BAKUTEL-də Crazy pr… Yeri idi?
Posted On 27 нояб. 2007 г. at на 10:54 by Aygün İslamzadə“Mountain Dew”-unun ayağı Pepsicoya düşmədiyi kimi, mənim bloquma da düşmədi. Həftələrlə mənə yazı yazmaq qismət olmadı. Amma dedim ki, bu gün bloqun bəxtini açım.
Əvvəlki yazılarımın birinin başlığı belə idi, pr-ın ağını da sevirem, qarasını da. Dəlisinə isə həsəd aparıram.
Daha həsəd aparmıram. Çünki, bizim uşaqlarla birgə Bakuteldə bunu tətbiq elədik. Amma ki, deyə bilərəm ki, iki səbəbdən bu Crazy Pr-ımız uğursuz alındı. Birincisi, mən ayaq altında qaldım, hər cür nəticəni fikrimə gətirmişdim, amma bir nömrədən ötrü bu cür reaksiya gözləmirdim. İkincisi, bu hadisə haqqında heç kimin danişmayacağını ağlıma belə gətirmirdim.
İndi isə daha ətraflı. Stendimiz çoxlarının gördüyü kimi şarlardan ibarət idi. Demək olar ki, axirinci saatda ekspromt şəkildə bir dəyişiklik edib, sərgini nisbətən maraqli şəkildə sonlaşdırmaq istədik. Üç şarın içinə bizim tariflərin adlarını yazıb atdıq, burada bir haşiyə çıxmaq istəyirəm- tariflərin adını yazıb qoymaq əla ideya idi, yəni N sayda tariflərdən hansıların adları qoyulduğunu heç kim bilə bilməzdi, ancaq biz.Bu da o deməkdir ki, heç kim başqa kağız gətirib udduğunu iddia edə bilməzdi. Sonra isə anons verib, camaatı çağırdıq. Şarları partladib içindən tarif adlarını tapana nömrə verəcəyik deyə elan etdik. Şarları yerə boşaltmamiş camaat hücum elədi, security məni güclə qorudu, stend nəəcəbsə tab gətirdi və aşmadı. Bu qarmaqarışıqda başımın üstündəki Azercell işçilərinin necə bu hadisəyə tamaşa etdiyini və güldüklərini görürdüm. Əslində onların reklamda etdiklərini mən real həyatda bacarmışdım. Prosess bitdi, tarif adlarının üçü də tapıldı. Emosiya və hisslərin pikini yaşadığımı deyə bilərəm, əvvəl utanc, sonra sadəcə gülmək istəyirdim, sonra isə fəxr hissi keçirdirdim. Ən azından illər keçsə belə, həyatımda özümün özümə gülə biləcəyim bəzi hadisələrin olmağı məni sevindirir. Bəlkə də ele buna görə marketinqdəyəm, hər gün eyni formal işləri görməkdən qorxduğum və qaçdığım üçün.
Sonda xüsusi təşəkkürlər bölməsinə keçim. Təşəkkür edirəm bizim Araza, həm bütün işdə köməyinə, həm də orijinal ideyalarına görə (tarif adları yazmaq da onun fikri olmuşdu), Anara – Bakuteldə baş nəzarətçiyə, həqiqətən məni qorumaq üçün bir xeyli əziyyət çəkdi.
Bir də stendimizə, yıxılıb BTRİB-in də stendini dağıtmadı deyə. :)
Tebrikler Aygün Delisov PR-a göre))
Bes, şekiller hanı???
Men Aygun Delisov deyilem, Aygun Islamzadeyem!:)))
Shekiller ise yoxdur, hech kim shekil chekmeyib, hami da video fayllardi.
Verilmish sedeqen varmish Aygun xanim! Allah seni bize chox gormeyib....
Bir nomre uchun deliye donen camaat 250 kontur uchun de donermish.. Men ise o reklama gulurdum...
Mne gormemishem o hadiseni...Gormek isteyerdim...Shekilleri de inshallah gondersen ela olar Aygun...
Amma, deyesen heqiqeten de ela olub. Niye, muzakire olunmamaginin sebebi ise budur ki, ya senin dediyin kimi muzakireye laiq bir shey olmayib, ya onu gorenler muzakire bashlatmaq qabiliyyetinde olan insanlar olamyib, ya da kimlerinse bu muzakirenin muzakire olunmamasinda maragi olub...
Mene ele gelir ki, bunun ikinci varianti realdir. Gorenler, bunun muzakire edilmeli bir shey oldugunu derk etmeyib ve muzakireye acha bilmeyib..
Orada olub bunu gorenler meni oldurmese yaxshidir...
Amma, Aygun, mence bu ishtirakchilar terefinden bir xeyli adama yayilib...
Ugurdur..
Tebrikler ....