Ecazkar səma


Hörmətli Bakı əhli, dünən unutsam da bu gün qərara gəldim ki, sizi birinci qar münasibətilə təbrik edim. Qara sevinənlərimiz də var, sevinməyənlərimiz də. Bəzilərimizin normal rejiminə mane olsa da, qarın özü ilə bir az sevinc, bir az da romantik əhval-ruhiyyə gətirməyi danılmazdır. Uşaqlıqda qar yağarkən onu seyr edirdim, bu ağappaq, havada rəqs edən və barmaq izləri kimi bir-birindən fərqlənən unikal qar dənəcikləri məni valeh edirdi və düşünürdüm ki, ola bilməz qar boş-boşuna yağsın, yəqin səma nəsə demək istəyir. Uşaq fantaziyası nələri uydurmağa hazır deyil..:) İndi elə bil azacıq böyümüşəm, amma göy üzünün özünəməxsus mistikası məni hələ də heyran etməyə qadirdir. Qar, yağış, ildırım, ulduzlar.., astronomiya, astrologiya.. Sonuncu sübut edir ki, səmanın mistik təsirini hiss edən tək mən olmamışam, qədim Yunanıstan, Misir, Roma da onun təsiri altına düşüb və bəşəriyyətə astrologiya kimi elmi töhfə ediblər. Amma siyahı burada bitmir. Səmanın ecazkarlığından bəhrələnənlər çoxdur. Məsələn, elə 1911-ci ildən fəaliyyətə başlayan Mars İnc. şirkətinə bu planetin adının uğur gətirməsi şübhəsizdir, əks halda 115 fabriki və 213 ofisi ilə dünyanın 65 ölkəsində özünə yer qazanmazdı. Bir nümunə isə yaxın gələcəkdə çox transmilli korporasiyalara tay ola bilecek və hətta ötəcək qonşu Türkiyənin Ülker şirkətidir. Ülkər isə bildiyimiz kimi səpələnmiş ulduzlar topasıdır, bir sözlə bu şirkətə həmin ulduzdan bir deyil, bir topası qismət olub( Buğa bürcünün bir hissəsini təşkil edir, 9 dənə yerdən görülə biləcək ulduzu var) və onun həmin ulduzlar kimi parlaq gələcəyinə inanıram. Belə baxanda, Ülker şirkəti hal-hazırda tək Türkiyədə deyil, çox yerdə ad qazanıb. İndi keçim xəbərimizə.. Həmin bu Ülker Belçikanın premium şokolad brendi Godivanı 850 milyon dollara alıb. Bu brendin əvvəlki sahibi Campbell Soup daha sadə məhsullar istehsal etmək fikrində olduğunu bildirərək dekabrın 20-də 2007-ci ildə Ülkerlə müqavilə imzalayıb. 80-illik tarixçəsi olan Godivaya sahibkarlıq etmək bu şirkətin Ülker Biscuit-Chocolate-Cake Group bölməsinin genişləndirilməsindən əlavə, Türkiyə malının yüksək keyfiyyətinin dünyaya tanınması üçün qapı rolunu oynayacaq. Beləliklə, uşaqlıqdan pərəstiş etdiyim Ülker şirkətini (xüsusən də antepfıstıklı çikolata, yəni püstəli şokoladına laqeyd deyiləm heç:) öz biznesini qloballaşdırması münasibətilə təbrik edirəm.
Bir də bir sualım var. Niyə Ülkər ulduz topasının ən parlaq ulduzu Alsiona ola-ola şirkət belə adda məhsul istehsal etmir? Heyif ki, sualım cavabsız qalacaq.

Posted in Ярлыки: |

7 коммент.:

  1. analyst Says:

    Ah, axır ki, burada ilk şərhi yazmaq xoşbəxtliyi mənə də nəsib oldu. Bu münasibətlə Urraaaa...

    Bu fikir məni tutdu: "Ola bilməz qar boş-boşuna yağsın, yəqin səma nəsə demək istəyir". Gözəl, bəlkə hətta, böyük bir əsərə bünövrə ola biləcək ideyadır. Marketinq və romantika: çox şirin cütlük kimi görünürlər!

    Suala gəlincə, onu e-mail ilə Ülkər şirkətinin Marketinq departementinə ünvanlamaq beləmi çətindir?

  2. qwerty Says:

    Shexsen men ozum Ulkerin mallarini cox beyenirem, ve hetta iki deqiqe once shokoladli Ikram ile chay ichdim. Ona gore heftede iki defe evimizin yaninda olan markete girib Ulkere mexsus bir cox shokolad, vafli, pechenye aliram. Kechmishde demishken, "hami yerli mal alsin, xeyir vetene qalsin" )

  3. Aygün İslamzadə Says:

    Vusal, ilk sherhe ve hemchinin bele gozel sherhe gore sagol. :)
    Bu sozleri o qeder beyendim ki, cavab vermek de chetinlik chekirem.. Yeni ona uygun seviyyede cavab vermekde..
    Sualin unvanlamaq haqqinda duz buyurmusunuz, amma ki, onlara bunun bir az gulmeli geleceyini zenn etdiyim uchun ozumu saxlamisham.

  4. Aygün İslamzadə Says:

    Qwerty, Ulkerin mehsullarini men de beyenirem, hem de her zaman dediyim bir soz var, Turkiyede Eti ve Ulker bir birine reqib kimi bazara chixarilir. Amma burdaki Etinin seviyyesi chox ashagidir.Ulker ise tam eksi, burda ve orda eynidir. Bu da Ulker uchun boyuk plyusdur..
    Men encirli Biskreminin delisiyem.
    Amma yerli mal almaq meselesini basha dushmedim.. Ulker ne qeder bize yaxin olsa da yene de yerli deyil. Men chox arzulayardim ki, Azerbaycanda indi hech olmasa 40 il evvelki Ulker seviyyesinde bir shirket yaransin ki, biz de 40 il sonrakini inkishafini gormek arzulayaq.

  5. Orxan Cuvarlı Says:

    havada rəqs edən və barmaq izləri kimi bir-birindən fərqlənən unikal qar dənəcikləri

    Bu bənzətməyə görə səni Alqışlamağa hazıram:) !!!

  6. Aygün İslamzadə Says:

    Teshekkur edirem, Orxan.. Bu defe oz birincilik novbeni elden vermisen deyesen.. Adeten ilk sherhi senden gorurdum.
    Benzetmeye geldikde ise ele bil ki, yaddashimin uzaqlarinda eshitdiyim ve ya oxudugum bir sheydir, bu uzden huquqlarinin tam mene aid olmagina emin deyilem. :)
    Sherh veren ve vermeyenlerin yazida neyi beyendiklerini arashdirdiqda melum oldu ki, onlari bu tip benzetme ve umumen yazimdan gelen nagil iyi sohbetin esl megzi, yeni Ulkerin Godivani almasindan chox maraqlandirir. Belke yazini bu shekilde yazmaqla sehv edirem?

  7. Sev - Ka Says:

    Belke de gecikmishem... Choxlari bu meqaleni oxuyub, sherh yazan sherh yazib, yazmayan da sene bu gozel meqaleye gore sag ol deyib o biri meqaleye kechib... Amma sonuncu komentinde sualini cavabsiz qoyub men de o biri meqaleye keche bilmirem...Sen deyen kimi meselenin megzini oxuyub Ulkere bir agizdolusu aferin deyenden sonra yazinin nagil qoxusunu iyledim...Oz ushaqligim yadima dushdu..Men de hemishe rayonda (sheherde bele imkanim yox idi) yagan qar denelerine baxib heyran olurdum ve inana bilmirdim ki, nece ola biler ki, milyonlarla qar deneciklikleri bir-birinden ferqli olsun..Amma men Ulker barede yazsam onu bu ushaqliq xatirelerimle bele ugurlu elaqelendire bilmezdim hech zaman.. Sadece bir shey deyirem - senin yazilarini sevdiren de ele budur - ferqliliyin...