Rənglənmiş PR


Hər gün düşünürəm ki, mak.az-ın “Marketinqin rəngi” layihəsinin aqibətini öyrənəcəm. Tələbələrin bu haqda nə yazacaqları məni çox maraqlandırır. Bu layihə haqqında eşidəndə -balaca uşaqlar kimi marketinq mənim üçün göyqurşağı rəngindədir deyə bağırmaq istəyirdim, amma o an üçün niyə belə düşündüyümü tam qavramırdım. Sonra isə anladım ki, marketinqi o qədər zəngin və rəngarəng hesab edirəm ki, göyqurşağının 7 rəngi bunu ifadə etmək üçün kifayət deyil. Ümumən onu qeyd etmək istəyirəm ki, mövzu əla seçilib, belə yazını nəinki yazmaq, hətta oxumaq belə xüsusi zövq verməlidir.
Belə çıxır ki, marketinqi bizlər əlimizdə fırça ilə boyamalıyıq. Bu yerdə ağlıma artıq boyanmış PR gəlir. Və bugünki yazımı PR-ın rənglərinə həsr eləmək istəyirəm.
PR rənglərdən boldur, amma nə məsələdirsə, bunu hər kəs bilmir. Qara PR-dan başlayaq, bunu hər gün eşidirik, amma çoxlarımız bu ifadənin haradan gəldiyini və onun Public relations ifadəsindən bir xeyli əvvəl doğulduğu haqda heç şübhələnmir. Qara PR əslində inqilabçı Simon Bolivarın dostu və silahdaşı olub. İndi reaksiyanızı təxmin edirəm. Bəziləri təəccüblənib, bəzilərini isə gülmək tutub, amma hamı düşünür ki, bu nə deməkdir, Bolivarın mətləbə nə dəxli var...Özü bir tərəfə, hələ dostu da çıxdı ortalığa.
Qaradərili Piar Manuel Karlos Bolivarla çiyin-çiyinə Cənubi Amerika əhalisinin azadlığı uğruna vuruşub, admiral rütbəsinə qədər böyüyüb, amma sonra bilmirəm hansısa bir hərislik və ya paxıllıq girib bu münasibətlərin içinə. Ay mən bu şeytana nə deyim?! Piar Cənubi Amerika libertadoruna qarşı çıxıb, ittihamlar bir-birindən ağır, Karlosun başçılığı altında Amerikanın yenicə yaranmış mətbuatı Bolivarın necə əxlaqsız olduğunu, narkotiklərdən ifrat dərəcədə istifadə etdiyini ətrafa yaymaqdan heç cəkinməyib. Üstəlik bonapartizmdə də günahlandırılan Bolivar əhalinin gözundən sürətlə düşürdü. Bütün bu proseslərə isə kənardan Şimali Amerika çox təəccüblə tamaşa edir və Vaşinqtonla Bolivarı müqayisə edib,onunla,yəni öz libertadorları Vaşinqtonla əməlli-başlı fəxr edirdi. Politoqların nəzərindən isə belə bir proses qaça bilməzdi. İnsanlarda ən sevdiyim cəhət hər yeni gördüyünə ad vermək ehtiyacıdır. Beləliklə, bu ehtiyac öz işini görür və politoqlar belə şayiələrin yayılma prosesinin adını ilk bu üsuldan istifadə edən qaradərili mulat Piar Manuel Karlos şərəfinə Qara Piar qoyurlar. Özünü isə paxıllığı ucbatından güllələyirlər.
İllər keçir, politoloqların arsenalında ən güclü alətlərdən birinə çevrilən qara PiaR üçün yeni şərti ifadə uydurulur, eyni zamanda sözün mənşəyi tamamilə ikinci plana keçir. PR-ın ancaq qara olmadığını görüb, ona Public Relations adı verilir, yəni ictimaiyyətlə əlaqələr. Standart Pr-a çox hallarda ağ PR-da deyirlər. Bir də aralıq mövqedə bir boz PR var. Yəni ki, əgər çox da yalan-palan istifadə olunmursa, amma yenə də kimisə qaralayırlarsa və o kimsəyə qarşı PR işləri aparılırsa, bu boz PR-dır.
Sarı PR- qadağa olunmuş sözlər, erotika və pornoqrafiyanın diqqət çəkmək üçün istifadəsidir. Məsəl üçün məşhur dünya şou yarışmalarında ildən ilə artan psevdoqomoseksualistləri göstərə bilərəm və dünya təcrübəsi sübut edir ki, bu çox səmərəli nəticələr verir.
Qəhvəyi PR- neofaşizm və faşizm təblığatı. Zəhmət olmasa, Hitleri və Mussolinini düşünərək çox uzaqlaşmayın indiki reallıqdan. Qonşu Rusiyada radikal millətçiliyin təbliğatı öz pikini yaşayır və təəssüflər ki, iqtidarı da bu cür faşizmə yol açır və həmyerlilərimiz skinheadlərin belə rahat çoxalmasının əziyyətini yaşayır. Əslində bu o qədər geniş mövzudur ki, ümid edirəm gələcəkdə qəhvəyi pr-a, ələlxüs Rusiyada bu dəqiqə qəhvəyi Pr-ın necə aktiv şəkildə aparılmasına bir də qayıdacam.
Altıncı və sonuncu, yaşıl PR ( ən sevdiyim PR) sosial cavabdehlik daşıyan PR, xüsusən təbiəti və ekologiyanı qorumaq yönlü təbliğatlar yaşıl Pr adlandırılır.
Nə yaxşı ki, biz dünyanı rəngli görürük...

Posted in Ярлыки: | 15 коммент.

Bloggy, bloggy, bloggy ....


Körpə bloqumun 2 ayı tamam oldu. Bu münasibətlə dizayna bir az əl gəzdirdim. Bəyənənlər tərifləyə bilər, bəyənməyənlər fikirlərini özlərinə saxlasın.:)
Bü gün bloqlar vastəsilə reklam olunan bir brenddən yazmaq istəyirəm.
Nescafe Dolce Gusto – Nestle və Krups şirkətlərinin müştərək brendidir, qəhvə bişirən aparatdır, amma digərlərindən öz quruluşu ilə fərqlənir. Nescafe Dolce Gusto başqa aparatlardan daha yüksək təzyiqlə işləyir və ev şəraitində professional bar qəhvə aparatlarının keyfiyyətinə bərabər göstəricilər verir.. İşin sirri Nestle şirkətinin qəhvə kapsullarında imiş.. Burada bir sıra texnik terminlərə girib, bu kapsuldan qəhvənin çıxarılması haqqında məlumat verməliydim deyəsən. Amma gözləməyin, çünki maraqlı olan bu deyil, bu səbəbdən də nə sizin başınızı yorum, nə də özümün. Maraqlısı, bu brendin reklamı üçün çox qeyri-adi üsul seçilməsidir.
Şirkət fransız bloggeri blogbang.com-da elan yerləşdirib ki, hansı bloq sahibi öz bloqunda Dolce Gustonun saytına link versə, həmin bloqa link qəhvə aparatının saytında, yəni dolce-gusto.fr da göstəriləcək. Şirkətin general direktoru Myuriel Lino bu addımın həm maliyyə cəhətdən ucuz başa gəldiyi, həm də bloq sahiblərinin onların hədəf qrupu olduğunu bildirib. Üç həftə ərzində Dolce Gusto haqqında 500-dən çox bloq yazıb, amma bu ağıllı reklam aksiyası daha da irəli gedib. Təsəvvür edin ki, bu unikal təcrübəni bəyənənlər nəinki internet yazılarında, hətta ənənəvi mətbuatda da bunu işıqlandırıb. Bu brend və onun reklam aksiyası haqqında yazmamaq heç mənim üçün də mümkün deyildi.

P.S: Yazımın adını musiqili şəkildə oxuyun, əks halda heç bir məna kəsb etmir. BloggY, blogGY, bloGGY.:)
P.S(dubl 2): Notları tanımıram ha...istəyib utandırmayın məni, hərə öz bəyəndiyi musiqi ilə calaşdıra bilər..

Posted in Ярлыки: | 16 коммент.

Dzin, dzin və ya Fox-a mədhnamə

Bir qədər əvvəl Jeffri Fox-un “Marketinqdə superstar necə olmaq olar” adlı kitabını oxumağa başladım. İlk düşüncələrim “dzin dzin, kassa aparatı cingildəsin” sözləri ilə formalaşdığından kitabın sadə və anlaşıqlı olmasını bəyənsəm də, bir satış meneceri üçün daha uyğun olduğunu fikirləşirdim. Sonra Rüstəm kitabı təriflədi və bu qərəzli fikirlərimi nisbətən dağıtdı, işin geri qalan hissəsini isə kitab özü gördü. Oxuduqca, yazı dilinə heyran oldum. Yeni informasiyalar öyrəndim, bildiklərimi təkrar etdim və bəzi gündəlik məsələlərin marketinqdə sadə bir şəkildə istifadə üsulları haqqında oxudum. Kitabın tək satış menecerinə deyil, hər bir marketoloqa və kopirayterə, bundan əlavə bütün rəhbər vəzifələrdə işləyənlərə çox böyük xeyir verəcəyinə şübhəm yoxdur. İndi isə hər fəsili oxuyandan sonra məni görmək lazımdır. Bir xeyli müddət öz-özümə “bunu tərcümə edib, bloqa yazmaq lazımdır” deyə-deyə evin içində və ya işdə var-gəl edirəm. İndi belə fəsillərdən birindən yazacam, nə qədər sadə olduğunun, amma yenə də təcrübədə çoxlarımızın unutduğunun şahidi olacaqsınız. Fox deyir ki, işinizə aid bütün nəşr məmulatlarını yığın; yəni bütün reklam nümunələrini; broşürləri, konvertləri, loqotipinizi; satış kataloqlarını, prays listləri, işçilər üçün vizit kartlardan tutmuş qonaqlar gələndə təklif olunan vizit kartlara kimi; sərgi stendləri və s.
İndi onlara nəzər salın; rənglərin, üslubun, məzmunun harmoniyasını görə bilirsinizmi? Bütün nümunələrdə ardıcıllıq və birliyin olduğu təəssüratı yaranırmı? Yoxsa sizin reklamlarınız vineqreti xatırladır və ya girov götürülmüş insanı qaytarmaq üçün tələb olunan şərtlərin yazıldığı məktubdakı kimi sanki qəzet və jurnallardan kəsilmiş rəngbərəng hərflərdən ibarətdir?
Bütün bunlar sizin müştərinin gözündə nə olduğunu göstərən məlumatlardır. Bütün bu surətlər sizin movqeyinizi müştərinin gözündə möhkəmləndirməli və bir-birinin effektini artırmağa yönəldilməlidir. Sizin ardıcıl və bütöv bir surətiniz olmalıdır, buna iş kostyumu da demək olar. İlkin vəzifəniz – müştərilərin ani olaraq sizin şirkətinizi tanımağı üçün şərait yaratmaqdır. Əgər siz onlara vineqret təqdim edirsinizsə, bu nəticədən gözünüzü çəkin.
Əla.. Fox bu sözlərdən sonra gözəl misallar da çəkib, amma Amerika nümunələrinin bizə uzaq olduğu üçün mən misal kimi “Danone”firmasını göstərəcəm. Son zamanlar onlarla əlaqəli çox oxumalı oldum və bir saytın sonunda kiçik yazılar vardı, göy ağ fonda Danone və Danette yazısı, beş yaşındakı bacım qızı (oxumağı hələ bilmir və süd məhsullarına allergiyası olduğundan Danone məhsullarından istifadə belə etmir) yaxınlaşdı və “Danon”, bir az pauzadan sonra “Danet” dedi. Düşündüm ki, o marka tanınması nədirsə, belə bir şey olmalıdır yəqin ki. Bir az paxıllandım desəm, yalan olmaz. “Danone” firması pozisiyalaşmada liderlərdən biridir. Brendləri və subbrendləri hər zaman bazarda öz sözünü deməyi bacarıb və oxumağı bilməyən uşağın onu belə tanıması buna ən gözəl sübutdur.
Bir də bu yazını planlaşdırdığım vaxtda Qarri Potter haqqında veriliş verirdilər. Düşündüm ki,o əsərin sevdiyim qəhrəmanlarından biri Qermiona Qreyndjer savadlı, bilikləri ilə öyünən, çox ürəyincə olmasa belə bildikləri ilə bölüşən uşaqdan Qarri Potter seriyasının növbəti əsərlərində özünü güzgüdə bəyənmiş bir yeniyetməyə çevrilsə idi, müəllifi Coan Roulinq 4 milyard dolları qazana bilərdi?

Posted in Ярлыки: | 7 коммент.