Dzin, dzin və ya Fox-a mədhnamə

Bir qədər əvvəl Jeffri Fox-un “Marketinqdə superstar necə olmaq olar” adlı kitabını oxumağa başladım. İlk düşüncələrim “dzin dzin, kassa aparatı cingildəsin” sözləri ilə formalaşdığından kitabın sadə və anlaşıqlı olmasını bəyənsəm də, bir satış meneceri üçün daha uyğun olduğunu fikirləşirdim. Sonra Rüstəm kitabı təriflədi və bu qərəzli fikirlərimi nisbətən dağıtdı, işin geri qalan hissəsini isə kitab özü gördü. Oxuduqca, yazı dilinə heyran oldum. Yeni informasiyalar öyrəndim, bildiklərimi təkrar etdim və bəzi gündəlik məsələlərin marketinqdə sadə bir şəkildə istifadə üsulları haqqında oxudum. Kitabın tək satış menecerinə deyil, hər bir marketoloqa və kopirayterə, bundan əlavə bütün rəhbər vəzifələrdə işləyənlərə çox böyük xeyir verəcəyinə şübhəm yoxdur. İndi isə hər fəsili oxuyandan sonra məni görmək lazımdır. Bir xeyli müddət öz-özümə “bunu tərcümə edib, bloqa yazmaq lazımdır” deyə-deyə evin içində və ya işdə var-gəl edirəm. İndi belə fəsillərdən birindən yazacam, nə qədər sadə olduğunun, amma yenə də təcrübədə çoxlarımızın unutduğunun şahidi olacaqsınız. Fox deyir ki, işinizə aid bütün nəşr məmulatlarını yığın; yəni bütün reklam nümunələrini; broşürləri, konvertləri, loqotipinizi; satış kataloqlarını, prays listləri, işçilər üçün vizit kartlardan tutmuş qonaqlar gələndə təklif olunan vizit kartlara kimi; sərgi stendləri və s.
İndi onlara nəzər salın; rənglərin, üslubun, məzmunun harmoniyasını görə bilirsinizmi? Bütün nümunələrdə ardıcıllıq və birliyin olduğu təəssüratı yaranırmı? Yoxsa sizin reklamlarınız vineqreti xatırladır və ya girov götürülmüş insanı qaytarmaq üçün tələb olunan şərtlərin yazıldığı məktubdakı kimi sanki qəzet və jurnallardan kəsilmiş rəngbərəng hərflərdən ibarətdir?
Bütün bunlar sizin müştərinin gözündə nə olduğunu göstərən məlumatlardır. Bütün bu surətlər sizin movqeyinizi müştərinin gözündə möhkəmləndirməli və bir-birinin effektini artırmağa yönəldilməlidir. Sizin ardıcıl və bütöv bir surətiniz olmalıdır, buna iş kostyumu da demək olar. İlkin vəzifəniz – müştərilərin ani olaraq sizin şirkətinizi tanımağı üçün şərait yaratmaqdır. Əgər siz onlara vineqret təqdim edirsinizsə, bu nəticədən gözünüzü çəkin.
Əla.. Fox bu sözlərdən sonra gözəl misallar da çəkib, amma Amerika nümunələrinin bizə uzaq olduğu üçün mən misal kimi “Danone”firmasını göstərəcəm. Son zamanlar onlarla əlaqəli çox oxumalı oldum və bir saytın sonunda kiçik yazılar vardı, göy ağ fonda Danone və Danette yazısı, beş yaşındakı bacım qızı (oxumağı hələ bilmir və süd məhsullarına allergiyası olduğundan Danone məhsullarından istifadə belə etmir) yaxınlaşdı və “Danon”, bir az pauzadan sonra “Danet” dedi. Düşündüm ki, o marka tanınması nədirsə, belə bir şey olmalıdır yəqin ki. Bir az paxıllandım desəm, yalan olmaz. “Danone” firması pozisiyalaşmada liderlərdən biridir. Brendləri və subbrendləri hər zaman bazarda öz sözünü deməyi bacarıb və oxumağı bilməyən uşağın onu belə tanıması buna ən gözəl sübutdur.
Bir də bu yazını planlaşdırdığım vaxtda Qarri Potter haqqında veriliş verirdilər. Düşündüm ki,o əsərin sevdiyim qəhrəmanlarından biri Qermiona Qreyndjer savadlı, bilikləri ilə öyünən, çox ürəyincə olmasa belə bildikləri ilə bölüşən uşaqdan Qarri Potter seriyasının növbəti əsərlərində özünü güzgüdə bəyənmiş bir yeniyetməyə çevrilsə idi, müəllifi Coan Roulinq 4 milyard dolları qazana bilərdi?

Posted in Ярлыки: |

7 коммент.:

  1. qwerty Says:

    Cox gozel yazi idi, hetta tercumenin bir chox marketoloqa xeyirli olacagina eminem. Lakin men bu dediklerini il yarimdir ki, edirem ve indi oyrendim ki, sen deme bu haqda marketinq kitabinda yazirlar imish.

  2. Aygün İslamzadə Says:

    Qwerty, sherhine gore teshekkur edirem. Ele men de dushundum ki, hetta tercumenin kimese xeyri deye biler, o sebebden de tercume edib, bloqda yerleshdirdim.

  3. Orxan Cuvarlı Says:

    Aygün, "Dzin-dzini" bir nəfəsə oxudum. (Butün yazıların elə oxunaqlıdır ki, fasiləyə ehtiyac qalmır)

    Fox-un dedikləri haqda bir neçə kəlmə demək istəyirəm.

    Keçən həftənin sonu bir müştəri ilə görüşə getmişdik. Stolun üstündə onlar üçün edilmiş broşuralar vardı. Eyni rəng fərqli broşuralarda fərqli cür alınmışdı. Müştərinin əsas şikayəti də bu idi.

    Məncə də şirkət haqda informasiya verən, ümumən şirkətə məxsus hər bir şeyin maksimum eyni stili olmalıdır. Müştərilər təfəindən tanınmada bu çox böyük önəmə məxsusdur.

  4. Peter @ Enviroman Says:

    Hi Aygun,

    Sorry, can't read your posts. But thanks for leaving a comment in my post New Blogger template modified by Stavanger and for your kind words. Glad the post helped you.

    Hope your visitors can read this comment.

    Peter Blog*Star
    Blogger for Dummies

  5. Aygün İslamzadə Says:

    Orxan, teshekku edirem xosh sozlerin uchun. Menim uchun sizin kimi oxucularin olmasi chox qururvericidir.
    Peter Chen, thanks for reply. My visitors can read this comment and I hope in the future they use your blog for decorating their blogs.

  6. Анонимный Says:

    no comment...lezzet eledi...

  7. Aygün İslamzadə Says:

    Sevindim lezzet elemeyine!:)