Bloggy, bloggy, bloggy ....
Posted On 4 дек. 2007 г. at на 17:14 by Aygün İslamzadə
Körpə bloqumun 2 ayı tamam oldu. Bu münasibətlə dizayna bir az əl gəzdirdim. Bəyənənlər tərifləyə bilər, bəyənməyənlər fikirlərini özlərinə saxlasın.:)
Bü gün bloqlar vastəsilə reklam olunan bir brenddən yazmaq istəyirəm.
Nescafe Dolce Gusto – Nestle və Krups şirkətlərinin müştərək brendidir, qəhvə bişirən aparatdır, amma digərlərindən öz quruluşu ilə fərqlənir. Nescafe Dolce Gusto başqa aparatlardan daha yüksək təzyiqlə işləyir və ev şəraitində professional bar qəhvə aparatlarının keyfiyyətinə bərabər göstəricilər verir.. İşin sirri Nestle şirkətinin qəhvə kapsullarında imiş.. Burada bir sıra texnik terminlərə girib, bu kapsuldan qəhvənin çıxarılması haqqında məlumat verməliydim deyəsən. Amma gözləməyin, çünki maraqlı olan bu deyil, bu səbəbdən də nə sizin başınızı yorum, nə də özümün. Maraqlısı, bu brendin reklamı üçün çox qeyri-adi üsul seçilməsidir.
Şirkət fransız bloggeri blogbang.com-da elan yerləşdirib ki, hansı bloq sahibi öz bloqunda Dolce Gustonun saytına link versə, həmin bloqa link qəhvə aparatının saytında, yəni dolce-gusto.fr da göstəriləcək. Şirkətin general direktoru Myuriel Lino bu addımın həm maliyyə cəhətdən ucuz başa gəldiyi, həm də bloq sahiblərinin onların hədəf qrupu olduğunu bildirib. Üç həftə ərzində Dolce Gusto haqqında 500-dən çox bloq yazıb, amma bu ağıllı reklam aksiyası daha da irəli gedib. Təsəvvür edin ki, bu unikal təcrübəni bəyənənlər nəinki internet yazılarında, hətta ənənəvi mətbuatda da bunu işıqlandırıb. Bu brend və onun reklam aksiyası haqqında yazmamaq heç mənim üçün də mümkün deyildi.
P.S: Yazımın adını musiqili şəkildə oxuyun, əks halda heç bir məna kəsb etmir. BloggY, blogGY, bloGGY.:)
P.S(dubl 2): Notları tanımıram ha...istəyib utandırmayın məni, hərə öz bəyəndiyi musiqi ilə calaşdıra bilər..
Kofe istedim.(((
Mən bilirəm aparatı kimdə var. Bir az görüm baxım eləsən, yerin deyərəm:)
yazilar maraqlidir, lakin getdikce bir az daha informativ olur. yeni biz daha cox shexsi fikrin bolushulmesini gozleyirik ve o movzu etrafinda fikir paylashmaq ucun bir ortam, lakin sanki bir "light" uslubda yazilmish qezet-jurnal meqalesini oxumush oluruq.
o ki, qaldi dizayna. pis deyil, qeshengdir, lakin her hefte de dizayn deyishmek, hech de yaxshi elamet deyil.
p.s.
acilamasam olmaz da... )))
Qwerty, senin yazdiginla tamamile raziyam. Amma bloqumun meqsedi marketinq haqqinda yazmaq idi, oz fikirlerimle bolushmek deyildi. Bir-iki oz fikirlerim tipde yazi yazmishamsa, o demek deyil ki, bele davam etmelidir ve edecek. Ishimin ilkin qayesi marketinq haqqinda Azerbaycanca melumatlarin netde olmasidir. Bu gunki yazi ise, hetta evvelinde qeyd etmek isteyirdim ki,menim stilimden bir az kenara chixacaq, chunki kitabdan umumi melumat deyil,hansisa bir brendin haqqinda olacaqdi. Hem bloqumun iki ayi munasibetile bloqlara aid nese yazmaq isteyirdim, hem de ki, bir xeyli vaxtdir qerara almisham ki, yaxshi reklam kompaniyalari olan brendler ve ugurlu ish adamlari haqqinda arabir yazi yazim. Yazimin "light" uslubda olmasini ise men aci soz kimi deyil, xosh soz kimi qebul edirem, chunki agir agir yazilar yazib kimise yormaq fikrim yox idi.
Dizayna geldikde ise, bloqa daimi baxanlar bilir ki,her hefte dizayn deyishmirem. Sadece son iki gunde bir iki dizayni nezerden kechirtdim. Sen ise deyesen yaman chox baxirsan menim bloquma, hamisini gormeye chatmisan. :))
Aygun evvela iki ayligin munasibetile tebrik edirem. Gün olsun 20 illiyni yazasan, əlbəttə ki blog deyil, daha böyük bir şəkildə.
Orxan, sənə Aygün kofe içmək üçün kimi məsləhət gördü bilmirəm, ancaq mənim həm kofe aparatım (kofe aparatı sözü səhv ola bilər. Məlumatım yoxdur) var, həm də çox kofe xoşlayan biriyiəm. Buyur qonağım ol!
Bütün bloglar və bütün bloglardakı məqalələr şəxsi fikirləri əks etdirmək məcburiyyətində deyil məncə. Blogun açılma məqsədi çox fərqli ola bilər. Yazan insan da bəlkə də istədiyi vaxt bu məqsədddən də yayına bilər hətta. Bu artıq onun öz "strategiyasıdır".
Aygünün bu yazısı əladır. Çünki oxuyan və oxuyub düşünməyi bacaran hər insanın özünə görə nələrisə dəyişdirmə şansı verir. Əlbəttə hər insanın məslələrə çox fərqli nöqte-i nəzəri ola bilər, şəxsən mənim çox xoşuma gəldi.
Hörmətlə,
Rustem, chox sagol. Bildiyim qederi ile dunen mende kichicik yubiley idi, amma senin bloqunun 1 yashi tamam oldu. Esl tebrikler sene dushur.
Yazim ve dizayn barede xosh sozler uchun teshekkur edirem. Men de bu bloq vasitesile reklam olunmani oxuyanda dushunmushdum ki, ordan oyrenmeli chox shey var. Motivasiya uchun en yaxshi usul bashqalarinin uguru haqqinda melumatli olmaqdir.
Çox sağol Aygün,
Dünen blogumun 1 "yaşı" tamam oldu...
O ki qaldı tətbiqə, niyə başqa bir nəfər də eynisini burada tətbiq etməsin ki!!! Ola bilər!
Elbette, ola biler.
Amma hele bizde bloqlar azdir. Ona gore bunu etmek isteyen tapilmaz. Amma eslinde chox yaxshi olardi, bir dashla iki qush vurmaq$; hem mueyyen mehsul reklam olnardi, hem de bloq yazmagin ozu.
Men butun bloqlara baxiram, hetta senin, Rustemin, Mirinin ve digerlerinin bloqlarini artiq bookmark bele etmishem )))
Rüstem, devete göre çox sağ ol!:)
Axır ki, qonaqperver birine rast geldim KİSSHOT-da)))
Aygün körpenin 2 aylığı münasibətilə mən də səni təbrik edirəm!!!
Təbrik edirəm. Məqalələrini çox bəyənirəm. Blgounuda hər gün ziyarət edirəm.
Yeni dizayn da əladır.
Uğurlarının davamını görmək diləyilə..
Orxan ve makla teshekkur edirem xosh sozlere gore.
Aygün xanım, bloqunuzun ad günü təbrik edirəm.
Bloqunuzu yeni kəşf etmişəm. Maraqlı proyektdir. İnşallah, burada çoxlu gözəl yazılarla qarşılaşacağıma heç bir şübhəm yoxdur.
Uğur olsun.
P.S. Evə gedəndən sonra öz bloqumda Sizin bloqa keçid yerləşdirəcəyəm.
YENİ YAZI İSTEYİREEEEEEEEEEEEEEEEEEEEEEEM!
Vusal, oz bloqumda sizi gormeyime chox shadam. Hem sherhe gore, hem de linke gore teshekkur edirem. Amma bu gerchek pr dahisi ve plyus smayl bir az ashiri olub, laglagiya benzemeyib ki?:)
Orxan, Vallah vaxtim olan kimi yazacam:)
Aygün xanım, öz bloqumda da qeyd etdiyim kimi, istəsəniz, onu dəyişə bilərəm, bu, səmimi bir dost reprizidir. Əlimi ürəyimin üstünə qoyub deyirəm ki, Sizə və bloqunuza qarşı hər hansı bir qeyri-ciddi yanaşma niyyəti qətiyyən olmayıb, ola da bilməz!!!
Azərbaycanda PR-ın nə olduğunu bilənləri barmaqla saymaq olar. Bu baxımdan sizin bloq öz mövcüdluğuyla tamam yeni bir gerçəklik yaradır. Mən də bu gerçıkliyi bir az zarafat duzu səpməklə süfrəyə verməyə çalışmışam. Əgər uğursuz alınıbsa - sadəcə bir spz və mən onu dəyişim. Keep it simlple!
Sayğıyla, Vüsal