Röya şilləsi yaman olurmuş!
Posted On 18 февр. 2008 г. at на 14:35 by Aygün İslamzadəBu sevda nə sevdadır...
Səni mənə verməzlər...
Neynim aman,aman,
Neynim aman, aman,
Sarı gəlin..
“Sarı Gəlin”dən ən sevdiyim misralar.. O qədər doğmalıq, o qədər millilik hiss edirəm ki, bu misralarda, istəsəm sözlə ifadə edəm, ancaq sözlərin acizliyini göstərə bilərəm. Bunun üçün mən bu mahnını dinlərkən üzümün ifadəsinə baxmaq lazımdır, xüsusən dünən. Gözlərimin yaşartısı heç nəyə baxmayaraq, Vətənimi, dilimi, musiqimi nə qədər sevdiyimi mənə xatırlatdı. Sağ olsun, Röya.
Bu hissləri az da olsa sizə çatdırmaq üçün bir az keçmişə qayıdacam.Bir-neçə ay əvvəl Türkiyənin Star telekanalında yayınlanan "Popstar Alaturka" yarışmasında Bülent Ersoy bir azəri mahnısı oxuyan iştirakçıya bu nə mahnıdır oxuyursan demişdi, Azərbaycanlıların əsli-kökü məlum olmadığını və heç olmasa erməni mahnısı “Sarı Gəlini” oxuyarsan deyə qeyd eləmişdi.
Dünən o səhnəyə xüsusi qonaq qismində Röya çıxdı. Bu mahnıdan dəfələrlə güclü oxuya biləcəyi mahnılar olduğu halda “Sarı Gəlin” mahnısını oxudu. Üzündəki fəxr hissini sona qədər çox bacarıqla daşıdı. İnanmıram nə vaxtsa Röya bunu oxusun, amma yenə də bloqum vasitəsilə ona təşəkkürlərimi çatdırıram. Jürinin, xüsusən də Bülent Ersoyun pərtliyi şillənin lazım olan yerə və lazım olan yerdə otuzdurulmağını çox gözəl nümayiş elətdirdi.
Bu arada “Popstar Alaturka”da bir qızımız iştirak edir. Özü də adaşımdır. :)
Bazar günü axşam saat 11-dən təxminən üçə qədər səs vermək mümkündür. Kim istəsə, 114 yazıb, 9065-ə yollaya bilər. Bir səsin qiyməti 175 konturdur.
Adət-ənənəmə sadiq qalaraq, yazımın sonunda bunun ölkə marketinqi ilə əlaqəsini yazmalıydım. Düşünürəm ki, özünüz məndən yaxşı bilirsiniz.. Ehtiyac yoxdur mənim qeydlərimə.
Men o verilishe baxmamishdim, amma bu yazini oxuyanda baxmish qeder oldum, yeni o hissleri yashadim Aygun...
Halal olsun Royaya... Chox mugennilerimiz bu addimi ata bilmezdi... Yaltaqlanardilar orada... Yeqin Qarabag torpaginin, suyunun tesiridir...
Turkiyenin en reytinqli verilishlerinden birinde Royanin ve Sari gelinin reklami da ermenilere shille olsun!!!
Seva, Roya ozunu orda sozun esl menasinda xanim kimi apardi.
Armağan Chağlayana ise adınızı bugun 3 defe deyibler, unutmusham demeyi kulminasiya noqtesi idi. :)))
Butun hirsim kinim ne vardisa chixdi canimdan.
sadece acinacaqli olan odur ki, bloqlarin birinin sahibi yazib ki, jüri Royanin oxumagini beyenmedi ve s. ve ilaxir. Meseleni qavramayiblar.
Birdeki, birinci oldun..)))Teshekkur, balası
Qinama onlari canim... Meseleni qavramaq uchun gerek ruhun olsun... Veten eshqiyle dolu bir ruhun... Bax onda juri dediklerinin (Orxan Gencebaydandan bashqa - senetine hormetim var ve hemishe olacaq)beyenib-beyenmemeyinin ehemiyyeti olmayacaq ve evezinde Vetenini, Milletini layiqince temsil eden bir azerbaycan qizina teshekkur edilecek...
Bu defe mutleq birinci olmaliydim...Kechen defe elimden qachirtmishdim chunki :)))))
Seva, yazdiğın hər sözə birəbir qatılıram.
Bu cür gözəl şərhlər yazırsan, amma sənin kimi yazacaq birisinin bloqundan bizi məhrum edirsən.
İnsaf, bajı, insafff
H.O.S.T-un yeni mahnılarından birində Qaraqan belə deyir:
.. Maraqsızdı, "Sarı Gəlin"
Bizimdi, ya ermənilərin?
Bu misraları düz başa düşmək üçün gərək həmin mahnıya sona qədər, qulaq asasan.
Pop-Star Alaturka kimi səviyyəsiz bir verlişdə, cinsi və əsli bilinməyən bir kimsəyə qarşı etdiyi bu "qəhramanlıq"dansa, məncə ilk öncə 20 Yanvarda Azərbaycanda baş verənlər haqda məlumat toplasın..
Belə dar çərçivəli məkanlarda, dar düşüncəli insalara nəyisə təsdiq etmək.. şəxsən mənə maraqsızdı..
Sarı Gəlin də maraqsızdı..
Salamlar.
P.S.:
Az-ya, o verilishe yuz minlerle turk baxir.(siz bunami dar cherchive deyirsiniz?) Sizin bu cur baxishinizi anlamiram, anlamaga da belke hech qadir deyilem.
Cinsi bilinmeyen ve s. kimi sohbetleri ise yaxina buraxmaq istemirem, mene maraqli olan insanin shexsiyyetidir, ne ki, Bulent Ersoyda chox eyilmish, kulli miqdarda psixoloji deyishikliklere ve metamorfozlara meruz qalmish bir shexsiyyet gorurem, amma onun cinsi ile problemleri meni maraqlandirmir.
"Sari Gelin maraqsizdir" ifadesini Host niye ve ne cur ishledib deye bilmerem, amma teklikde bu ifade hech de xosh mena kesb etmir. Bizim ortaya qoya bileceyimiz ve fexr edeceyimiz bir-neche mahnidan biridir.
Bir de en esasi men hech cur qebul ede bilmirem ki, kimise acilamaqla ondan nese elde etmek olar. Sen layiq oldugu yerde terifin ver ki, sonra ondan nese artiq bir shey uma bilesen. Röya ise bu meselede terife layiqdir.
Ela... Türkiyede ola ola bunları qaçırırıq amma Aygün xanım yene iş başındadı:)
Röya ise çox adama çox şeyi sübut edir demek olar her addımında... Fikir verin bizim tanıdığımız Röya Popstar'da Azerbaycanı temsil elediyi üçün xanım-xatın davranıb... ElA!!! Bir daha...
Az-ya meseleye ferqli terefden baxırsız... Hörmetle...
Amma siz herhalda Türkiye gerçekliklerinden xali deyilsiz... Ona göre o şillenin deyerini türkleri demiş küçümseyirsiz... Bunun ne qeder önemli olduğu heç izah elemey ehtiyac yoxdu...
Siz her gün Hrant Dink'in burda milli qehreman kimi qezet sehifelerinde sifetini (ölünün arxasından danışmazlar düzü, amma ermeni olsa olar) görmek mecburiyyetinde deyilsiz...
Mene maraqlıdı Sarı Gelin özü de çox maraqlıdı...
Aygün xanım o şilleye göre Röyanın, bu yazıya göre sizin ellerinize sağlıq!
Hörmetle
Mənə də maraqlıdı, "Sarı Gəlin"..
Kaş Akif İslamzadənin özü oxuya biləydi orda. Onun ifasında bu mahnı o qədər mükəmməl idi ki..(
Təşəkkür edirəm, Vüsal. Şərhiniz məncə çox məsələyə aydınlıq gətirir.
Aygün xanım Akif İslamzadenin hesretini çekmeyinizi anlayıram. Çünkü onun melahetli sesini men de eşitmek isterdim. Amma esas odu ki Sarı Gelin Azerbaycanlı boğazından gelende xoşdu...
Röya ya Sevda Elekberzade...
Yazını marketinqe calamamısız. Gelin men calayım...
Bu esl PRdı. Özü de gözelinden. Röyanın artıq burada - Türkiyede fealiyyet göstereceyini bilirsiz.
Burda vacib meqam var. Röya hem Türkiyede çatışmayan xanım-xatın müğenni kimi yerlecek zehilere, hem de en esası Bülent Ersoy ve Armağan Çağlayan Trükiyede eslinde sevilmeyen insanlardı. Onları "aşağılayarak" - yeni bir növ başının üstüne ayağını qoyaraq yükselmek ela fikirdi...
Azeri Kızı Günel fiyaskosunun unudulması üçün Röyanın burada uğurlu olmasını çox isterem...
Bildiyim qədər, 30 konsertlik bir layihesi var orda. Mən də onun uğurunu görmək istəyirəm. Və heç istəmərəm ki, orda öz imicinə və Azərbaycan imicinə az da olsa xələl gətirsin. Qeyd etdiyiniz kimi, çox gözəl başladı.
Yazımı marketinqə əla calamısınız)
Aygün,
Bilirsən bəlkə də bu gün dediklərimi başa düşmürsən, ama mən də nə vaxtsa məhz sizin baxdığınız aspektdən yanaşırdım hər şeyə..
Dünyada mahnıdan, yeməkdən də önəmli şeylər var..
Torpaq kimi, Vətən kimi, Yurd kimi, Millət kimi..
Bütün bunların yanında, məhz həmin "Sarı Gəlin - erməni yoxsa türk mahnsı?" söhbətlərinə görə məşhurlaşan və əslində başqa xalq mahnılarımızdan heçnəylə fərqlənməyən o nəğmə dəryada damladır..
Neynirəm mən Sarı Gəlini əgər Qarabağ olmayacaqsa?
Neynirəm mən dolmanı əgər onu Cıdır düzündə yeməyəcəyəmsə?
Göyçə Gölündə gəzib, qədim İrəvanın Türk abidələrini gəzməyəcəyəmsə?
Zəngəzurun o meşlərini görməyəcəyəmsə?
Təbrizdə Azərbaycan bayrağı dalğalanmayacaqsa?..
İstəmirəm Sarı gəlini də, dolmanı da, balabanı da..
Mən torpaqlarımı istəyirəm..
Mənim millətim Sarı Gəlindən də yaxşı mahnı bəstələməyə qadirdi, dolmadan da yaxşı yemək bişirməyə, balabandan da yaxşı alət düzəltməyə..
Yetər ki, o torpaq olsun..
Biz gedib Amerikada propoqanda işləri aparmaq əvəzinə, ətiylə-qanıyla özbəöz qardaşımız olan bir ölkədə, hansısa milli pozğunluqlara nəyisə isbat etməyimizlə fəxr edirik..
Bax bu mənə şəxsən çoooooooox maraqsızdı..
Vüsal,
Türkiyənin siyasi və ictimai gündəmiylə, deyərdim ki, Azərbaycandan çox maraqlanıram.
Həmin İstanbulda yürüş keçirən 30 min erməni dığası, hələ 70 milyonluq Anadolu demək deyil.
Türkiyədəki iqtisadi-siyasi vəziyyət o qədər qarışıqdır ki, bura yazsam oxumaqdan bezərsiz..
Əsas məsələlər bir tərəfdə qala-qala, millətin gündəminə hicabı salırlar..
Necə ki, indi siz bir Azərbaycanlı qızının hansısa özündənrazı manqurta vurduğu, "sillə"dən danışırsız..
Mən sadəcə dəli oluram belə şeyləri görəndə.
Çox dar aspektdən baxırıq hər şeyə.
Nəysə.
Bu cür məsələləri bloqda şərh yazmaqla müzakirə etmək sadəlövhlük olardı.
İnanıram ki, Aygün də məni səhv başa düşməyib.
Heç kimin şəxsi fikrinə müdaxilə etmək istəməzdim.
P.S. yadımdan çıxmışdı:
"Azəri" adlı millət yoxdur.
Türk millətinə sərhəd çəkməyək, onu kiçiltməyək. Xahiş edirəm.
AZ-YA icazenle men de mudaxile etmek isteyirem. Senin baxish daireni anlayiram ve hormetle yanashiram. Mueyyen menada sene qoshuluram da...
Amma sene bir sual vermek isteyirem.. Bir milleti millet kimi tanidan nedir? Men deyerdim ilk novbede inceseneti... Teki sen deyen kimi belamiz birce "Sari gelin" olardi, bax onda seninle razilashardim. Ozun bilirsen ki, iddialar "Sari gelinle", balabanla bitmir...
Duzdur 30 minlik ermeni digasi 70 milyonluq Anadolu deyil...Amma gor ki, o diga Turkiye universitetinde Xocali soyqirimi barede melumat veren turk ogluna satasha bilecek qeder gucludur... Senin ozune bele qeribe gelir... Turkiyede turklerle ermeniler barede danisharken donuq sifetleri gorende... Ve ya Eurovisionda Turkiyenin sesi Ermenistana gedende... BU il goreceyik dediyin kimi etiyle-qaniyla ozbeoz qardashlarimizdir ya yox?
Amma yene de...Men de isterem ki, Qarabagin qalibiyyetinin sevincini yashayim...Teyyareden baxarken gozelliyine heyran qaldigim Goyche golunu canli gorum... Ne qeder ki, bunlari yashaya bilmirik, Allah bizi bu kichik gorduyumuz sevinclerden mehrum etmesin inshallah....
Görürəm mən xalq düşməni elan etmisiz =)
Vallah nə deyim. Təki bu virtual yerdə, məni tanıyan iki üç nəfər elə hesab etsin ki, kiminsə xətrinə dəyəcək qədər qeyri-etik.. yox.. hətta deyərdim tərbiyəsiz insanam..
Qoy siz dediyiniz kimi olsun..
Sevinc,
İnanırsan sənin o elə dəyər verdiyin Eurovision mənim üçün nə etalondur, nə də qardaşlıq şkalası.
Anadoluda Azərbaycan üçün ürəyini verməyə hazır olan Türk gəncləri mənə bəsdi. Naxçıvanı ermənilərdən qoruyan ordu, İranalara "ağıllı ol" deyən pilotlar, Ermənistana iqtisadi-siyasi embaqro qoyan dövlət, həm siyasi, həm iqtisadi platformada qanadının altında saxlayan ölkə, hər dəfə qardaş deyənlər, özünü qardaş hesab edənlər, Ya Qarabağ Ya Ölümü yazan Ozan Arif, "Sarı Gəlin" sənədli filmini çəkib erməni yalanlarını üzə çıxardanlar və s. və i. və b...
Kəsəsi..
Avropalıların siyasi manevrləriylə dolu olan o Eurovision-u belə mənim üçün maraqsız hala salırsız.. =)
Qoy Ermənilər orda qalib olsun.
Mənim ordumsa səngərdə 10 ermənini öldürüb, heç olmasa bir kəndimizi geri alsın..
Nəysə sözü çox uzatmayacam.
Demək istəyirəm ki, bir-birimizi didib-didişdirib, ayağımızı qazdığımıza, bir az ümumi baxışdan yanaşaq hər şeyə..
Bakılıların Azərbaycana Bakı prizmasından baxdığı kimi yox..
Salamlar bir daha.
Sayğılar, hörmətlər, mərifətlər, qanacaqlar...
Hamiya salam. Teessuf, teessuf, yene teessuf... Men de Az-yani destekleyirem, onunla hemfikirem, onun dediklerine sherikem. Siz bizi burda dashqalaq ede bilersiz, lap bloqdan qova bilersiz :) amma bu heqiqetdir. Daxili bazara ishleyen her cur PR, reklam kampaniyasindan menim de zehlem gedir. Zehlem gedir Amerikanin hansisa bir taninmaz dongesinde 3X4 olchude Azerbaycan bayragi asib, Azerbaycan telekanallarinda "biz olkemizi tanitdiq" deyenlerden! Zehlem gedir 30 yashli, ancaq su ichib ariq chekide qalan Azerbaycanli "qoca qurdlarin" tekbetek gulesh novunde beynelxalq arenada ariq 17-18 yashli amerikan, ingilis ushaqlarina qalib gelib, "Azerbaycan bayragini qaldirdiq" demeyinden, nifret edirem taninmamish dunya dovletlerinin Azerbaycanin xarici ve daxili siyasetini desteklemesi haqqinda bar-bar bagiranlara. Aldatmayaq oz-ozumuzu, bir-birimizi! Men inanmiram artiq! Inanmiram ki, sari gelin bizim mahnidir! Inanmiram ki, dilberim bizimdir! Inanmiram ki, aman gulgez bizimdir! Qaragile bizimdir! Subut eleyin! Yoxdur! Hech kim ve hech ne subut ede bilmez! Subut edin ki, biz ermenilerden yox, ermeniler bizden goturub o melodiyani! Men ermenilerin euroviziona gonderilecek qizinin repertuarinda "kecavesin men ozum bezemishdim, aman gulgez, yarim hani" mahnisinin ritmini tutanda aglamishdim, ona gore ki, Azerbaycanda bir kopekoglu bestekar-musiqishunas-musiqichi-senetshunas ve daha ne bilim ne qalmayib ki, chixib desin ki, bu dogrudan da bizim melodiyadir. Qedir Rustemovdan sonra kim oxuyub sona bulbulleri? Sexavetden sonra kim oxuyub yar bize qonaq geleceyi? Kim oxuyub Rubabeden sonra? Remix, cazla qarishiq filan edilir. Amma ilk novbede normal, oldugu kimi oxunanlar tanidilmalidir. Hetta ushaqlarla mubahisemiz de dushmushdu. Vaxtile kamanchachalanlarin ekseriyyeti ermeniler idi, belke ele onlarin melodiyasi idi bizimkiler goturub? Belke eslen o zonadan olan Uzeyir Hacibeyov oz eserlerinde ermeni melodiyalarindan yararlanib? Belke ele Ashiq Elesger de... Men bilirem ki, bizim ozumuzu tesdiq etmeye, lazim olan vaxt kimliyimizi subut eden senedleri yigmaga 37 repressiyasi mane oldu, Azerbaycan uchun yararli olan choxlari olduruldu, sindirildi. 34 yashinda 70 Azerbaycan xalq nagili(hech yerde yazilmamish, kend-kend gezib), yuzlerle atalar sozu yigan Henefi Zeynalli yadima dushende dehshete gelirem. Men neylemishem bu xalq uchun, bu gun-sabah menim de 34 yashim olacaq?! Amma besdirin, aldatmayaq ozumuzu, biz turkdilli xalqiq, amma azerbaycanliyiq! Qedim alban koku olan, qafqaz turklerinden olan azerbaycanlilar. Ve bu dunyada azerbaycanli kimi de yerimizi tapmaga chalishmaliyiq. Toylarda gic-gic mahnilara qol qaldirana qeder xalq mahnilarini toplayib hamisina yeniden goz gezdirmek, koklerin axtarmaq, incelemek lazimdir. Yeqin ki, musiqishunaslar uchun elmi cehetden Azerbaycan melodiyalari ile ermeni melodiyalarini bir-birinden ayirmaq chetin olmaz.
Birinci Afət xanıma cavab yazacam.
Afət xanım, bloqdan heç kəsi qovmaq və ya daş-qalaq etmək fikrimdə olmayıb və olmayacaq, hətta çıxıb ora məni o ki var tənqid etsə belə, xüsusən də siz. Gözüm üstə yeriniz var.
Sizin şərhinizlə o qədər razıyam ki, əlavə ediləcək sözüm yoxdur. Amma az-yanı dəstəklədiyiniz mövqeyi görə bilmədim. Faktik mən dediyimi dediniz, bu yazımın məqsədini tam surətdə açıqladınız. Bir bloqda bir dəfə yazmışdım, bu marketoloqlarda qəribə xüsusiyyət var deyə, əvvəl razılaşdıqlarını bildirirlər, sonra razılaşmadıqlarını yazıları ilə sübut edirlər. Sizdə də elə oldu Vallah. Yaxşı bir sualım var sizə, bəs biz nə deyirdik??
Az-ya, sizi burada xalq düşməni elan edən olmadı, şərhləri bir daha oxudum, yazanlar tam və ya qismən şəkildə sizinlə razılaşıblar. İndi mən harda razı olduğumu, harda razı olmadığımı deyim. Birincisi, təşəkkür edirəm ki, hələ də bu cür düşünən beyinlərin olduğunu mənə göstərdiniz, tamam ümidimi itirmişdim. İkincisi, gəlin sizin baxış prizmanızı nəzərdən keçirək. Mən əminəm ki, bu baxış prizması ən doğrusudur. Qarabağ boyda dərdimiz olan yerdə hansı musiqidən, hansı yeməkdən, hansi qidadan, hansı həzzdən söhbət gedə bilər ki? Ümumən gəlin belə edək, daha sevinməyək, daha oxumayaq, ördəkburunlar azadlıqda olmayınca balalamadığı kimi bizdə doğub törəməyək, sevməyək-sevilməyək, toy etməyək, yas da saxlamayaq, yemək yeməyək, əsasən də dolma, marketinq öyrənməyək, bloq yazmayaq, xüsusən də rok haqqında yazılar yazmayaq sizin kimi... Buna nə demək olar?? Təəssüf ki, bizdə yeniyetmə ilə gəncin arasındakı dövrü xarakterizə edən söz yoxdur. Onun əvəzinə gənc maksimalizmi deyəcəm. İnan, az-ya, bir-neçə il əvvəl səndən betər idim, hər Qarabağdan danışılan yerdə mən ortalıqdaydım, qrup yoldaşlarıma bir müəllim sual verəndəki müharibə olsun ya olmasın, oğlanlarımızın əksəriyyəti olmasın deyə cavab verib deyə mübahisələr edirdim, düşünürdüm ki, belə fikirlərlə insanlar necə rahat yaşaya bilir, düşüncələrindən utanmirlarmı?-, tibb bacısının məlumat kitabını əzbərləmişdim və evdəkilərə ultimatum vermişdim ki, müharibə başlasa tibb bacısı kimi yardıma gedəcəm, Zabitlər evində bir tibb bacısı kursu tapmışdım, ora getməyi planlaşdırırdım. Amma zaman dəyişdi, indi yaşadığım şəhərdə tək küçəyə çıxmağa cəsarət tapa bilmirəm ki, hələ cəbhəyə getməyi arzulayam. İndi canına, övladına və torpağına Allahın verdiyi əmanət kimi baxmağa öyrədirəm özümü. İndi böyümüşəm.. Ağrılı olsa da, acılı olsa da böyüklüyün gətirdiyi acizliyi görməyi bacarıram indi. O uşaq optimizminin özüylə gətirdiyi gənc maksimalizmindən vaz keçməyi öyrənmişəm indi.. Mənə bunları həyat və çərxi-fələk necə öyrədibsə sizə də öyrədəcək. Bir gün danışan, odlu alovlu seyrçidən susqun tamaşaçıya doğru yol alacaqsınız. Əslində bunların bir-birindən nə qədər az fərqləndiyini hiss edə bilsəniz özünüzdən utanacaqsınız. İndi bu sözlərimə çox güman ki, qarşı çıxacaqsınız... Amma hər şeyin öz vaxtı var.
Keçirəm Röyaya, onun elədiyi türklər demiş, kəndi çapında böyük işdir. Nə deyirsiniz deyin, bu faktdır, bunu dəyişə bilməzsiniz. Sarı gəlinə gəlincə isə, haqlısınız, bizim millət hər cür gözəl mahnı bəstələmək qabiliyyətindədir. Elə həmin axşam Röya Hüseyn Abdullayevdən “Dön gəl” mahnısını da ifa etməklə bunu sübut elədi. Amma “Sarı gəlin” bir dənədir. Ondan daha olmayacaq, o tariximizdir, o sevgimizdir, o nəfəsimizdir.
Türkiyədə PR-a gəlincə isə, sizin tanıdığınız çevrə heç də bütöv Türkiyə deyil, tam fərqli düşünən türklər kifayət qədərdir. Tutalım türklərin əti-qanı bizdəndir deyə, PR etməyək də özümüzu, saxlayaq təbliğatı Amerikaya (bunu siz demişdiniz, amma nədənsə Afət xanım bizim dediyimizi başa düşmüşdü), türklərin gen yaddaşı onlara Sarı gəlinin bizim mahnı olacağını xatırladacaq?? Əgər belədirsə və gen yaddaşı bu qədər güclüdürsə, niyə keçən əsrin əvvəllərində ermənilərin nələr etdiyini bizim millət unutmuşdu, əsrin sonuna ocağının başına qədər gətirmişdi? Demək gen yaddaşı ancaq instiktlər üçün vardır və hər hansı bir PR işləri edəcəyiksə, bunu yanımızdakı Türkiyədən başlamalıyıq, ətləri-qanları bizdən olsa da, olmasa da.
Salam, dostlar!
Məni daşa da basa bilərsiniz, amma fikirləşdiyimi yazacağam.
Röyadan həmişə zəhləm gedib. O, mənim nəzərimdə kurtizankadan başqa heç nə deyil! Həm də düşük bir kurtizanka. Yəqin, cib telefonlarında və internetdə dolaşan bir vedeoroliki - Röyanın "narın-narın yağır yağış" mahnısına etdiyi son dərəcə azad improvizasiyanı, "yağış" sözünə hansıqafiyə qoşmasını görmüsünüz. Və bu,janrın yeganə roliki də deyil. Şəxsən mən belə düşük və tərbiyəsiz insana baxmağı və dinləməyi özümə rəva görə bilmirəm. İstəyir "Sarı gəlin" yox, lap "Segah" oxusun.
Şəxsən mən vaxtilə onun erotik fotosessiyaya çəkilməsini normal qarşılamışdım və hətta təqdir də etmişdim - bu, dünya praktikasına qəbul olunmuş bir şeydir. Ama əxlaqsızcasına klounluq etmək heç zaman qəbul olunası şey deyil.
İkincisi, onun Beynəxalq Hüquq fakültəsində oxuması Azərbaycanın təhsil sisteminə şillədir. Həm də əsl şillə!
Və üçüncüsü, vallah, məni qınamayın, səimi olaraq anlamadım: doğrudanmı Türkiyədə "Sarı gəlin" oxumaq belə qəhrəmanlıqdır, Vətənə xidmətdir? (Bu yerdə alnımı qırışdıraraq, fikirli şəkildə peysərimi qaşıyıram)
Dördüncüsü, Aygün, sənin bu səviyyədə - yəni "Sarı Gəlin"i dinləyərkən gözlərin yaşaracaq qədər romantik olacağını düşünməzdim! :)
Və P.S.
Xanımlarının 99 faizi əsmər və şabalıdı saşlı olan, sarışınlara demək olar ki, rast gəliməyən bir xalqda "Sarı Gəlin" mahnısı necə yarana bilər?
Bunu elə-belə soruşdum, sadəcə, daşa basılmaq üçün...
Salam hamiya. Tebii ki, men zarafatla demishdim bloqdan qovmanizi ;) bilirem ki, qovmazsiz :). Men Turkiyede PR-in eleyhine deyilem, men Turkiyede bir mahni oxuduguna gore Azerbaycanda PR olunmanin eleyhineyem. Onu demek istemishdim. Axi bu veten hamimizindir. Menim, senin, onun borcu oldugu kimi Royanin da, Ilhamenin de, Aygunun de, Brilyantin da, Reqsanenin de... Elinden geleni eden men bunu eledim deyib bashqalarina yuxaridan ashagi baxmamalidir, "mene qiymet qoymalisiniz", "100000-lik mashin almalisiniz", "sheherde neche yerde villam olmalidir" dememelidir. Bundan olke daxilinde hansisa hemkarlarini ashagilamaq uchun istifade etmemelidir.
P.S. Bedeninde qelpe gezdiren muharibe ishtirakchisina elillik derecesi vermirler. Azerbaycan vetendashligindan imtina mektubu yazandan sonra sosial mudafiede el-ayaga dushubler ve nehayet, 700 AZN pul isteyibler ki, ashagi qiymete duzelderik. :( Bilmirem hech bunu niye dedim?! Sari geline dexli yox idi deyesen...
P.P.S.
Bütün röyasevərlərdən üzr istəyirəm.
Sarı gəlinlə bağlı isə özümün bir versiyam var: bəlkə bu, haçansa bizim babalarımızdan birinin hansısa erməi, ya rus qızına qoşduğu mahnıdır? Axı sarı qızlar onlarda olur...
Vəssalam... Hirslənməyin... Yoxa çıxıram...
Vusal,
Sari gelin ele ona gore meshhur olub ki, qara, esmer, shabalidilardan ferqlenib :) ona mahni qoshublar ve esrlerle yashayib o mahni...
Amma maa ele gelir ki, o sari gelin ozu azerbaycanli olmayib ee. Yene bizim kishilerdi de... Hech ozumuzkulere ele mahni qoshmazdilar :) bunu da ele bele dedim, fite basilmaq uchun :)
Vusal, Röyadan 1 insan kimi mənim də xoşum gəlmir. Dushukdur soz yox.. Amma Turkiyede o adamlarin qarshisinda o mahnini oxumagi heqiqeten teqdirelayiqdir. Sebebini yazi da basha salmishamç tekrar etmirem.
Ermeni qizlari sari olmur.. Eksine, esl yerli ehali, daqliq zonalarda yashayan, əsli-kökü buralı Zaqatala və ətrafı, bundan əlavə Qəbələ sarıdırlar.
Hələ Strabon e.ə. 200-cü ildə yazırdı ki, albanlar hündür, gözəl və sarışındırlar. Cingiz xan qanını qanımıza qarışdırandan sonra nisbətən tündləşmişik.
Bir tərəfdən də az olanç nadir tapılan qiymətli olur. Eləcə də sarışın qızlara biz əsmərlərdən daha çox qiymət verilir. Yəni ki, mahnı o 1% sarışınlardan birinə yazıla bilməzdi?
Romantik olmaq günahdır deyə xəbərim yox idi.. Günah olsa da, var qanımda-canımda. Həm də Akif İslamzadənin ifasında eşidə bilməmək gözlərimi yaşardır. (
Kim dedi ki, günahdır?! Mən elə şey demədim. Sadəcə, təəccübləndim.
Deyəsən yuxarıda yazmışdım ki, beləsöhbətlər üçün bloqda comment yaza-yaza hansısa orta məxrəcə gəlmək mümkün deyil.
Bu sözü bir də təkrarlamaq istəməzdim. Ona görə iki üç kəlmə də yazıb aradan çəkiləcəm:
1. Aygün, şərhinin hamısını nöqtə vergülünə qədər oxudum. Sən məni başa düşmədin. Düşünürəm ki, nə qədər çalışsam da başa düşməyəcəksən. Sadəcə deyim ki, "Ya Qarabağ, Ya Ölüm!" deyib, əlimə silah alıb müharibəyə qaçmaq istəyəcək qədər sadəlövh deyiləm. Mənim də artıq o yaşım keçib. Sən elə hey düşmüsən ki, TÜRKLƏR DEMİŞ, TÜRKLƏRİN HAMISI BELƏ DEYİL, TÜRKLƏR və s. və i.
Bildiyim qədəriylə, çox oxumuş və savadlı qızsan:
TÜRKİYƏDƏKİLƏR TÜRKDÜRSƏ BƏS BİZ KİMİK? ERMƏNİ?
Vallah, burdakıları deyə bilmərəm, amma mənim ulu babalarım da Türk olub, özüm də Allaha şükür Türk oğlu Türkəm. Nə də ki, özümə Türk deməyəcək qədər kompleksli deyiləm.
Türkiyədə 70 milyon adam və 70-dən çox millət var. Onların çoxu özünə Türk deyir. Biz indi bilməliyik ki, qarşımızdakı adam Türkdür, yoxsa kürt, laz, çerkez, erməni, ərəb və s. Bax problem burda yaranır. Türkiyə daxilindəki milli azlıqların yaratdığı problem.
Türkiyədə "Hamımız Erməniyik, Hamımız Hrant Dink" deyən manqurtlara görə bütün Türkiyənin üstündən xətt çəkmək olar mı?
Onda Türkiyədə İstanbulda, Ankarada, İzmirdə, Antalyada, Qarsada bədənini satan Azərbaycanlı qadınlara görə, bütün Azərbaycan qızlarının üstündən xətt çəkməlidir?
Əgər şərəfsiz, millətini satan, Sarı Gəlini tanımayan, dilini bilməyən, Azərbaycana nifrət edən adamlardan danışırqısa, çox uzağa getməyək, sizə BAKIDA nə qədər istəsəz adam tapa bilərəm. Ən azından, burda qalan 30 min ermənini yada salın.
Bizi özümüə, çuvalduzu başqasına batırın.
2. Afət, dediyin fikirlər mənim demək istədiklərimin bir az inkişaf etdirilmiş formasıdır =)
3. Mən indiyə qədər orda çıxış edən Röyanın bu telefonlarda ulduza çevrilən Röya olduğunu bilmirdim. Onunla çəxsən tanışlığı olan bir adam kimi, deyim ki, Türkiyədə bədənini satan hansısa küçə qızı ondan qat-qat vətənpərvərdi.
İki sözündən biri söyüş olan, dədəsini anasını saymayan bir "məxluqu" mən qız yox, heç adam hesab etmirəm.
Ona görə də ümumiyyətlə bu yazıyla bağlı son şərhim olacaq bu.
P.S. Soruşsaz ki, sən Sarı Gəlini sevmirsən mi? Deyərəm: zamanından və yerindən asılı olmayaraq hər dəfə balabandan çıxan o yanıqlı səs tüklərimi biz biz edir, içimdə ən çılğın vətənpərvərlik duyğuları oyadır. Amma, çi fayda!
P.P.S. Sarı Gəlin Ərzurumlu bir gəncin erməni qızına aşiq olması, sonradan onun ərə getməsi və gəncin belə bir mahnı bəstələməsindən bəhs edən bir əfsanə/dastandır. Bunu bilməyə bilməyə necə müzakirə aparırsız axı Sarı Gəlin haqda, açığı təəccübləndim =)
NOT: Bir də ki, çox tərbiyəsiz mahnıdı Sarı Gəlin. Adamdan soruşarlar ki, ay balam, sənin nə işin var başqasının arvadıyla? =)
Az-ya, Sari gəlinin erməni olduğundan xəbərim yox idi, əvvəlki şərhlərə cavab verərkən mənə beynimin dərinliklərində nəsə bunu xatırlatdı, amma ola bilməz deyib keçdim üstündən. Tərbiyəsizlik məsələsinə gəldikdə isə, "Bala bala gəl" magnısı yadıma düşdü)
Türklər və biz kimik məsələsinin üstündən sakitcə keçmişdim ki, bu haqda fikir yürütməyəm, anlaşıldı ki, alınmayacaq. Biz türkük. Dilimiz daha çox türkə yaxındırsa, demək türk də olmalıyıq. Mən Murad Hacı kimi düşünmürəm ki, bir millət tamamilə dilini dəyişə bilər. Ona görə də türkük. Amma nə qədər ki, Osmanlı və ya Anadolu türkləri tam olaraq özlərini türk adlandırır, mən qafqaz türküyəm ya da başqa ad deyilə bilər və ya yaşadıgım yerin adı ilə Azəri türküyəm. Zorla özümü onlara bitişdirən deyiləm. 26 bakı komissarları filmində bir epizod var, bəs kimə birləşəcəyik deyib sorushur bir kişi. Millət kimi psixologiyamız budur da, bircə kiməsə birləşək. Mənə burda türklərin kökündən, dişi qurd- Burladan və balalarından, Göy xaqandan filan danişmaq lazım deyil. Bunlar haqqında xəbərim var. Hətta Vüsal üçün bir dənə də qeyd, mən 9-cu əsrə qədər mövcud olan əlifbamızı görəndə ağlamışdım. Əlifbanı mənə göstərən insan təəccübünü gizlədə bilmirdi. Hanı o əlifba? Yoxdur. Çünki külək hansı tərəfdən əsib əlifbamız da o tərəfə doğru dəyişilib. İndi də sizin üçün böyük qardaşlarımız tərəfdən əsir.
Bir az da ozumuz olaq, ay camaat hech kese soxulmadan, hech kesle simbioz heyat yashamaq arzularini reallashdirmadan.
Demeli bele...
Gorurem mesele lap qerezleshir...Yashimizdan-bashimizdan agir sohbetler gedir burada...Amma yene de her kesin fikrine hormetle yanashmaq borcumdur deyib sadece bunu bildirmek isteyirem ki, hamimiz vetenimizi sevirik...Heremiz seve bildiyimiz kimi, ozumuzemexsus...Aygun de gunlerle Azerbaycan ve Turkiye metbuatini meshgul eden bir movzuya toxunmaqla Royani qaldirib bashimizin ustune qoymadi...Sadece milyonlarca insanin qarshisinda Azerbaycanin esli-koksuz oldugunu ve Sari gelinin ermeni mahnisi oldugunu soyleyenin (kim terefinden vacib deyil, oturulen informasiya vacibdir) yerinde oturduldugu barede bizi melumatlandirdi. O ki qaldi Roya barede diger yazilanlara, guya bizim hansi mugennimiz ferlidir ki.. Hamisini chay ashagi axit, chay yuxari axtar :) Amma kim getirib yaxshilarini bize verecek, pisdirler, yaxshidirlar, namusludurlar, namussuzdurlar yene BİZİMKİDİRLER !!!
Turk ve Turkiyeli olmaq anlayishini qarishdirmadigimiz muddetce her shey normal olacaq. Sag olsun Ataturk, olkenin adini Turkiye qoymasaydi indi Turk adina bele kompleksli yanashmazdiq. o ki, qaldi Turkiyede Azerbaycanin PR-i ve bunda Roya faktoru, kicik olsa da effektinin oldugunu dushunurem. Sadece bir meseleni unutmayaq hem Turkiye hem de Azerbaycan ozunun inkishafini gostermek ucun Avropasayagi hereketler edir, bu ise menim hech xoshuma gelmir. Yani ikisi de turkuk deyir amma ortada esl turk enenesi ve gostericisi yoxdur. "tak chto uje" ne Turkiye ne de Azerbaycan turk deyiller.
Az-ya ile burda razilashmadim. Eger hemin melodiya turk gencinin urek chirpintilaridirsa, yene de o melodiya bizimdir, o sozler bizimdir, o mahnini el-el oxuyub gezdiren xalq bizimdir. Ferqi yoxdur kimi sevir, sevenin milleti olmur, seven sadece her sheyde hamida yaxshi gorur, yaxshi axtarir, yaxshiya inanir. Inanmsa sevmez, sevmese, sevdire bilmez. Biz ona gore ozumuzu bashqalarina sevdire bilmirik ki, ozumuz ozumuzu sevmirik. Gelib gurcu qizindan otru donuz otaran Sheyx Senan da sevirdi, Kerem de sevirdi, Nerimanovun Bahaduru da sevirdi... Gurculer hech Sheyx senani tanimirlar, ona gore ki, dastan bizimdir, biz qoshmushuq, biz yaymishiq. Chalmayaq Yaniq Keremi! Ermeni keshishinin qizini sevib! Axi yaniq Kerem bizim xalqindir, onu ermeni qoshmayib, ermeni chalmayib. Her sheyin arxasinda pozgunluq, exlaqsizliq-filan axtarmaq lazim deyil. Her kes dunyani oz gorduyu kimi yashayir, terbiyesiz, exlaqsiz saydigimiz(-niz) insanlar da. Sari gelinden men danishiram, qaragileden men danishiram, zumzume edirem, qulaq asiram. Ona gore ki, gozeldir, esrlerle yashayib ve yashayacaq. Biz redd edib, terbiyesiz desek de ermeniler yashadacaq, onlar da yashatmasa bashqasi... Amma men isteyirem ki, menim xalqimin oldugu uchun men yashadim. Mene maraqsizdir onu hansi sheraite besteleyibler, kime qoshublar. Gozel sheyleri hech vaxt eybecer dushunce yarada bilmez, qoruya da bilmez.
Mugennilerimize geldikde, men Royani ona gore xoshlamiram ki, oxumagini beyenmirem, sesinden xoshum gelmir, onun terbiyesinin-hereketinin mene hech bir dexli yoxdur. Ona gore ki, men onlarin hereketine soz qoshmuram, meni teeccublendirmir. Aygunden de. Reqsaneden de. Men onlarin auditoriyasina aid deyilem, vessalam.
=)
ela mubahise gedir,
qisa birşey elave etmek isteyirem
Tesadüfen Popstar Alaturkaya baxirdim ve tesadüfen bizim azerbaycanli xanim mahni oxumaya çixmişdi,20 yanvar erefesinde idi, Bizim azeri qizi orda görende qürurum ele incidiki, cahil, tehsilsiz ne bilim nedir bilmirem, amma 20 yanvarin ne olduğunu soruşanda jurilerden biri, deyir "ermenilerin azerbaycani işğali, türkçe 20 ekim dir bizde 20 yanvar"
içimden o qizin ağlina tüpürüb televizoru söndürdüm.
Röya'nin çixişini youtube dan baxdim, beyendim=)
Pero, bu cur mubahisenin kiminse beyeneceyini texmin etmezdim.
Men uch heftedir baxiram, mahninin sozleri ile bagli skandal dushenden sonra xeberim olub ki, Azerbaycandan da ishtirakchi var orda.
Cahillik deyil bu, debillikdir. Shokdayam, Vallah.
Roya ise heqiqeten chox gozel chixish eledi. Mesele mahninin oxumaginda da deyil, onun sesi Sari gelin mahnisina uygun deyil. Bu mahnini oxumasi sadece aciq vermek kimi bir shey idi, uzunde, mimikasinda bu chox aydin hiss olunurdu. Kim ne deyir desin, ehsen ROyaya..:))
Aygun incidi :(
Niye ele dushunursunuz, Afet xanim?
...bu cur mubahisenin kiminse beyeneceyini texmin etmezdim. - demeyinizden :(
Afet xanim, sehhetim bir az meni chetine salir, ne yaza bilirem, ne fikrimi toplayib nese oxuya. Choxn narahat bir muddet kechirirem.
Bunun ustune de en sevmediyim sohbet ortaliga geldi, turkchuluk meselesi. Chox yorucudur, chunki bu sohbetde hemishe fikir ayriligi olur. Mak kimi men de dushunurem ki, Ataturk Turkiye adinin Osmanli imperiyasina qoymaqla, bizim ishimizi chetinleshdirdi. Ve muasir turklerin kifayet qeder pis uzunu de gormushem , bize munasibetlerinin de ne yerde oldugunu (elbette hamisinda deyil) ona gore de zorla ozume onlardan qardash duzeltmeye kateqorik qarshiyam. Hem de bu qardash, yoldash Sovet dovrunun iyini verir, Yeqova camaatinin da dadini. Belke bir az evimizin ichindekilere baxaq. Onlara kifayet qeder qaygi gostere bilirik deye dushunek?? Alemi qatdim, Vallah
Allah şefa versin!
Menim de bu türklük söhbetinden xoşum gelmir ve Mak'ın dediyi mesele en az 5-6 ildi tessüfünü çekdiyim bir haldı...
Siz sagalin, Allah shefa versin. Eslinde men umumiyyetle o movzudan kechmeye chalishmishdim. Yeqin oz yashimin yaratdigi tesellidir :). Amma menim uchun artiq tarixin deyil, insanin da, xalqin da, dovletin de bugunu daha onemlidir. Bu gun varsansa, demeli qalibsen, yashayirsan ve hele yashamana umid var. Bu gun hansi erazidesense, ora senindir. Bu gun hansi adi dashiyirsansa, o ad senindir. Umumiyyetle, bu gun kimsense, osan.
Aygün, Allah şəfa versin! Sağal və maraqlı yazılar yaz.
Yeri gəlmişkən, mənim bloqumda sənin linkin ən çox kecid topladığına görə təbrik edirəm! :)))
Teshekkur edirem haminiza.
Vusal, tebrike gore chox sag ol. Bu her halda sizin de emeyinizin neticesidir. Pr dahisi adlandiranda meni ele olacaqdi da:))
Röya ilə mənim heç aram yoxdur. Amma bu cür çıxışını bəyənirəm.
Amma burda məsələ yanlız Bülənt dayının ətrafında gedir, savadsızlığından elə söz deyib, bəlkə də gündəmə çıxmaq üçün deyib. Ona heç kim dəqiq bilməz. Amma Sarı gəlini yanlız bir millətə aid eləmək Sarı gəlin mahnısına bəlkə də hörmətsizlik olardı.
Overall, yaxşı yazıdı amma marketinglə əlaqəsini nə qədər istədim tapa bilmədim. Mən bilən belə dəyərlər satılmamalıdır :))
Qurbanov, yazini marketinqe istemirsinizse, PR-a baglayin. Herchend burda mahninin positioningi, target groupu haqda mubahise-zad gedib... Hele fokus grouplar, rebranding ve s. haqda demirem :)
Bax oralarını ötürmüşəm bax mən :)
Amma bu biznes terminlərinin heç bir yeri yoxdur, çünki nə də olsa biznes standart qanunu var, al ver, axırda da olub alver :) Amma buna sonradan bir rəsmilik gətirmək üçün özlərindən şeylər çıxardılar. Bu cür terminləri eşitməməkdən ötrü mən o boyda Univeristy of Wisconsin - Madison Business School'unu (Amerikada Top Bus. Schoolardandı) drop eləmişəm, başımı gğtürüb qaçmışam Röya haqqında oxumağa, qabağıma çıxartdınız bu mənalı terminləri :)
Gunah ozunuzdedir, Azerbaycan estradasinin ulduzlarini tanimamish, bele menasiz terminleri tanimaga cehd edirsiz :) Amma zarafatsiz, youtube-da baxdim Royanin oxumagina... Etiraf edek, onun sesi uchun deyil, hem de turk ansambli turk manerasi ile chalir, onu ki, balabanda chalmadin ne menasi... Meselen men isterdim ki, Akif Islamzadenin sesi ile olan hisselerden istifade ile orijinal bir qarishiq yaradilaydi (o qizin adi yadimdan chixib, Ahmet Kayanin Giderim mahnisini oxuyub, amma onun sesi ile olan hisseden de istifade edib). Qaldi, Bulent Ersoyun sozlerine ve s. cavab vermeyimize. PR-da bele bir usul da var: Kimlerinse dediyinin menasizligini ve absurdlugunu gostermek uchun sadece susursan.
Ahmet Kayanın mahnısını oxuyan Niran Ünsaldır. O düzdür, mən musiqini eşidəndə eləbil türk dilində oxuyacaq.
Həqiqətən də sarı gəlinə, Qərbi Azərbaycan və yaxud Şərqi Türkiyədən bir səs lazımdır. Buna Şimali Iraqı da aid eləmək olar.
Amma hər şey bir yana Röya çox yaxşı istifadə etdi bu söhbətlərdən, özünə həm yaxşı hörmət, populyarlıq və ən əsası pul yığdı.
Buna da bir termin fikirləşin :)
Nurlan, bloquma xosh gelmisen ve sherhlerine gore sag ol. Sualina artiq Afet xanim cavab verib, men bashqa nyuansa toxunmaq isterdim. Wisconsinde oxumaq shansindan tam suretde istifade eleyin. Inanmiram ki, siz terminlerden filan qachirsiniz, amma yene de deyerini bilin demeyi ozume borc bildim. Menim bele ve benzer shansin olmayib:(
Afet xanim, menim ele bashdan beri qeyd etdiyimde o idi ki, Roya Sari gelin mahnisini yaxshi oxuya bilmedi, en azindan sesi ona uygun deyildi deye, o bashqa mahni-daha yaxshi oxuyacagi mahnini seche bilerdi, amma shuurlu shekilde Sari gelini sechdi. Susmaga gelince ise, bu cavab susmaqdan defelerle guclu idi.. Boynumuza alaq da..Nolar ki???:))
Bu arada Popstar Alaturkadaki qizimiz yene oz axmaqligin qoydu ortaliga. Xocali faciesinden danishib cemi 163 shehid oldugunu soyledi. :(( Yeni 613 reqemini yadda saxlamaq bu qeder chetindir? Ustelik nezere almaliyiq ki,bu resmi reqemlerdir, eslinde belke de defelerle choxdur ve texminen eyni qeder de shikest olanimiz var.
Royaya gerek xahish edek tekrar getsin ora, qizin sehvini duzeltsin hech olmasa..
Xocalidan resmi reqemler:
613 nəfər qətlə yetirilib,
1275 nəfər esir götürülüb,
150 nəfər itkin düşüb,
487 nəfər ise yaralanıb.
Esirlerin qayitmadigini, itkin dushenlerin taleyinin melum olmadigini, yaralananlardan ne qederinin heyatda qalmadigini da nezere alsaq :(:(
163 ise superdir! reqemleri kimdense eshidib, amma ardicilligi yadinda qalmayib.
qadin sohbetleri ...
http://lumerkoz.edu It is a very good thing, http://www.comicspace.com/cardizem/ dares segregations http://www.lovespeaks.org/profiles/blogs/buy-famciclovir merchandise http://barborazychova.com/members/Buy-Lipitor.aspx adoptions unhealthytoo http://www.comicspace.com/buy_avapro/ amperes wondered http://barborazychova.com/members/Buy-Nolvadex.aspx complaintsin furrowed