Reklamda yumor

Bu Marketinq jurnalının 17-ci sayında dərc olunmuş yazımdır. Adını və özünü orijinalda olduğu kimi saxladım, adının maraqsızlığı da ordan gəlir, yəni rəsmilikdən:)

Bir brendi yaratmaq, onun bazarda uğuruna nail olmaq, onu milyonlara sevdirmək sözün həqiqi mənasında çətin işdir. Əgər hansısa bir brendin bu cəhətdən bəxti gətirirsə, dünya marketoloqları nəzəri cəhətdən onu öyrənməyə, çıxardıqları nəticələrdən marketinqin yeni paradiqmasını əmələ gətirməyə çalışırlar. Brendin sahibi də uğur yolunu əks etdirəcək tipdə bir əsər yazır və daha çox şöhrət qazanmağa çalışır. Nəticədə yeni qanunlar toplusu yaranır, amma bu heç də o demək deyil ki, hər brend bu qaydalarla uğur qazana bilər. Brendin yaranmasında sözsüz ki, əsas yerlərdən birini onun pozisiyalaşması və inteqrasiya olunmuş marketinq alətləri tutur. Onun reklamı isə ya sezilmədən kənarda qalmağa, ya da qəlbləri fəth etməyə nail olur. Demək, reklam dedikdə, ilk olaraq bu qəlblərə gedən yolu arayıb-araşdırmağa ehtiyac vardır.
Bildiyimiz kimi, reklamın üç növü ayırd edilir: məlumatlandırıcı, inandırıcı və xatırladıcı. Reklamın hər üç növündə də insan təfəkkürünə və ya hisslərinə müraciətdən istifadə olunmalıdır. Bu yerdə bayaq qeyd etdiyim qəlblərə yoldan söz açmaq istəyirəm. Qəlbə yol yalnız mədədən keçmir, hisslərdən və emosiyalardan keçir, əlbəttə bu, mədə hesabına da ola bilər, belə ki, yaxşı yemək pozitiv emosiyalar yaratmağa qadirdir, əbəs yerə demirlər ki, kişinin ürəyinə gedən yol mədəsindən keçir. Amma emosiyaları tək qida ilə limitləndirmək gülüncdür. Hisslər vasitəsilə biz insanlar bir-birimizə yaxınlaşırıq. Belə ki, kiminsə qəlbinə yol tapmaq istəyənə məsləhət görülür ki, ya onda hər hansı bir hiss yaratsın, sevinc və ya kədər, ya da ən azından bu tip hisslərini onunla bölüşsün. Brendlərin də bir növ canlı insandan az fərqli olduğunu düşünsək, onun əsas vəzifəsinin insan duyğularına təsir olduğunu qəbul edərik. Bir sözlə, məntiqlə heç kəsin ürəyində yer qazana bilməzsən, ən çoxu müəyyən məlumatlandırma missiyasını yerinə yetirmiş olarsan, amma yaxşı bir zarafatla qəlblərə yol tapmaq rahatdır. Mən yumoru bir növ ürəyə gedən yoldakı məş’ələ bənzədirəm. Bu yerdə artist-komik Viktor Borcun -“gülüş iki insan arasında ən qısa məsafədir” - sözlərini xatırlamamaq mümkün deyil. Həm də zənnimcə, reklamın dildən-dilə yayılmasında (WOMM) və uzun bir fasilədən sonra hələ də xatırlanmasında yumorun rolu böyükdür.
Yumorun reklamda istifadə edilməsinə dair çox ziddiyyətli fikirlər olub, məsələn Oqilvi –“ siz bir kloundan heç nə almazdınız”- deyib, yumorun istifadəsinə qəti şəkildə etirazını bildirib. Amma zaman dəyişir, insanların minlərlə məlumatlandırıcı və darıxdırıcı reklamlara baxmağa həvəsi qalmadığı bir dövrdə diqqət çəkəcək və xüsusən də əyləndirəcək reklama çox ehtiyacları vardır. Amerikada Kelfi və Rinqold adlı tədqiqatçılar apardıqları araşdırma nəticəsində insanların 70%-inin reklama əyləncə məqsədilə baxdıqları nəticəsinə gəliblər. 2007-ci il Youtube-da ən çox yüklənmiş beş reklam rolikinə baxdıqda da, yumorun onlarda az və ya çox istifadə olunması bir daha sübut edir ki, insanların xoş əhval-ruhiyyə yaradan reklamları görmək istəyi çoxdur. Həmin roliklərdə reklam edilən beş məhsulun satışının artması barədə də rəsmi şəkildə xəbər verilib. Bunlardan Procter&Gamble şirkətinin Tide yuyucu tozu üçün yeni reklamını qeyd etmək istərdim, hər zaman yuyucu toz reklamında onun istifadə qaydasını göstərən şirkət öz imicindən vaz keçərək, yeni rolikdə işə düzəlmək üçün intervyuda iştirak edən oğlanın fikrinin paltarındakı ləkəyə yönəlməsi kimi məzəli süjet sərgiləyiblər. Təəssüf ki, bu rolik bizdə nümayiş olunmayıb. The Wall Street Journal-ın ən yaxşı reklam ekspertləri də bu işi 2007-ci ilin ən uğurlu reklamlarından hesab edirlər.
Yumorun reklamda gərək olduğunu bilsələr belə, bundan istifadə çox çətindir. Çünki özlüyündə yumorun da növləri vardır. “Reklamda tam bəsit gülüş və ya düşündürən yumordan istifadə olunmalıdırmı?”- sualı çoxlarını maraqlandırır. Böyük Britaniyada bu tip tədqiqatlar yüzminlərlə reklam izləyən insan beyninin ensefaloqramını çıxarmaqla edilirsə, bizim ölkədə şirkətlərin reklam büdcələrinin ən sadə araşdırmaya çatmayacağı bir vəziyyətdə bu cür neyroaraşdırma edəcəklərinə inamım heç yoxdur. Reklam agentliklərinin ilkin vəzifəsi hədəf auditoriyasını tapmaq və təxmini şəkildə onlara hansı növ yumorun yarayacağı haqda qərar verməkdir. Amma burada bir sualtı daş var. İngilislər və başqa millərlərdə ümumi yumor anlayışı mövcuddur, bizdə isə insanların yumor anlayışı bir-birindən əsaslə şəkildə fərqlənir. Çox sadə bir misalla desəm, rusların “Gülüş panoraması” (Смехапанорама) və Reqina Duboviskaya kimi yumoristlərin zarafatları ilə boyüyəndən sonra türk yumoristlərinin danışıqlarına sadəcə gözümü döyürdüm, heç cür bu yumoru qavraya bilmirdim. Beş-altı il keçəndən sonra yavaş-yavaş bu yumoru anlamağı, hətta bəzən ürəkdən gülməyi belə öyrənmişəm. Bizdə rusdilli, türklərə pərəstiş edənlər və bir sıra bu cür fərqli növ insanlar olduğu üçün onların hansı yumora üstünlük verəcəyi haqqında ancaq təxminlər yürütmək mümkündür. “Məhəllə” və bu tip filmlərin reytinqinə baxsaq, kifayət qədər bəsit yumorun insanlarının marağını cəlb etdiyini görərik.
Reklam bazarımıza gəldikdə də, yumordan istifadə edildiyinin şahidi oluruq. Məsələn, Ayan MMC-nin “Beloçka” günəbaxan tumlarının rolikində yumordan istifadə edilib. Beynimin dərinliklərində hansısa bir reklamı xatırlatsa belə, fikrimcə, çox məzəli və uğurlu alınıb. Təəssüf ki, bizim bu reklamın gətirdiyi gəliri kənardan baxıb hesablamaq kimi imkanımız yoxdur, amma yazını planlaşdırdığım arada ətrafdakı dükanları gəzib, “Beloçka”nın satışı ilə maraqlandım. Həqiqətən satışı başqa tumlardan daha artıqdı, sadəcə hər dükanda rast gəlinməməsi mənə bir az qəribə göründü. Nəticə olaraq, bunu qeyd edə bilərəm ki, bu yazını yazan arada mən günəbaxan tumlarına yenidən aludə oldum. Özü də bir bilsəz hansına. Düşünürəm ki, tapdınız. “Beloçka” tumlarına.:) Bir sözlə, daimi, xatırlatma məqsədli reklam vermək kimi imkanı olmayan şirkətlərin daha uzun müddət yaddaşlarda qalması, məhsullarının ürəklərə yol tapması üçün yumor ən rahat üsuldur. Amma, əlbəttə əvvəlcədən məhsulun xarakterini və hədəf auditoriyasını yaxşıca araşdırmaq lazımdır.

Posted in Ярлыки: |

32 коммент.:

  1. Анонимный Says:

    Hələ yazını hələ oxumamışam.
    Sadəcə birinci olmaq xatirinə bunu yazdim. Şərhim az sonra... :)))

  2. Aygün İslamzadə Says:

    Ay da
    Emellice guldum, Vusal
    Teshekkur edirem!:)))))))))

  3. Vüsal Qəmbərov Says:

    Çox derin araşdırma elemisen Aygün. Amma resmi bir yer üçün yazıldığı hiss olunur...

    Reklamda yumorun neye qadir olduğunu Cem Yılmazlı Doritos reklamları sübut etdi. Axırda reklamları TVden çekmeli oldular satışa mal çatdıra bilmedikleri üçün:) Amma reklamlar o qeder beyenilmişdi ki hamının komüterlerinde teleonlarında dolaşırdı. Doritos ise marketlerde tapılmırdı:)))

  4. Sev - Ka Says:

    Men chox beyendim!!! Bir az da Belochka tumlarinin ve ona reklam chekenlerin reklami oldu (chunki ureyim istedi, gec olmasa gedib alardim :)), amma olsun, gelib seni gorerler :)

    Deyesen Kisshot da bayram munasibetile imicini deyishib. Chox yarashir, chox gozeldir!!!

    Ay Aygun ne vefali oxucularin varmish, dedim men birinci olaram yene meni qabaqladilar :(

  5. Aygün İslamzadə Says:

    Vallah bu VUsalin birincilik meselesine men de shok oldum..Bloqumun bu qeder susdugu zamanda ona hele de baxan varmish.. Teshekkkur edirem haminiza. Korpe bloqumu tek qoymursunuz:))
    Belochkaya gelince, yazi bir az kohnedir. Artiq Belochka chirtlamiram, sebebi ise deyilene gore bu tumlarin, elece de Sonti shireleri uchun istifade olunan meyvelerin Cernobildan getirilmesidir.. BIldiyimiz kimi,:)))burasi zarafat idi.. Amma hamimiz radiasiya meselesin bilirik de..
    SEvinc, sen marketinqde deyilsen.. Bu yazini nece oxudun sona kimi?? Sirri mene de ach. Men ozum chetin oxuyardim da...:))

  6. Sev - Ka Says:

    Ay Aygun her gun hech dexli olmayan o qeder shey oxumaq mecburiyyetinde qaliram ki...:) Senin yazilarini oxuyanda ise dincelirem ve hem de oyrenirem... Bu da sirri...

  7. Vüsal Qəmbərov Says:

    Aygün yazını özün ne qeder beyenmesen de Sevin xanımın bu sözleri her şeyi açıqlayır - Ay Aygun her gun hech dexli olmayan o qeder shey oxumaq mecburiyyetinde qaliram ki...:) Senin yazilarini oxuyanda ise dincelirem ve hem de oyrenirem... Bu da sirri...

    Birincilik meselesine gelince ise şerhi yazırdım amma bir nefer meni söhbete tutdu ve gecikdim :)

    Yoxsa özüm birinci olacaqdım eneneye sadiq qalaraq:)

    Bir şeyden emin oldum Aygün. Çox yumuşaq bir yazı terzin olsa da, elmi yazmaq da alınır sende. Hergah bunu israrla inkar etsen de...

  8. Анонимный Says:

    Bir də salam!

    İndi yazını oxudum və fikirlərimi paylaşmaq istəyirəm, yüksək izninizlə...

    Bəli, reklam əgər insana toxunmursa, insanı belə deyək, tərpətmirsə, o, hədər yerə vaxt və resurs itkisindən başqa heç nə deyil. Bu işin türkün sözü, uzmanı olmadığım üçün, peşəkarların arasında fikirlərimi yazmaq cəsarətimi mənə bağışlayın. Amma öz aləmimdə reklamları bu cür təsnif edirəm:

    1. Saxta dramatizm üzərində qurulan reklamlar.

    Fu!!! Zəhləm gedir. Məsələn, bu cür: "O, məhv oldu" (Calgon). Eləcə də, Əksər diş pastalarının, qadın gigiyenink vasitələrinin və s. reklamında cox süni, saxta dramatizm var. Məsələn, elə bil, kritik günlərdə dünyanın bütün dərdi-səri gənc qadınlarda olur, amma anası bir "Allways" alan kimi, hər şey dərhal yoluna qoyulur...
    Bu tip reklamlar məndə açıq antipatiya doğurur. Təəssüf, min təəssüf ki, bizdə yayımlanan reklamların əksəriyyətinin süjeti məhz saxta dramatizm üzərində qurulub.

    2. Məişət yaşantıları üzərində qurulan reklamlar.

    Əksər yuyucu tozlar, qabyuyan vasitələr, sabunlar, pamperslər, bəzi diş pastaları bu cür reklam olunur. Yenə də effekt - sıfır. Ən azı, məndə heç bir reaksiya doğurmur. Məncə bu, əmtəni sevdirmək yox, yalnız tanıtmaq baxımından müəyyən fayda verə bilər.

    3. Yumor üzərində qurulan reklam süjetləri.

    Oooo... Bax, bu artıq başqa məsələ. Amma burada da yumorun səviyyəsindən çox şey asılıdır. "Beloçka" tumlarındakı yumor degenerat yumorudur. Amma Qərbdə çəkilən reklam yumorları o qədər ləzzətli olur ki, həm baxmaqdan doymursan, həm də brendi adama sevdirir. Xeyli misal gətirə bilərəm, amma sonra, yoxsa yazı çox böyük alınacaq.

    4. Seksuallıq üzərində qurulan reklam süjetləri.

    Aha!!! Bax, buna varam da! Heç bilmirsən ki, reklam olunan nədir. Amma effekt - möhtəşəm olur. (Hərçənd bilmirən, zənən tayfasına da xoş gəlirmi, əcəba?)

    Yeri gəlmişkən, belə bir rolik var idi - Britni Spirs, Beyons Noulz və Pink qladiator paltarında. Çox seksi idilər... Bax, o, nəyin reklamıydı?

  9. Vüsal Qəmbərov Says:

    O Pepsinin reklamı idi orda Enrique İglesias da var idi. We will rock you müşaiyetinde...

    Qerbin yumor reklamları çox uzağa getmirem Türklerin yumor reklamlarıyla bele müqayise edile bilmez. Amerikanın ve Avropanın yumoru çox bayağıdı. Meselen Rusiyada ise çox seviyyeli...

  10. Rüstəm Məmmədov Says:

    Yomur istifade olunan reklamlarda en tehlukeli noqte insanlarin markani yox, yumoristi ve orada istifade olunan ifadeleri xatirlamasidir. Umumiyyetle amerikan reklam anlayishinda satisha birbasha yonlendirme var. Ne edirsen et, ancaq insanlar seni hech olmasa yoxlasinlar bir defe. Ona gore de, yumo istifade etdikleri reklamlarinda da bunu nezere almaga chalishirlar. Avropada ise bu bele deyil. Orada taa uzaqlardan firlanib gelirler metlebe. Esasen elbette, hemishe yox. Yumor istifade olunan reklamlardan en yaxshi numune choxumuz bildiyimiz uchun yaziram, Cem Yilmazin Opet reklamlari idi..Asfalt agladi falan..Asfalt agladini hami xatirlayirdi, amma men ne qeder chalishdimsa da opet satishlarina o reklamlarin ne qeder tesirli oldugunu oyrene bilmedim...

    Hormetle,

  11. Afulya76 Says:

    Pah, bunlara baxin eee... Hamidan qabaq sherh yazirlar :) Aygun, maraqli movzuya toxunmusan. Esasi da bizim uchun. Dogrusu, men ozum de emin deyilem ki, reklamda yumor ne derecede ugurludur. Eslinde Ogilvy (bu da menim fatma ciyimdir, herchend bir sira fikirleri ile razilashmiram) deyib ki, mehsul haqqinda demeye sozunuz olmayanda insanlarin hisslerine toxunun. Ele gulush dogurmaq da hisse toxunmaqdir. Amma baxir nece gulush. Yadindadir, Ogilvynin "Reklam haqqinda" kitabinda ele gulushle bagli hissede verdiyi numune? Volswagenin TV roliki? Vaxtini bosh sheylere itirmeyi seven arvadina 100 dollar ve teqvim, pullarinin her sentini exlaqsiz qadinlara ve eylenceye serf eden ogullarina xirda pullarla 50 dollar, sherikine "hech ne, hech ne, hech ne", bacioglusuna ise "Ne qeder ki bizim Vokswagen var, varliyiq" sozlerine gore butun var-dovletini vesiyyet eden milyarderin defni... Bir az aci, insani, amma ciddi yumor. Markanin ozu kimi. Duzu, tum reklami uchun ciddi reklam gozlemek agilsizliq olsa da menim Belochka tumlarimi sevmeyime regmen, reklami eseblerime toxunurdu. "Moya semya" shirelerinin reklamlari yadinizda? Xususile, ata gelib penceyini axtarir ee, deyir, vannaya baxdim - yoxdur, stolun altina baxdim - yoxdur... Penceyi shkafa kim asib? Gulushe ya aktyor hereketi, ya soz, ya da yekunla nail olmaq mumkundur. Bizde ayri-ayri hallarda her uchune rast gelsem de, bu saat yaddashimda ilishib qalan sanballi bir gulush doguran reklami misal cheke bilmirem.

  12. Vüsal Qəmbərov Says:

    Aygün blogunun yeni dizaynı mübarekdi... Bu da olduqca qeşengdi... Beyenilsin :)

    Rengi xüsusile... Çox şeffafdı...

    Gözel yazılar oxuyaq da day :)

  13. Анонимный Says:

    Yazi ile burada da rastlawmaq maraqli oldu ;-)

  14. Анонимный Says:

    Aygün, neçə gündür davam edən sakitliyin səbəbi nədir? Ümid edirəm, hər şey yaxşıdır və heç bir problem yoxdur...

  15. Aygün İslamzadə Says:

    Sag olun haminiz sherhlere gore..
    Vusal, hech ne bash vermeyib. Maraqlandigina gore teshekkur edirem. Heqiqi chox xoshdur bele xeber alanda

  16. Анонимный Says:

    [B]NZBsRus.com[/B]
    Dont Bother With Idle Downloads Using NZB Files You Can Swiftly Find Movies, Games, MP3 Albums, Applications & Download Them at Maxed Out Speeds

    [URL=http://www.nzbsrus.com][B]NZB[/B][/URL]

  17. Анонимный Says:

    Configuration the medico with two backs casinos? weed revealed this advanced [url=http://www.realcazinoz.com]casino[/url] advisor and tergiversate online casino games like slots, blackjack, roulette, baccarat and more at www.realcazinoz.com .
    you can also into our behindhand [url=http://freecasinogames2010.webs.com]casino[/url] police at http://freecasinogames2010.webs.com and mature in plumb radical !
    another late-model [url=http://www.ttittancasino.com]casino spiele[/url] purlieus is www.ttittancasino.com , representing german gamblers, duration magnanimous online casino bonus.

  18. Анонимный Says:

    What's Up everyone, terrific forum I have found It truly accommodating & its helped me out loads
    I hope to contribute & aid other people like this site has helped me

    _________________
    [url=http://iphoneusers.com]unlock iphone 4.0[/url]

  19. Анонимный Says:

    Howdy i'm fresh here, I stumbled upon this board I have found It incredibly accessible & it has helped me alot. I should be able to give something back and aid other people like it has helped me.

    Thanks a load, See Ya About.

  20. Анонимный Says:

    Finally the future of safe smoking is here! It looks, feels & tasts like a real cigarette but it's not a traditional cigarette. It's called an electronic cigarette People who already have experienced this incredible smokeless device are suprised by it's performance which contains No Tar,Ash,Odor or Secondhand Smoke.

    [URL=http://www.electroniccig.com][B]electric cigarettes[/B][/URL]

  21. Анонимный Says:

    Hey,
    We are very excited to announce the membership pre-registration offering of AllDayGiveaways.Com!
    To begin our membership drive, we are offering a no catch 16gb WiFi iPad contest. It is free to enter - just pre-register at www.alldaygiveaways.com.

    [URL=http://www.alldaygiveaways.com][B]free contests[/B][/URL]

  22. Анонимный Says:

    Whats's Up i'm new here. I came upon this site I have found It amply accessible and it's helped me out so much. I should be able to contribute and support other users like its helped me.

    Cheers, Catch You Later.

  23. Анонимный Says:

    Sup i'm new on here. I came accross this chat board I find It exceedingly helpful and its helped me out a great deal. I should be able to contribute & help other users like its helped me.

    Cheers, Catch You Around.

  24. Анонимный Says:

    Hello im fresh on here. I hit upon this message board I find It quite accessible and it's helped me alot. I hope to give something back & aid other users like it has helped me.

    Cheers, See You About.

  25. Анонимный Says:

    Whats's Up i'm fresh to this. I came upon this forum I have found It absolutely accessible & its helped me a great deal. I hope to give something back & support other people like it has helped me.

    Thank's, Catch You Around.

  26. Анонимный Says:

    Hey i'm new here. I came upon this site I have found It exceedingly accommodating & it has helped me out tons. I should be able to give something back & aid other users like its helped me.

    Cheers, See You Later

  27. Анонимный Says:

    Hey people, superb site I find It extremely useful & its helped me loads
    I hope to give something back & support other users like this board has helped me

  28. Анонимный Says:

    What's Happening im fresh here, I hit upon this forum I find It incredibly accessible and it's helped me alot. I should be able to contribute & assist others like it has helped me.

    Thanks, See Ya About.

  29. Анонимный Says:

    Heya i'm new to this. I hit upon this board I have found It extremely useful and it has helped me alot. I should be able to give something back & assist other people like its helped me.

    Thank's, See You About.

  30. Анонимный Says:

    [url=http://www.pi7.ru/main/1666-ispancu-zapretili-igrat-za-sbornuyu-anglii.html ]Ревнуем друг друга с подругой [/url]
    Как вы думаете, можно ли только на приватных уроках заработать себе на жизнь? Я переехала в Европу, и сложилось так, что в данный момент - единственный выход у меня - это давать приватные уроки. Очень переживаю, нет уверенности в завтрашнем дне. Скажите, есть ли между вас или же ваших знакомых те, коие себя обечпечивают только приватными уроками? Я тут, в новой стране, могу рассчитывать только на себя. Заранее спасибо за ответы

  31. Анонимный Says:

    top [url=http://www.c-online-casino.co.uk/]free casino bonus[/url] hinder the latest [url=http://www.casinolasvegass.com/]online casino[/url] manumitted no consign hand-out at the chief [url=http://www.baywatchcasino.com/]redeem casino
    [/url].

  32. Анонимный Says:

    top [url=http://www.001casino.com/]online casino[/url] check the latest [url=http://www.realcazinoz.com/]realcazinoz[/url] free no deposit perk at the chief [url=http://www.baywatchcasino.com/]www.baywatchcasino.com
    [/url].