Manqurtlaşdırabildiklərimizdənsinizmi?
Posted On 3 апр. 2008 г. at на 13:26 by Aygün İslamzadəDüşünürdüm qanımı heç nə qaralda bilməz, geridə qoyacam cəmiyyət dərdi filan çəkməyi. Tolerant münasibət yaradacam özümdə haqsızlıqlara, xüsusən də mənə qarşı deyilsə. Amma bir yerə qədərmiş. Bu gün öyrəndim ki, ali məktəblərə imtahan siyahısından üçüncü qrup istisna olmaqla, bütün qruplardan ədəbiyyat fənnini çıxarıblar. Ədəbiyyat.. Biz ədəbiyyatimızda tariximizi görürük, özümüzü gorürük. Amma kimlərinsə kefinə düşüb və o ixtisara salınıb.
Nəzərə almayıblar ki, bizim şagirdlər dünya görüşü qazanmaq əvəzinə ali məktəbə daxil olmaq həvəsilə bir neçə fənn oxuyurlar sadəcə. Nəzərə almayıblar ki, bu günə qədər hər imkan ələ düşəndə təhrif edilən tariximizi heç kəsə sübut edə bilmiriksə də, bizim bir köklü xalq kimi köklü ədəbiyyatımız var, amma gənc nəsil öyrənmədən nəyə yarar ki. Nəzərə almayıblar Nizaminin sakit həyat tərzini onun əsərlərindən, Füzulinin sufi fəlsəfəsini onun qəzəllərindən, Nəsiminin iradəsini onun şerlərindən, Sabirin xalqı düşünməyini onun satiralarından öyrənməyəndən sonra daha hansı millətçilikdən söhbət gedə bilər.
Yazımın əvvəlini oxudum. Əcəba mən də manqurtlaşdırılabilənlərə çevrilmək üzrəyəmmi??
:) Bax, bu, yaxshi xeberdir. Men riyaziyyat fenninin butun qrup imtahanlarina salindigini eshidende sevinmishdim. Dushundum ki, riyaziyyat mentiqdir, tefekkurdur ve riyaziyyati bilen mentiqsiz olmayacaq. Indi de fikirleshirem ki, :) axir ki, belke bu xalq shairlik adini ustunden goture! Axi deyirler, dunyanin en shair xalqlari skandinaviyalilardir! Bizim yazdiqlarimiz ise :) mastana, ay mastana, mastan girer bostana, qorxuram yagish yaga, qirmizi tumani istana kimi sheirlerdir. Vay biz kreativshiklerin halina! Sabah-birigun iqtisad universitetini bitiren marketerlerle nece anlashacagiq!
Bu zarafatdir, ya ay Afet xanim, elə eləcənə düşünürsünüz??
Zorla mehebbet olmur. Xususile de edebiyyata. Edebiyyati seven onu sevecek. Orta mekteb shagirdlerinin edebiyyati oxumasi, oyrenmesi uchun orta mektebde sherait ve kifayet qeder sert telebler qoyulmalidir. Attestat almaq uchun, orta mekteb imtahanlarini ugurla vermek uchun edebiyyat fenninin payi olmalidir. Amma ali mektebe qebul olmaq uchun dexli olmayan fennleri baryer etmeyin menasi yoxdur. Oturub cografiyani oxuyan abituryentin sher ezberlemesini gorende ureyim agriyir. Mence, vacib olani tarix fennidir. O da deyesen hech choxdan oz lazimi yerini tutmayib :(. Edebiyyat sovetden qalma fikirdir ki, edebiyyati bilirse, fikrini yaxshi ifade ede biler ve s. Hele o gic-gic insha yazdirmaq adeti var idi eee...
:))
Zorla mehebbet olurmush!! Ozu de lap elasindan. ne ise.. bu movzudan kenar bir sheyi anlatdi..:))Kefim achildi emelli
Movzuya gelice, kateqorik suretde seninle razilashmiram, Afet.
Insha yazdirmaq gozel qaydadi. Ve mence mektebde gorduyum en agilli ishlerdendir. Ustelik shair ve yazichilarin heyatini ve sherlerini oyrenmekle ne shair olmaq olar, ne de yazichi. Amma oyrenilmesi mutleqdir. Chunki sabit olan bir onu gorurem. Senin dediyin tarix ise chox yerinde durmayan, her basha gore bashqa yon alan bir sheydir.
Elbette tarix kechilmemelidir demirem.. Kechilmelidir, amma edebiyyatin yeri ayridir. Oz dilini, edebiyyatini ve riyaziyyati bilmeyen adami adam hesab elemirem men. Men mektebde edebiyyat dersinden bashqa Nitq medeniyyeti dersi kechmishem, bunun esasini klassiklerin sherleri, duzgun ifade ve duzgun diksiya teshkil edirdi. Ve chox xoshbextem ki, ele bir imkanim olub. Hech kime demesen bele bezen oz ozume sher deyib hezz aliram bundan.
Raziyam ki, mekteblerde daha sert kechilmelidir. Amma realliqdan qachmayaq, bizde hech uch fazi deyil oz kefi uchun oxuyan ushaq sayi. Qalani ali mekteb xeyallari ile oxuyurlarsa oxuyurlar, ya da tamamile hech ne olurlar. Ona gore de imtahanda menim imtahan verdiyim vaxtdaki kimi cemi 10 sual olsa bele edebiyyatdan olmali idi. Edebiyyata hormet adina en azindan
Bilirsen, eslinde belke de menim mubahiseye girishmeyim duz deyil. Ona gore ki, men ozum edebiyyati xoshlayiram, ferqi yoxdur, yerlini de, xaricini de. Yaxshi sheirleri xoshlayiram. Hemishe de xoshlamisham. Amma men edebiyyati xoshlamayan ve sevmeyen adamlarin da fikirlerine hormet edirem. Bir de, oxumagi seven adam, mence, edebiyyati da oxuyacaq. Axi edebiyyat zovq uchundur. Hemingway deyirdi ki, edebiyyati ona gore oxuyuram ki, bashqalarinin ne haqda dushunduyunu bilim. Dunyadan xeberdar olmaq isteyen adam oxuyacaq. Oxumayana ise xeyiri yoxdur.
Bes Afet, yonlendirme? Ushaq beynine evvelden qoysa ki, bu mene lazim deyil, o muasir muellimlerin hevessiz yonlendirmelerini de qulaqardina vuracaq.
Amma laizm oldugunu dushunse chalishacaq ki, nese de olsa oyrensin. Ustelik de edebiyyati sevmemek.. ve ya sevmek uchun evvelce bir oxumaq lazimdir da.
Xususen inshanin yazilmamasi meselesi ile razilashmiram.
Dedim ax, orta mektebde yaratmaq lazimdir o mehebbeti
Şerhimi 3e bölecem
1. Yazını görer görmez olan reaksiyam - Gözümüz yollarda qalmışdı Aygün.. Yaz da belece üreyinden keçenleri... ' paraqrafda da olsa... Fikirlerini super ifade elemisen
2. Meseleye ne qeder üzüldüyümü texmin edersen. Men edebiyat fanatıyam. Şer oxumaq, Celil Memmedquluzadeni oxumaq... Bunlarsız Azerbaycanlının düşüncesi formalaşa bilmez... Qeti ve konkret...
3. Gördüm 7 şerh var. Dedim onlara da baxım ona göre fikir bildirim. Baxdım deyerli iki xanım marketerimiz müzakire aparıb. Ortasına girmek anlayışsızlıq olar. Burda saxlayacam....
Amma çox üzüldüm xebere...
Salam dostlar!
Afət, AdAY nə demək? :)
Bu fikirdəyəm ki, Azərbaycanda ədəbiyyata maraq azı 50 faiz azalacaq, hərçənd, onsuz da çox deyildi... Bizdə Ali məktəbə giriş çox əcaib bir hal alıb. Gənclər ixtisas fənnindən savayı heç nə oxumurlar. Yadımdadır, özüm 11-ci sinifdə olanda imtahan-zad fikirləşmədən ləzzətlə Ayzek Əzimovu oxuyurdum... İndiki yeniyetmələr isə dünya ədəbiyyatından ümumiyyətlə, heç kimi tanımırlar.
Azerbaycan Edebeiyyatina maragi azaltmasina ve ya artirmasina inanmiram. Mecburi olan hechne ne maragi artirar, ne de azaldar...
Imtahandan chixarilmasi ise mence yaxshi olmayib. Hech olmasa mecburi de olsa, kimlerinse "varligindan" xeberdar olurduq, bundan sonra hech onu da bilmeyeceyik. Gelecekde "Sabir boyuk shair idi" deyende, kimse chixib " Sabir kimdi?" deye biler.
Kash imtahandan chixarmayaydilar, ancaq yene fikrimi tamamlayim ki, mesele sevmek-sevdirmekdirse, bu imtahna qoymaq ve ya chixarmaqla istenilen seviyyeye getirile bilmez mence...
Hormetle,
Aygun ezizim turklerin bir filmi var. Bilmirem baxmisan ya yox adi deyesen okuldur, orda senin sevdiyin aktrisa Tuba Buyukustun da chekilib. Filmde Jan Klod Vandam da var. Ne ise... Movzudan chox kenarlashmayim.
Hemin filmle şagirdlerin niye qebul imtahani vermek mecburiyyetinde oldugu, 10-11 il tehsil alan ushaqlarin 2-3 saatliq imtahanla bir nov geleceklerinin hell olundugunun duzgun olmadigi insanlara chatdirilmaq istenilib. Demek istediyim odur ki, qebul imtahanindan edebiyyat da chixarila biler, riyaziyyat da, ele qebul imtahaninin ozu de legv edile biler, bu bizi eslinde hech narahat etmemelidir. Bizim tehsil sisteminde boyuk islahatlara ehtiyacimiz var!
Edebiyyata geldikde ise yenice dil achan ushaqlarin bele turk seriallarının tesirinden azerbaycan sozlerini nece ezerek danishdigini eshidende bu ushaqlara zorla da olsa sher ezberletdirib, hekaye oyretmeyin ne qeder vacib oldugunu basha dushmek olar.
Yaman uzunchuluq etdim, amma onu da deyim ki, bu tedris ilinde mekteblerde buraxilish siniflerinin şagirdlerini 2 defe butun fenlerden imtahan edibler ve eyni fenden 2 defe 2 alana atestat verilmeyeceyi soylenilib. Bu imtahanlarin obyektiv kechirilmesi davam etse belke bu 3-4 fenn ozumaq sindromundan canimizi qurtarariq...
Men yene öz düzelişlerimle geldim :))
Sevinc xanım o filmin adı ele imtahandı... Sınav...
Eslinde heqiqeten de 11 illik eziyetin 3 saatlıq imtahanla ölçülmesi çox pisdi. Meselen Rusiya bundan uzaqlaşır. Amma biz buna hazır deyilik... Heyf ki...
Vusal, xeyli vaxtdir baxmishdim o filme uzurlu hesab edin.
Raziyam sizinle biz ona hazir deyilik... Ozumuz de bilirik neye gore...
Neyin üzrüdü Sevinc xanım?
Rejissor biler siz bilersiz:))
Hetta düzeliş elemeyi çox da sevmirem. Qarşıdakı insana toxuna biler deye... Anlayışla qarşılayanı görende sevinirem...
Eeehhh.. Olacıyıq biz de hazır ne vaxtsa...
nifret edirem insaya !!! zahlem gedir !!! nifrem edirem edebiyat dersinde ser ezberlemeye !!!