Ford çökür


Sabitlik və dəyişgənlik... Əslinə qalsa, müəyyən anlamda antonim olsalar da, biz bunları bir araya gətirməyi, lazımi vəziyyətdə bunlardan hansını seçəcəyimizi bilməliyik. Məsələn sevgi münasibətlərində qadının sabitliyi nə qədər önəmlidirsə, xarici görkəmində ara-sıra dəyişiklik etməsi də eyni qədər vacibdir.Düzü bəzən bu tip dəyişikliklər heç də ürəkaçan nəticə vermir.
Əslində bu söhbəti hərləyib onun üstünə gətirmək istəyirdim ki, bloqumda dəyişiklik etmək istəyirəm və bilmirəm ki, bu dəyişiklik nə dərəcədə məqsədəuyğun olacaq. Amma birdən söhbəti uzatmaqdan vaz keçdim, körpəm ( bilməyənlərin, daha dəqiq desəm əvvəki yazıları oxumayanların nəzərinə, körpəm dediyim mənim bloqumdur) və mən dəyişmək qərarına gəldik və bura iki bölmə əlavə etdik: brandnews və brandhistory. Kiməsə bu yazılar light və ya adi jurnal səhifəsindən bir parça kimi görünə bilər, amma şəxsən mənə bu tip məlumatlar, məsələn Samsung sözünün tərcüməsinin “Üç ulduz” olması və ya elə həmin adda şirkətin qurudulmuş meyvə və tərəvəz satmaqla işə başlaması çox maraqlıdır. Həm də ki, müxtəlif şirkətlərin biznes və marketinq strategiyaları ilə tanışlıq gələcəkdə hər birimizə kömək ola bilər. Əslinə qalsa, rus və ya başqa dillərdə bu məlumatları tapmaq mümkündür. İstəyirəm bu məlumatlar doğma dilimizdə də olsun, yəni Azərbaycan netinin az da olsa inkişaf etməsində bir çimdik də mənim duzum olsun. Bu səbəbdən kim nə deyir desin, bu bölmələr olacaq və Allahın yardımı ilə mənim normal yazılarımdan daha tez-tez yenilənəcək.
Başladıq.. Dünən Kotlerin kitablarından birini oxuyarkən, əslində buna oxumaq demək günahdır, vərəqləyərkən onun heyranlıqla İsveçrə brendlərindən yazmasına, bu arada Hindistan kimi iri ölkənin heç bir məşhur brendi olmadığı haqqında qeyd fikrimi cəlb etdi. Heyf ki, Kotler mənim dilimi bilmir, amma yenə də buradan ona bir ismarış yollayıram, artıq Hindistanın da məşhur brendləri var, özü yaratmamış olsa da bu brendlərə iki milyard dollar xərc çəkib. Beləliklə, Jaguar və Land Rover brendləri bu ildən etibarən sahibini dəyişdi. Artıq onlar Forda deyil, Hindistanın 98 ayrı sektorda fəaliyyət göstərən Tata group şirkətinə məxsusdur. Qəribəsi və maraqla gözlədiyim budur ki, ultraucuz maşın istehsalı ilə məşğul olan Tata motors Land Rover və Jaguar üçün hansı marketinq strategiyasını hazırlayıb və bu strategiya nə dərəcədə uğurlu olacaq. Bir sözlə, yaxın bir-neçə ildə diqqətimin yönəlmə mərkəzlərindən birinin də hansı şirkət və brendlər olduğu ilin əvvəlindən aşkarlandı. Yeri gəlmişkən deyim ki, bu brendlərə sahiblənmək istəyən üç şirkətdən ikisi Hindistanın idi. Bu Hindistan iqtisadiyyatının inkişafının ən bariz nümunəsidir.
1903-cü ildən fəaliyyətə başlayan Ford-un bu vəziyyətə gəlməsi isə məni üzdü. Lyuks maşınlar seriyasından ancaq Volvo-ya sahibliyin qoruyan Ford çox güman ki, tezliklə ondan da vaz keçməli olacaq. Mazda və Ford brendləri ilə qalan bu şirkətə gələcək biznes həyatında özünü toplamağı arzu edirəm və onun haqqında nisbətən səthi məlumat verdiyimçün uzr istəyirəm, gələcəkdə isə Ford şirkətinin uğurlarını və uğursuzluqlarını brandhistory bölməsində müzakirə edərik.

Posted in Ярлыки: |

11 коммент.:

  1. Orxan Cuvarlı Says:

    3 ulduz??? Tata group? qurudulmuş meyve? Mazda Forda məxsusdu?
    Uy daaa. Brand dünyasından heç xəbərim yoxmuşşş... Sayəndə bunu da öyrəndim_)

    Çox-çox lazımlı bölmədi. brandnews yox, brandinfo bölmesi qoysan adını, lap uyğun olardı, a?

  2. Анонимный Says:

    Ay Orxan, neche gundur zehleni tokurem ki, o bolmeye ne adi qoyum.. Indi aglina gelir?
    Gec de olsa, chox beyendim..Amma emin deyilem deyishdirim ya yox? Belke yeni layihelerde bu adla geder.

  3. analyst Says:

    Dəyişiklik mütləq lazımdır, həm də daha radikal, daha köklü, daha cəsarətli... İdeya isə maraqlıdır.
    Düzü, mən də ilk dəfədir ki, "Samsung" sözünün mənasını öyrəndim. Bilirdim ki, "Seiko" - Uğur deməkdir (Mən bu şirkətin saatını taxıram və çox xoşlayıram); "Mitsubişi" - Üç brilyant; Mersedes - qadın adıdır, anlamı "mərhəmətli"; amma Sony, Panasonic, Nokia, Beko kimi adların anlamını bilmək istərdim.

    Ümumiyyətlə isə, Aygün xanım, Sizin yaradıcılığınızın intensivliyinin artmasına çox sevinirəm.

  4. analyst Says:

    Yeni bölmələrə gəlincə, istərdim bir ideya verim. Orijinal reklam proyektlərindən söz aşmaq necə olar? Təbii ki, şəkillər, hətta yeri gəldsə, videolarla. Reklam xoş-zor həyatımıza dürtüldüyü üçün, hamıya maraqlı mövzudur.

  5. qwerty Says:

    Samsung sozune gore teshekkurler, by the way, BEKO - iki ailenin adindandir bildiyim gederi ile BErnhrad ve KOch

  6. Aygün İslamzadə Says:

    Vusal, bloqunuzda sadiqliyimi qeyd etmishdiz, sizin ozunuz de sadiqliyinizle meni sevindirirsiniz. Seiko sozunun menasini men bilmirdim, herchend ozum de bu shirketin saatini taxiram.
    Reklam ideyasina gore de teshekkur edirem. Gelecekde istifade edecem Inshallah.

  7. Aygün İslamzadə Says:

    Sanan sene de teshekkur Beko uchun.
    Inshallah brendhistory bolmesinde yavash yavash bir chox shirketler haqqinda yazmaga bashlayacam. Onda Nokia, Sony ve bashqalarini da bileceyik.

  8. qwerty Says:

    Nokia yerleshdiyi yerin yanindaki Nokianvirta chayinin adindan goturulub, sony ise latinca son(us) ve o vaxtlar oglanlara deyilen sonny sozunden goturulub. Menbe: sizin guvendiyiniz wikipedia ;)

  9. Aygün İslamzadə Says:

    Ay Qwerty, imkan ver bir mene de nese qalsin da..Wikipediaya ise guvenim kifayet qeder var.
    Yeni yazilarimdan biri de ele onun haqqinda olacaq.:)

  10. qwerty Says:

    ooo, internet layiheleri sevirem, ve kifayet qeder taniyiram, ona gore ehtiyatli ol )))

  11. Aygün İslamzadə Says:

    Qwerty, bunu gozel bilirem..Ve her gun umid edirem ki,bu gunlerde yazacagim movzunu yazib meni qabaqlayacaqsan..
    IMHO darixib yazisiz..