REKLAM – gizli vədlər padşahlığı

Başlayım ondan ki, bu padşahlıq sözü lap xoşuma gəldi. Şirin və doğma... Nağıl iyi gəldi yazımdan. Keçim bugünki nağılımın baş qəhrəmanına – AİDA. Amma o ərə getmək arzulayan şahzadə qız deyil( mənə mütləq smayliklər lazım burda), yenə də ingilis abbreviaturasıdır və reklam müraciətinin modellərindən birinin adıdır. Attention – diqqət, interest – maraq, desire – arzu, action – hərəkət deməkdir. Prosess belədir, əvvəl diqqət cəlb etməlisiz, sonra marağını qazanmalı, arzularına hakim olmalı və hərəkətə sövq etdirməlisiniz. AİDA fikrimcə, ən mükəmməl psixoloji təsir mexanizmidir. Kopirayterlərin əksəriyyəti bu tip şablonlardan uzaq durmağı məsləhət görürlər. Amma nəinki reklamı, həyatımızın bütün sferalarını bu şablona düzüb qoşmaq mümkün deyilmi? Məsələn, qızla tanış olmaq istəyən oğlana nə məsləhət görürük; əvvəl qızın diqqətini cəlb etməlidir, sonra marağını oyatmalıdır, sonra isə onu arzulamasına nail olub, hərəkət etməlidir. Bir əlavəm var. Ən əvvəldə hədəfi müəyyən etməlidir, yəni həmin qızı. Bir oğlan eyni zamanda hamının xoşuna gələ bilməz. Amma hədəfi müəyyən etməklə, nisbətən o qızın və ya ən azından müəyyən qız tipinin, ya da müəyyən yaş diapazonundakı qizların diqqətini cəlb edə bilər. Geri qalanı AİDA şablonu üzrə. Reklamda da belədir.
AİDAya misalı reklam rolikinin tərtibi ilə göstərmək olar.
1. Yüksək səs, parlaq rənglər və onların qeyri-adi qarışımları ilə diqqət cəlb etmək;
2. Bekondan sitat deyim - İnsan beyninə təsir edəcək ən güclü silah onu təəccübləndirməkdir. İnsanı təəccübləndirən təklif və ya süjet xəttinin kəskin dəyişməsi ilə maraq oyandırmaq;
3. Potensial müştərinin istəkləri ilə assosiasiya yaratmaqla, başa salmaq ki, bu məhsulsuz və ya xidmətsiz keçinməyiniz bir səhvdir və onun müsbət cəhətlərini sadalamaqla arzulanmasına nail olmaq;
4. Sonuncu isə, endirim və ya hədiyyə təklif etməklə, müştərinin bir andaca problemin həll olunacağını vəd edib, hərəkətə sövq etmək.

Unutmuşdum, AİDA bizə 1896-cı ildən qalıb. Əlbəttə, o da evolyusiya prosesindən keçib və indi onun balaca qardaşları var;- GUEST və SPİN kimi. Onlar haqda başqa dəfə. Hələlik reklam mətninin 19-cu əsrdən qalmış şəhzadəsi haqda məlumat kifayətdir.

Posted in Ярлыки: |

4 коммент.:

  1. Rüstəm Məmmədov Says:

    Mən qızla tanış olmaq üçün buna gərək xüsusi diqqət yetirəm:)

    Mövzu da çox maraqlıdir, amma bu mövzunu bu misalla izah etmək əla olub.

    Hədəf seçimi hər halda bizim burada (bizim şirkət də daxil) ən çox fərqli şəkildə dəyərləndirilən mövzudur. Əslində hədəf seçimi sadədir; sizin misalda da olduğu kimi tanış olmaq istədiyin qızı seçmək və onu əldə edə bilmək üçün yola davam etmək. Mən yola davam etməyin içərisinə nələr daxil olduğunu yazmıram, çünkü siz onsuz da ən yaxşı şəkildə yazmısınız. Ancaq, mənə elə gəlir ki, hələlik Azərbaycanda tərsinə iş görülür. Tanış olduğu qız üçün təzədən diqqət çəkmə kampaniyası başlayırmış kimi bir fəaliyyət çıxır ortaya.

  2. Unknown Says:

    Elə mən də bu səbəbdən hər iki yazıda hədəf seçilməsi mövzusuna toxunmuşam. Bu prosesin sadəliyinə baxmayaraq əməl edəninə rast gəlmirəm. Amma bizim burada çox təəssüf ki, marketerlərin (bu sözu yeni öyrənmişəm mak.az saytından, amma dilimə də yatmır:) azad və lazım bildiyi şəkildə işləməsinə mane olanlar çoxdur. Keyfiyyətsiz reklamların yaranma səbəblərindən biri də budur.

  3. Rüstəm Məmmədov Says:

    Mən hələ də "positioning" sözünün Azərbaycanca terminologiyada necə işləndiyini bilmirəm. Bir neçə variant var, amma heç biri mənanı tam ifadə etmir.
    Marketer isə yenə də "Marketinglə məşğul olan insan" mənasını tam vermir. Bu məna türkçədə istifadə olunan "pazarlamacı" sözünün sinonimidir ki, qorxuram sonlralar biz də oradakı məna qarışması problemi ilə üzləşək.

  4. Aygün İslamzadə Says:

    Qəribəsi budur ki, mən də bu an positioning və repositioning sözlərini necə ana dilimzdə ifadə edim deyə düşünürdüm:)