Rəqabətin gözəgörünməz tərəfi
Posted On 5 нояб. 2007 г. at на 12:32 by Aygün İslamzadəSon günlər telekommunikasıyamızın iki nehenginin reklam çarxları efirə verildi. Məni ilk düşündürən hər iki şirkətin reklamının təxminən eyni günlərdə efirə getməsi və eyni vaxtda yenilik etməsidir, çünki, istər-istəməz insanda bunun düşünülmüş şəkildə baş verdiyi təəssüratı oyanır.
Birinci, Azercellin tizer reklami ilə gözümüzü yolda qoymuş “Onun sənə sözü var” rolikindən başlayım. Deyim ki, reklam yaxşıdır, sadə bir Heminqueysayağı şərh versəm, elə bil ki, tiramisu (kofe və şərabda isladılmış şokoladlı İtalyan biskviti, arasına da Maskarpone deyilən pendirdən qoyurlar) növündən bir keks idi, yəni çox əcnəbi və tez doyuran. Bir nəfər o rolikə iki dəfə baxsa, üçüncü dəfə çətin baxar. Həm də ki, çarxın bizdən hədsiz uzaq olduğu, heç bir doğma abu–hava əmələ gətirmədiyi konkret surətdə ortadadır. Mənim fikrimcə, Azercell marketinqə və reklama böyük miqdarda büdcə ayıran Azərbaycan şirkətlərindən biridir, həmin büdcəyə mən daha yaxşı rolik gözləyirdim. O ki qaldı, Maksimumun istifadəsinə, reklamın necə olmağına baxmayaraq, istifadəçilərin sayı çox olacaq, çünki belə hədiyyə paketindən hər kəs "az da olsa"-("bu çox azdır", oxunmalıdır) bəhrələnmək istəyəcək. Hələ Maksimuma qədər Azercellin marketinq siyasətinin necə olacağı haqqında çox düşünürdüm. Əmin idim ki, bu şirkət marketinq baxımından bəsit görünən ucuzlaşmaya əl atmayacaq, həm imicini qorumaq adına, həm də gəlirini azaltmamaq üçün. Hər zamankı kimi çox düşünülmüş və mükəmməl addım. Sadəcə məsələ ondadır ki, düşündükləri ancaq özləridir, nə deyim, kapitalizmin acı qanunlarından biri.
Bakcellin yastıqlarına keçək.. Bakcell əməlli xeyir iş gördü,texminen Azercellin "Bizdən-bizə" tarifinin imitasiyasını bazara çıxartdı, müqayisə etsək, Bakcellin qiymətləri ilə bu çox sərfəlidir. Hərçənd bunu çoxdan etməli idi, amma gec olmağı heç olmamağından yaxşıdır deyib üstündən keçmək lazımdır. Çarx isə həqiqətən komikdir, yastıqlarla konturların nə əlaqəsi var, yoxsa demək istəyirlər ki, biz sizin üçün yastığınız qədər vacibik. İlk dəfə roliki görəndə, düşündüm ki, bu hansı şirkətdir görəsən iki yastığa üçüncüsünü verir və gəlir baxımından bu xırda məsələni TV-yə verəcək qədər ağılsızdır. Tezliklə, məlum oldu ki, yastıq satışı ilə əlaqəsi yoxdur, Bakcellin sıradan reklamlarından biridir. Təəccübləndiyim budur ki, bütün dünya marketoloqları yerini müəyyənləşdir, “positioning” və s. bağırdıqları halda bu roliklər hardan meydana gəlir?
Reklamları biraz arxa planda qoyub, başqa mövzuya keçim. Qiymət rəqabəti deyə adlandırdıqları bu prosesi nə mən, nə əksəriyyət rəqabət kimi qəbul edə bilmirik. Kənardan baxdıqda vəziyyətin necə göründüyünü analiz edək, şəbəkədaxili ucuz tariflər yaratmaqla, bizim sağ cibimizdə bir telefon, sol cibimizdə başqa telefon gəzdirməyə şərait yaradırlar, sanki rəqabət deyil, bir növ gəlirin bölüşdürülməsi prosesi baş verir. Variantlar isə çoxdur, Nar və ya Catel də ola bilər, ərinmədən oturdum və neçə kombinasiyanın əmələ gəldiyini hesabladım, demək belə, əgər iki telefon istifadə olunsa, 6 fərqli kombinasiya əmələ gəlir. Mən əsla demirəm ki, bu düşünülmüş addımdır. Amma ki, Turkcellin tarif yumurtlayan toyugunun vaxtı çatmayıbmı? Bilməyənlərin nəzərinə, Turkcell artıq tarif seçmək işini abonentə həvalə etdi,və ya toyuğa, hələ özümçün bunu qərarlaşdıra bilməmişəm.:) İndi abonent hansı operatorla daha çox danışdığını hesablayır və buna görə tarifini seçir. Ən azından, bizim operatorlar bunu etməlidirlər, cibimizin ikisinə də deyil, birinə ağırlıq düşməsinin xətrinə.
Hə, bir də onu deyim ki, yazının müəllifi özüməm, məsuliyyətini də özüm daşıyıram, blogum tamamile gunahsizdir. Axı, o körpədir, 1 ayı dünən tamam oldu.:) Təbrik edən olacaq?
Tebrikler Aygun:)
Növbeti maraqlı ve aktual mövzu üçün teşekkür.
Elave hansısa şerhe ehtiyac yoxdu. Özün her şeyi qara şriftlerle ağ fon üzerinde yazmısan:)
Chox sagol sherhine gore. Amma ureyinden tenqid etmek kechdiyini de dana bilmezsen. Nİye demedin butun sozlerini?
Yazilarimi atamdan ve anamdan sher yazan yeniyetme kimi gizledirdim,bugun bu yazini atama verdim ki, oxusun. Oxudu və təxmin elediyim sozleri dedi, en esasi dedi ki, ele bil yazini rusca dushunub tercume elemisen, sozlerin yeri yaxshi deyil ve namine sozu evezine adina ishletmisen. Amma yazimin shirin oldugunu demeyi de unutmadi.:)
Birde dedi ki, 250 kontura gore deliye donmush kutle haqqinda niye yazmamisham. Azercelldir de, yaradir. Yeqin millet heqiqeten de 250 kontur uchun deliye donur.
Salamlar. Demeli Aygun xanim onu demeliyem ki, bu mobil shirketler ne qeder bir-birile reqabet etseler de, onlarin arasinda "centlmen anlashmasi" olduguna inaniram, cunki onlar bu bazarda duapoliya yaratmish ve "kishi" kimi gelirleri bolurler. Reklamlara geldikde ise Azercell cox guman ki, Turkcell-in marketingde ishletmediyi ve test etmek istediyi gedishleri edir, Bakcell ise ordan-burdan bir sheyler cixarir bazara. Yazi cox maraqli idi, umid edirem gelecek movzularda sherh ucun de nese saxlayacaqsiniz. :)
Blogu da, onun muellifini de tebrik edirem!!! Arzu edirem bu ay yazilarinizin sayi kechen aydan 2 defe,3 defe artiq olsun!!!
Bu yaziniz da chox maraqlidir. Dogrudan da mobil shirketlerin bu tarif oyunlari hamini cana doydurub. "Azercell" ise ele bil hamini barmagina dolayib... Gun erzinde her 5 sms gonderen Azercell abonenti 5 sms, ay arzinde 15 sms gonderen genc sim abonenti 15 sms pulsuz alacaq.. SMS-le camaatin bashini qatir :) Ve ya sizin qeyd etdiyiniz kimi 250 kontur bonus kimi..Ne menasi var eyni qiymete 2 kart almagin, pulum olsa ele 2 10 manatliq kart evezine 20 manatliq alaram, kontur da daha chox olar..Agilsiz da reklam chekibler buna gore..
Bakcell ve Nar pis deyil, Azercell de tarif siyasetine yeniden baxsa yaxshi olar... Yoxsa abonentlerini itirecek..
Sanan bey, chox sagolun, sherhiniz heqiqeten chox gozeldir, lap ureyime yag kii yayildi. Biaz evvel bu misali bashqa yerde demishdim, qargaya oz balasi ele gozel gelir ki. Terifleyende menim balami men de sevinirem. Amma heqiqeten tenqidlere chox achigam. Gelecekde bunu nezere alin. Her bir tenqid menim oz yazim uzerinde daha chox ishlemeyim uchun stimuldur.
SEvinc xanim, size de teshekkur, sherhiniz maraqlidir ve tarif oyunu sozunu chox bedii shekilde ifade etmisiniz. Amma Azercell haqqinda demeliyem ki, abonentler hem prestij, hem de keyfiyyetine gore chetin kutlevi suretde ondan vaz kecherler. Xususen de prestij boyuk rol oynayir.
Поздравляю, у тебя великолепный Малыш
Blogunu chox beyendim, sene mexsus oldugu ilk cumleden bellidir.:)
Заранее извиняюсь, но мне легче излагать свои мысли на русском языке, это не означает, что я не уважаю свой язык…
Реклама Азерселя честно говоря, мне с первого просмотра не понравилась. «Çox əcnəbi və tez doyuran» это как раз мое отношение к ней. Видима замысел этой рекламы изначально был энергичность и призыв, но мое субъективное мнение таково что, эта реклама, грубо говоря «давит» на человека. Насчет тарифов я с тобой совершенно согласна, но я более оптимистично настроена, думаю, что в недалеком бедующем и мы придем к этому. Кстати, не соглашусь с тобой, по поводу того что Азерселем пользуются в основном потому, что это престижно, самый главный критерий по которому абоненты выбирают именно его является качество связи, нет, я не в коем случае не говорю что тут речь идет о качестве высочайшего класса, просто все познается в сравнение. А что касается Бакселя, у меня складывается впечатление что, эту рекламу сняли для подростков, она мне кажется смешной и немного глупой.
З.Ы. я будто услышала голос твоего отца, когда читала о его мнение.:)
Uy da, Gyunka, bu movzu seni de dile getiribse, deyesen heqiqeten aktualdir. Kommentine ve tebrikine gore minnetdaram. "Niye azercelli daha ustun bilirik" meselesine geldikde ise, keyfiyyet amilini men de yazmishdim. Amma prestij meselesine real heyatda chox rast gelmishem.
Atamin hansi sozleri qulaginda seslenir, bunu bir deqiqleshdirerdin..
Просто в последнее время смотрю ТВ, приходиться и рекламы просматривать..."ele bil yazini rusca dushunub tercume elemisen, sozlerin yeri yaxshi deyil ve namine sozu evezine adina ishletmisen." вот эти.
Nice brief and this fill someone in on helped me alot in my college assignement. Thank you seeking your information.
Синие шаблоны ucoz
[url=http://dimitraki.info/news/?action=static&altname=avtorskie_i_ochen_prostye_uroki_fotoshop_ot_zeroparking]Уроки фотошопа[/url]
Сейчас в интернете очень много разных красивых бесплатных шаблонов для сайтов и форумов. Да они красивые, а главное бесплатные. Вы скажете что может быть лучше? И мы вам можем ответить... Лучше конечно свой дизайн,такой который вы не увидите зайдя на один из тысячи сайтов вашей тематики.
Многие дизайнерские студии вам могут сделать такое удовольствие под ваш заказ. Например [url=http://dimitraki.info]ZeroPaking[/url]. Самое важное зайдя на такие дизайнерские сайты, всегда смотреть их работы. Они есть на любом достойном сайте дизайна. Возьмем снова наш пример дизайнерского сайта и посмотрим их работы. Здесь мы видим самое важное как все ищут [url=http://dimitraki.info/news/?category=katalog_stilei]бесплатные[/url]и их там 149, не так уж и мало. Вот можно увидеть здесь еще и[url=http://dimitraki.info/news/?category=stili_punbb_13]Punbb1.3[/url], а ведь этот движок еще новый и на него стили мы нашли только у них. Так же есть эксклюзивные очень красивые стили для[url=http://dimitraki.info/news/?category=stili_ucoz]Ucoz[/url]
Всегда просматривайте весь сайт и попытайтесь найти отзывы. Если на сайте платные дизайны, то не забывайте смотреть или то что вы покупаете продается один раз. Ведь вам думаю не захочется купить а потом увидеть точно такой же у других.
Ну вот мы думаем вы найдете то что искали и наша информация вам в этом поможет.
Поздравляю вас Старо-Новым годом, желаю вам в новом году успехов и спасибо что вы находите время поддерживать ваш замечательный блог!