Topu tutdum və atdım

Iki Vüsal topu mənə atdısa, daha bir əlim odda, bir əlim suda olsa belə tutmaq mənim borcumdur. Əvvəla sag olun ki, seçimlərinizdən biri mənəm, şərəfdir. Amma məni kədərləndirən bir cəhət var. Arzularım boldur, iki Vüsal arasında yazmağa çatmadım ki, heç olmasa bir arzu tutum. :)
Bu topatma və toptutma məsələsinə görə Əsmanurun anasına təşəkkür. Aylar əvvəl mimləmə dalğasını Rüstəmlə biz başlatmaq istədik, amma kifayət qədər bloq tapa bilmədik. İndi maşAllah, bloqqinq inkişaf edir və bu dalğanın zamanı çatmışdı.
Keçək suallara, düzü ruslar demiş, у меня вся душа на распашку. Mənim haqqımda demək olar ki, hər şey gün kimi ortadadır.

1. Adın və Soyadın
Bunu bilməyən oxucu ola bilməz, olsa da onda xroniki diqqət çatışmamazlığı var demək.
( heç gülməli olmadı) Nurlan demiş, bloqun hər küncündə var. Aygün İslamzadə - bu arada adımı mənə sevdirən bir insan var, ona təşəkkür edirəm. Bilirəm ki, o mənim oxucumdur.

2. Təvəllüdün
1982-ci il, 12 noyabr. Bürcüm əqrəbdir. Bu bürcün bütün müsbət xüsusiyyətlərini özümdə cəmləmişəm. Mənfiləri haqqında tarıx həmişəki kimi, mənsə adətdənkənar susuram:).
Hamısı bir tərəfə, mən o arxasını gətirmədiyim sosionikaya aşiqəm, ona görə bürc mürc takmıram. Sosiotipim Qekslidir. Çaşıb oxumayın, ha..

3. Nə ilə məşğulsan (sənət, peşə..)?
Marketoloqam. Marketoloqam?? Ağır sualdır.


4. Harada yaşayırsan və hansı şəhərdə yaşamaq istərdin?

Yaşayıram Bakıda. Yaşamaq istəyirəm Malayziyada. Amma yaşayacam Bakıda. Bir sözlə, istəməklə deyil, kardeşim.

5. Yaşam fəlsəfənizi təşkil edən sözərdən, cümlələrdən biri?
Kayzen- kiçik addımlarla mükəmməlliyə doğru. Ətrafımı və özümü maksimum öz üzərində işləyən görmək istəyirəm. Bəzən nəticəsi olmasa belə, kiminsə və ya özünün xətrinə dəyişimə doğru addım atan insanları ancaq alqışlamaq olar.


6. Sənin üçün blog nədir?
Bloq mənimçün hisslərimin ifadəsidir. O, mənim əhval-ruhiyyəmi nümayış elətdirir. O, məni olduğum kimi göstərir.

7. Bloq həyatında nə qədər və necə bir yer tutur?

Hal-hazırda ancaq utanc hissi verir, xəyanət edirəmmiş kimi hiss edirəm özümü. Bloqu ya açmıram, ya da ələk götürüb əlimə, elə açıram. Körpəm azacıq böyüyüb, ona qayğım, diqqətim azalıb. Üzr istəyirəm ondan. Bir vaxt düzələcək deyə söz verirəm.

8. Nəyə görə blog yazırsan?
Bloqla bir yerdə öyrənirəm və az da olsa başqalarını da öyrətmiş hesab edirəm. Cümlənin birinci tərəfi mütləq və mütləq doğrudur, ikincisindən əmin deyiləm.
Bir sözlə --- İnkişafın yeni adı – bloqqinq. (Bu sloqanı kimdən oğurladığımı deyən tapılsa, ona konfet verəcəm)


9. Fərz edək ki, Allah sənə öz xalqının konkret bir xasiyyətini əlindən almaq qüdrəti verdi. Onun hansı cəhətini ləğv edərdin?

Acizliyini – kişi olmamağını. Kişi olmaq ancaq kişilərə məxsus xüsussiyyət deyil, qadında da olmalıdır bu. Amma çox təəssüf ki, bəzən kişi olmağa insanın fərdi xüsusiyyətlərindən əlavə vəziyyət də mane olur. Kimisə ailəsinə görə, kimisi müəyyən başqa səbəblərə görə kişiliyinin tapdaq altına düşməsinə göz yumur. Allahdan arzum budur ki, heç kimi kişiliyin tapdalanacağı vəziyyətə salmasın. Əgər səbəb vəziyyət yox, sadəcə insanın daxili şərəfsizliyidirsə.. Nə isə ki, bunu ləğv edərdim. Mənim də uzunçuluğumu bu arada Allah ləğv etsə, pis olmaz. :)

10. Sizcə, hər bir insan öz cütünü axtararkən gələcək həyat yoldaşından daha çox nə umur?
Hər bir insanı deyə bilməyəcəm, çünki insandan insana nə qədər fərq varsa, onun axtardığı xüsusiyyətlər toplusu da eləcə dəyişir. Özüm isə, həyat yoldaşımı bəzən tamamilə əriyib ona qarışmış kimi yaxın, bəzən məni müstəqil görə biləcək qədər güclü görmək istəyirəm. Bu əndirəbadı cümlədən kimsə nəsə başa düşsə, o birilərə də başa salsın.
11. Öz həyatınızdan nəyi çıxarmaq və nəyi əlavə etmək istərdiniz?
Ağır suallar seriyasından.. Səhvlərimi..
Əlavə etmək istəyərdim, bir çimdik iradə, bir çimdik əzm, bir çay qaşığı mülayimlik və bir boxça sağlamlıq.

12. İndiki ağıl və dünyagörüşü yeniyetməlik vaxtı olsaydı, o zaman hansı peşəni seçərdiniz?
Vaxtında marketinqi seçərdim, bütün peşələri fırlanıb bura çatmazdım.

13. Sizcə, pulun hansı yolla qazanılmasının fərqi varmı?
Əlbəttə, var. Bax 9-cu suala.

14. Master Yoda kimdir? Ona münasibətiniz

Quql maa dedi ki...: Nəyinə lazım Master Yoda?
Lazım deyil, qadası, lazım deyil.

15. Millət olaraq Tarix dərsindən nəsə öyrəni bilirik mi?

Heç nə. Ümumiyyətlə, tarix ən çox təhrif olunan elmdir. Amma Azərbaycanda bu proses apogeydədir. Biz tarixi abidələri məhv edirik keçmişimizi xatırlamayaq deyə, biz bilə-bilə manqurtlaşırıq.. Birdən nəsə xatirimizə gələr çıxar və biz hansısa nəticəyə gələrik.. Ola bilməz bu. Qoyunları idarə eləmək rahatdır axı.. Çünki onların tarixi yoxdur. Ya da var, amma onların bundan xəbərləri yoxdur.

16. Azərbaycan futbolunun inkişafının reseptini bilirsənmi?

Şəhərdə adda-budda qalan meydançaların da yerinə göydələn tiksələr, Azərbaycan futbolun üstunə gərək bir krestik çəkək (krestik nə idi?, yekkə bir krest). Resept isə, sözsüz ki, bunun tərsinəsin eləməkdir, meydançalar yaratmaq, futbolun aktiv marketinqi ilə məşğul olmaq, uşaqların maraq dairəsinə girmək, futbolu həm əyləncə və həm də gələcəklərinin maddi təminatı kimi görməklərinə şərait yaratmaq.. Amma nərdəəə???


17. Hansı millətin nümayəndəsi olmaq istiyərdin? Niyə?
Qazan cavab vermədi.



Topu atıram www.vebzin.com sahibləri - yaradıcı cütlüyünə və Afət Yaqubovaya.
Bir də üzr istəyirəm bloqumdan və oxuculardan, yeni yazı yaza bilmirəm və bu bir müddət belə davam edəcək. Amma İnshAllah bir gün başlayacam yazmağa.

Posted in |

7 коммент.:

  1. Анонимный Says:

    Bu dəfə ilk şərhi mən yazdım!!!! Ura!!!


    Aygün, cavablar əladır. Sənin öz "Firmennı" - şirindil üslübunda və qədərincə fəlsəfə duzu qatılmaqla. Nəfis!

  2. Aygün İslamzadə Says:

    Vusal, teshekkur edirem.

  3. Vüsal Qəmbərov Says:

    Bu firmaya da, duza da, fəlsəfəyə də, uraya da bir müddət həsrət qalacağıq. Halbuki özün necə dedin Aygün - elə bil qələmini əlindən almışdılar, indi qaytarıblar və cuşa gəlib yazıbsan. Belə yazmaqçün sənə nə vaxt lazımdı, nə imkan. Eləcə istək bəsdi. Eeeehhh. Nəysə...

    Cavablar yenə Aygünəməxsus... :)

  4. Gyun Says:

    neujto to ti menya imela vvidu?:)

  5. Aygün İslamzadə Says:

    Gunay, sen demek ki, oxuyursan da menim bloqu..Sunbeam meselesi yadindadir da.. :)) DEmek Gunayin niki Sunbeamdir.. Gunesh shuasi.. Bir gun yolla gedirik, yapishdim Gunaydan ki, menim adimi sen ozune goturmusen:))).. Sebeb de ki
    ushaq vaxti chox oxudugum bir mahni vardi.. Ay ana boyuyende gunesh olaram men de... Anam da mene hemishe Guneshim deyib..
    Sonra Gunayla dushunduk ve qerara geldik ki, menim adim Ayy Gundur..Yeni Gunu haraylamaq kimi bir shey.. Elece adimi sevdim..Chunki guneshi chox sevirem..
    He..dushunurem ki, gmailde signature-m de menasi aydinlashdi.. Ay kimi deyilem, gun kimi Aygunem men..

  6. Gyun Says:

    beli, çalışıram mümkün geder yazılarini mutəmadi olaraq oxuyumı. Sunbeam meselesini heç unudmaq oları?!:))
    "Chunki guneshi chox sevirem.."ti mne lstish:))

  7. Vüsal Qəmbərov Says:

    Bahoo. Biz yoxken neler neler baş verib. Aygünün bele qısqanclıqları da varmış. :)

    Menzere lezet eledi e: Bir refiqnin adını qısqanırsan. O da sene lateral düşünce ile eslinde öz adının gözel olduğunu sübut edir. Ehsen Günay xanıma!

    Bu oyunu Aygüne ötürdüyüme de mutluyam yaman. Gör ne qüdretli topmuş. Buna deyirler e "bir topla bir neçe quş vurmaq" ;)

    Hee... Men de eslinde bezi insanların adını qısqanıram. Xüsusile adaşlarımın :))