SNICKERSi tanımayan var?

Məncə yoxdur, amma gözoxşayan reklamları heç vaxt ekranlardan əskik olmur. Sonuncu, BBDO Moskva istehsalı olan rolik brendin yeni növünün tanıdılması üçün mükəmməl rejissorluq nümunəsidir. Ola bilsin ki, o reklamdan sonra heç kimdə “qaçım, fındıqlı Snickers alım” fikri yaranmır, amma bir dəfə reklama baxan insan artıq bazara fındıqlı Snickersin çıxarıldığını çətin unudar. Bəlkə də, Nutsa rəqib kimi doğmuş bu məhsul öz missiyasını bitirəndən sonra yoxa çıxacaq, ancaq şəxsən mən bu reklamın sayəsində fındıqlı Snickersi ömürlük xatırlayacam.
Bu eretik rolik təyyarə səsi və görüntüsü ilə, əlində mikrafon olan jurnalistlə, fotoaparatli yaponla bəlkə də azacıq məqsədini aşıb, amma yenə də kreativlikləri göz qabağındadır. Yeri gəlmişkən, eretik ha, erotik yox. Erotikaya da Snickers zaman-zaman müraciət edib. Eretika isə dini təhrif edənlər üçün deyilir. Rolik Qalileyin Kopernik fəlsəfəsinə inandığına görə edam olunma prosesinə parodiyadır. Qalileyin son “Hər halda yer fırlanır” sözləri lap yerinə düşüb. Bunu rus variantında “И все-таки он существует!” sözləri ilə gözəl ifadə ediblər. Ana dilimizə adaptasiya edib, “Onsuz da o mövcuddur” kimi veriblər. Cümlə heç də xoşagəlimli deyil, amma təəssüf ki, səhvin böyüyü burada deyil. Meşə fındığı, Azərbaycan dilındə belə söz yoxdur, dilimizdə fındıq var və yer findığı var. Rus dilindən eşitdikləri kimi tərcümə etməklə, BBDO-nun o qədər zəhmətini bir qələmdə yerə vurublar. Məqsəd əvvəldə dediyim kimi, Snickersin yeni – fındıqlı növünü istahlakçıya tanıtdırmaq idi, amma bizim ölkədə nəticə tam fərqli alınıb. Bildiyimiz kimi, standart Snickers yer fındıqlıdır (araxis), amma bu yeni Snickers növü fındıqlıdır (adi, şəkərburada, paxlavada istifadə elədiyimiz), kiçik sorğu apardım və məlum oldu ki, reklamı izləyənlər yer fındığı sözünün meşə fındığı ilə əvəz olunduğunu düşünürlər. Reklamın məqsədinin havada qalmasına və elə bir zəhmətin puç olmasına ürəkdən yanıram, amma dilimizə belə savadsız müdaxilələr edildiyi üçün qovruluram. Bütün məsləkdaşlarıma səslənirəm, gəlin, dilimizi sevək, ona hörmət edək, onun sadəliyi və eyni zamanda bu sadəlik altında yatan gözəlliyini qoruyaq. Birdəfəlik başa düşək ki, rus dilində “лесной орех” deyilirsə, bu o demək deyil ki, bu sözü meşə fındığı kimi tərcümə etməliyik. Rusun “лесной орех”i elə bizim fındıqdır. Bu sözlər tək rus dilinə aid deyil, dilimizi bütün dillərinin mənfi təsirindən qorumalıyıq.

Posted in Ярлыки: |

6 коммент.:

  1. Orxan Says:

    Aygün, haqqında yazdığın rolik son zamanlar ən çox bəyəndiyim roliklərdən biridi. əgər "Qalileyin" "Onsuz da o mövcuddur!" cümləsini nəzərə almasaq.

    Bir də bir məsələ haqda yazım. Son zamanlar Bounty-nin rolikləri lap zəhlətökən olub. "Cənnət həzzi"-konsepsiyası məncə tükənib artıq. Yeni bir şey düşünmək lazımdı, nə düşünürsən bu haqda?;)

  2. Aygün İslamzadə Says:

    Cennet hezzi hele de davam edir??
    Bu dehshetdir. Mence ancaq bizim ekranlarda donub qalmish olar.
    Snickersden danishmishken, Yeni Zelandiyada, hemin o findiqli Snickers chox mezeli shekilde tanitdirilib. Rolike qadin alt paltarinda kishini chekibler. Meslehet gorurem ki, ona baxasiniz.

  3. Rüstəm Məmmədov Says:

    Snickers-in resmi distribyutorunu shexsen taniyiram. Bu yazini da imkan tapan kimi ona gosterecem. Reklami deyishdireceklerine inanmiram, hetta sizin blogunuzdan (ele menim blogumdan da) size cavab yazacaqlarina da inanmiram, amma inaniram ki, gelecekde xirda sehvlerin de boyuk tenqidlere ve boyuk effektsizliye sebeb oldugunu dushunecekler...
    Yazdiqlarinizla tamamile raziyam. Rus dilinden tam nece tercume olunub bunu men tam basha dushmurem, rusca tercumelere sehv tutacaq qeder yaxshi rus dili bilmirem. Amma, menim bildiyim bir shey var ki, bizim tercumelerde (reklam, kino, musiqi...)soz tercumesi edilir, sozun insanlarin dilinde dolashdigi formasi, daha yaxin, xosh oldugu formasi ise itir...Bu tercume meselesi bashimza boyuk bela olub, NISSAN sloganini duzgun tercume etmeyib,(gramatik ve mena etibari ile deyil, sadece olaaq ingilis dilindeki menani tam ifade etmir), elece de HYUNDAI, elece de TOYOTA...Reklam yene deyishdirile biler tecili, fesadlari da tez ortadan qldirila biler, slogani duzletmek ise chetindir..Bir de en chetini odur ki, Azerbaycan dilinde tam olaraq ifade ede bilmeyesen:)

  4. Aygün İslamzadə Says:

    Rustem, gelin rus dilini kenara qoyaq, sadece sual verirem. Meshe findigi nedir? Sualima duzgun cavab veren tapilmayib. CHunki, bizim dilimizde meshe findigi sozu yoxdur, sehven insanlar bunu ya araxis(bizim dilimizde yer findigi), yadaki findigin hansisa bashqa novu,onlara melum olmayan novu hesab edirler.
    Diger reklamlara geldikde ise, duzdur, tam menani eks etdirmek chox yaxshi olardi, amma sehv olmadan ve reklamin meqsedini chatdirmaqla ilkin menaya yaxin tercume bezen daha yaxshi yerine dushe biler. BUnunla razisiniz??

  5. Rüstəm Məmmədov Says:

    Razıyam:)

  6. Vüsal Qəmbərov Says:

    Men tanımıram Snickersi. Tanımaq da istemirem :))

    Meşe fındığı da ki ne olacaq e? Meşede yetişen fındıq :)))