Sosionikaya giriş və ya mənim yarım-tizerim:)
Posted On 7 апр. 2008 г. at на 12:08 by Aygün İslamzadəYeni ilin ilk günlərində qar dənəciklərindən yazmışdım, onların unikallığını qeyd etmişdim. Bu dənəciklər doğrudan valeh edə bilir, kənardan bizə bənzər və ya hətta formasız görsənən dənəciklər əslində bir-birindən o qədər fəqrlənir ki, deyilənə görə eynisini tapmaq ümumiyyətlə mümkün deyil. Nə deyim Vallah, İlahinin qüdrəti.. Allah onları, o kiçicik dənəcikləri bu qədər fərqli yaradıbsa təsəvvür edin bizləri necə unikal yaradıb. İki eyni cür insan tapmaq olmaz. Bəzən bir cəmiyyət daxilində beyinləri yuyulmuş insanlarda belə o qədər fərq tapmaq olur ki. İnsanları öyrənməyə çalışırkən, onların beynində (düşündüm ki, qəlb məsələsi çox simvolikdir) dara dərinə yol alırkən bu qədər fərqlilik, unikallıq olurmu deyə təəccüblənməmək olmur. Ən şəxsiyyətsiz hesab elədiklərimizin belə bir birindən fərqli şəxsiyyəti var. Amma yenə də insan övladıyıq, elə bugün oxuduğum Selim Tuncerin son yazısına da istinadən deyə bilərəm ki, biz insanlar ta ibtidai icma quruluşundan bəri ilk olaraq gördüyümüz hər şeyi adlandırıb, sonra da kateqoriyalara bölmüşük və bəşəriyyət nə qədər ki var, bu davam edəcək. Bölgü prinsipi isə cəmiyyətin inkişafı ilə birbaşa bağlıdır.. Başlamışdıq qadın-kişi, güclü-zəif, gözəl-çirkin kimi bölgülərlə, amma bir zaman gəldi ki, insanlar üçün bu kifayət eləmədi, meydana astologiya, fizioqnomika və daha nələr nələr girdi. Anadan olduğu zamana və ya dodağının formasına görə insan haqqında fikir yürütmək şüurlu adama absurd görünə bilər, amma ehtiyac varmış demək, bu paraelmlər öz yerini tutdu və günümüzə qədər yaşamını davam elətdirdi. Cəmiyyət yerində durmadıqca bölgü tipləri də çoxaldı, daha çox kateqoriyalara bölünmə psixoanalizin yaranması ilə vüsət aldı. Temperament növləri, sosiogenlər, arxetiplər və daha nələr nələr...
Arxetiplər dedik də, indi burdan keçək Karl Qustav Yunqa. Freyd olmasa idi, bəlkə də psixoanalizin atası o olacaqdı, bəlkə də çox yaxın dostu Freydsiz o heç indi bildiyimiz Yunq da olmayacaqdı. Bunu bilmək olmaz. Məlum olan odur ki, seksuallığı və libidonu bu səviyyədə qiymətləndirən və özündən sonra gələcək yüz ildə seksual inqilabın səbəbkarı olan Freyd Yunqu kölgədə sırf bu açıqlamaları ilə qoyub. Amma dərinə getsək, Yunqun elmi işləri də misilsizdir. Freydin fikirləri bir qüdrətli WOMM (dildən dilə yayılan marketinqmi deyim, xəbərmi deyim) şəklində professional və adi insanlara arasında yayılmışdısa da, Yunq öz daha təvəzökar ideyalarının marketinqi ilə məşğul olmaq məcburiyyətində idi. Amma bunu deyim ki, yaxşı bacarmayıb, bayaqkı söhbətə qayıtsam, bəlkə də elə Freydin dostu olmağı onu bu şəkildə bizə tanıtdırıb, çünki Yunq bir dahi psixoanalitik olubsa da, marketoloq kimi bacarıqsız olub.
İnsanların bir-birindən asılılığı da ayrı fenomendir. Məsələn elə Yunq-Freyd münasibətləri, Freydin yanında Yunq kimi bir dahi fərqli düşündüyünü söyləmək iqtidarında belə olmayıb, səbəb isə düşündüyünün səhv olması deyil, mental bir səviyyədə onu incitməmək duyğusudur. Yunqu qoyaq bir kənara, amma mütləq və mütləq ona qayıtmaq şərtilə. Yunqun Freyddən çəkindiyi kimi sizin də çəkindiyiniz insanlar olmurmu? Statusundan asılı olmayaraq və ya vəzifəsindən. Bəzi insanların yanında özünü yığışdırmaq, olduğundan fərqli görsənmək hissi keçmirmi ürəyinizdən? Bəzi insanlara olduqca rahat münasibət, bəzilərinə isə anlamadıgınız, ifadə edə bilmədiyiniz həsəd olmurmu? Kiməsə özünüzü dəhşətli dərəcədə oxşatmaq hissi sizdə əmələ gəlmirmi? Əgər bütün suallara “Xeyr” cavabı verəcəksinizsə, sadəcə özünüzü tanımırsınız.. Özünüzü tanımağa cəhd ola bilsin heç etməmisiniz.. Bu insan beyni adlı dəryaya düşməmisiniz, heç orda boğulmaq təhlükəsi ilə qarşılaşmamısınız.
Amma illər əvvəl mən bu sualı özümə verirdim, əsasən niyə bəzi adamlara simpatiyamın olduğu, niyə bu qədər təbii olsam da bəzi adamların yanında bunu tamamən itirirəm, niyə Puşkini oxuyanda mənə elə gəlir ki, mən yazmışam onun yazdıqlarını, niyə onun az qala öz prototipi şəklində verdiyi Oneginlə bu qədər bənzərəm. Niyələr çox idi, ta ki sosionika adlı bir elmlə tanişlığa qədər. Sosionika psixologiyanın bir qoludur.. Paraelmlərdən fərqli olaraq onun elmi özülü var. Yenə də Yunqun dərrakəsi.. Amma Yunqun müasir tipləşdirməyə baxışı, sosionikanın necə əmələ gəldiyi, tiplər necə və nə cür bölündüyü, bu yazı niyə görə yazıldığı və s. gələn yazımda..Tizerləri sevirəm də, bu da oldu sizə yarim-tizer!
Aygün,
Bir sözle super!!!
Şerh ardınca... Bele derin yazını bir analiz etmek lazımdın ya yox? :)
Men gerek blogda olan "Azerbaycan IMCni ondan öyrenecek"e bir de Sosionikanı elave edim :)
Vüsal, bu yazını eyni vaxtda oxuduq ha. men de yazandan sonra hech oxumadan qoydum getdi. ))Bloqda oxudum.
Chox sag ol sherhe gore.
Derin demezdim, vur-tut 10 deqiqeye yazmisham. Amma analiz etmeye deyer butun oxuduqlarimiz kimi.
Bu arad mene özellikle bu yarlık - Psimarketinq lezet eledi :)
Yunqa yazığımı geldi a. Freyd kimi bir tipin kölgesinde qalmaq... Sevmirem de bu Ziqmund qaqaşı :) Amma Edward Bernaysı beyenirem. Onun bacısı oğlu :)
Ela.... 10 deq-lik yazın budursa gor 1 saata neler yaza bilersen :) Almaz kimi ishlendikce parildayirsan...
Bir nefese oxudum ardini gozleyrem....
Vusal, kolgede qalmaq kimi bunu gore bilerik, amma ele yazida yazdigim kimi meselenin bir terefi de var. Belke de Freydsiz hech Yunqdan psixanalitik de olmayacaqdi. Freydin ona boyu tesiri olub, Yunqun Freydin olumunden sonraki eserlerini oxuyanda adam shoka dushur. Bu qeder bagliliq.. Bu qeder hormet.. ve itaet. Hetta oz yolunu bele YUnq Freydin olumunden sonra sechib. Mutleq ve mutleq nezaretchi intertip munasibetleri olub onlarin arasinda. Yazida bunu vurgulamisham, amma achiqlamamisham, chunki intertip munasibetlerden helelik yazmamisham.
Seva, sag ol. Hetta sherhine cavab yaza yaza dushunurem ki, belke gelecekde Qeksliler sherefine de bir yazi yazim.I) Bu bloqunun iki oxuyucusu sen ve Rustem, bir de sahibesi men Qeksliyik de)))
Super olardi... Qekslilere eshq olsun!!! :)
Sen eslinde neinki Qeksli, bütün sosiotpiler haqqinda yaza bilersen, bu barede ne qeder melumatli oldugunu bilirem. Amma birinci ozumuzunkunden bashla gorek....
Ayri ayri yazmaq uchun gerek bloqun adin qoyam sosionika.. ))
Yaziq deyilmi bes marketinqe??
Ela yazidi..Axir ki yazilar gelmeye bashlayir..Teaser-leri xoshlamiram, daha dogrusu yerinde olanlari xoshlayiram, amma her sheye bir teaser xoshlamiram... Bu yazi teaserdir? Mence deyil:) Chox qesheng..Gerisi gelsin oxuyaq....
Hormetle,
Eslinde hezzad qanmadim. Yung kimdir, Freyd kimin ogludur, sosionikani neyle yeyirler :) amma insan tipleri qeribedir. yeqin sen her shexsiyyetsizin ozunemexsus shexsiyyetsizliyi demek istemishdin :) amma bashqa bir qeribe shey de var: butun insanlar oxshar situasiyalarda oxshar addimlar atir. Ona gore sen onegine oxshayirsan :), men oblomova :) butun gun bosh-bekar divanda uzanib, uzu tavana baxim. Ve ya hansisa qehremana xasiyyetini tamamile oxshatdigimiz adamin birden lap eks xasiyyetlerini goruruk.
Rustem ve Afet sherhlere gore sag olun.
Rustem, yazim tizer de qoymusham. Onu da basha dushmedinse niye bax ozunden ashagidaki sherhe..
Afet, senin meselen ise lap qelizdir. Yunqla Freydi tanimagin bu saatdan sonra daha getdi:)))), amma sosionika uchun hele chox sheyi itirmemisen, gelen yazim sosionika haqqinda olacaq. Bloqu izlemeyi unutma!
Teaserler uchun bele bu anlayısh var; teaser qisa olmalidir ve bu qisaliq ele mueyyenleshdirilmelidir ki, insanlarin "goresen bu nedir deyib" mohkem heyecanla fikirleshdikleri dovrde arxasini getirmeli ve esas mesaji vermelisen ki, teaser de ishe yarasin...
Ne demek istediyim yeqin aydindi...:)
Indi yeni buna ciddi ciddi cavab verim... Ne ise men zarafatlari realliqdan ayira bilmirem. Ona gore yaxshisi budur cavab verim..Sonra chalishariq bash chixardaq ki, ne ne idi..:))
Rustem, teaser sen dediyin reklamda istifade olunur, terifini gozel vermisen. Teshekkur edirik. Mence menim bir yazimda var idi..:)Amma yazi yazanda bunu bir soz oyununa chevirmishem, ustelik tek men deyil,ferqli ferqli movzularda sirf qiciqlandirici effektli bir sheye teaser deyirler..BU da tease sozunun menasinin qiciqlanmaq olmagindan ireli gelir..:)Yarim tizer ona gore demishem ki, geldim chatdim hetta elmin adini da dedim, amma info vermedim.. Yeni qiciq veren yazi alindi.. Amma netde axtara bilerler deye tam qiciqlandirici effekti yoxdur. Uy da..Ciddi ciddi cavab da verdim ee..:)))
Bax, ashagidaki sherhe ona gore demishdim ki, Afetin sherhi hech zad basha dushmedimle bashlayirdi.. Sen yazanda aydin olmushdu olmagina.. Amma indice lap aydin oldu:))
Aygün, millət deyir yazının davamını yaz, sən söhbəti fırladırsan axı elə bil;)
Afəti blogu gecikdirdiyinə necə peşman elədim bilirsən :)) Axırda yaxşıdı deməyimə də inanmadı... :))
Yaxşı yazıdır və davamının olması da zəruridir.
Karl Qustav Yunqun arxetiplər nəzəriyyəsi mənə daha maraqlı gəlir. Bu haqda oxuduqca doymuram. Onu da qeyd edim ki, Yunq Freydin tələbəsi olsa da, sonra psixoanalizə baxışları fərqləndiyindən, yolları da ayrılıb.
Aygünün Oneginə oxşaması isə mənə qəribə gəldi... Onda gərək biz də Tatyanaya oxşayaaq :)
Hello. This post is likeable, and your blog is very interesting, congratulations :-). I will add in my blogroll =). If possible gives a last there on my blog, it is about the Fragmentadora de Papel, I hope you enjoy. The address is http://fragmentadora-de-papel.blogspot.com. A hug.
Orxan Cuvarlı Says: 29 Октябрь 2007 г. 14:37
Hanı yeni yazı? HANI???
Sağa-sola baxma, onsuz da kimdi yoxdu bu dəqiqə səndən başqa bu tələbimi oxuyan. Səndən soruşuram!
Niyə yazmırsan məni?
Yaz məni!
Bir dəri, bir sümüyə çevrilmiş yasamallı Raminin narkotikə ehtiyacı olduğu kimi mənim də bu balaca hərfciklərə ehtiyacım var.
O öz bədənindəki yeni iynə izləri, yeni tatularla fəxr etdiyi kimi mən də öz "bədənimdəki" yeni yazılarla fəxr edirdim. Alma bu kiçicik sevincimi əlimdən. Yalvarıram sənə. Yazığın gəlsin, Yaz məni!
İmza: blogun
P.S. bu 22 oktyabrda yayımlanmış yazının şərhlərindəndi. Bir zamanlar bu blogda 1 həftə yazının olmaması belə efekt doğururmuş. İndi isə...
Allah Aygünün bloguna səbir versin :)
Doğrudan da... Ümid edirəm, Aygünün yeni yazı yazmamasına səbəb olacaq dərəcədə başını qatan işləri həqiqətən də belə bir qurbana dəyir...
:( Aygun yazini o qeder gecishdirir ki, artiq spamlar darashib, alaq basib :( Men senden beterem e, amma sene ve senin bloquna susqunluq yarashmir
Aygün, "Kisshot yaza çıxdı", bəs niyə yazdan çıxmır?
aday man demak istayiram ki har insan o situaciyada o addimi atmaz va insanlarin saxsiyyatlisi da olur saxsiyyatsizi da sizi deya bilmaram