Tay massajı...Sorry... çəyirdəkləri
Posted On 11 февр. 2008 г. at на 15:53 by Aygün İslamzadəBazar günlərini sevirəm. Ailə içində olmaq, onları sevindirmək üçün bütün kulinariya qabiliyyətlərimi, bəzən də bu tip qabiliyyətimin olmadığını nümayiş elətdirmək üçün ideal imkanların olduğu gündür. Dünən də belə günlərdən biri idi. Dükana düşdüm, salat üçün məmulatlar alırdım, həmişəki kimi “Bonduel” qablaşdırılmış qarğıdalı dənələri almaq istəyəndə “Şahnar” adlı Azərbaycan şirkətinin istehsalı olan qarğıdalını təklif etdilər, ya vətənpərvərlik hissindən, ya da maraqdan onu aldım.
Qalanı isə az qala bir lətifə idi, qablaşdırmanın standartdan(oxu – Bonduel) nə qədər geri qaldığını söyləməyə ehtiyac yoxdur, hətta bu o qədər də vacib deyil. Amma üstündə qarğıdalı dənələri yerinə bütöv qarğıdalı çəyirdəkləri yazılmasına normal şəkildə reaksiya vermək mümkün deyildi. Tutalım, “Şahnar” şirkətində Azərbaycan dilində bilən heç kəs tapılmayıb, yəni bir lüğətləri də yoxmuş??!
Amma əsas şoku aşağıda “Made in Thailand” yazısını oxuyanda yaşadım.
Tayland... ora cibi dolu, ürəyi isə boş kişilərimiz seksual macəra axtarışında getdiyi hamıya məlum idi, amma biznesmenlərimizin də qarğıdalı “çəyirdəkləri” dalınca getməsi məncə yenilikdir. Özümüzü və torpağımızı öyə-öyə 11 iqlim qurşağından 9-u bizdədir deyib aləmə car çəkirik, sən demə, bizdə qarğıdalı yetişdirmək bu qədər problem imiş. Urbanizasiya qurbanı olmuş, şəhərdə ac-yalavac yaşamağı özünə borc bilən kəndlilərimiz hardasa qargıdalı yetişdirməyi özünə ar bilir.. Kənd Təsərrüfatı Nazirliyimiz isə elə hesab edir ki, yeganə borcu Sovet dövründən qalan hesabat planlarını elə həmin dövrdəki kimi yalandan doldurmaqdır. Nə vaxta qədər belə davam edəcək?
Bu dəfə hamını arxada qoyub ilk komment yazan mən oldum :) (Hyundai-in "Kiçik şeyler böyük hissler oyadır!" sloqanı yadıma düşdü)
Shahnar hara, Tailand hara?
Varam da bizə "Allah, Allah" dedirtən belə adlara, sloqanlara.
Aygun maraqlidir dogurdan. Evvela ona gore ki, men bizimkilerin Tayvana neye gore getdiklerini bilmirdim:)
Men qarğıdalı sevən insanam. Heç olmasa həftədə bir dəfə bir qutu alıb yeyirəm. Kitab oxuyanda yemək lap ləzzət edir.
Bizim insanlarımızda birçox şeyi özünə sığışdırmamaq var, qarğıdalı yetişdirmək isə bunların içinə heç daxil deyil. Yazıq Azərbaycan kəndlisi elə bir vəziyyətə düşüb ki, buğda əkib ac qalmamaqdan başqa heç nəyi fikirləşə bilmir. Yerli icra hakimiyyəti orqanları, bələdiyyələr bilmirəm daha nələr nələr ümumiyyətlə həyatı yaşanmaz hala gətiriblər. Xüsusən də kəndlərdə. Su problemi, satmaq problemi və.s problemlər artıq daha çox düşünməyə və hərəkət etməyə imkan vermir.
KT ümumiyyətlə acınacaqlı vəziyyətdədir,ələcə də digər təsərrüfatlar. Mən daha çox yazmaq istəmirəm. Bircə onu deyim ki, birazdan "zavod çörəyi"nin üstünə "Türk Malı" yazıldığını görsəniz heç təəccüblənməyin.
Hörmətlə,
Belke Azerbaycanda Tailand adlı bir kend var:) istehsalın Tailandda edildiyine inanmıram men yene de. Qutunun üstünde yazılmaqnan deyil...
Rüstem, Allah qorusun... Ona teeccüblenmirler "cinnet keçirirler"...
"Bir az da özümüzdən" rubrikası çox maraqlı alınır. Təklif edir və arzulayıram ki özümüzdən daha çox olsun... Bilirəm, xeyli çətindir, amma hər halda...
Haminiza sherhlere gore teshekkur edirem.
Kend teserrufati heqiqeten acinacaqli veziyyetdedir, ancaq mueyyen bitkilerin ekib-becerilmesi inkishaf edir, o daki Nazirlikle hech bir elaqesi olmadan. Nazirlik niyedir ve ne ishle meshgul olur suali da hamini maraqlandirir. Amma ki, buna cavab tapan hele olmayib. Chox siyasete de girmek istemirem. hetta bu ve bu tip problemlerin ne vaxtsa hell olunacagina shubhem var, ozu de boyuk.
Rustem deyir ki, kendli acinacaqli veziyyetdedir. Amma gelin bir bashqa terefine baxaq, hemin kendli burda gelib lap yukdashiyan ishleyirse bele, bu ishi demezdim ki, canla-bashla gorur.(stavka qoyub, ondan ashagi pula oldur de getmerem deyib hemin gunu ac kechiren fehleler choxdur) Umumen bir millet kimi chox tenbelik, bunu boynumuza almaliyiq. Defelerle gormushem ki, ele oz rayonumuzdan kimese pul qazanmaq imkani oldugu halda bundan tenbelliyi ucbatindan istifade elemeyib. Az-maz ekin-bichinle yashli ve orta nesil meshgul olur.(o mehsullarin ekseriyyeti biznesmenler terefinden xarice oturulur, neticede oz olkemizde yetishen mehsulu xarici olkeden getirilen qiymetine alib yemeli oluruq, ish o yere chatib ki, uch litr qatigin dovgasi ile 1 kq etin bozbashi eyni qiymete basha gelir,yeni goyerti bizde bu derecede bahadir)
Genc nesli ise ekin -bichin ishindeki perspektiv hech de shad elemir. Taksovatliq elemek sen deme daha prestijli ish imish.:) Bu prosesin qarshisi alinmalidir, bunun uchun de nazirlik nese ish gormelidir. Ne ise.. danishmaqla olmur.. Ne qeder aciz oldugumuzu bir az da goruruk..
Chalishacam bu rubrikani inkishaf etdirim. Vusal duz deyir, heqiqeten chetindir. Chunki ozune aid olduqda ve nese eyer-eskiyini gordukde uzulmemek mumkun deyil.
Günah özündədir sənin Şahnarla nə işin.. :)
Ele onu denen ay Makla.:)
Ne yalan deyim, daha BOnduel alacam.
Amma bir terefden de men onu almasaydim kim deyecekdi ki, cheyirdek ustunde qılaf olan tuma deyilir:))
Birinci ola bilmedim...Qismet deyilmiş demek...I)))
"Bir az da ozumuzden" bolmesine çox gozel movzu ile bashlamisan, Aygun, seni tebrik edirem! Heqiqeten de kend teserrufatı iqtisadiyyatın bohran veziyyetinde olan ve en çox da alimlerimiz terefinden araşdırılan sektorudur.Oten illerde mudafie olunmuş elmi işlerin ekseriyyetinin k/t ve neft sektoru ile bagli oldugunun ozum şahidiyem. Her iki sektorun veziyyeti ise goz onundedir...:) Goresen dissertasiya işlerinde verilen teklifler kagiz uzerinde qalacaqsa kime ve neye lazimdir???
Söhbət düşmüşkən, deyim. Mən bir nəfər gənc tanıyıram, rayonda atasının böyük heyvandarlıq təsərrüfatı var. Onu qoyub, gəlib Bakıdakı şirkətlərdən birində faktik olaraq kuryerlik edir. Deyirəm ki, ay qırışmal, get dədənin işinə yiyə dur, həm də pul qazan da. Deyir, "mən gedib çobanlıq etmərəm". Di gəl, belə insanları başa düş.
Seva, dissertasiya ishleri ozun de bilirsen ki, kime ve neye lazimdir. Onlarin ekseriyyeti insanlarin ozunu tesdiqlemek uchun lazimdir, hech de elme ve iqtisadiyyata xeyir vermek uchun deyil. Menim artiq ne vaxtsa bashqa cur olacagina umidim yoxdur.
Vusal, elelerini men de taniyiram. Ozu de chox teessuf olsun ki, bir deyil, iki deyil..Elbette, eger birinin chox savadi varsa, ya da heqiqeten yaxshi pozisiya tutursa basha dushmek olar, amma menasiz ishlerle meshgul olmaq evezine niye gedib rayonda Kend teserrufatinin inkishafi uchun chalishmir meselesi chox qeribedir. Hele rayonun ozunde qalib, taksi sururem deyib, butun gunu rayonun bu bashindan o bashina shutuyen(mushterisiz, chunki o qeder chox taksi var ki) gencleri demirem..(eslinde artiq demishem:)
Tebii ki, hamidan axirda sherh yazmaq yene mene qaldi :) Qeribedir, menden yashca kichik olsa da, Aygun yazilarinda menim de ureyimden kechenleri deyir. Duzu men bunu bir neche il evvel Mcdonaldsda hazir chips-leri gorende fikirleshmishdim ki, goresen Gedebeyin kartofu hardadir? Sonra gedebeyli bir qrup yoldashim dedi ki, ozumuz kartofu pulla aliriq, chunki ekib-becermek daha baha basha gelir. Kendli kendde uzum yetishdirse hem kend teserrufatinda ishlenen avadanliqlara, gubreye, ne bilim daha nelere (hetta suya da) pul verir, mehsul hazir olandan sonra bir alem vergi-filan. Qardash, serf elemir. Bu il biz Celilabad yolunda kishmish uzum tapa bilmedik. Ucarda nar Bakidakindan bahadir. Salyanda baliqla kurunu Bakidakindan baha satirlar. Kendli ozu becerende hem mali gedir, hem cani. Amma gelib sheherde kuryer, fehle ishleyende tekce cani gedir ve nisbeten ozunu saxlamaga pul qazana bilir. Bax, baji, beledir ishler.
Bonduelle-in Fransada muxtelif qablashdirmalari, hetta teze yuyulmush terevezleri, goyertileri de var. Magazaya girirsen, sellofan torbalarda temiz goyerti, ustunde de bonduelle. Ele qiymeti de yavash-yavash bizim qiymetlerden ucuzdur- 2 "qicha" shuyud 20 qepikdirse, bir torba goyerti 2 avro-ya yaxindir.
Aygun xanim hele yaxshidir ki sizin secim imkaniniz var. Yeni uzaqbashi Bonduel ala bilirsiniz.
Yaxin kecmishlerin ehvalatidir. Ushaqa kolbasa almaq ucun (biz 10-illerle yemesek de nefsimiz cekmir) adeti uzre Iran maqazasina getdim.
Deyirler ki biz daha getirmirik. Cunki Komrukden buraxmirlar. Deyirler ki sizin getirdiyiniz kolbasalar HALALdir deye camaat onu alir. Yerli istehsal edilenler qalir vaxti kecir. Yerli istehsal kolbasalarin veziyyetinde de ki yeqin xeberdarsiniz. Bezisi ustune HALAL emblemi vururlar. Bezi sexler gedib baxmaq isteyende qapini da acmayib yoxlamaya gelen qrupu qovurlar.
Niye? Cunki neyese kimese arxayindirlar. Mence olkemizde meqsedyonlu olaraq bele iqtisadi berbadliq yaradirlar.
Azerbaycan'da birce dene veziyeti normal olan bir sahe gösterin mene... Bu ümumi beladı. Bizde her sahe normal olaraq geri qalır... Tebii ki, KT kimi bizde enenesi olan bir şeyin de bu hala düşmeyi yandırır. Amma ki, onsuz da baxanda yaxdırmayacaq şey yoxdu...
Bizde dediyiniz o (KT işlerinden qaçma) fenomen de "müsteqilliyin" neticesidir. daha doğrusu msüteqilliyin sehv yozulmağının. Sovet kendlini sloqanlarla başının tacı elemişdi. Şamama Hesenova kimi sıravi bir pambıqçı xalq qehremanı olmuşdu deye KTna biraz könüllü, biraz icbari yönelme variydi... İndi bunlar da yoxdu. Pul da getirmir ve en esası kendde mal qara saxlamq "imicli" iş deyil deye millet qaçır şehere... hara? her gün çökmeye namized tikintilere... Ümidle ki ne vaxtsa "adam kimi" yaşayacaq. Buna nail olmasa da, qohum eqraba desin ki filankes şeherde yaşıyır...
Milli istehsalımız "real reqabet" olanda gücelenecek ve qorxuram onda gec olacaq... Hele ki, xırda xırda cücertiler var. Gilan ve Sevimli Dad meselen...
Made in Thailand,
Made in Italy,
Made in Turkey,
Made in Europe (başım çıxmır, ora hansı ölkədi),
hətta Made in China...
Bütün bunları şəxsən istehsalçılarını tanıdığım AZƏRBAYCAN məhsullarının üstündə görmüşəm.
Əslində bu haqda təxminən bir il əvvəl (ya da iki il, indi onu xatırlamaycaq qədər "skleroz"am), Hesabat`da maraqlı bir yazı çıxmışdı bu haqda.
Bizim özgələşdirilən mallarımız.
Səbəb isə təbiidir:
BİZİM MİLLƏT DAXİLİ MƏHSULLARIN KEYFİYYƏTİNƏ ŞÜBHƏ EDİR.
Çünki, Sovetlər dövründə Gəncə Tekstil zavodunun ən yaxşı məhsulları Moskvaya, ən bərbadı Bakıya; Lənkəran çayının seçməsi Estoniyaya, zibili daxili bazara buraxılırdı..
Komunist partiyasının bu özünəməxsus "ağıllı" siyasəti bizim xalqda "yerli mal = zay mal" fikri yaradıb.
Bazarçılar isə, həmin fikri ləğv eləmək yerinə, onunla hərəkət edir.
Nəticədə yerli mal.. Çin (!) malı olur.
Dağıl dünya, Çin malının da bir dəyəri varmış..
Bax siz Aygün xanım, heç öz özünüzə düşünmüsüz niyə məhz "Bonduel" alırsız həmişə?
Salamlar.
Az-ya, dehshet olani budur ki, heqiqeten de ele indi de Azerbaycan istehsalchilarinin daxili bazara chixardiqlari zay mehsul olur. Meselen, men eminem ki, fransiz mali qablashdirilib, ustune nomre vurulub ve FRANSA magazalarindan hansindasa satishdadirsa, demeli, ona muvafiq orqanlar RUSHVETSIZ raziliq verib, temiz mal kimi tesdiqleyibler. Bizde ise YOX, YOX, yene de YOX. Hamimiz bilirik o sertifikatlar nece verilir. Eger biznesmen ozu oz mehsulunun keyfiyyetine emin olmayib arxasina oz mohurunu qoymaq istemirse, hansi olkenin emblemini yapishdirirsa yapishdirsin xeyiri yoxdur. O ki, qaldi, Aygunun ve ya menim ve ya bashqasinin Bonduelle qoroxu almagimiza :( bizimkileri yeyende adamin qarni agriyir. Vallah heqiqi sozumdur.
Nəinki daxili təkcə MƏHSULLARIN, ümumiyyətlə, HƏR ŞEYİN keyfiyyətinə şübhəylə yanaşmağa dəyər. Nə qədər maddi və mənəvi kateqoriya var, hamısının. Biz hələ xalq olaraq keyfiyyət mərhələsinə keçməmişik. :((
Bir defe Maklaya aqressiv bir sherh yazmishdim, ozum de sonradan peshman olmushdum. :(
Sherhleri cavabsiz qoymagi irad tutmushdum ona, o da cavab vermishdi ki, sherhlerin gozelliyin pozmaq istemir..
Heqiqeten bu sherhlere cavab vere bilmirdim, o qeder gozel sohbet davam edirdi ki. Chox sag olun, haminiz.
BOnduel niye alirdim sualina cavab vermek isteyirem, chunki alternativi yox idi Bonduel qargidalisinin. Indi de yoxdur, chunki tay qargidali "cheyirdekleri" tamam ferqli chixdi, heresi bir boyda qargidalilar teesssuf ki, oyreshdiyim ve sevdiyim Bonduel qargidalisinin dadini vermirdi.
Aygün xanım meni cemi 40 deqiqe qabaqladız... Her defe girib Tay massajını ve 16kommentariyi görmekden bezdiyimçün yazacaydım...
Neyse yene de irad tutmağa yer var. Yazının son bölümü gecikir ve statik blogun lokomotiv qala bilmeyeceyini xatırladım dedim...
Biz - arxadan gelen "vaqon"ların sahibleri hereket teleb edirik...
Derin hörmetle...
Vusal, her zaman suretle yaza bilmirem, bezen ish, bezen shexsi meseleler mane ola bilir yazmagima. Her halda professional shekilde yazan biri deyilen.. Kechin gunahimdan:))
Estafirullah.. Günah filan yoxdu ortada...
Sadece erk edirem.. Sizden gözlediyimiz budu... Yene de anlayışsızlıq eledimse üzr isteyirem...
(bilirem orda smaylik var... yeni zarafat da var sözünüzde..)
Vüsal, inciyecek bir şey yox idi yazınızda, eksine sizin kimi oxucularin olmasi meni sevindirir.
Ümumiyyetle telebkarliq insanin caninda, qaninda olmalidir. Ele bundan sonraki yazilarimdan birinde mushteri telebkarligina toxunacam.
Ərk edin, ərk etməyiniz xoşuma gəlir.