Qorxunc PR

İndi əvəzinə başqaları verir qərar…

Sənin yerinə düşünən düşmənlərin var.

Qarnını ağrıyla,

Beynini yalanla doldurdular.
(bu sətirlər yazıma ideal başlanğıcdır, yeni və gələcəyinə çox ümid bəslədiyim bloqdan götürülub)
Yenə də PR.. Bu Pr dediyimiz məfhum qanımıza, canımıza elə işləyib ki, hər eşitdiyimiz sözdə, hər baxdıgımız yerdə ondan bir parça görə bilərik. Məsələn bir az əvvəl bloqdan sətirlər və bloqu qeyd etməm də gözəl bir PR nümunəsidir. Pr-ın rəngləri barədə bir yazımı oxumuşdunuz. İndisə ən qorxunc Pr-dan söhbət açacam. Düşünürəm ki, heç kəsin ağlına gəlmir ki, söhbət Süleyman Sani Axundovun “qorxulu nağıllar” seriyasından gedir. Hərçənd mən körpə uşaga hər hansı bir qorxulu nağıl oxumağın əleyhinəyəm, amma bu günlük o nağıllara toxunmayacam. Bəziləriniz isə elə düşünəcəksiniz ki, mən yenə də qara pr-dan yazacam. Qara pr-da qorxulu nəsə var, buna söz yox. Amma bir və ya bir-neçə PR üzrə bacarıqlı mütəxəssis bir yerə yığılsa istənilən qara PR-ı ya tamamilə yox edə, ya da ən azından yumşalda, yəni bozarda bilər. Əsas qorxulu olan beyinyumaq və insanlardan zombi düzəltmək gücündə olan qəhvəyi PR-dır. Pr-ın bu növü haqqında yenə də məlumat verim, qəhvəyi PR neofaşizm və faşizm təbliğatına bənzər ideyaların yayılmasıdır. Bu sıraya radikal millətçilik, hər hansı bir sektanın təbliğatı və ya siyasi ideyaların bir qədər fərqli rakursdan insan beyninə yeridilməsi aiddir. Həqiqətdə bu sıraladıqlarımın bir-birilə əlaqəsi o qədər sıx və eyni zamanda gizli olur ki, bizim kimi normal adamlar ən çoxu şübhələnməyə qadir oluruq. Qəhvəyi PR polittexnoloqların ən sevdiyi üsullardan biridir, bir düşünün, bütün sosioloji və neyroloji amilləri işə salıb, insan beynində yeni reallığa keçid yaratmaq.. Bundan cazib nə ola bilər?
Bəs bu reallığa keçənlər... Beyinlərinin yuyulduğunu, onlardan kiminsə öz məqsədlərinin uğruna zombi düzəltdiyinin fərqinə necə vara bilərlər?? Kim onlara bu reallığın nələrə arxalandığını bildirəcək? Paolo Koelyonun “11 dəqiqə”sində mazoxizm uçurumuna yuvarlanan Mariyanın daşlar üstündə gəzdirilib, ağrıdan sonra boşluq olduğu göstərilən kimi bu idealların da sonrasında sadəcə bir boşluqla üzləşəcəklərini kim göstərəcək?
Bu yazını yazmağa qərar verərkən nümunələrim çox idi və çətin seçim qarşısında qalmışdım. Skinheadlərin Putin tərəfindən dəstəklənməsi, vəhhabilərin dini özünəməxsus qavraması və yayması, masonlar haqda nagıllar, bəlkə də gerçəklər və daha nələr.. Psixoloq Kerol Muqun seçim etmək zərurəti insan beyninə ziyandır, onu infantilləşdirir sözləri yadıma düşdü. Bu zərurətdən tezliklə yaxa qurtarmaq ümidindəykən burnuma əvvəllər də hiss etmiş olduğum bir təhlükənin qoxusu gəldi. ANS-in adlı-sanlı jurnalistlərindən birinin İran və şiələrdən danışması diqqətimi cəlb etdi. Üstəlik bir neçə ay əvvəl həmin kanalda efirə buraxılmış və indiyə qədər davam edən dini serialı da mənə xatırlatdı. “Eşq vilayəti” serialı əsl radikal şiəliyin rəmzinə bənzəyir və beyin yumaq üçün ideal vasitədir. Burada işinin ustası Vüsal Məmmədovdan misal gətirmək istəyirəm: Azərbaycanda radikal şiələrin əksəriyyəti elə bir şəkildə İranın mənəvi təsiri altındadırlar ki, onların çoxunu öz dövlətlərinə qarşı çevirmək həmin ölkənin emissarları üçün xüsusi çətinlik yaratmır. Mən özüm o tip insanlarla söhbət edərkən onların beynindəki zəhərin “dozasına” həmişə heyrət etmişəm..Bu yazını tam oxumağınızı məsləhət görürəm, bütün mənim qeyd etmədiyim nyuanslara orda rast gələ bilərsiniz.
İraqdan danışarkən yeri gəldi-gəlmədi “şiə” sözünü vurğulayan və şiə sünni məzhəbinin qütbləşməsini göz dağı kimi ortalığa qoyan ANS aparıcıları hələ də bunun özündə necə təhlükə daşıya biləcəyinin fərqinə varmırlar. Ən əsası bu təbliğatın, yəni qəhvəyi PR-ın təsadüf və ya təhlükəni tam surətdə anlamamağın nəticəsi kimi görə bilmirəm. Bu bir qeyzerdir ki, hardasa dərinlikdə qaynaqlanır, sonra üzə çıxır. Əsas sual isə burda əmələ gəlir.. Bu qaynaqlanma hardan irəli gəlir?

Posted in Ярлыки: |

21 коммент.:

  1. analyst Says:

    Deməli, belə...
    Əvvəla, məni utandırmağın ayrı yolları da az deyil, Aygün :)))
    İkincisi, PR və siyasətin ayrıcında dayanıb, SİYASƏTƏ baxanda gerçəkdən də, görünən mənzərə müdhiş olur. Məncə, siz bu yolu davam etdirməklə Azərbaycan jurnalistikasında yeni bir janrın əsasını qoya bilərsiniz. Baxış bucağı əla seçilib.

    Ümumiyyətlə, yaxın gələcəkdə əgər razı olsanız, "PR və siyasət" movzusunda birgə silsilə yazılar yazmağı təklif edərdim. Seçki ilində bundan qaynar mövzu ola bilməz.

    Sizə və yaradıcılınıza dərin sayğılarla, Vüsal Məmmədov

    P.S. Onu da əlavə edim ki, jurnalistikadan dərs dediyim "Xəzər" Universitetində "jurnalistika və PR" mövzusunu tələbələrə aşıqlarkən Sizin materiallardan faydalanmışdım. Əla alınmışdı.

  2. qwerty Says:

    Aygun, cox gozel movzuya toxunmusan. Lakin bu mence bir az daha sosial ve siyasi yonlu yazidir, neinki marketinqle bagli. Amma yazi heqiqeten gozel uslubda yazilib.

  3. mismayilov Says:

    Aygun xanim, uslubunuz ve movzulari bir birine baglama qabiliyyetiniz teqdirelayiqdir.

    Bu qehveyi PR olaraq adlandirdiginiz anlayis, bizim bildiyimiz Propoganda deyil mi?
    Bu behs ettikleriniz de siyasi ve ideoliji propoganda?...
    Ve ya Sizin behs ettiyiniz Qehveyi PR-la Propogandani ayiran nelerdir?

  4. az-ya Says:

    müzəffər`ə qoşulmamaq olmur..

    Deyir şor gəldi şəhərə, oldu "tvoroq" =)

    Bu cür təhlil qabilliyəti təəsüf ki, bəzi bir çox jurnalistlərimizdə yoxdu..

    Əllərinizə sağlıq..

    Bu arada bizim bloqu da PR ( ya da Propoqanda, Təbliğat, Reklam, Adversiment və s. və i. nə istəyirsiz deyin) etdiyiniz üçün təşəkkür borclu hiss edirəm =)

    Salamlar.

  5. Aygün İslamzadə Says:

    Hamınıza təşəkkür edirəm. Mənim üçün bu cür şərhləri öz bloqumda görməkdən qürurverici heç nə ola bilməz. Hər şərh geniş cavaba layiqdir deyə, çalışacam ayrı-ayrı hamısını qeyd edim.

    Vüsal, birincisi məqsədim əsla sizi utandırmaq deyildi, əksinə istəyirəm ki, yazdıqlarınızla fəxr edəsiniz. İstəyirəm ki, sizdən nümunə götürüb bloqqinqi inkişaf etdırənlər tapılsın. Bu cəhətdən bir az paxılam. Baxıram xarici ölkələrin bloqlarına və paxıllanıram, bizdə də bu inkişafın olmağını, Azərbaycan dilli bloqların artdığını görmək istəyirəm, xüsusən sizin bloq kimi səviyyəli bloqların. Bilirsiz, peyğəmbərimiz belə buyurmuşdu ki, öyrənmək istəyirsinizsə, yazın. Mən şəxsən yaza-yaza öyrənirəm. Və türklər demiş nə mutlu bana ki, məndən kimsə nəsə öyrənsin. Sizin universitetdəki dərsinizdə mənim yazılarından istifadə etməniz bir az da qürurlandırdı məni, demək bloqqinq işə yarayır. Eyni zamanda son yazınızda qeyd etdiyiniz Maslou piramidasının birinci pilləsinin, yəni özünü reallaşdırmaq, özünü doğrultmaq ehtiyacımın bir hissəsi aradan qalxdı. Nəzərə alsaq ki, uzun zaman bu ehtiyacım məni çox narahat edib indi hardasa rahatlığı tapmış kimiyəm.
    Amma Azərbaycan jurnalistikasına yeni janr gətirmək mənim üçün çətin olar, mən bir iqtisadçı kimi bu məsuliyyəti boynuma götürməyə çəkinərəm. Sizinlə silsilə yazı yazmağı çox istərdim, amma bir sual.. Bunu bacararam??
    Bir də unutmadan deyim ki, nənəm həmişə valideynlərimə deyir, Allah üzünüzə baxıb bu qız jurnalist olmayıb, bir gün öldürəcəkdilər:))

  6. Aygün İslamzadə Says:

    Qwerty, şərhinə görə sağ ol. Üslubu bəyənməyinə də sevindim, xüsusən bu yazıda, çünki mənə ən çətin başa gələn yazıdır. Amma yazını tək sosial və siyasi yönlü yazı olmağı ilə razılaşmıram.
    Birincisi, mən bu yazıda Qəhvəyi Prdan yazmışam və ancaq nümunə kimi ANS televiziya kanalının radikal şiəlik təbliğatını qeyd etmişəm. İkincisi, marketinqə sinonim olan Kotlerdən misal gətirsəm, marketinqin iqtisadiyyat, riyaziyyat, psixologiya və sosiologiya kimi elmlərin qeyri-adi vəhdətindən əmələ gəldiyini deyə bilərəm. Yazı nə qədər sosial və siyasi olur-olsun, marketinqin inteqrasiya olunmuş alətlərindən biri PR-dan zərrə qədər kənara çıxmayıb.
    Bir də onu qeyd etmək istəyirəm ki, mühasibatı marketinqə dəyışməyimin səbəbi elə bu bayaq qeyd etdiyim vəhdətdir. Marketinq o qədər genişdir, o qədər müxtəlif sahələri və mövzuları əhatə edir ki, məni hər halı ilə məftun edir.

  7. Aygün İslamzadə Says:

    Müzəffər, əvvəla səni bloqumda görməyə şadam. Demək, Rüstəmin də qeyd etdiyi direct marketing öz nəticəsini verib. :)
    Sualına görə isə təşəkkür edirəm. Sualı oxuyandan sonra yazıma bir də göz gəzdirdim və başa düşdüm ki, sənin sualına cavab vermək üçün bir şərh yox, bütöv yazı gərəkir. İndi mən burda yüngülvarı toxunum məsələyə, amma gələcəkdə bu haqda yazı yazmağa söz verirəm.
    Birinci, cavab verməli oldugumuz sual belədir, propaqanda nədir? Propaqanda aqitasiya etmək üçün nəzərdə tutulan reklamdır, amma bu reklam fərdi şəxslərin müəyyən hərəkətə şövq etmək üçün deyil, kütləyə təsir üçün nəzərdə tutulub. PR haqda yazan çox müəlliflər PR-ı və propaqanda (publicity) eyniləşdirir, məncə də bu belədir. Propaqanda, yəni təbliğat müxtəlif yönlü ola bilər. PR-da olduğu kimi onun da rənglərini və növlərini ayırd etmək mümkündür. Qəhvəyi PR isə propaqandanın bir hissəsidir, amma bütün sosial və siyasi yönlü propaqandanı deyil, sadəcə faşist və neo-faşist, bir sözlə harda radikallıq görürsuzsə, onları özündə birləşdirir. Eləcə mənim misalımdakı, radikal şiəlik və ya bugün Rusiyada tügyan edən skinheadlərin radikal millətçiliyi, Avropa Sosial hərəkatçılarının (Malm) faşizmi dəstəkləməsi qəhvəyi PR-a aiddir.

  8. Aygün İslamzadə Says:

    Az-ya, Alternativa kimi bloqun yaranması meni chox sevindirir, bu uzdən mən Pr etməkdə davam edəcəm, sizdən isə onun inkişafı teleb olunur:)
    Bloqum və yazım barəsindəki xoş sözlərə görə təşəkkür.
    Bir də ki, siz başqa mövzuda şərhdə İnternet explorerçilərin mənim yazımı rahat oxuya bilməsi üçün Ariala keçməyi məsləhət vermişdiniz. Mən keçdim, amma sonra dizaynla bağlı problemlər yarandı. Arialdan başqa hır hansı bir şrift istifadə edə bilərəm?

  9. Rüstəm Məmmədov Says:

    Aygun, yazini oxudum. Beyendim. ela movzuya toxunmusan. Amma, basha dushmedim. "Basha dushmemisense neyini beyenmisen?" sualina cavabi yaziram:

    PR termindir. Terifi necedir yazmiram.Sen daha chox PR movzusunda ixtisaslashdigina gore bunu menden chox daha yaxshi bilirsen. "Qorxunc PR qehevi PR-dir" demek istemisen. (sehv basha dushmemishemse eger!!! Amma, bunu da sehv basha dushmushemse, onda men umumiyyetle hech ne basha dushmemishem. Qehvei PR da neofashizm, milletchilik, dini sektalarin yayilmasi ve.s ile izah etmisen. Mene chatmayan ise butun bunlarin PR terifi icherisine nece sixishdirilmasidir. Meselen Vahabi idealarinin (kimine gore bu mezhebdir hetta, anacaq men mezheb oldugunu qebul etmirem)yayilmasi PR-dirsa (qara, boz qehvei ferq etmir, axir evvel PR-dirsa)bunu istifade eden organizasiya, qurum, teshkilat kimdir hansidir ve ne meqsedle istifade edir?? Chunki, PR deyilen anlayishin PR olmasi uchun zeruri ve vacib shertin "bir missiyani reallashdirmaq uchun" olmasidir. Ele bunu mene izah etsen basha dusherem ve chox sevinerem.

    O ki, qaldi yazi uslubuna; ela!! Bunu ilk gunlerden demishem ve chox beyenirem.

    Hormetle,

  10. az-ya Says:

    Lucida San Unicode
    Amma təəsüf ki, o da çoxunda dəstəkləmir.

    Bizim proqramçılar ancaq özündən danışmağı bilir, bir dənə Vindous nədi ki, onu tərcümə etmədilər..

    Görək, deyirlər Vindous Vista`nın Azərbaycan versiyası çıxacaq.

    Hələliksə, explorerçi`lərə sizin "ə"ləri kvadrat şəklində oxumaq və Vista`nı gözləmək qalır.. =)

    Bloqumuz haqda səmimi fikirlərinizə görə isə çox sağolun. Şərhləriniz əskik olmasın!

    Salamlar..

  11. Aygün İslamzadə Says:

    Əla..Rüstəm, tənqidə ehtiyacım vardı. Tənqid haqda uzun-uzadı yazmaq istərdim bu yerdə, Trampın sözlərindən misal filan.
    Amma yazdığına cavab əsas məsələdir. Demək belə, marketinqdə və marketinq kitablarında PR müəyyən bir şirkətin özünə xoş imic qurmaq məqsədilə ictimaiyyətlə əlaqələri kimi nəzərdə tutulur. Amma ki, əvvəllər qeyd etdiyim kimi PR bir anlayış kimi marketoloqların deyil, polittexnoloqların dilindən gəlib və yazdığın düzdür ki, hər hansı bir missiyanı özündə daşıyır. Hərçənd mən vəhhabilərin sadəcə adını çəkib, onların qəhvəyi PR –ı barədə heç nə yazmamışam, sən misalı onlardan gətirdin, eləcə mən də davam edirəm. Vəhhabilik təbliğatının hardan cücərdiyi bizə maraqlı deyil, amma əgər indi düşünürsənsə, bir vəhhabi hardasa bir gəncin beynini doldurur və bunu heç bir missiyası yoxdur, kefindən eləyir yanılırsan. Ola bilər ki, hardasa vəhhabilər sırf ideya qurbanıdırlar. Amma bizim vəhhabilərin cihaddır deyib, Dagıstana, Rusiyaya qarşı vuruşmağa getməsi artıq onların kifayət qədər irihəcmli missiyası olduğunu göstərir. Özün də hər halda bilirsən ki, bu dəryadan bir damladır.
    Qəhvəyi PR-a gəldikdə isə, mən dəfələrlə qeyd etmişəm və yenə qeyd edirəm, radikallıq olan yerdə bunun adı qəhvəyi PR-dır. Hardasa faşizmə oxşar təbliğatda. Radikallığın nə olduğu haqda belə başa düşdüm ki, burda yazmalıyam. Radikallıq – söz latın dilindən gəlir, radix – kök sözündən, mövcud olan strukturda köklü dəyişiklik etmək üçün sosial- siyasi ideya və hərəkətlər toplusu kimi nəzərdə tutulur.
    Bir də ki, şərhində belə bir cümlə yazmısan: Qehvei PR da neofashizm, milletchilik, dini sektalarin yayilmasi ve.s ile izah etmisen. Mene chatmayan ise butun bunlarin PR terifi icherisine nece sixishdirilmasidir. Vallah, bu cümləni oxuyanda özüm-özümə şübhə elədim, düşündüm ki, bəlkə mən hardasa belə cümlə işlətmişəm. Nəysə ki, axtardım öz yazımda. Tapa bilmədim. Mən heç yerdə Qəhvəyi pr-ın neofaşizm olduğunu və ya dini sektaların yayılması olduğunu göstərməmişəm, sadəcə bu tipli və bu ideyaların təbliğatıdır deyə yazmışam. Elə də mən mən deyirəm ki, bu mənim ixtiram filan da deyil, search verib bu haqda oxuya bilərsən.

  12. Aygün İslamzadə Says:

    Az-ya, Lucida Sansla da eyni problemler meydana geldi, ustelik indi gerek OPera istifadechilerine de lupa gonderem ki, yazida nese gorsunler..

  13. Rüstəm Məmmədov Says:

    Aygun, Turkiye ve Turklerden numune vermeyi xoshlamasam da, bu defe verecem...

    Turkiyede, neyi qaldirsan altindan "derin devlet" chixir. Bu derin devlet deyilen anlayishin da bashini ayagini bir yere zar zor yigiblar. Bir chox insan da Timash yayinlarinin neshr ettiyi paronayak kitablardan tesirlenerek, hersheyi ona baglayirlar.

    Qehvei PR-in da deysen bashini ayagini bir yere yigmaq lazimdir.

    1- PR anlayishinin ortaya chixmasa kimlere bagli olur olsun, hazirda qebul edilen bir cherchivesi var. Cherchiveni genishlendirmek olar. Siz de bunu PR anlayishinin icherisine tebligatin butun formalarini daxil edirsense, buna sozum yoxdur.

    2- Idealarin tebligi umumi menada PR hesab ediler biler. ancaq, meselenin dar ayagi da var. Men odgurdan da basha dushmemeishemse bu ayri mesele. Senin yazindan anladima gore, eger bir Nurchu telebe (bunu bu shekilde yazmaq xoshuma gelmir, ancaq sadelik olsun deye) oz sinif yoldashina oz Islami basha salir ve onun da dini yola girmesini isteyirse bunun adina PR demek olar yoxsa yox? Eger olarsa onda "rengi" nedir?

    3- PR 1-ci maddede toxundugum kimi bashi ayagi achiq deyil. Bu fealiyyetin meqsedyonlu fealiyyetdir, ancaq bu o demek deyil ki, meqsedyonlu butun tebligatlar PR-dir.

    4- Aygun "Yaxshi meqsedle" sozu PR terifinde ona gore ishledilib ki, pis meqsedle olan sheylere PR deyilmesin. Bu movzuda doktorantura tezleri de yazilib hetta. PKK terror teshkilatinin tebligatlari PR deyil. Rengi de yoxdur. Bu terror ve dovleti bolme cehtidir. Neofashizmin tebligati zerer vermek meqsedlidir ve zerer verirse, dovleti, xalqi milleti bolurse bu PR deyil. Buna PR deyib renge boyamaq da PR-a zorla "he Hitleri men oldurmushem" dedirtmekdir.

    5- Bir vahabinin avtobusda yaninda oturan adama Allahi anlatmasi (veya kimilerine gore Vahabi idealarini anlatmasi) PR deyil. Putinin skinheadleri desteklemesi PR deyil, bu ideoloji destekdir. Iqtidardan istifade ederek maddi destek de arxasindadir...(Eslinde hazirda istifade olunun PR anlayishinda bu da PR deyil, ancaq sen buna bashdan PR dediyin uchun men de bunu bele qebul etdim)

    6- Ancaq, Putinin skinheadlerden istifade ederek, ozunu milletchi gostermeyi PR hesab edile biler ki, bu da ne qehveidir, ne de qara.

    Hormetle,

  14. Aygün İslamzadə Says:

    Görəsən mən hansı paranoik kitablardan təsirlənib “hər şeyi” qəhvəyi pr-a aid edirəm?
    Rüstəm, mən səninlə razı, tutalım cızığı keçmişəm və bunlar pis məqsədlə olduğu üçün PR-a aid deyil. Jurnalistlərimizdən birinin kirli camaşır adlandırdığı qara PR-ı nəyə aid edək? Çıxardaq da onu PR siyahısından... Pis məqsədlədir axı..
    Rüstəmin məsləhəti ilə qara PR anlayışı daha yoxdur. :)
    Bu zarafat idi əlbəttə. Sən dediyin tərifdə xoş imic yaratmaqdan söhbət gedir, bunu pis və yaxşı yolla etməkdən söz açılmayıb. Əgər elə bir tərif də görmüsənsə demokratiyadır, hərə istədiyi tərifi verib, bir dəfə yanılmıramsa sənin yanında qeyd etmişdim ki, qısa müddət ərzində PR-dan 3 kitab oxudum və hər müəllifin PR haqqında fərqli fikirlərə sahib olduğunu gördüm.
    Gələk Nurçu tələbə və vəhhabi söhbətinə. Yazımda hər hansı bir fərdin nəsə deməsini göstərməmişəm, şərhdə isə yenə də hər hansı bir fərdin qəhvəyi pr eləməsini deyil, sadəcə missiya məsələsini ortaya qoymuşdun, mən də soruşdum ki, vəhabinin missiyası yoxdur da deməli? Üstəlik yenə qayıtsaq radikallıq söhbətinə, normal şəkildə İslamın başa salınmasında radikal heç nə yoxdur. Qəhvəyi pr-da isə elə əvvəldə dediyim kimi təbliğat kütləni motivləşdirmək üçün aparılır. Kütləni ha..., individiumu deyil. Misal kimi də, qəzet, kitab, jurnal, TV, radio və s-ini göstərmək olar. Mən başa düşdüm ki, bütün dediyim nümunələri qeydlərlə və cümlənin bəri-bəzəyi ilə qarışıq salmısansa demək yazım aydın deyil. Elə Putin məsələsində də, orda mən bunu nümunə kimi verməmişəm, sadəcə düşüncələrimi vermişəm ki, hansından yazım deyə fikirləşirdim. Putinin adını isə yazı daha tutarlı olsun deyə yazmışam( mən burda bütün sirrlərimi açmalıyam?) Əgər yazası olsaydım, Putinin dəstəkləməsindən deyil, hansı yolla təbliğatının aparılmasından yazacaqdım. Necə ki, radikal şiəliyin ozündən və onun prinsiplərindən, kim tərəfindən dəstəklənməyindən deyil, ANS-in onu PR eləməsindən yazmışam.
    O ki qaldı, qəhvəyi PR-ın hüdudlarını aşkarlama prosesinə.... bu meydan, bu da şeytan. (şeytan mən deyiləm, ha:) Yazmağı ki, məndən yaxşı bacarırsan. Yaz görək bunun başı hardadır, ayağı hardadır...Bİz də öyrənək.

  15. Rüstəm Məmmədov Says:

    Dunen biz bu meseleni artiq hell etdiyimize gore, menim Niye PR xosh meqsedli olur, Qara PR qalsin mi getsin mi meselelerine qayitmaq istemirem...

    Sagol aygun. Yaxshi mubahise oldu. men de dunen sekkiz saat ingilis ve turk edebiyyatini axtarip tapa bilmediyim qehvei PR sozunun tam menasini da oyrendim.

    Bu yaziq PR-i niye bele alabezek elediler bilmirem:)

  16. Анонимный Says:

    Dunen meseleni biz hell etdik, amma burda oxucular teessuf ki, hech ne bilmedi. Yene deyirem, orda yazimda qehveyi PR-a misal ANS-in elediyi idi, umumen yazida her sozumu bu misala aid etmek biraz guluncdur. Amma sehv menimdir, boynuma da aliram. Qehveyi PR haqda bir az daha aydin yazi yazacam. SOZ!
    Ingilis ve turk edebiyyatina geldikde ise, menim oxudugum rus dilinde edebiyyatdir. Nedir indi ruslar boyuk qardash olmaqdan chixdi deye, oxumayaq onlari??
    PR-i da alabezek her halda ona gore edibler ki, daha yaxhsi oyrenilsin. Balaca ushaqlara neyise oyretmek isteyende oyun dushunulen kimi.. Hem de ki, qara PR=la qehveyinin ferqleri goz onundedir. Men bu renglenme prosesini beyenirem. Kim ne dese bele...

  17. mismayilov Says:

    He, Aygun xanim, demek olar ki direct marketing mueyyeb menada netice verib:)))

    Bu movzunu lazimi qeder muzakire etmisiniz. Nece deyerler enine boyuna...
    Ancaq, men ancaq indi munsibet bildirme imkani elde etdim, son serhim veya sualimdan sonra.

    Aygun xanim, demeli men basa dusen Siz burada, eslinde daha once de olan lakin ad qoyulmamis yeni bir anlayis haqqinda melumat verirsiniz. Bizim de, Sizin sayenizde PR dunyasinda neler oldugunu daha yaxindan teqib etme imkanimiz olur. Buna gore tesekkur edirem.

    Daha once Size bir sual vermisdim ki bu behs ettiklerinizin Propagandadan ferqi nedir? "Bununla elaqedar bir yaziya ehtiyac var demisiniz." Yazini gozleyirem...

    Yazinizda diqqetimi ceken bir sey, propaqanda ile publicity-ni eynilesdirmenizdir.
    Mence bu anlayislar ne qeder de bir biri ile six elaqeli olsalar da, bir o qeder de ferqli anlayislardir. Bunlari ferqlendiren xususiyyetler var. Bele ki, en azindan Publicity-de, propaqandanin sahib oldugu, "gurultu", dogmatizm, mutleq itaet ve s. unsurlara rast gelinmez. Duzdur Publicity-de propaganda mueyyen menada olur. Amma bu onlari eynilesdirecek derecede deyil zennimce...

    PR-in renglerine geldikde, bunu Rustem-le hell etmisiniz. Menim daha bir soz demeye ehtiyac yoxdur:)

    Ancaq yene de, menim fikrimce, PR-in rengi olmaz veya olmamalidir. PR PR-dir. Bunu renglendirerek bilinen imicine zerer vurmayin :))

    Bunu renglendirmek bir qarisiqliga yol acmazmi? Meselen bir Pr agentliyine isimiz dusende, gerek, onlarin rengleri ayird edek. Buda elave bir is. Yaziq reng koru olanlarin halina... Qalacaqlar Pr-siz..
    Zarafat bir terefe, PR esasen bir termin olaraq basa dusulur.
    Ve bu da, bildiyimiz kimi mueyyen meqsedleri olan ictimaiyyetle elaqeler fealiyyetleri butununu ehtiva edir.

    Bu renglendirme veya yeni termin elave etme meselesine tekrar qayitsaq, gorunur kimse bos bekar oturmayib, hem PR-in ehate dairsenini genislendirmek hem de bu sahede bir ad qoyub getmek meqsedi ile PR-a rengli adlar qoyub. Bu da normaldir. Eslinde bu PR dediyimiz anlayisin ozu de, bildiyiniz kimi, PR olmadan yuz iller once de var idi. Sadece bir-iki agilli cixib adini qoymamisdi.
    Indi de sagolsun kimse cixib, onceden var olan tebligati ya da propaqandani (yene de men bele hesab edirem:)) ) spesifiklesdirib, Qehveyi PR deyirse tebrik elemek lazimdir.
    Bu, bir termin olaraq her halda hele ki genis istifade olunmur (yoxsa Rustem tapardi...) lakin bu ad tutarmi? Onu bilmirem.
    Amma bugun biz bu movzunu muzakire edirikse, demeli tutmaga baslayib. Buna gore de tebrik dusur.

    Amma mence Siz yene de bunu bu qeder boyamayin:)

  18. analyst Says:

    Dostlar, bütün yazılanları diqqətlə oxudum.
    Sadəcə onu qeyd etmək istəyirəm ki, vaxtilə mən Vəhhabilik və Nurçuluq haqda jurnalist araşdırmaları aparmışdım. Gəldiyim bəzi nəticələri burada oxuya bilərsiniz.

    http://mvusal.azeriblog.com/2007/11/21/iki-xortdan


    Hamınıza təşəkkürlər.

  19. analyst Says:

    Nurçuluq haqqındakı yazı isə buradadır:

    http://mvusal.azeriblog.com/2007/11/22/iki-xortdan-2

  20. analyst Says:

    İndi mənə daha da aydın olur ki, əslində "Vəhabilik" adında heç nə yoxdur - bu, tam bir PR proyektidir. Rəngini isə siz deyin.

  21. Анонимный Says:

    Teshekkur edirem sherhlerinize gore, amma bu suallarin cavabi ve umumiyyetle yaziya da munasibet sherh kimi qalmaqdan daha artiga layiqdir. CHunki, chox adam sherhleri oxumur. Bir daha sizin sherhlerinizle birge bir yazi yazacam. Suallara ve yazinin ozune aydinliq getirmek munasibetile. Bir daha sag olun.