....Uzun-uzun danışacağım nöqtəyə də çatdıq. Birincisi, keçən yazıma aydınlıq gətirim, mən vəhabilik, radikal şiəliyi və s. PR obyekti kimi qələmə verməmişəm, ən azından ona görə ki, bunun üçün kifayət qədər məlumatım yoxdur. Mənim verdiyim nümunə ANS-in, yəni kütləvi informasiya vasitələrindən birinin apardığı Qəhvəyi PR siyasətidir.
İkincisi, PR-ın xoş məqsədlə edilməsi fikrini qəbul edə bilmirəm, bir tərif kimi xoş imic yaratmaq məqsədilə sözlərinə rast gəlmişəm, amma bu heç də o demək deyil ki, xoş imic hər zaman xoş məqsədlə yaradılır. İnanıram ki, çoxlarımız həyat təcrübəmizdə dəfələrlə bunun şahidi olmuşuq.
O ki qaldı boyamaq məsələsinə, mənim bunu etməyə səlahiyyətim çatmır, bunu edənlər olub və bir-birimizə inanmayıb search aparsaq, həm rus dilində, həm ingilis dilində sarı, yaşıl, boz və s. PR haqqında məlumat tapa bilərsiniz. Bircə, qəhvəyi PR haqqında ingiliscə məlumat tapmaq müşküldür. Bİr az daha dərinə getməyinizi məsləhət görürəm. Onda bəzi məqamlar daha da aydınlaşacaq.
PR-ıda bənzədək siçana.. Siçan.. dağ siçanı, çöl siçanı, su siçanı.. Hərəsi neçə il yaşayır, mayalanma dövrü nə vaxtdır, neçə bala verir görəsən. Ola bilsin, sizə maraqlı deyil, amma həmin növü araşdırmaqla məşğul olan bir zooloq üçün bu həyatı qədər vacib ola bilər. Qarışqalar üzrə mütəxəssisləşmiş bir yapon aliminin ilk dəfə birinci yumurtadan çıxan qarışqanın ikincinin çıxmasına kömək etməsini görəndə ağladığı kimi bəlkə hardasa bir çöl siçanına görə kimlərinsə gözü yaşarır. Eyni adamın dağ siçanına isə tam bir laqeydliyi var.
Və ya bir müəllimə uşaqlara dərs başa salarkən, bir şəkildəki ağli-qaralı, xoşagəlimli heyvanın dağ siçanı və o biri şəkildəki çirkin, qəhvəyi heyvanın çöl siçanı olduğunu söyləməklə bu siçankimilərin daha yaxşı öyrənilməsi üçün şərait yaradır.
Bu cümləni yazmaq istəmirdim, amma məcburam. Sonra birdən kimsə sual verər ki, siçanların mətləbə nə dəxli?
Siçanlardan ona görə yazdım ki, PR-ın niyə rənglənməsini az da olsa başa düşəsiniz. Mənim bu boyama işini etməyə dediyim kimi iqtidarım çatmazdı, amma inanın ki, bunu etməmiş olsaydılar və mənə belə imkan verilsəydi, PR-ın bir elm sahəsi kimi daha yaxşı öyrənilməsi üçün bunu edərdim.
Burada Molla Nəsrəddin kimi başa düşənlər başa düşməyənlərə anlatsın deyib, məclisi, yəni bloqu tərk edirəm. Amma ki, dönmək şərtilə. Şərhlərinizi gözləyirəm, tənqidlərinizi də həmçinin. Amma şimaldan cənuba doğru əsən xəzridən özünüzü qoruyun.
Yazına münasibətimi 5 herfli bir sözlə bildirəcəm - SUPER!
Teshekkur edirem, Orxan.
Bir de onu qeyd etmek isteyirem ki, artiq yazdigim kimi pablisiti Pr-in modellerinden biridir. Benzetmede istifade elediyim sichovulun olchusunun sichandan boyuk olmasi hech de pablisitini de PR-dan boyuk gosterdiyimi eks eletdirmir.
Aygün xanım, salam.
Yazıya görə təşəkkür edirem, PR-ın rənglərinə görə də :-)Hərçənd, bizdə çox vaxt rəngləri ayırmaq çətin olur. Mən PR qolları ilə bağlı dediklərinizə bir əlavə etmək istəyirəm. Hazırda beynəlxalq təşkilatların advocacy termini də var. Yəni ideyaya vəkillik edib, onu kiməsə sırımaq. Doğrusu, Siz deyen pablisiti, propaqanda, eləcə də bu advokasi sözlərinin Azərbaycan dilində işlədilməməsi məni narahat edir. Çünki yəqin fikir verirsiniz, son 15, bəlkə də 20 ildə ölkədə azərbaycanca söz yaradıcılığı dayanıb. Yalnız hazır sözləri "termindir, başqa cür ifadə etmək olmur" deyibən dilə gətiririk, reklamı adi camaata ünvanlayanda da çaşbaş qalırıq ki, görəsən, Fatmanisə xala bunu başa düşəcək?
Yadınızda olar :_), Lenin "Pravda" haqqında "Qəzet təbliğat, təşviqat və təşkilat vasitəsidir" deyib. Biz PR terminləri kimi bunlardan istifadədən niyə çəkinirik?
Afet xanim, xosh gelmisiniz bloquma. Sherhinize gore de teshekkur edirem.
Heqiqeten vetenimizin ve dilimizin en boyuk problemi filoloqlarin dilchiliyi unutmaqlaridir. Bezi sozlerin ferqli ishlenmeyinin eslinde eleyhineyem. Bir de turkler kimi agini chixartmagin. Her sozu deyishdirmek duzgun deyil, amma ele sozler var ki, onlarin qarshiligi dilimizde mutleq tapilmalidir ve istifadesi uchun imkan yaradilmalidir. Teessuf ki, bununla meshgul olan yoxdur.
Umumen bu ishden xeberdar olan biri kimi (yazinizdan bele basha dushdum) sizin bu tebligatla Pr-in ne derecede elaqeli oldugu barede fikirlerinizi gormek isterdim.
KISSHOTdan çox şey öyrənirəm..
Hamıya salamlar. Aygünün bloquna yeni istifadiçələrin gəlişi məni çox sevindirir, çünki əminəm: Bura Paris kimidir - bir gələn bir də dönmək arzusuyla yaşayacaq...
PR ilə təbligatın fərqinə gəincə, mənim anlayışım belədir ki, PR - gizli, pərdələnmiş, ilk baxışdan nəzərə şarpmayan təbliğatdır. Kütlə onun fərqinə varmaq iqtidarında olmur. Özü də bilmir ki, gizlincə beyninə nəyi sırıyırlar. Bu prosesi ancaq mütəxəssislər qeydə ala bilər.
Örnək olaraq məşhur "Hollivud nəhəngləri Forda qarşı" PR aksiyasını göstərmək istərdim, amma özümü saxladım. Çünki bu qədər PR ekspertinin arasında PR-dan danışmaq düz olmazdı.
:-) Alqishlara gore teshekkur edirem :-) Men de bele ishinin ustasi olan adamlarla fikir mubadilesi apara bildiyime sevindim. Evvel Vusala qisa cavab verim. Aygun xanima deyilesi soz choxdur chunki ))). Vusal, eslinde Siz deyen gizli PR-dir, o da PR-in novlerindendir.
Dile geldikde ise, bu, boyuk bir derddir. Ozu de tesevvur edin ki, indi qefil olaraq rus dili efirden yigishdirilib. Tecili, telem-telesik dilin bashina ne oyunlar getirileceyini bir Allah bilir. Problem ondadir ki, etiraf edek, Azerbaycan dilini (xalqin danishdigi) azerbaycanlilarin choxu ishlek seviyyede bilir, derinden chox az adam dile beleddir :( Chunki uzun iller bu dille chorek pulu chixartmaq mumkun olmayib. Ingilis, rus, fransiz, chin dilini asanliqla oyrenen azerbaycanli balasi oz dilinde danishmamagi ar bilmeyib. Azerbaycanca danishmaq "chushkaliq", "gerideqalmishliq", "bisavadliq" deyil. Bunu teblig elemek lazimdir, burda tekce ashkar PR yeterli deyil, oz dilini bilen savadli adamlar subut etmelidirler ki, "men savadsiz deyilem, amma azerbaycanca danishiram". Bilirsiz, bizim reklamlarin dili niye bele kasaddir (ister adaptasiya, ister yaradici (yeni creativ-yeri gelmishken bu da tercumeye ehtiyaci olan sozlerdendir))? Chunki butun reklam agentliklerinde chalishan Art direktorlar, agentlik rehberleri, lap ele dizaynerler ozleri rusdillidirler. Yaziq kopirayter (bu da tercume olunmalidir - Orxan vezifenizi nece tercume ederdiniz)))) azerbaycanca soz deyende, deyirler ki, o soz ishlenmir, dilde ele soz yoxdur, camaat basha dushmeyecek ve s.
Axir vaxtlarda tercumesi uzerinde gunlerle bash sindirdigim, lakin el-qolumu yanima saldigim offroader sozu. Ruslar buna chox yaxshi vnedorojnik tercumesi veribler. Bes bizde nece? Tesevvur edin, avtomobil clearance-i, rusca dorojniy prosvet gedir, bizde klirens! Qedim Azerbaycan sozu! Eslinde bunun gunahi bizden evvelki nesillerde de olub belke de. Chunki hetta faytonun da klirensi olub ))) ona bir ad qoyulmaliydi ya yox? Ya ele offroaderlere Vilis, Niva, Cip deye-deye bu tip mashinlara bir ad tapilmayib. Bilmirem, belke nece elemekse olar, rast geldiyimiz sozlerin tercumesi ile bagli fikir mubadilesi aparaq bir-birimizle, ugurlu alinsa, oz yazilarimizda ishledek, yavash-yavash yaddashlara hopsun, ya bele sozlerden ibaret bir siyahi hazirlayaq, dilchilerin reyin oyrenek. Her kes oz sahesine uygun termin ve ya ifadeleri sechsin. KIV-i izleyib, muzakire aparaq. Dile xelel getiren sozler qeyd olunsun. Aygun xanim, bagishlayin, chox yazdim. Bloqunuzda siginacaq verdiyiniz uchun teshekkur edirem.
Makla, sözlərini oxumaga çox şadam.
Vüsal, əla bənzətmədir. Müasir Parislə müqayisə olunmaq çox xoşuma gəldi.
Afət xanım, əvvəla onu deyim ki, mən təşəkkür etməliyəm ki, siz mənim bloquma gəlirsiz ve şərh də yazırsınız. Yazı üslubunuzu da çox bəyənirəm. Niyə biz bloqqerlərin cərgəsinə qoşulmursuz? Əminəm ki, çox maraqlı mövzular yazardınız.
Yazınızı dünəndən oxumuşam, bu offroader məsələsi beynimi elə məşğul etdi ki, cavabım bugünə kimi qaldı. Boynuma alım ki, mən uyğun söz tapa bilmədim, siz necə ifadə etmək qərarına gəldiz?
İdeyanızı bəyəndim, amma bunu necə başlatmaq mümkündür bilmirəm. Bir-neçə həftə əvvəl atam telefonla bir danışığıma qulaq müsafiri oldu. Mövzu brand eguity ilə brand valuenin necə adlandırmaq olar idi. Mənim mövqeyim belə idi ki, avtoritet filan deyilik axı, bununla alimlər filan məşğul olmalıdır. Amma atam sonradan mənə dedi ki, nahaq belə düşünürsən, siz də öz tohfənizi verməlisiniz. İindidən izahlı marketinq lüğəti hazırlamağa çalışın, gələcəkdə təsdiqlətdirin və s. və ilaxır. Sözümün əsası budur ki, atamla razılaşdım, onun bunun üstünə atmaqla iş bitmir, hər birimiz nəsə etməliyik, çünki dilimizin gələcəyi bilavasitə bizim əlimizdədir.
Brendle bagli yeqin ki, brend deyeri ve brend qiymeti ifadelerini ishletmek olar. Sehv etmiremse, deyer mehsulun ozunde, mahiyyetinde olur, qiymet ise kenardan verilir ve o deyishe bilir.
Atanizla raziyam. Bilirsiz, akademiyada, evinde, ya institutda oturan dilchi sozleri bizim qeder gundelik ishletmir. Jurnalistikada bele probleme adeten rast gelinmir. Ona gore ki, hem yaradici ishdir, ferdin ozunu ifade etmek shansi var. Amma reklamda yox. Sen sade danishmalisan, hami seni basha dushmelidir, ustelik word-by-word backtranslation edende xarici mushterin de senin ana dilindeki soz ve cumle qurulushunu anlamalidir.
Azerbaycan dilinin qrammatikasi son defe 70-ci illerin evvellerinde ishlenib. Men demirem kohne deyirmana teze nirx qoymaq lazimdir,sadece dilde dogrudan da ishlenmemish, achilmamish qaydalar, qanunlar var. Vaxtile her sheyi bir cherchiveye saliblar, indi de ondan kenarda gorunen nese chixsa deyirler ki, bu edebi deyil, loru dildir. Ele deyil. Chunki bu loru dediyimiz camaatin dilidir eger xalq bunu ishledirse demeli biz ona tabe olmaliyiq, xalqi oz yarimchiq cherchivemize tabe elemeye chalishmamaliyiq. Tesevvur edin ki, yogurt istehsalchisi "yedizdirmek" sozunun soyush oldugunu deyirse, avtomobil distributeri mashin "surmek" yox, "idare etmek" ifadesinin daha duzgun oldugunu iddia edirse ne etmeliyik? Niye "yuksek qiymet" olur, amma "ashagi qiymet" yox, "minimal qiymet" ishlenmelidir? Minimum sozu dilimize gelmezden, bunun evezine ne deyilirdi? Azerbaycanca bir soz bilmeyen adamlar tinde-bucaqda eshitdikleri sozlerin ancaq soyush, alt menalarini bilirler. Yazida,
efirde gorub-eshidende de ancaq hoydu-hoyduya goturub agillarina o menani getirirler. Mene ele gelir ki, Azerbaycan dilinin PR-indan evvel dildeki butun bele sozleri (yeni turkun sozu ifadesi ile ishlenen sozleri) oz heqiqi menalarinda ishledib, dili temizlemek, parallel olaraq Azerbaycan dilinin qrammatikasi (hetta fonetikasi bele) uzerinde ishe bashlanmasi barede ses-kuy qaldirmaq lazimdir. Bu sahede de dili aktiv ishledenler - yazichilar, jurnalistler, PR-chilar chalishmalidirlar, fikirlerini bildirmelidirler.
Offroader-i ele ofroader de verdim )) Butun avtojurnallar ele yazir, fikir ayriligi ola bilerdi. Amma biz onu cip vermek fikrine dushduk arada. Ve bunu yazida ifade etmek olardi, marka da sehv tuta bilmezdi, chunki Jeep yazmirdiq. Sadece, seslenende eyni cur seslenmesi qorxutdu. Her halda fikirleshmek lazimdir. Fransizlar tout terrain (her yer, butun yer) ve ya 4-4 (quatre-quatre) deyirler. Bunlarin da adaptasiyasi belke alinar.
Bloqqerlere ise inshaallah qoshularam. Esas neden yazmagi mueyyenleshdirmekdir.
Afet xanım BLOG istəyirik sizdən:)
Öz aramızdı, indi fikir verdim ki, şərhləri ən qısa olan mənəm.:)
Offroader-i mən də neçə gündü düşünürəm. Hələ ki, sanballı bir variant tapa bilməmişəm. Tapan kimi xəbər edəcəm.
"Yaddilli sözlərin öz dilimizdə qarşılığını tapmaq" məsələsi məni çoxdan düşündürürdü.
http://veveyayani.blogspot.com/
Bir zaman bu tip bir blog açmağı düşünürdüm, amma qaldı.
Deyəsən, artıq vaxtı çatıb.
Afət xanım, düşünəcək nə var ki, əlbəttə pr və kopirayterlik barədə. Orxan demişkən, sizdən bloq istəyirik!! Sizin şərhlərinizə baxdıqca əmin oluram ki, yaradacağınız bloq ən oxunaqlılardan biri olacaq. Uzatmaq lazım deyil, elə bugüncə açın bir bloq. Bizim də əməkdaşlarımız artsın.
Aygun xanim, suallara mezeli benzetmelerle xususi cavab verdiyiniz ucun tesekkur edirem. Gozel olubdur.
Sağ ol, Müzəffər. Bəyəndiyinə sevindim.
It was extremely interesting for me to read that article. Thanks for it. I like such topics and anything connected to this matter. I would like to read a bit more soon.
Best regards
Steave Markson
http://lumerkoz.edu So where it to find, http://soundcloud.com/acyclovir parasite postgenomic http://soundcloud.com/arimidex brandeis http://soundcloud.com/zetia bardwell http://riderx.info/members/Buy-Hydrocodone.aspx islam http://www.sqlprof.com/members/Buy-Inderal.aspx shandon usdoc