Azərbaycansayağı CRM

Yazı yazmaq haqda düşüncələrə dalmışkən özünü jurnalist adlandıran birinin sualını xatırladım. Makaronda deşiyin necə əmələ gəlməsini soruşan molladan bir xeyli irəli gedərək demişdi ki, “mən hər şeyi başa düşürəm, amma CDMA (oxu Azərbaycan hərfləri ilə) yazıb niyə “sidiemey”oxuduğunuzu başa düşmürəm”. Birdən ağlıma gəldi, bu CRM (Customer Relationship Management) sözünü öz dilimizdə oxusaq necə olar? (şərhlərdə məmnuniyyətlə sizin fikirlərinizi görmək istəyirəm)
Mənim ağlıma gələn yeganə variant – Camaatı RamEtmə Məharəti oldu. Rametmə sözünün ikibaşlı istifadəsinin mümkünlüyü isə işimi rahatlaşdırır. Əlbəttə ki, ərini hansısa arzusunu yerinə yetirməyə razı salmaq istəyən qadının kiçicik və xoş biclikləri də (məs, ərinə keyfiyyətli qida və ya seks təklifi ola bilər:), başqa bir qadının səs-küylü tələbləri də, yaxud da heç də xoş olmayan biclikləri də ram etmək ifadəsi altında birləşə bilər. Müştəri ilə münasibətlər də çox geniş diapazonu əhatə edə bilir. Dünya ölkələrində, xüsusən Amerikada müştəri məmnunluğunun əldə edilməsi həqiqətən öz pikini yaşayıb, belə ki, 1984-cü ildə müştəri məmnunluğunun Kano modelindən sonra demək olar ki, hər kəs bundan danışırmış, 90-cı illərdə müştəriylə münasibətlərin keyfiyyətliliyi artıq fərqlənmə timsalından keçərək doğru biznesin şərtinə çevrilir. Nəhayətində bu müştəri məsələsi o qədər şişib ki, əks fikirlər belə əmələ gəlməyə başlayıb. İndisə bizdə bu prosesin gedişatına nəzər yetirək. Sovet dövründə analitik CRM və ya müştəri məmnunluğu kimi anlayışlardan uzaq qalmaq bir başqa, üstəlik satıcılarla qonşu və ya qohum olmaq da az qala bir şərəf idi. Bu şərəf dükanlara yeni gələn və əl altdan satılan mallar haqqında rahat və operativ bilgi əldə etmək və o mallara birbaşa çıxışı təmin edirdi. Satıcıların isə gülərüzlüyü sırf xasiyyətlərindən asılı idi, indiki dövrdə əksər dükanlardakı kimi maaşları ilə düz mutənasib deyildi. Sovetdən sonra birdən-birə kapitalizmin qucağına atılmış biznesimiz isə hələ CRM nədir, onu nəylə yeyirlər suallarına cavab axtarır. Bəlkə də bundan sonra çox axtaracaq.
İnternet provayderinə problemlərlə zəng edib nəticəsində “sabah zəng elə, de - Şahin, bu niyə belədir?” cavabı eşitmək, bir jurnalistin hansısa şirkətin müdirinə nə cavab verəcəyinə əvvəlcədən əmin olub, “Göstərdiyiniz xidmətin keyfiyyətindən razısınız?” sualını yönləndirməkdən və ya hansısa dükanda hərif yerinə qoyulmaqdan, bir çox hallarda satıcının yuxarıdan aşağıya doğru baxışlarından bezmişəm.
Bir neçə həftə əvvəl reklama kifayət qədər pul xərcləyən telefon dükanlarının biri- İ.R. telekomdan rəfiqəmə telefon almağa getdik. Saatdan artıq çəkən alış-veriş prosesi tək vaxtımı almaqla deyil, bir sıra digər səbəblərdən də əsəblərimi korladı. Telefonu almağa bir an qalmış şirkətin iki növ qarantiya təklif etdiyi və bunlardan birinin telefonun qiymətinin 10%-i həcmində olduğu şok şəkildə açıqlandı. Bu qarantiyanın adı “Qızıl qarantiya”dır. Bunu seçdiyini və ya seçmədiyini söyləməmiş telefon anbardan aşağı gəlmir. Nə etdimsə də, orda ancaq şubhəcil insan adını qazana bildim. Çox israr etdiyim üçün səbəbləri başa saldılar, amma heç biri reallığı əks elətdirəcək qabiliyyətdə deyildi. Sonrakı problemlər lap gülünc idi, məlum oldu ki, telefonun qiyməti səhv deyilib, əvvəl narazılığını bildirən personal sonradan o fərqi qiymət deyən satıcının öz boynuna qoydular, bu da heç xoş hisslər bəxş eləmədi. Rəfiqəmi ordan telefon almamağa səsləsəm də, bir şey çıxmadı, tələbkarlığımızın ən aşağı səviyyədə olmağı özünü göstərdi. Son olaraq 24 nəfər -üzləri asılmış, burunları yerə deyən satıcının (dükanların birində təmir işləri varmış, ordakılarda bu dükanda idi) olduğu dükanda kserokopiya kimi dünya əhəmiyyətli proses 20 dəqiqə davam elədi. Dar dükanda birdən-birə 24 işçini görməyin yorucu təsirini əyinlərindəki yaşıl rəngli köynəklərlə də ört-basdır etmək mümkün deyildi. (yaşıl rəng heç də həmişə sakitləşdirici təsir bağışlamırmış, orda ancaq bir az da artıq qıcıq olmagıma səbəb olurdu). Dükandan çıxandan sonra bıçaq çəkilsə mənə, qanım çıxmazdı, Karl Syuellin “Ömürlük müştərilər”(Customers for life) əsərindən cümlələr gəlirdi beynimə, axı niyə hardasa müştəriyə elə dəyər verilməlidir, bizdə isə belə? Bəlkə də sualın cavabını özümüzdə axtarmalıyıq. Bəlkə də içi mən qarışıq hamımızın günahı var ki, “Türkün məsəli” kimi düşük verilişlərə sponsorluq edən, gündə küçələrdə minlərlə flayeri paylanan İ.R telekom satıcılarının müştəri ilə davranışın qaydalarını oyrənməsi üçün pul ayırmır , imkan yaratmır, yəni buna ehtiyac duymur. Çünki, bir millət olaraq ram edilməyimiz o qədər rahatdır ki, sanki həmişə öz cilovlarımızı kiməsə vermək üçün fürsət axtarırıq. Bunun üçün kiminsə hər hansı bir məharətə yiyələnməyə ehtiyacı yoxdur.

Posted in Ярлыки: |

18 коммент.:

  1. Vüsal Says:

    Salam..

    Demeli bele Röya eslinde Sarı Gelini oxumamalıydı... Bıy teze yazıymış ki bu:)))

    Aygün hemişeki kimi, v tom je duxe davam eliyirsiz...

    Bizde CRM "CüRM"dü... günah... Kimdi axı onnan meşğul olan? Asobenno telefonçular içinde. İndi siz desez ki, ay refiqem gel biz başqa dükana gedek Bakıda dükkan qehet deil ki, gedib 1 saat da (s lişnim) orda xercliyessiz.
    Ona göre de müşteri qalır bele. Çıxılmaz veziyetde.

    Bir neferde bu veziyetde hıs-pıs eleyib mağaza içinde hüzursuzluq çıxarmır ki, dükanlar anlasın sehv eleiyini. He 1-2 nefer çıxarır onun da adı olur "mızqoyan", en yaxşı halda "demoqoq"...

    Yeni bu belece "qapalı dövre"ye girir ve çartlıyır bizim başımızda. Vaxtımız gedir, eseb gedir... Pul gedir..

    Ben Azerbaycanda fealiyet gösteren orta seviyyeli bir telefon dükkanları şebekesinin temsilcisine bele bir teklif vermişdim. Özlerini "hörmetcil" mağaza olaraq positioning etsinler.
    Ne ucuz, ne geniş çeşid, ne servis xidmeti (yeri va a xidmet xidmeti)...
    Bunu emelli strategiya elesinler özlerine vs. vi.

    Bu deyqe müşteriler özüne hörmet eden telefon mağazası axtarır. Buradan telefonçulara elan edirem...

    Bu arada o I&R ile bağlı men de ciddi problem yaşamışam ve hele de o telefondan istifade ede bilmirem...

  2. Rüstəm Məmmədov Says:

    I.R indi sene hirslenecek ki, niye tekce menim adimi yazmisan, axi hami menim gunumdedir!!!

    Buna benzer situasiya eyni zamanda chox shirketde qarshilashilan bir hadisedir. Bunun hellinin ise sadece mushterilerle nece davranmaq lazimdir telimleri ile olmayacagi ortadadir. Shirketin felsefesi deyishmeli, felsefeye gore insanlar ishe alinmali, felsefeye uygunlasha bilmeyen genel mudur ishden chixarilmalidir. Keskin addimlar atilmalidir. ..Niye bu qeder baltani kokden vurdum? Chunki, senin de qeyt etdiyin kimi "sovet ushaqlariyiq" biz. Biz olmasaq da, bizden evvelkilerden qalan hava bize de pis tesir edib. Mushteriye guler uzle xosh gelmisniz demek, ayib sayilir hele de..Satici oglanlar, bunu qururlarina sigishdirmirlar belke de...Bu meselede o qeder genish muzakire olunasi shey var ki...

  3. Vüsal Says:

    Yaşasın!!! Rüstemi 3 deyqe qabaqlamışam:)))

    Rüstem o balta köke getmeden bir işe yaramaz. Ona göre de hedefi düz seçmisen...
    Esas da müdürler meselesiynen "tam 12den vurmusan"...

  4. Orxan Cuvarlı Says:

    "Hər bir şirkətin fəlsəfəsi, qayda-qanunları, xidmət və ya məhsulunun səviyyəsi onu yaradanın savadı, dünyagörüşü və mədəniyyətindən asılı olaraq dəyişir. Kapitalizmi məhv edən də məhz bu savadlı sahibkarlar olacaqlar ki, onların kübarlığı, nəcibliyi insanları bezdirəcək və onlar kapitalizmi devirəcəklər".

    Karl Marx

  5. Aygün İslamzadə Says:

    Vusal, mohkem satashmisan ha bloquma.. Demek isteyirsen ki, yazi o qeder gec-gec yenilenir de.. Indi men de senin acigina sabah yazi yazim, sen de bax.. Nolacaq ki, millet kafe achir adin "bir neferin acigina" qoyur, men aciga yazi yaza bilmerem??.:))) Zarafat edirem, ay Vusal..sag ol ki, oxuyursan ve teleb edirsen menden yazi.
    I.R-dir I&R-dir chox da ferq etmez mene, tek deyil oz veziyyetinde.. Amma ki, hemin gunu menim ehval-ruhiyyemi goren olsaydi, basha dusherdi niye ondan yazmisham. Ozumu alchalmish hiss edirdim. Burdan qachmaq, uzaqlashmaq isteyirdim. Rustem, duz deyirsen bir-iki telimle hech ne duzelmeyecek. Buna ozum de shahidem ve her gun bizim shirketin qarshilashdigi bir problemdir.
    Ay Orxan, kim dedi ki, biz kapitalizmi dagitmaq isteyirik, biz sadece daha yaxshi ve dogru kapitalizm arzulayiriq. O kapitalizm ki, orda mushteriye hormet edilir.

  6. Afet Says:

    :) Yene gecikdim. Vallah, aferin. Men hemishe bizden magazadan nese alanda fikirleshirem ki, goresen menim borcum-zadim qalmadi?! Ozlerini yuxaridan aparan saticilar (Turkiyeden mal getirib satan paltarsatan qadinlar xususile) adama ele baxirlar ki, fikirleshirem, men onlara xeyir verib, 1000-lerle magaza ichinde mehz onlari sechdiyim uchun onlar mene minnetdar olmalidirlar, yoxsa butun ecdadlarinin da qiymetini qoyub satdiqlari 2-ci 3-cu nov mehsullara gore men onlara.

    Her magazada yorgun, narazi satici sifetleri gormekden adam bezir. Ele bil onlara az maash verib, seherden-axshama qeder men ishledirem. Ne yaxshi olardi, bizde de xirda magazalarda oz sahibi oturaydi, ancaq lap irilerde saticilar oturaydilar.

    Yeqin sizin uchun gulmeli olar, amma elime tesadufen Rafelin "Mushterini nece qazanmali" kitabi kechib. Men de Aygun kimi fikirleshirem ki, bizde bu usullara hachansa yer olacaqmi? Kimise hedelesen ki, bir de gelmeyecem. Deyecek ki, cehenneme gel. Ona gore ele deyir ki, oz "hemkarlarina" beleddir ve bilir ki, Vusal demish, hamisi eynidir. Ve ona gore de her bir teze achilan obyektin yeri 1 hefteden sonra temire dayanir.

  7. Vüsal Says:

    Aygün söz verirem bunda sonra zarafatlarını ilk defeden anlayacam:))) Daha elaveden yazmağa ehtiyac qalmayacaq.
    Öz blogumda da yazmışam sizin bloglar menimçün bu 5 ayda başını dersden götürüb qaçma meknları olacaq. Ua göre de her gün de yazsaz oxuyacam. Yeri gelse ilk şerhi de yazacam;)

    Yazıda behs olunan hedise bu ilin fevralında martında ve aprelinde 5 defe başıma gelib. Necedi? Sizi anlaya bilerem bundan sonra?:))

    Marx özüne gülür:)) Savadlı kişi olub. Noolsun ki? Marketinqin işi insanların hansının hansı meqamda hansı reftara müsbet cavab vereceyini tapmaqdı. Veya ölçmek... Kapitalizm sadece hamının maddi doyuma çatmasından sonra ölecek. Özü de bütün ölkelerde yox.
    Sosyal-demokrat düşünceni qebul ede bilen ölkelerde. Bunu anladığı düşünüle ve sosyal-demokratiyanı ilk menimseyen İsveçde bele kapitalizme dönüş işareleri peyda olub xanımlar ve beyler...

    Hele kapitalizmin ölümüne var...

    Hörmetle
    (kaş telefon dükanları da hörmetle deye bilse)

  8. Orxan Cuvarlı Says:

    "Saxla! Məni çıx!" ("Bəyin oğurlanması" filmindən)

    Karl Marx baba deyib e bunu :)

    Həqiqətən də bizdə müştəriyə göstərilən xidmətin səviyyəsi bərbad haldadı. Bəzən satıcı hansı malı satdığını/satdığı malın hansı dərdə dərman olduğunu və s. belə bilmir. Mən hələ "Bilmirəm"ləri, "get-gəl"ə salmaları nə bilim nələri demirəm. Bunun dəyişməsi üçün bir şey lazımdı - insanların "YOX" deməsi.

  9. Aygün İslamzadə Says:

    Eslinde hamimizin deidyini bir yere yigmaq lazimdir. Yeni ki, milletin yox demesi ile bashlayib, en azindan kichik dukanlarin sahiblerinin ozleri idare etmesine qeder. Ozleri idare etmeseler de nezaret etsinler.
    Vallah, bir dukan var..Ichinde desem ferli bir shey olur, yalan olar. Amma gedirem o tereflere, yerin hemishe unuduram..Bu sebebden sahibine zeng edirem, gelib qarshilayirlar, beh-behle aparirlar, chay verirler.. Ustelik yeni mal gelende ozleri zeng edirler. bax budur servis..
    Kitab saticisi da, bilir ki, altinci gunler nisbeten bosh oluram, hemin gun zeng edib, mene yeni menim maraqlana bileceyim kitablarin siyahisin deyir. Budur servis. Hemin dukanlara gorende chixmaq da istemirem.
    Yeni azaciq da olsa, kimlerinse qaninda caninda bu var.. Inkishaf eletdirmeyin usullarin tapmaq lazimdir. Ram olunmamaq, haqqini teleb etmek lazimdir, kapriz gostermek yox( yeri gelmishken dilimizde kapriz sozu yox imish, hech bir tercumede alinan soz tam o ifadeni kesb etmir). Telebkar olmagi oyrensek, belke de nese alinacaq.. belke
    Vusal, hemin gunu men bir de yashasam deli olaram yeqin ki. Chunki heqiqeten eseblerim korlandi orda..Deyirem telefonu getirin, sonra sechek de hansi qarantiya ile gotururuk, deyirler olmaz ki, olmaz. Deyirem niye axi..Qarantiyadan asili olaraq telefon deyishir.. Deyirler ki, ay da siz ne yaman shubhecil alicisiz..Sizin kimisini gormemishik.. Basha salmaga chalishdim ki, sadece normal alici gormeyibler.. Bir shey chixmadi. Arada gezishen bash satici ise ozunu alicilardan o qeder ustun tuturdu ki, normal uzlerine bele baxmirdi.. Uzunun ifadesinden hech danishmayim.. ne ise.. bu cur davam ede bilerem.. Chox berbad hiss vardi ichimde.

  10. Vüsal Says:

    Bir şey daha... artıq Azerbaycanda sizin dediyiniz o müşterini adam yerine qoyan mağazalar var. Amma heyf ki, bu telefonçuluq alemine sirayet elemiyib.

    Yoxsa eziyet çekib gelib İstanbuldan köyneyi 7 dollara alıb onu min bir cefaynan Bakıya çatdıran ve 12-15 dollara satan vetendaşlarımız şirin dilin ilanı yuvasından, insanın pulunu da cibinden çıxardığını bilir. Ona göre de hereket edir....

    Eslinde menim bu CRMe gülmeyim tutur.:))))) (axırı ki smayliki lap yerinde işletdim) Biz hele ondan danışırıq... Olmadığından. Artıq şirketler CRMin geri qaldığını görübler. Artıq dövr RELATİONSHİP MARKETİNG dövrüdü...
    "Müşteriynen qohum olmaq" dövrü, onunla mağazaya gelenden gelene maraqlanmaq yox...

    P.S. Jurnalistika ne pis tesir eliyib mene. Ha deyirem yazmayacam, camaat demesin buna meydan verende yığışmır. Olmur... Hem de Kisshot imzası şerab kimidi. Oxuduqca oxuyursan, oxuduqca yazmaq istirsen.. Benzetmenin eksklüziv hüquqları özümdedi;)

  11. Vüsal Says:

    P.P.S. Aygün blogunda özüne qayıdış var a:))
    Son 3 yazını rubrikası - Bir az da özümüzden...
    Elece bir qeyd... Attention: diqqetli oxucu...

  12. muzeffer Says:

    Bu mesele menim en yarali yerimdir Aygun. Men bu mentalitete qarsi tek muharibe baslatmis olaraq bilirdim ozumu. Bu muharibede veya mubarizede tek olmadigimi gormek sevindiricidir.

    Bir gun universitetde bir muellimemle sohbet edirik, sohbet Azerbaycandan dusmusdu... Bir basa mene sual verdi ki Azerbaycanda yene magazadan bir mal alanda alicilarla ele davranirlar? Men de teeccuble sorusdum ki, nece davranirlar ki? Deyir 1992 de Iqtisad unv-de Isletme fakultesinde 15 gunluk ders demeye getmisdim.
    Bir hefte sonu qerar verdim ki, basqa bir olkeye gelmisem da bir hediyye alim. Deyir o vaxt muharibe illeri idi cox anlayisla qarsilayiram ancaq, hansi magazaya girdim, neyi sorusdumsa, neye baxa bilerem dedimse dediler "alacaqsansa gosterim". Alcaqsansa gosterim cavabini da uzumuze baxmadan-yerlerinden durmadan,minnetle deyirler... Nehayet elibos qayitdim...
    Neyse deyir artiq men Azerbaycan diyende saticilar yadima dusur.
    Men de and aman eledim ki yox esi Sen bir de gel, artiq deyisilibdir filan. Teessuf ki Azerbaycana qayitdiqdan sonra cox da duzelmediyimizi gordum.
    Bu nedendir bilmirem, ancaq xususi olaraq Azerbaycan qani dasiyan insanlarin bir xususiyyetidir nese..
    Niye bele deyirem? 1-2 hefte olar, "ozune ad etmis" restoranlarin birinden doner alirdim, gordum ki donerci yaxsica yanmis-qaralmis boyuk bir et parcasini coreyin arasina qoydu ve yaxsica mene teqdim eledi... Sorusdum ki "sen ozun bunu yiyersen?" qaba qaba dedi ki; ne "var ki burda" baxislari da al Allahina sukur ele cix get, deyir... Men de o anki hirse agzima soyus olmamaq serti ile ne geldi basladim buna demeye. Restoranda olan bizim Azerbaycanlilar mene deli gozuyle baxmaga baslayiblar. Isleyenler filan deyir esi buna bax ee bir donerden yana gor ne edir?... Sagolsun ora baxan bir Turk geldi, yeri gelende beyenmediyimiz Turk. Ne dedimse, sadece bir cavab verdi "haqlisiniz, uzr isteyirik".Bu cumleni en az 10 defe tekrarladi..
    Sonra mene deyir ki men bunu bacara bilmirem. Ne edirem basa sala bilmirem bunlari... Neyse neticede meni dinlemesi mende o yere qarsi nifret emele gelmesinin qarsisina kecdi.
    Fikirlesirem ki, bir millet olaraq bizde nese bir bos-menasiz bir qurur var onu asa bilmirik.
    Men 100 % eminem ki hec bir vetendasimiz o sekilde bir uzr istemezdi musteriden...

    Melumat ucun deyim ki, heftede en az 2 defe sirf bu musteri ile davranis ile elaqedar mubahise etmeli oluram. Bazarda adim cixacaq yaxinda:)

    Aygun, senin qarsilasdigin situasiyanin kopyasi ile men de qarsilasmisdim...
    Men yavas yavas bu seraite ozumu uygunlasdirmaga baslayiram deyesen...
    Men, full -butun qarantiyalari isteyirem dedim, sonra telefon geldi, odenis esnasinda yox mene hec bir qarantiya lazim deyil dedim. Qaldilar bele:)

    Nese cetindir valla, bunun gunahi kimdedir tapa bilmirem hele...

  13. Aygun Says:

    Vüsal, tənqid düzdü çox edirəm, amma eyni zamanda tənqidi sevmirəm. Özümüz haqqında yazanda isə buna çox yer verməli oluram, bu da məni üzür.
    Bənzətməyə görə ayrıca təşəkkür.
    Mən Rüstəm kimi təvəzökar deyiləm, təriflənmək lap yağ kimi yayılır canıma.))
    Müzəffər, çox ağıllı iş görmüsüz. Mənim orda ağlıma gəlmədi, amma bir xeyli mübahisələşəndən sonra əvvəl özünü gətirdilər, sonra seçdik qarantiyanı.
    Bazarda adı çıxan tək siz olmayacaqsız, bu siyahıya mən də düşəcəm. )))

  14. Vüsal Says:

    Tenqid de terif de yaxşı şeydi. Amma yerinde ve obyektiv olanda. İkisinin de meqsedi inkişafdı. Biri motive edir, o biri sehvleri gösterir. Biz tenqidi sevmeyen, terifin şitini-şorunu çıxarmış bir milletik...

    Ona göre de bacarıqlı kritikler hemişe lazımdı cemiyete. Lit.az'da bir letife görmüşdüm.

    Birisi ele hey her şeyi tenqid edirmiş. Bir dene hamının beyendiyi resm eserinin qarşısına keçib yamanca pislediyi hengamda onun bu xisletinden xeberdar bir adam yaxınlaşıb ona ve deyib "Ay qadan alım sen ki bele bir resm yapamazsan, day niye tenqid eliyirsen". O da deyib ki, "Men yumurtlamağı bacarmıram, emma yaxşı yumurtanı pisinden ayırd ede bilirem"...

    Yeni düzgün tenqide can qurban... Men ise etik çerçivede olan ve qereziz tenqidleri sevirem...

    Benzetmenin patentini alacam hele bir gözleyin:)))

    Bütün bu derdleriniz Azerbaycanda ilk ağıllı-başlı işleyen telefon dükanının peyda olmasıyla bitecek... Bitecek mi göresen?..

  15. m.v. Says:

    Görürəm, məclis qurtarıb, hamıdan axırda gəlmişəm...
    Bəli, Azərbaycanda satıcı-müştəri problemi milli problemlərdən biridir. Şəxsən mən öz iş yerimin yaxınlığındakı bir ərzaq dükanını boykot etmişəm. Satıcı heyvərə olduğuna görə. Adamla ele davranırlar ki, sanki sənə xidmət etmək onun BORCU deyil.

    Aygünün Sovet vaxtını xatırlatmağı isə uşaqlığımı yadına saldı. Doğrudan da, o vaxt satıcınını qohumu olmaq böyük şərəf sayılırdı. Hələ zavmağı demirəm!

    Bizdə CRM - "Cərimə"dir. Sanki müştəri olmaq bizm suçumuzdur və buna görə də cərimə olunuruq!

  16. Tural Says:

    Salam

    Azərbaycan üçün marketing və saticilarin yuksək mədəniyyəti və rəftari ilə müştəriləri razı salmaq hələ ki irəlidəki məsələdir. bu məsələ üçün xaricdə xüsusi kurslar teşkil olunur. əlbəttə əmək haqqinin da rolu var burda nə isə...çox aktual məsələdir həqiqətən.

  17. Aygün İslamzadə Says:

    Tural, bloquma xosh gelmisiz.
    Emek haqqinin lebet ki, rolu var. Amma eshitdiyime gore I.R telecom, Worldtelecom kimi yerlerde yaxshi maash verirler.
    Hem de ki, ele yaxshi maash verilende de problem chixir, meselen, Sabina , Parfum de Fransdaki qizlarin alicilara munasibeti berbaddir. Adeten ozunden ashagi gozle baxirlar.

  18. DosT Says:

    Yaziniza bu qeder gec sherh yazmagim yeqin ki Size gulmeli gelmez. Achigi movzu o qeder maraqli ve yerindedir ki sherh yazmaqdan ozumu saxlaya bilmedim.
    Sizin qarshilashdiginiz problemin esas sebebleri ve gunahi mence ele ozumuzdedi (nece ki sherhlerde de deyilir)
    1. Mushterilerin cox boyuk ekseriyyeti ozune hormet teleb etmir haqsizliqla qarshilashanda (Sizin kimi adekvat reaksiya verenler olduqca azdir)
    2. Bizde saheler uzre satish shebekelerinin boyuk ekseriyyeti eyni merkezlere tabedir (Buna terminologiyada ne deyildiyini daha yazmiram)bu sebebden de bashlarini yormurlar cunki fikirleshirler ki "ELi mobile"dan almayib "Veli mobile"dan alacaq.Alsin o da menimdir menimcun ferq elemir.(Guclu reqabetli muhit buna deyirler :) ) Hell yollarina problem olan yerde ehtiyac yaranir,bizde ise satish ucun problem yoxdu,uzu yola milletik ne verseler, nece verseler aliriq.
    3. Bunun ictimai shekilde helline calishmaliyiq.Mes: Men haradansa razi qalmayanda evvela onlara yerinde etiraz eliyirem,sonra butun dost -tanisha hemin yeri pisleyirem ve calishiram ki bu hemin yerin de qulagina catsin onlarin antireklamini apardigim ve belke netice cixarsinlar. Hele yeri gelende bir azda shishirdib pisleyirem :)
    4.Xususi secilmish kadrlar (Yoxsaki bizde en sade ish tapmaq varianti satici ishlemekdir.Kim istese savadindan, tecrubesinden, xasiyyet ve davranishindan asili olmayaraq bu ishe goturulur)
    5. Bu xususi secilmish kadrlara nezaret. Yuxari menecerler ozleri ile mushterileri arasindaki munasibeti tenzimlemek ucun en sade yol kimi "Mushteri Reyleri Kitabi" variantini tetbiq ede bilerler ve bu kitablar da tikilib mohurlenmish ve birbasha rehberliyin nezaretide olmalidir. Bizim kimi narazi (ve ya razi) mushteriler de ora ureyimizi boshaltmaliyiq. Bu marketinq baximindan da cox effektli olar oz geleceyini dushunen shirketler ucun. (Duzdu bir cox magaza ve restoranlarda bele kitablar var. hele Sovet dovrunde de vardi amma ele asildigi yerde saralib churuyur. Telefonla mushterilerin fikrini sorushmaq ise helelik o qeder de effektiv deyil mence.) Ne ise helelik bu qeder. Yeni yazilara sherh yazmaq umidi ile.