If you think you can't, you won't...



Lexus will enter the most competitive,prestigious automobile race in the world.
Over 50 years of Toyota automotive experience has culminated in the creation of Lexus cars.
They will be the finest cars ever built.

Lexus will win the race because
Lexus will do it right from the start.
Lexus will have the finest
dealer network in the industry.

Lexus will treat each customer
as we would a guest in our home.

If you think you can't, you won't...
If you think you can, you will!
We can, we will.

Baby Boomers (1946-1964) dövrünün insanları artıq yaşlanırdı. Toyota ilə böyüyən bu insanlar isə artıq Toyota kimi orta sinif brend ilə yollarını davam etdirmək istəmirdi. 1983-cü ildə Toyota Amerikanın idarəçilərinin uzun müddətli təklifi ilə Toyota CEO-su Eiji Toyota “Dünyanın ən yaxşısına meydan oxuyan avtomobil istehsal edə bilərik?” deyə sual soruşur idarə heyətindən. Cavab “Bəli” olduğu üçün qərar verilir. Əzəli rəqib Honda artıq üç il əvvəl Acuranı Amerikanlara təqdim etmişdi. Qaymaqdan Honda da yeyirdi. Daha doğrusu Acura qaymaq üstünə tökülən bal idi.

1986-cı ildə Saatchi & Saatchi bu Toyotanın yeni lüks markasını “markalaşdırmaq”üçün Team One (Team One adı ona görə seçilmişdi ki, yeni lyuks brend layihəsinin kod adı F1 idi) adlı xüsusi diviziya ayırdı. Saatchi & Saatchi artıq uzun illər idi toyotanın əsas partnyoru idi.(Bu da ayri 5-6 yazılıq mövzudur) Lippincott & Margulies, Image Consulting Company, yeni lyuks brend üçün ad seçimini etməli idi, daha doğrusu ad “yaratmalı”idi. 219 təklif içərisindən bir ad seçilməli idi. Vectre, Verona, Chaparel, Alexis, Calibre kimi adlar ən axıra qalan adlar idi. Daha sonra uzun müzakirələrdən sonra bir rəvayətə görə “Luxury” və “Elegance” sözlərindən “Lexus”ortaya çıxdı və əyri duran bir “L” oldu bu yeni brendin logosu. O, logo ki, cəmi 25 il sonra dünyanın ən yaxşısına meydan oxumaq üçün artıq ən yaxşının vətənində meydan sulamağa başlayan brendin qarşısında parlayır. Lexus adı ilə bağlı maraqlı bir iddia isə adın “Luxury Export to the United States” ifadəsinin baş hərflərindən ibarət olmasıdır.

Bu dövr ərzində Toyotaya ümid verən bir digər faktor isə 1985-ci ildə agentlik tərəfindən ABŞ-da aparılan araşdırmanın müsbət nəticəsi idi. Araştırma nəticəsində agentlik “Yüksək təbəqə xüsusi Toyota almağa meyllidir, ancaq bunun tamamilə ayrı olmağı şərtdir” deyilirdi.

Yenə 1985-ci ildə Taharadakı zavodu gəzməyə gedən Team One üzvləri, zavoddakı işləri görüb elə oradaca “The Relentless Pursuit of Perfection” sloganını mənimsədilər. Perfection ürəklərdə hiss olunduğu üçün avtomobil dünyasının ən yaxşı sloganlarından biri də beləcə ortaya çıxmış oldu. Nəhayət 60 dizayner, 24 dizayn qrupu, 1400 mühəndis, 2400 texniki işçi, 220 köməkçi işçi, 450 prototip və 1 milyard dollar investisiya nəticəsində F1 layihəsi 1989-cu ildə ilk LS 400 modelinin istehsalı ilə başladı. Bu doğum cəmi 25 il sonra LS 460-ın ortaya çıxacağına çox da inam vermirdi. Yalnız TOYOTA buna inanırdı: If you think you can't, you won't...
If you think you can, you will! We can, we will.

Yaponiyada istehsal olunub, Yaponlara satılmayan Lexus amerikanların çox qısa müddətdə ən çox bəyəndikləri premium brend oldu. LS 400 əslində BMW və Mercedesən yuxarı modelləri ilə eyni sinifdən olsa da, “uşaqlar” onunla oynamaq istəmirdi, o isə məcburən daha “balacalar”la oynayırdı. Heçbir xüsusiyyəti ilə ciddi mənada geri qalmayan Lexus, qiymət etibarı ilə rəqiblərindən, dünyanın ən yaxşılarından daha ucuz idi. Sonralar avtomobil mütəxəssisləri tərəfindən buna görə tənqid də edilsə da, Lexus hələ də bu prinsipini çox da itirmir. Inanılmaz lyuks, ancaq inanilan qiymətə(baxır kimin üçün:). Lexus cəmi iki il sonra, 1991-ci ildə, ABŞ-da ən çox satılan lyuks avtomobil markası oldu. Dünyanın ən böyük avtomobil bazarında, yerli Cadillac, Lincoln, Almanların möhtəşəm əsəri BMW, “dünyanın ən yaxşısı” Mercedesi arxada qoyaraq liderliyi ələ aldı. Üstündən düz 17 il keçib, premium sinifin “demokratiya”sının üstündən xətt çəkilib. Dünyaya demokratiya dərsi keçmək istəyən ABŞ-da 17 ildə 4 hökümət dəyişib, ancaq Lexus hələ də yerindədir, hələ yerində çox olacaq. Deyesən yenə bir yazıya yerləşmədim. Nə isə ki, verdiyim sözlər çoxdur. Mən verdiyim sözü tutsam da, tutmasam da o yerində olacaq..
Bir pozitiv düşüncə tərəfdarı kimi arzu edirəm ki, Toyota nümunəsindən hamı istifadə etsin. Əgər sən bacarmayacağını düşünəcəksə, əmin ol ki, bacarmayacaqsan!

Posted in Ярлыки: |

7 коммент.:

  1. Vüsal Qəmbərov Says:

    Lexus Dünyanın bir nömrəli premium avto markasıdı. Artıq Mercedes (və digərləri) onunla rəqabət apamağa çalışır. Toyotanın önündə durmaq həqiqətən çətinləşib bu əcaibliklər dünyasında.
    Yaz yenə oxuyaq :)

  2. Aygün İslamzadə Says:

    Yazajam, Vüsal, yazajam.
    Amma indiden deyirəm ha,, Honda da mənimdir!:))))

  3. Sev - Ka Says:

    Men de deyirem niye bu Lexuslarin yanindan ele-bele ote bilmirem...:))
    Sen deme bu markanin arxasında bu boyuklukde ish dayanibmish...
    Ona gore de ureyimi butovlukle feth edib, ozu de ag renglileri...

  4. Aygün İslamzadə Says:

    Bilmirdim Lexusun senin ureyini feth etdiyini..
    Ne demek olar??
    ALLAH QISMET ELESIN!

  5. Vüsal Qəmbərov Says:

    İlk şerhi yazım deye Lexusa heyranlığımı dile getirdim çıxdım. Sonra da başım qarışdı işlere. İndi de yazını şerh edek :)

    Yazı nece 'okuratnı' yazılıb, lezet eledi. Amma Aygünün stilinde deyil. Eslinde senin öz stilinde oxumağı daha çox beyenirem. Amma bir yandan da kitabi yazmağı da bele uğurla etdiyini gördüyüme sevindim. Araya KISSHOT koloriti qatmısan o da öz yerinde :)

    Lexus özel ve gözel markadı (yene Lexusa toxunmadan keçe bilmirem de) Eyri L herfini nece de sevirmişem :)

  6. Rüstəm Məmmədov Says:

    KISSHOT-un avtomobilllere aid ilk yazisidr sehv etmiremse bu..KIA Effect deyek bunun adina...

    Lexus menimle eyni yashdadir (fikir etibarile) ilk istehsal tarixinden bugune kechilen yol ise inanilmaz ugurludur..LS 460 Consumer reeports-da maximum 100 bal-dan 99 bal aldi..Bu bugune kimi, butun Consumer reports tarixinin en yuksek neticesidir...

    Hormetle,

  7. Aygün İslamzadə Says:

    Kianin effekti bununla bitmir.. Ele effekt verib ki, ele ancaq avtomobillerden danishmaq ve yazmaq isteyirem:)