Nə vaxt böyüyəcəyik?

Tizer (ingiliscədən –tease – qıcıqlandirmaq), reklam növlərindən biridir, istehsalçının və məhsulun adı gizli saxlanılaraq, istehlakçıda maraq oyandırılmasına və bu üsulla onun beynində daha geniş yer tutmağa yönəldilən reklam müraciətidir.
Reklamlara diqqət yetirsək, faiz nisbətilə qonşu ölkələrdən daha artiq tizer reklamdan istifadə etdiyimizin şahidi oluruq. Səbəb ya bizim marketoloqlarımızın qıcıqlandımağı sevməyidir, ya da millətin əsəblərinin çox möhkəm olub, biraz oynadılmağa ehtiyacı var deyə düşünənlərimizin çoxluğudur. Son vaxtlar ekranda birini görürəm – ONUN SƏNƏ SÖZÜ VAR! Bu haqda danışa bilməyəcəm. Heç təsəvvürüm belə yoxdur, nədən söhbət gedə bilər və bu işdə bir diletant kimi düşünürəm ki, bəlkə də xırda ipucları versələr pis olmazdı. Yoxsa ki, bilinmir düşünməyə haradan başlamaq lazımdır.
Bundan əvvəli tizer reklamlara nəzər salaq, biri Narın keyfiyyətsiz tizeri. Artıq şirkət öz rənglərini elan edib, ətrafda yağışdan sonra əmələ gələn göbələklər qədər Nar dükanları vardı. Dükanların üstündə rengbərəng reklam lövhələri quraşdırılmışdı ki, eyni rənglərdə tizer reklamı çıxdı. Rus atalar məsəlini tərcümə etsəm, ata da məlum idi ki, söhbət nədən gedir. (и коню было ясно,atalar sözləri tərcüməyə yararlı deyillərmiş, nə də eybəcər çıxdı:) Azərfon sahiblərinin cibindən başqa heç kimə bu tizerdən ziyan dəymədi, xeyir də həmçinin.
İkinci tizer, HAMI SAGLAM QALACAQ?? Hələ də o tizerin yaradıcısını görməyi arzulayıram. Onun hədsiz uzun müddət efirdə qalması artıq normal qıcığı keçib, insanları dəli etməyə başlamışdı.Əsas məni təəccübləndirən bunun səhv etmirəmsə, əhəng reklamı olmağı oldu. Mən isə yeni bir klinika və ya ən azından ekoloji təmiz qida məhsulları reklamı gözləyirdim. Yaxşı deyək ki, ekoloji təmiz əhəng imiş və bunu vurgulamaq istəyirmişlər, bəs bukletlərin Sahil parkı ətrafında və Elmlər akademiyasında paylanmasına nə deməli? Demək yenə də əsas səhv hədəf seçimində olub. Əhəng alacaq yaş diapazonuna uygun ciddi bir reklam çəkib, orada bu əhəngin ekoloji təmizliyini çox mədəni şəkildə ifadə edib, kimyəvi və zərərli maddələrə son! və ya divarlarınızda daha kif göbələkləri məskən salmayacaq! demək daha düzgün olmazdımı?
Böyümək lazımdır!

P. S: elə mənə də:(

Posted in Ярлыки: |

10 коммент.:

  1. Orxan Says:

    Aygün, yazını çox beyendim ve demeliyem ki, çox aktual bir meseleye toxunmusan. Bizde teaser verenler esasen imkanlı müşterilerdi ve men bizim bazarda olan bu tip reklamları sadece havaya sovurulmuş pul kimi qebul edirem.

    P.S."Onun sene sözü var!" Azercell-din yeni tarifinindi.

  2. Aygün İslamzadə Says:

    Azercellin?
    Bəs, o turklər demiş, makyöz qızın və makiyaj edilən oğlanın mətləbə nə dəxli var?
    Mən də elə bilirdim "Gazelli"nindir.:)

  3. Orxan Says:

    Yaman telesirsen ha:)
    Yaşayarıq, görerik.

    Amma o Agdag meselesi lap zehlemi tökmüşdü. bir balaca image de dizayn etmişdim, görüm add edə biləcəm bura))

  4. Orxan Says:

    Yox, deyesen burda kommente şekil elave etmek olmur. ok, maille göndererem.

  5. Aygün İslamzadə Says:

    Hovsele ve sebr paylanilanda bir az gecikmishem.:)
    Agdag..ne yaxshi adini dedin..yadima sala bilmirdim bayaqdan, zehlesi tokulmeyen adam qalmishdi ki??

  6. Rüstəm Məmmədov Says:

    Siz yaxşı ki, öyrənmisiniz.
    Mən hələ də hamının sağlam qalıb qalmayacağını bilmirəm:)

  7. Unknown Says:

    DEyek, siz de bilin. Eviniz Agdag ile suvanacaq, Hami saglam qalacaq. Hele siz bir qafiyeye baxin:))Lap tutdurublar!

  8. Rüstəm Məmmədov Says:

    Men de ele bilirdim AIDS-lə əlaqəli kampaniyadır.

  9. Orxan Says:

    "Onun sənə sözü var!" və ya Azercell-in cibinizdə gözü var:)

  10. Aygün İslamzadə Says:

    Əla..:)))) Var da kreativlik!