Do the DEW!

Ondan başlayım ki, mən nə “Pepsico” nun pr meneceriyəm, ne de krizis menecmentində çalışanlardanam. Sadəcə, “Mountain Dew”- unun bizim ölkədəki gələcəyi üçün narahat olanlardan biriyəm. Bu alkoqolsuz içki ilə yaxından tanışlığım bir-neçə gün əvvələ təsadüf edir. Daddırma aksiyası zamanı mən də dadına baxdım və özümdə heç bir zəhərlənmə işarəti sezmədim, üstəlik dadını da çox bəyəndim. Amma qiyabi olaraq tanışlığım bir xeyli vaxtdır ki, var. Çox sevdiyim “Positioning – battle for your mind” kitabında “Pepsico”-nun “Mountain Dew”-nu bazara çıxaranda güclü "positioning" siyasəti işlətdiyi haqqında oxumuşdum. Bu tanış olmayan içkinin adını görəndə düşündüm ki, bəs o əjdahadan bizdə niyə yoxdur?!
Nəhayət ki, əjdaha gəlib çıxdı. Gəlişi nə gəliş... Sanki əjdaha deyildi gələn....

Biraz “Mountain Dew”- nun reklamlarına nəzər saldım. Möhtəşəm roliklər çəkilib, Pikassonun, Van Qoqun əsərlərindən istifadə olunmuş roliklər də var.
Diqqətimi cəlb edən və hətta, özündə həbs edən (diqqətimi) roliklərini çox bəyəndiyim reklam rejissoru Kinka Uşerin çəkdiyi rolikdir. Rolikə burdan baxa bilərsiniz. Kinka Uşerin məşhur sözlərini xatırladım, -“Sizin rolikinizə baxmaq üçün insanlara səbəb verin”. Həqiqətən çox uğurlu alınıb və hər halı ilə məqsədinin “Mountain Dew”unu -(tərcüməsi, Dağ şehi və samoqon kimi verilə bilər, amma alkoqolsuz olduğunu nəzərə alsaq, yaradıcılarının brendin adını samoqondan deyil, dağ şehindən götürdüyünü təxmin etmək olar) bir brend kimi insanlara çatdırmaq və onların beynində adına- dadına uyğun yer tutmaq olduğu anlaşılır.
Bu cür rolikləri olan məhsulun bizim bazara çıxartdığı roliki görmək lazımdır. “Mountain Dew” içib zibilliyə düşən oğlan və mənasız sloqan- DYU et! Şübhələnirəm ki, bu Dyu et - “DO the Dew” sloqanının olduğu kimi tərcümə olunmuş variantıdır. Adaptasiya ilə tərcümənin fərqini öyrənəcəyimiz günə nəzir demişəm.
Uğursuz reklamdan sonra Xırdalanda baş verən zəhərlənmə hadisəsi sanki ikinci zərbə oldu. Müxtəlif mənbələrdən 2-17 uşaq zəhərlənməsi baş verdiyi haqqında xəbər bir andaca hər yerə yayıldı. Əlbəttə, orda olmamışam, “Mountain Dew”- unu analiz edən laboratoriyada da həmçinin. Bunun bir rəqib əli ilə edildiyini də söyləyə bilmərəm. Amma əvvəldə qeyd etdiyim kimi, mən sağ və salamatam. Bir təsadüf bu cür brendin taleyini korlamamalıdır. Yumşaq və az kalorili, alkoqolsuz içkilər arasında özünəməxsus yer qazanmış “Mountain Dew”-ya kömək aksiyası keçirib, hərəmiz bugüncə birini almalıyıq. Necə fikirdir?
P. S: Bank hesabımın nömrəsini göndərirəm “Pepsico”ya. Bu cür pr məqalə yazmışam. PULUMU VERİN! :)

Posted in Ярлыки: , |

6 коммент.:

  1. Unknown Says:

    O reklamdan menim de zehlem gedir. Chox menasiz chekilib. Boynuma alim ki, mehsulu hele ki, dadmamisham. Amma insanda belke Azerbaycana saxtasi getirilib deye, zeherlenme olub shubhesi oyadir... Belke de siz deyen kimi reqiblerin ishidir...Bazara yeni daxil olan mehsulu ele girishdece bogmaq isteyibler...

  2. Aygün İslamzadə Says:

    Vay vay, SEvinc, men dememishem reqiblerin ishidir, gorun bir Coca -cola ile meni dushmen ede bilirsiz?? Tesadufdur, yazmisham. :))))
    Saxta meselesine gelice ise yeqin ki, Pepsinin burdaki zavodunda istehsal olunacaq, keyfiyyeti ise bizim burdaki butun mallar kimi orijinaldan geri qalacaq. Buna artiq oyreshmeyin vaxti chatib. Amma ikinci dereceli milletin numayendesi kimi baxilmaga, ustelik de oz hemvetenlilerimin eli ile oyreshe bilmirem ki, bilmirem.
    Zeherlenme ise bu sebebden bash vere bilmez. Sebebleri arashdirilmalidir. Ustelik eger 17 nefer zeherlenibse, belke hemin gun mekteb etrafinda satilan nese bashqa memulatdan zeherlenibler. Her shey ola biler.

  3. Orxan Cuvarlı Says:

    Aygun, senin yazacagin yazilar ucun infolari incelemeyin cox xosuma gelir.

    Cox gozel ve herterefli bir yazidi.
    Mountain Dew-nun rolikinin "tercumesinde" men de istirak etmisem. "dehshet" replikasi mene mexsusdu. Orijinalda "rubbish"-"zibil" deyilir.
    Dyu et! varianti ise sirf musterinin isteyi idi. Bu ifadenin cox axmaq bir shey oldugunu inandira bilmedik onlara.

    Mence hec de pis rolik deyil, eksine dinamikdi. sadece mehsula menfi imic vere biler qehramanin zibilliye dusmesi. ele "zibile" dusduler de.

    O ki, qaldi mountain dew almaga. kim bilir sebeb nedi? belke hec destek olmaq yox, eksine redd etmek lazimdi?

  4. qwerty Says:

    Aygun yene ozune mexsus stilde bir yazi yazib ki, ona komment yazmaga adamin eli bele gelmir. Lakin shexsen men bunun reqibler terefinden edildiyine birincisi inanmiram, ikincisi inanmaq istemirem, cunki bu cur hereket cox axmaq ve aciz bir yol ola bilerdi (eslinde bunun esl adini yazmaga az da olsun qalmish terbiyem imkan vermir). Eger reqabet aparmaq isteyirsense, magazalarda en yaxshi refde sen ol, POS-larda monopoliyani ele kechir, daha cox reklam et, amma bunu esla etme!!!
    Reklama gelince ise, birincisi bu genclere yonlendirilmish reklamdirsa, skeytbordun (ustelik bobsley variantinin) hech yeri yoxdu, cunki bizim gencler bu cur hobbiden cox(!) uzaqdirlar. Bizim genclere xitab etmek isteyirsinizse, onlarin bu gun ne ile nefes aldiqlarini, vuran nebzlerini tutmaginiz lazimdir.
    Sloqana geldikde... Mda... (ruslar demishken) Mence daha yaxshi olardi ki, dilde ishlenilen bir frazani tehrif edib oraya DYU sozu qatilardi, lakin yene de "kto platit, tot i zakazivaet muziku". Pepsico bele isteyib, bele de olsun. Yox eger hansisa reklam agentliyinin teklifidirse, onda hemin agentliyin "kreativ" qrupuna "halal" olsun...

  5. Aygün İslamzadə Says:

    Dunen bu yazdiqlariniza bashqa cavab vererdim yeqin ki. Amma bugun veziyyet biraz deyishdi. Pepsiden gelen resmi beyanati mak.az-da oxudum. http://www.mak.az/articles.php?item_id=20071107111229797&sec_id=2 Sozun duzu, qanim qaraldi, men daha aktiv ve eyni zamanda ince pr addimlar gozleyirdim. Amma, anlashilan ikinci dereceliyik ve ikinci dereceli qalacayiq. Acinacaqli olan ozumuzun buna icaze vermeyimizdir. Meqalede yazdigim kimi, MOuntain DEW-da zeher filan olduguna inanmiram, en azindan tanitdirma aksiyasi zamani en yuksek keyfiyyetde olan sechilib, bundan sonra da bele bir hala chetin yol vererler. Daha diqqetli olacaqlar. Amma beyanat chox zeifdir. Hem de muxtelif shayieler yayilib demek, ele reqibin boynuna yixmaq deyilmi butun gunahi? Shayieni her hansi bir fiziki shexs hech bir meqsed gudmeden niye yaysin ki? Kime lazimdir bu reqibden bashqa?

  6. Анонимный Says:

    That is fantastic. I learned so much from your post and am looking over the rest of your blog now. I will let others know about your blog. Conrad