Əcaib-qəraib marketinq

Məndə elə bir hiss var ki, sanki illərdir yazmıram, hərçənd əvvəlki yazımın üştündən elə də çox
keçməyib. Bu günki yazıma məni ilhamlandıran Vüsalın “Marketinq dünyasının əcaiblikləri” yazısı oldu, çoxdan yazmaq istədiyim bir mövzunu başqa biri ilə mix şəkildə ortalığa çıxarmaq qərarına gəldim. Əvvəl başlayaq web 2.0 texnologiyasından. Tez-tez eşidirik və çoxumuz da haqqında məlumatlıyıq, xüsusən bloq yazanlarımız. Nədir web 2.0? Bu suala ən gözəl cavabı Nokia son rolikində verdi.


Nokianın cavabı gözəl olsa da, inanın mənim indi yazacaqlarım qədər aydın deyil.:))
2001-ci ildən etibarən dotkomların tənəzzülü başlamışdı, insanlarla internetin əlaqəsinin azaldığı bir dövrdə O’Reyli adlı biri internet aləminin yeni konsepsiyası ilə bəşəriyyəti üzbəüz qoydu. Demək olmaz ki, bu yeni konsepsiya daxilində nəisə tamamilə fərqlənən standartlar vardı, bunlar yəni Ajax, Rss, bloqlar və s. sadəcə olaraq onunla fərqlənirdilər ki, insanlar onlara daha artıq əmək sərf edəcəkdilər. Əmək sərf etmək ifadəsi gözə xoş görünməyə bilər, amma insanlar dəyər verdikləri bütün münasibətlərə əmək sərf edirlər, insanlar sözün əsl mənasında “connecting people” olduqları üçün ünsiyyət hər hansı bir formasında onları özlərini canlı hiss etməyə vadar edir. Xüsusən də vaxt azlığı, işdə vaxtının çoxunu keçirmə ve insanların daha dar çevrəyə qapandığı zamana rast gəldiyi üçün web 2.0 texnologiyası sürətlə məşhurluq qazanmağa başladı. Məsələn bloqqinq indi o səviyyəyə çatıb ki, dünyanın yüz məşhur ingilisdilli resursları arasına bloqlar daxil olub, çin aktrisası Syu Szinleyin (adın səhv yazmışamsa, gərək bağışlasın) bloqu isə ona verilən linklərin sayına görə Google news, Forbes və Business Week-i geridə qoyur. Bu gün rusdilli bloqosferada 2,8 million bloq var, heyif ki, tam olaraq Azərbaycanda sayı nə qədərdi bilmirik və çox böyük təəssüf ki, bizim bloqların sayı hələ də azdır. Amma son vaxtlar artan bloqlar sübut edir ki, bizdə də blogging inkişaf edir. PR-a indi bir qol da qoşublar, BR, yəni Blogger relations, artıq marketoloqlar bloqlardan öz xeyirləri üçün istifadə etməyin yollarını araşdırırlar, bu haqda kitablar yazılır. Bəziləri isə, elə Nokianı desək web 2.0-la birgə öz reklamını təşkil edir. Keep it simple (tanış gəlir?:) sloqanı ilə bir qədər əvvəl link verdiyim rolikdə Nokianın və web 2.0 oxşar cəhətinin insanları birləşdirmək, onların ünsiyyətində vasitəçi rolunu oynamaq olduğu qeyd edilir. Bundan əlavə, Nokia maps 2.0 piyadalar üçün nəzərdə tutulmuş mobil xəritənin eksperimental variantını təqdim edib.
Bir sözlə, web 2.0 bu an üçün həqiqətən əhəmiyyətlidir və bir sual meydana çıxır ... Agıllımız kimdir?? Əlbəttə ki, qabaqda gedən zəncirlimiz..Ən azından ona görə ki, qabaqda gedir. Bu işdə novatorlardan biri Set Qodin olub. Gəlin müxtəlifdilli marketoloqların bloqlarına nəzər salaq, aralarında “mənəm mənəm” deyən kim varsa mütləq Qodinin bloquna link olmalıdır. Qodin bu işi sözün əsl mənasında bacarıb. Hələ 1999-cu ildə öz kitabını çap elətdirərkən nəşriyyatla belə şərt kəsir ki, kitabın onlayn variantı pulsuz olacaq, naşiri promouşının bu növünə təəccüblənsə də, sonda razılığını verir. Qodin hər ona məktub yazana kitabının onlayn versiyasını göndərir. Tezliklə, monitordan oxumağa hövsələsi çatmayanlar kitabdan sifariş edirlər və Qodin ikinci kitabı “Unleashing the İdeavirus”da yazır ki, -pulsuz ideyalar daha tez yayılır. Müəllif yenə də pulsuz yüklənməsinə kitabın icazə verir və bu yüklənmələrin sayı 2 milyonu keçir, eyni zamanda ideyavirus haqqında kitab Amazon.com-un ən çox satılan kitablar siyahısında beshinci yeri tutub, yapon dilində isə dördüncü yerdə olmuşdur. Budur uğur, budur marketinq.. Marketinq əslində velosipedi yenidən ixtira edə bilmək qabiliyyəti deyil, sıradan, sadə həqiqətlərin satıla bilməsi deyilmi? Kimsə deyəcək ki, marketinq satış deyil, amma unuduruq ki, hamımızın bir qayəsi var, satmaq. İllər əvvəl bir radiostansiyada DJ olmaq istəyərkən oranın işçilərindən biri dedi ki, burda əsas olan özünü satmaqdır, dabanıma tüpürüb ordan qaçmaq istədim, amma zaman özünü satmağın nə demək olduğunu göstərdi, özünü, əməyini satmaq bacarığı, xüsusən də sanballı qiymətə xüsusi qabiliyyət tələb edir və bu bir marketoloqun vəzifəsidir. Sonda nəticə çıxararaq demək istəyirəm ki, Qodin yenilik etməyib, hətta onun “Bənövşəyi inək” kitabını südün içində satması belə elə bir yenilik deyil, Qodin yeni mühitə, yəni ki, web 2.0-a hamıdan tez adaptasiya edənlərdən biri olub, o özünü hamıdan yaxşı satan olub, bu səbəbdən 2007-ci ilin Marketinq qurusu adına mən də onu layiq görərdim.
Son olaraq qeyd etmək istəyirəm ki, Qodinin squidoo.com saytı yaşının azlığına baxmayaraq, gündəlik yarımmillion ziyarətçiyə sahibdir.

Posted in Ярлыки: |

28 коммент.:

  1. Vüsal Says:

    Web 2.0'ı ve RSS'i her yerde görüb ne olmadığını tam bilmeyen biri üçün ideal yazıdı...

    Ve ayrıca son zamanlarda oxuduqlarım arasıda en gözellerden...

    Set Qodin mövzusunda fikrimi başda ele onu beyenen:) Aygün olmaqla bloguma baxanlar bilir. Amma ne yalan deyim o esl marketinqçidi. Özünü satmağın ustası. Tom Peters kimi... Set Qodinin en böyük uğuru ise senin de dediyin kimi ineternet alemine en ilk nüfuz eden marketinqçilerden olmasıdı...

    Bu yazıya ilk şerhimdi. Hele davamı olacaq:))

  2. Vüsal Says:

    Bir şey de elave eliyim. Bu deyerli blogdakı tam 1 heftelik susqunluğun pozulmasına yeqin ki hamı memnun olar...

  3. Aygün İslamzadə Says:

    Sag ol, Vusal. Chox da operativsen MashAllah.
    Eslinde Rss, Ajax ne oldugunu chox da achmamisham, chunki yene de bir web dunya haqqinda bloq olmadigini dushunurem. InshAllah bunu da gozleyek, yeni bashqa bloqchularimizdan..

  4. Rüstəm Məmmədov Says:

    Əla!

    Vüsalın şərhinə əsasən mənə də çox faydalı oldu:)))

    O ki qaldı Qodinə, Vüsalla yüz faiz razıyam, Qodin mövzusunda əlavə fikrim yoxdur.

    Hörmətlə,

  5. Vüsal Says:

    Operativ olmaq da ele qezetçilikdendi yeqin Aygün. Lazımlı resursları tez-tez kontrol etmek lazımdı:)

    Rüstem burda terefimi tutursan ki, PRda da men senin terefini tutum:))) Zarafatdı a birden ciddi hesab eliyeriz:)))

    Yazı eladı heqiqeten. Qodinin keçelinin de şekli olsa vapşe suğer olardı:)

  6. Aygün İslamzadə Says:

    Qodinin kechelinin sheklini hazirlamishdim ee.. Hetta saticiliq qabiliyyeti sachda deyil, bashda olar bashliq vermeye hazirlashirdim ki, dedim oz-ozume ay Aygun..hech utanirsan, qadan alim..:))
    Yaziya terife gore sag ol. Vallah Rustem kimi terifleyirsense, men batdim. Rustem nece oxuyubsa yazini, hech yadina da gelmirdi ki, men Qodinin ozunu satmasini ifade elemishem, ya sen..Ne ise..

  7. Rüstəm Məmmədov Says:

    :)

    Tekrar ela!

    Tekrar oxudum:)

  8. Vüsal Says:

    Rüstem son vaxtlarda KİSS prinsipine keçib. Şerhleri simple ve short (stupid yox a:)) tutur:))

    Men şexsim adına beyendim. İndice de ele sırf bu mövzuyla bağlı bir şeye baxmışam. Mini Qodin - Vaynerçuk:))

    Nurlana lojistik destek üçün teşekkür:) http://www.ourawesomeplanet.com/awesome/2008/02/gary-vaynerchuk.html

  9. Aygün İslamzadə Says:

    Tekrar?? :))
    Mence, axi birinci defe idi.
    Rustem, seni imtahan ederik. Umidvaram kechen defeki kimi olmayacaq. Onda anlashilar oxumusan, ya yox...:)

  10. Afet Says:

    Achdim, oxudum, beyendim. :) Aferin, Aygun. Amma, meni qinamayin ve demeyin ki, qocalmisham, biznessde, xususile de elmi biznesde artistliyi xoshlamiram. :( bu Vaynerchuk gedeye baxanda lap etim tokuldu :S
    Bizde bloqchulugun inkishaf etmemeyinin ilk sebebi yeqin ki, internet imkanlarinin mehdudlugudur (tekce hamida olmamagi yox ha!!! hem de suret meselesi).

  11. Aygün İslamzadə Says:

    Teshekkur edirem, Afet xanim.
    Vaynerchuka baxanda eti tokulen tek men deyilemmish..:)

  12. Rüstəm Məmmədov Says:

    Mən artıq bu imtahanlardan qorxuram axı elebil:) Qayıdım başa tekrar oxuyum yazını:)))

  13. m.v Says:

    Salam dostlar, Salam Aygün.

    Mənə də elə gəldi ki, sən az qala bir ildir yazmırsan... Hətta düşünürdüm ki, "görən, niyə göz dəydi, axı mən maşallah demişdim..."

  14. Vüsal Says:

    Görürsen Aygün bloguna yazmağa çox ara verdiyini düşünen ve yazını gözleyen tek men deyilem:)

    Vaynerçuk meselesinde 1-2 cümle de men deyim. Evvela heç özüm de beyenmedim onu. Amma bu ordakı faktları deyişmir. Qaqaş günde 1000 mail alır. Saytı çox ziyaretçi celb edir. Eledikleri de qeyri adi şeyler deyil. Ele Qodinin eledikleridi. Sadece yuxarıda da dediyim kim. Mini Qodindi. O qeder önemli biri deyil...

    Qodin nece deyib: hamının xoşuna gelmek isteyen heç kimin xoşuna gele bilmez. Antilerin ne qeder çox olsa o qeder beyenilir artıq modern dünyada insanlar..

    He familyasının vine'la başlaması da tesirsiz ötüşmüyüb herhalda uğurunda. Vineiacs'ın yeri var:)

  15. Aygun Says:

    Rustem, hazirsan imtahana?? gelir ha suallar:)
    Vusal, yəni M.V., cemi 6 gun idi yazmirdim, niye bize bir il gorsenib ki? inanmiram, goz deymekden olsun bu problem. :)) Goz deyesi bir shey yoxdur da ondan. Amma yene de Mashallah sozune gore teshekkur.
    Vaynerchuk ise mini ve daha shit Qodin alinib deyesen:)))

  16. Shared Folders Says:

    web 2.0 ən böyük fərqi nədir? texnologiya? kontent? operativlik? bunların hamısı üeb 1.0 da var idi.
    Ən böyük fərq istifadəçilərin kontent istehlakçılarından kontent istehsalçısına dönüşümü oldu. Bloqların bu qədər yayılmasının altında yatan səbəb də budur.

  17. Aygün İslamzadə Says:

    Shared Folders, xosh gorduk sizi bloqumda. Heqiqeten chox sevindim, bilseydim web 2.0 haqqinda choxdan yazardim.
    Duz deyirsiniz, esas mesele kontent istehsalchisi olmaqdir, mende emek serfi ve connecting people olmaq insanlar uchun esasdir demekle bunu nezerde tuturdum

  18. Vüsal Says:

    Sharedi Azerbaycan blog aleminde görmek çox xoşdu....

    Deyilen mesele ile bağlı Marketinq jurnalında yayınlanmış yazımı heç bir deyişikliksiz bloguma qoyuram:)

  19. Rashad Aliyev Says:

    Aygün oxudum,
    Super, web 2.0 haqda yaxşı yazmısan. Ajax və RSS haqqında da fikirlərini oxumaq istərdim. Hər halda mən web 2.0 deyiləndə onlara texniki tərəfdən, siz isə blogging, wikipedia kimi baxırsız. ( əgər nəyi isə səhv yazmışamsa düzəldin səhvimi )

    Mənim fikrimcə web 2.0 əsasən 3 hissəyə bölünür 1) Məzmun - Bloq, wikipedia kimi istifadəçilər tərəfindən məlumatların doldurulması. 2) Texnologiya - Ajax, RSS, CSS saytlar və s. 3) Dizayn - Hər hansı personaj çəkilib ona uyğun saytlar yığılması (Disney)

  20. v.m. Says:

    Sabahın xeyir, Aygün.

    Öz bloqumda Sənə yazdığımı oxudunmu?

    Kiçik anlaşılmazlıqlar olubsa, bağışla. Əsla istəməzdim Sənin xətrinə dəyəcək nəsə baş versin. Varsa, keç günahımdan.

  21. Aygün İslamzadə Says:

    Rashad, men bu ishde o qeder de bilikli deyilem. RSS haqqinda kifayet qeder melumatliyam, bloqumda rast gelmeseniz bele. AJAX ise menim uchun hele quyu kimidir. Men burda esasen meselenin marketinq terefine toxundum. Hal-hazirda bloqlar reklamda chox istifade olunur, yazida qeyd etdiyim kimi BR deyilen bir marketinq aleti emele gelmeye bashlayib. Meqsedi ise bloqchularla shirketlerin munasibetlerinin teminidir. Yeqin ki, xaricde artiq bundan otru elave insanlar teyin olunur. Ne ise..Bizde de chox isteyirem ki, bloqqing inkishaf elesin.
    web 2.0 haqda genish yazini senden gozleyirem. AJAX haqqinda xususile..
    Vusal, siz bagishlayin. Bloqunuza her zaman gelecem, fevri davramagima fikir vermeyin. :) Sulh..

  22. nur_aleyna Says:

    Salam.iade-i ziyaret edim dedim :) Blogunuz her zaman oxuduklarım arasında.menim blogumu da sevdiyinize hatta reseptlerden istifade edeceyinize sevindim.linkler arasına yerleşdirmisiniz ama yalnış olub deyesen :) menimki azeriblog.com`dadır.
    bir daha salamlar,sevgiler..

  23. Aygün İslamzadə Says:

    Nur xanim, chox uzr isteyirem. Yeleshdirmek isteyende iki defe problem oldu, sehife itdi, uchuncu defe de artiq hovselesizlikden sehv yazmisham. Duzeltdim:))
    Bloquma xosh gelmisiz!

  24. Vüsal Says:

    Aygün yazıda bir yer var: Gəlin müxtəlifdilli marketoloqların bloqlarına nəzər salaq, aralarında “mənəm mənəm” deyən kim varsa mütləq Qodinin bloquna link olmalıdır.

    Öz aramızdı tanıdığım demek olar bütün Azebaycanlı bloglarda senin bloguna link var:))

  25. Aygün İslamzadə Says:

    Xaxaxa.. Men de Azerbaycanin Qodiniyem deyirsen??

  26. Vüsal Says:

    Milli Marketinqin Qodini?:)) Yox Aygün bilirsen menim onnan aram yoxdu, hörmetim ise heç... Amma sen hörmetli marketoloqumuzsan...

  27. Vüsal Məmmədov Says:

    Aygünün bloguna linkin olması blog üçün prestij əlamətidir.

  28. Aygün İslamzadə Says:

    Lap utandirdiz meni.. Burda qizaran smaylik niye yoxdur??
    :(Burda umumiyyetle hech bir smayli yoxdur...:(