Yaxşı marketoloq
Posted On 12 мар. 2008 г. at на 18:20 by Aygün İslamzadəƏvvəlcədən bildirim ki, yazını bir az tez-tələsik yazıram. Ona görə nə çatışmamazlıq gördünüzsə, üzrlü hesab edin.
Forumda günlərlə yaxşı marketoloq olmağın sirrləri bol-bol müzakirə olunur. Bundan həvəslənərək mən də qərara aldım ki, bu mövzuya bir az diqqət yetirək. Əminəm ki, hər bir marketoloqun ürəyi doludur. Mən əvvəl öz formulumu demək istərdim, marketoloq bilirsiz nə vaxt yaxşı marketoloq olar? Onun işinə şirkətin müdirindən tutmuş xidmətçiyə qədər qulp qoyan olmasa bəlkə də yaxşıdan da yaxşı marketoloq çıxar. Hər əlinə zər alan nərdi çözdüm dediyi kimi, şirkətlərdə də hər işçi marketinqi bildiyini və mənasız məsləhətlər verməyi özünə bir nömrəli borc hesab edir. Bütün məsləhətlər içində ya marketoloq özünün düşünmək qabiliyyətini (çünki əvəzinə düşünənlər var), ya da daha pisi - əsəblərini itirir.
Bu arada mövzuya gəldim necə çatdım, ondan danışım. Demək mənim heç bir də yox, düz iki dənə Fatma ciyim vardı. Biri artıq gen-bol mədh etdiyim Foks, digəri isə İqor Mann. Onlara Fatma ciyim adını mən yox, anamın verməyi göstərir ki, həqiqətən də mən çox danışanam. Bu Mannın bir kitabında yaxşı marketoloqa verdiyi tərifi gördüm və eyni şəkildə tərcüməyə qərar verdim, əlbəttə razılaşmadığım hissəsi var. Bu haqda az sonra..
İqor Mannın marketoloqun yaxşı olub olmamasını aydınlaşdıracaq dörd sualı bunlardır:
1. Sizin marketinq menecerinin satışda təcrübəsi varmı?
2. O, satış menecerlərinə nə ilə kömək edə bilərəm deyə sual verirmi?
3. O, satış menecerlərinin xahişinə tez reaksiya verirmi?
4. Sizin marketoloqunuz satış menecerlərlə satışı artirmaq üsulları haqqında yeni fikirlər ilə bölüşürmü?
Əgər suallardan hamısına “hə” cavabı veribsə, onda marketoloqunuz əladır, üçünə hə deyibsə yaxşıdır və bu minvalla...
Mannın dediklərinə baxdıq, mən özüm də satışla marketinq şöbələrinin sıx əlaqəli olmasının, heç bir halda mənim işim satış deyil deyib kənara çəkilməməyin tərəfdarıyam. Amma yaxşı marketoloqu bir satışla limitləndirmək bir az agılsızca deyilmi?
Qısaca, yaxşı marketoloq bütün şöbələri birləşdirəcək qədər, hətta dözülməz dərəcədə çox sayda məsləhətlərə qulaq asıb faydalısını seçmək qabiliyyətində olmalıdır. Nə isə... Mənə holistik marketinqə yol göründü, amma niyəsini soruşmayın, hələ bilmirəm. Vüsal bir lateralını yazsın, gerisi Allah kərimdir.
P.S: Ana, daha Mann mənim Fatma ciyim deyil!
Daa denen men ela marketologam ki, satishda tecrubem yoxdur (Garson ishlemishem, ordan biraz var eslinde) onu da, hergun hech olmasa iki mushterini shexsen ozum qebul edirem ve ona satiram:))
Yazi ela! Birce, Mannin yazdiqlarina FOX-un bir iki maddesini de elave etseydin lap ela olardi...
Bir de yaxshi marketologa Vusalin bir sounu de elave edim, Vusaldan qabaq:yaxshi marketolog odur ki, trendleri evvelceden gorsun ve ya ozu trend bashlatsin...
Hormetle,
Rüstəm, yazarkın səni düşünürdüm elə. Yəni sənin bu satıcılıq etməyini))
Sən yaxşı marketoloqsan, səbəb də bu suallara hə cavab verməyin deyil təkcə, bunlar dəryadan bir damladı. )
He bir de yadimdan chixmishdi, (ozumu teriflemekden her shey yaddan chixdi) bu haminin marketinge qarishmagi meselesi yarali yerimizdir. "Yerimizdir" deyim cemleyirem, chunki mene ele gelir ki, Azerbaycanda ishleyen her marketologun esas problemlerinden biridir bu.
Ifadeler ise chox gozel idi..Hele gerek biraz da yixib suruyeydin Aygun... Ureyimizin qurdunu tokerdik.
Hormetle,
Aygün, sənin dediyin birinci problem (yəni işə müdaxilə) bütün sahələrdə var. Həm də mənasız, yersiz, bezdirici, stress yaradıcı müdaxilə. O olmasa, bütün ölkədə işlər daha yaxşı gedər. Azərbaycanın ən böyük problemlərindən biri də təşəbbüs azadlığının boğulmasıdır.
Aygün senin yaxşı marketoloq barede müqeddimen Mannın kriteriyalarından daha mentiqli geldi mene:)))
Satışı bilmeyen, onu duymayan marketoloq ola bilmez. Bu reallıqdı. Amma marketoloq deye bir şey qalmır artıq. Here öz işinde püxteleşir. Amma bele de baxanda ele copywriter de öz işini agentliye onlar da şirketlere satır. Yeni satış varsa marketinq var: sitat - Rüstem:))
Rüstem ne tez istifade eledin fikrimden:)))) Mene fexrdi...
Lateralı da qoydular boynuma iki daş arası:)))
Aygün telem-telesik yazmasan Allah bilir ne şedevr çıxacaq da qarşımıza... neyse
Lateral ve Holistiki yazsaydiniz oxuyardiq, duz bir aydi (gop olmasin) eshidirik, ikiniz de yazacagiq, edeceyik, amma ortaya hele chixmayib.Gozlemekden gozumuzun koku saraldi..
Hormetle,
Sherhlere gore haminiza teshekkur.
Vusal, ne bilmishdin bes??
Men ele bu yazicigazi senin boynuna Lateral marketinqi qoymaq uchun yazmisham da. Yaz oxuyaq da.. Ehtiyatli ol bu meselede deyecek sozum choxdur:))
Rustem, heqiqeten gop oldu, chunki men 3 aydir soz vermishem, 1 deyil.:)
Salam.
Aygün xanım yazı üçün teşekkürler!
Mannın bu dediklerinde heqiqet var mene göre. Biz praktika praktika deyirik. Satış marketinqin en gözel praktikalarından biridir mence. Satışdan marketinge gelmek mence direkt marketinge gelmekden daha faydalı olmaqdadır. Bilirsiniz bezen satışda olan ele xırda detaylar varki marketologa bu öz işinde heddinden çox kömek edir. Marketingin şirketde söz sahibi ola bilmesi de bax ele bu xırda detayları digerlerinden daha yaxşı bilmesinden de asılıdır. Yoxsa hamımızın bildiyi ve yazılanlar kimi her kes marketingi bilmiş kimi qarşımızda tikilir. Bu xırda detaylar tekce satışda deyil diger sahelerde de var.
Yani ki marketingde de bashga sahelerde oldugu kimi bilgi sahibi olmadan fikir sahibi olmaq pis neticelere getirib çıxarır.
Hörmetle,
Cebrayil
Cebrayil muellim, xosh gorukd sizi bloqda. Men de dushunurem ki, heqiqet var, amma yaxhsi marketoloqun izahini yalniz bu 4 sualla kifayetlendirmek duzgun deyil. Her halda satishda tecrubenin boyuk ehemiyyeti var, amma marketinq tek satish, marketoloq sadece dushunen satici deyil. daha artiqdir!
Hormetle,
Salam. Xoşvaxt :) ve xoşbext olasınız!
Aygün xanım elbette siz dediyiniz fikirdeyem. Marketing sadece satış deyil, amma satışın bezi ince detaylari marketologun qarşısında ele problemler yaradır ki...
Ona göre de marketolog satışı bilse yaxşı olar ki hemin xırda detaylarla marketolog adına xelel getirmeisn.Yaxşı marketoloq tek satışı deyil, çox şeyi bilmelidir:)Sizin dediyiniz kimi.
Hörmetle,
Cebrayil
Yazıcığaz:)))
Men axı ne vaxt lateral söz vermişem size?.. İçen de deyilem ki deyim piyan eliyib qopardıblar bu vedi menden. Amma day sizsiz de:))
Amma Holistik meselesinde men de şahidem:) Rüstem de Ülkerden yazacaq. Söz verib deyesen :)
Bir de yaxşı marketinqçi üçün yaxşı formullar verilib forumda. Mütleq baxın:)) Axırıncısı da öz tratuarımdandı:) Repertuar yeni ki...
Ay Vusal, sen deyildin kechen efte laterali men yazacam deyib davalayan??:)
Satisha qalsa, Ogilvy reklam haqqinda da ele bir shey deyib. Sata bilmeyen reklam kreativ deyil! Ne derecede duzdur?! :( Men kut 1-2 gede chixariram efire, shit-shit zarafat edirler, camaatin yadinda qalir ve mehsul satilir, bu reklam ugurlu sayilir. Amma bu, dogrudanmi kreativdir?
Yadimdan chixmishdi, salam :)
Oqilvi yanlish dushunur, chunki kreativlik bashqa kriteriyalara gore olchulmelidir. Amma indiye qeder bu Kann shirlerini alan reklamlara mushteri munasibetinin analizi subut edib ki, onlar mushterilerin de beyendiyi ve eyni zamanda onlari satisha motive etdikleri reklamlar sirasindadirlar. Sozun duzu bu arashdirmanin neticesi meni de teeccublendirdi. Amma beledir.
Bu arada bele chixir ki, kreativ olmayan reklam da sata biler. Chunki sen demish, mehsul haqqinda informasiya yoxdursa, iki kut gede de shit shit danishib bu informasiyani camaata chatdirsa, bunun neticesinde satishin artmasi bash vere biler.
Aygün, neçə vaxtdır ki iphone-un güclü marketinq siyasətinin nəticəsi olduğu haqda eşidirəm və oxuyuram. Bəlkə, məsləhət olsa, gələcəkdə bu barədə bir yazı yazasan...
Vusal, duz buyurursan, Ipohe yazmaq uchun yaxshi movzudur.. InshAllah gelecekde yazaram, menim soz verdiyim yazilar bir bitsin. Evvel bir psixologiya ve bir IKEA haqda yazi var. Sonuncunu da hech cur bitirmek bilmirem:))
Aygün yeni dizaynın xeyirli olsun :)))))))
Esl Ikea dizaynıdı. Sen gecikdirme onu :))))))))))))
Salam Aygün.
Bayramın mübarək.
Deməli, partiya və hökumətimiz mənə belə bir tapşırıq vermişdi ki, salat üçün qarğıdalı dənələri, duzlu xiyar, toyuq filesi, göbələk və s. alım. Mən də mağazaya gedəndə, orada "Şahnar" markalı qarğıdalı dənələri gördüm və aldım. Yadıma sənin yazın düşdü :))).
Gəlib evdə bunu danışanda yoldaşım (o da sənin bloqunu oxuyur) dedi ki, indi ki, belədir, salatın adını "Aygün" salatı qoyacağam
:)))
Və mən soruşdum: bunu hazırlamaqda məqsədin nədir: öz kulinar qabiliyyətini, yoxsa onun olmadığını göstərmək? :)
Amma deyim ki, salat əla alınmışdı. Gəlib qonaq ola bilərsən :)
Vusal, lap muteessir oldum. Menim adima salat hazirladigi uchun xanimiza menden teshekkur edin.
Shahnar qargidali denelerin beyendi?