O bacardı


Toyotanın əfsanəsi İtiro Sudzuki “məqsədiniz nə qədər əlçatmaz görünsə belə, insanları ona inandırmağa çalışın və həqiqətən bunu bacarsaz, işin çətinliyinə baxmayaraq onların necə entuziazmla öhdəsindən gəldiyinin şahidi olacaqsınız”deyirdi. Bir bilsəydiz bu an bu sözlərə nə qədər ehtiyacım olduğunu..
Beləliklə, Lexus yazısı davam edir. Sözümün hech olmasa birini tutmaq üzrə olmağım məni yamanca sevindirir:).
Konservativ Toyotadan novatorluğun təcəssümü Lexus həqiqətən İDEAL-dır. IDEAL Lexus-u mükəmməlləşdirən fəlsəfədir; Impressive, Dynamic, Elegant, Advanced, and Lasting. Bu sözlərin heç birinin tərcüməsini yazmıram, onsuz da hamı başa düşür. Özündə ideallığı əks etdirən yeni modellər hər kəsi heyran edir. Hətta dünən qaqaşım Lexus görəndə varlı olmaq istədiyini söylədi. Məndə də Lexus müəyyən arzular oyadır. Lexusu görəndə və İtiro Sudzukinin bu mükəmməlliyi ərsəyə gətirmək üçün cəmi 20 avtomobil sahibini sorğuladıgını və bu kiçik miqyasın Lexusu bu qədər uğurlu etməyini düşündükcə avtomobil istehsalının birbaşa içində olmağı arzulayıram, sektorda təzə olsam belə bu xəyal qanımla axmağa başlayır. Nə isə ki, iştahamla problem yoxmuş:)
Keçək görək Lexusu harda qoymuşduq, bu küçənin başında? ... Təəssüf ki, yox.. Keçən yazıda Amerikada qalmışdı.:(
Lexus BMW, Mercedes-Benz, Audi kimi Alman rəqiblərinə qarşı avropa bazarında çox uduzsa da, Amerikada bütün bu “qoca qurd”lara meydan oxuyur. Və ortaya əsl Marketinq sualı çıxır, “niyə?” Amerikada Lexus Baby Boomersin sevimlisi Toyota-nın xələfi olaraq rəqiblərə görə daha ucuz qiymətə olsa da, çox etibarlı, yüksək keyfiyyətli avtomobil olaraq qəbul edilirdi və edilməkdə davam edir. Avropa bazarına isə Lexus rəqiblərindən daha ucuz qiymətlə girdi. Onun təklif etdiyi modellər BMW ve Mercedes- Benz-dən ucuz idi. Amma Avropa zənginləri bunu istəyirdimi?? Premium sinifdə maraqlı məsələlər ümumiyyətlə çoxdur. Orada kimin qiyməti daha ucuzdur deyil, kim hansı qiymətdə rəqibindən daha çox yüksək olmalıdır məsələsi müzakirə olunur. Ola bilər ki, BMW bütün ölkələrdə siyəsət qoyur ki, BMW 5 Serie modellər Audi A6-dan ən az 10% baha olmalıdır. Mən əminəm ki, buna bənzər strategiyalar var. Amerikada müştərilərinə verdiyi yüksək dəyər, qiymət və keyfiyyətin ideal balansı, dözümlülük, dilerlərin servis imkanlarının genişliyi və.s kimi amillərlə yüksələn Lexus başa düşdü ki, Avropada keyfiyyət və müştərilərə verilən yüksək dəyər BMW və Mercedes-i üstələmək üçün kifayət etmir. Avropalı Amerikan düşüncəsi ilə premium avtomobil almır. Avtomobil mütəxəssisi Kennes Meade deyirdi “Yaponlar həmişə işlərini yaxşı görürlər, ancaq hazırda Lexusu daha da rahatlaşdırmağın yeri deyil. Performans və stil üstündə işləməlidir ki, Avropada da BMW və Mercedes-lə rəqabətə başlaya bilsin.”Yaponlar bu haqda düşünməyə başlamışdılar. F diviziyasını isə məhz bu səbəbə görə qurdular və ilk LS F ortaya çıxdı. Lexus başa düşür ki, “dünyanın ən yaxşıları” ilə rəqabət edə bilmək üçün, onlardan üstün olmalıdır. Lexus LS 460h modelinin ortaya çıxmağı ilə, hamı əmin oldu ki, artıq Lexus düzgün yolu tapıb. Hibrid heçbir premium markanın hazırda sahib olmadığı texnologiyadır. 2007-ci ildə Businessweek jurnalına müsahibəsində BMW Chairman-i Helmut Panke “Biz onları ciddi qəbul edirik, ancaq bizim indi bir global rəqibimiz var - Mercedes” demişdi. 2006-cı ildə Avropa bazarına girən Lexus-un satışları 75% artı bir il sonra. Bu əlbəttə Lexus-u Panke üçün daha da “ciddiləşdirib”. Ancaq, məncə hələ də BMW Mercedeslə rəqibliyinin təsiri altındadır.
Hazırda premium sinifdə əsas oyunçular Mercedes, BMW, Audi, Lexus-dur. Mercedes bir müddət “sportness” cəhətdən BMW və Audi ilə yarışa girsə də, sonradan D.Zeitsche bunun düzgün olmadığını qeyd etdi və yenə də Mercedes-in kökünə “komfort”a geri döndü. BMW “ultimate driving pleasure” təqdim edir. Audi dizayn və yeni texnologiyaları, QUATTRO-su ilə Alman avtomobil sənayesinin özünəməxsus brendidir, Lexus isə hələ də “luxury and quality”-ni pozmadan yoluna davam edir. Toyota texnologiyası isə ona çox geniş imkanlar verir. 2005-ci ildə Toyotadan tamam ayrılsa da, texnologiyalar və fəlsəfə eynidir. Dao fəlsəfəsi, milyonların heyran olduğu və minlərin şirkətlərində tətbiq etmək istədiyi fəlsəfə. Lexus isə onu doğuşdan qazanıb.

Avtomobildə keyfiyyəti maximum, səsi minimum etmək üçün çalışan (əslində, bəlkə də küy desəm daha düzgün olardı, ancaq bu təkcə içəridə olan səs deyil, aerodinamikadan, suspaniya sistemindəki problemlərə qədər böyük bir məna kəsb edirmiş. Mən də yeni öyrəndim). Yeri gəlmişkən, elə küləyin sürtünməyə görə yaratdığı səsi azaltmaq üçün qabaq və arxa qapılar arasındakı 7 mm məsafə 4 mm-ə qədər azaldılıb.
“The Lexus of our lineup” ifadəsini isə 2006-cı ildə Dell özünün premium modelləri üçün istifadə etdi. İngilis dilində hazırda Lexus “luxury” mənasında da işlədilir. Bunu isə avtomobil tarixinin ən böyük uğurlarından biri kimi qiymətləndirmək olar.
Azərbaycanda hələ ki, rəsmi distribyüteru və ya dileri yoxdur Lexus-un. Ancaq, şəhər küçələrində nə qədər Lexus olduğunu görürsünüz. Rəsmi rəqəmlərə görə bir ildə 150-dən artıq Lexus satılıb. Heçbir planlı Marketing fəaliyyətinin olmadığı Lexus Azərbaycanda belə satılır və bu qədər yüksək marka imicinə sahibdirsə, rəsmi və planlı fəaliyyətlə, Avropa bazarında olmasa belə Azərbaycan bazarında BMW-nin də, Mercedes-in də başına bəla olacaq.
“Avropa bazarında necə olacaq?” sualına isə cavabım budur; yeni L-finesse dizayn fəlsəfəsi isə stil və performans məsələlərində də, rəqiblərinə yaxınlaşacaq, ancaq heç vaxt bu xüsusiyyətlər rəqabət üstünlüyü olmayacaq, Lexus yenə də IDEAL olacaq.LF seriyası ilə prestijə qapı açmış Lexus uzun müddətdir ki, Porsche, Lamborghini və Ferrari kimi modellərin hakim olduğu seqmenti də ələ almağa çalışır. Keyfiyyət, müştəriyə maksimum dəyər, “luxury” ilə bütünlüyü təmin edəcək və H. Pankeni də, D. Zetscheni də, Rupert Stadleri də “ciddiləşdirəcək”.

Posted in Ярлыки: |

7 коммент.:

  1. Vüsal A.G. Says:

    İlk şərhi yazım. Qaçım dərsə. Gələndə oxuyub hayıl-mayıl olandan sonra bir şərh daha verərəm.
    Yazıda məndən sitat belə var e :)

  2. Rüstəm Məmmədov Says:

    Oyrenilesi meqamlar chox idi yazida...
    Lexusun "value"luxury oldugunu ise bu yazidan oyrendim. Men elbette bilirem ki, Lexus nisbetde daha ucuz olur, ancaq bunun bu qeder ehemiyyetli faktor oldugunu bilmirdim...

    Boyuk hormetim olan markadir Lexus...LS 460 seriyasina ise papaq chixmar olar:)

    Hormetle,

  3. Sevinc Says:

    Super bir yazi... Tebrik edirem!!!

    Bu yazin evvelkine nisbeten daha ozunemexsusdur, Aygunsayagidir..Bizi avtomobil dunyasinin ozellikleri ile tanish etmeye bashlamisan. Xeyirli olsun sene de bize de...

  4. Vüsal A.G. Says:

    Hayıl mayıl oldum şərh də yaddan çıxdı qaldı :)))

    Sevinc xanım üzr istirəm amma bu çox da Aygünsayaq deyil axı. Həqiqətən Kisshot stil dəyişdirir elə bil. Düzü əvvəlki tərzini oxumağı daha çox sevirdim. Çox axıcı olurdu. Amma bu da akademikə yönəlmək üçün əladı :)
    Mənə sərf eliyir :)

    Yazı isə çox sistemli və tutarlıdır. Birisi inanmasa da, bəyəndim :)

    Rüstəmin dediklərinə də qatılıram. Axırıncı sözünə də...
    Yəni Hörmətlə, :)

  5. Sevinc Says:

    Men axi evvelkine nisbeten yazmisham evvelkilere deyil, yeni Lexus haqqinda birinci yaziya...:)))

    Birdeki nece yazir-yazsin teki Kisshot yazsin, biz de oxuyaq....

  6. Aygün İslamzadə Says:

    Sherhlere ve xosh sozlere gore teshekkur edirem haminiza..

  7. Vüsal Qəmbərov Says:

    Biz də təşəkkür eləmək istəyirik. Yeni gözəl yazı üçün :) Olan kimi :)