PR-ın ağını da sevirəm, qarasını da. Dəlisinə də həsəd aparıram )

Crazy PR- güclü və nisbətən yeni marketinq alətidir. Zaman keçdikcə, marketoloqlar müştərini “quru” informasiya ilə əldə edə bilmədiklərini düşünüb, yeni üsullar axtarmağa başlayıblar. Hal-hazırda Amerikada reklamı müəyyən edə bilən tyuner icad olunub, bu cihaz reklam başlayan kimi kanalı avtomatik dəyişdirir. Əgər bu ilə qədər cihaz 600 dollardan artıga satılırdisa, indi 199 dollara satılmaga başlayıb və bunun nəticəsində satışları artıb. Bu isə reklam erasının sonunun gəlməyini xəbərləyən qaranquşdur. İnsanlar artıq reklamdan doyublar, marketoloqların isə məqsədi indi müştərini bir növ heyrətləndirmək, təəccübləndirmək və ya Qodin Setin sözü ilə desək, “bənövşəyi inəyi” tapmaqdır. Bütün bunları kütləvi informasiya vasitələrinin(KİV) maraqlanacağı ekstravaqant bir kreativlə ortalığa çıxartsaq alınır - crazy PR.
Qonşu Rusiyada artıq Pr-ın bu növü üzrə mütəxəssisləşən agentliklər yaranıb. İlk dəfə crazy PR-ın effektivliyini göz önünə çıxartmaq məqsədilə, həm də potensial müştəriləri cəlb etmək və KİV-in diqqətını özlərinə doğru yönəltmək istəyən GLOBAL POİNT agentliyinin kreativ direktoru “Rekordunu göstər” adlı sloqan altında burnuyla yerde yumurta suruyərək 200 m məsafəni 14,7 dəqiqəyə qət edib. Sonradan bir sıra Crazy PR aksiyalarına imza atıblar. Ən bəyəndiyim “ Sənin Hummerin – sənin qaydan” aksiyası cəmi 3000 ABŞ dollarına başa gəlib. Hummer ilə xüsusi hazırlanmış bir minik avtomobilini əziblər və bütün günü Hummer əzilmiş maşının üstündə qalıb, ətraf insan axını ilə dolu imiş. Nəticədə 50-yə yaxın KİV bu məsələni təmənnasız işıqlandırıb və səhəri gündən etibarən Hummerin satışları sürətlə yüksəlməyə başlayıb.
Qlobal Point agentliyinin direktoru Yana Zyablina marketinq qaydalarinin crazy PR-da da özünü göstərdiyini müsahibəsində qeyd etmişdir. Yəni, nə qədər dəli adını almış olsa da ancaq ağılla təşkil olunmuş crazy PR aksiyası ugurlu nəticə verə bilər, bunun üçün kreativ, hədəfi düzgün seçmək və mükəmməl PR müşayiəti tələb olunur.
Mən Azərbaycanda bu tip crazy PR aksiyalarına rast gəlməmişəm və bunu təşkil etmək ən böyük arzularımdan biridir. Əgər kimsə rast gəlibsə, bizimlə bölüşməyini rica edirik.


P. S: Burada bir haşiyə çıxmaq istəyirəm, “imza atıblar”yazanda bizim idman haqqında xəbərlər verən jurnalistlərimizi xatırladım. Təzə dil açmağa başlasaydım, bizim xəbərlərə baxıb, elə qənaətə gələrdim ki, futbol ancaq iclas kimi kechirilir və qola ancaq imza atırlar. Əziz jurnalistlərimiz arada başqa sözlərdən də istifadə edin.

Posted in Ярлыки: |

13 коммент.:

  1. Orxan Says:

    Crazy PR qərbdə hal-hazırda çox istifadə olunur. Bunun səbəbi də bizim indi kreativ hesab etdiyimiz üsulların orda hamını bezdirmiş, köhnəlmiş olmasıdı. Alıcının diqqətini cəlb etməkçün Avropa və ABŞ kreatorları cürbəcür "oyunlardan çıxır", yeni media vasitələri düşünüb, tapırlar.
    Bizdə bunu yaxın zamanda gözləməyə dəyməz.

    Kommentatorlara geldikde ise sadece türk qardaşlarımızın oyunu şərh etmələrinə baxsalar, bəsdi:)

  2. Aygün İslamzadə Says:

    Indi bizim kreativ saydigimiz deyendeki, bu sferada olan choxlarinin gozel fikirleri var,sadece bir az vesait ve bir az da musteqillik lazimdir. Bunlara choxumuzun eli chatmir,elece de menim. Bir sozle, biz muqessir deyilik.:)

  3. Orxan Says:

    Müştərilər bir az cəsarətli olsaydı...

    Bir də milləti savadsız hesab etməsəydi...

    Bir bilsən nəq ədər ideya "Başa düşməzlər!"-damğasıyla məhv edilib müştərilər tərəfindən...

  4. Aygün İslamzadə Says:

    Bilirem, bilirem..
    Bezen ozum de bu ifadeni istifade edirem:)

  5. Анонимный Says:

    Son vaxtlar mağazaların açılışında (qonşu Türkiyede) bu metoddan çox istifade edirler.. Sonuncusu İstanbulda bir marketin açılışında yaşandı.. Ölkenin bütün KİV vasiteleri hadiseni "işıqlandırdı".. Tekce google-da »»media markt istanbul izdiham«« sözlerini yazarken hadise ile bağlı 15 500 netice cixir..

  6. Aygün İslamzadə Says:

    Aflatunus, kommentinize gore teshekkur edirem, indi yazacaq olduqlarimla size yox, oz yazıma bir az tenqidi munasibetimi bildirmek isteyirem. Dunen yazımın biraz qısa oldugu vurgulansa da, balasina "cılız" deyilmiş ana kimi onu qorudum, amma sizin kommentiniz sehv etdiyimi mene başa saldı. Demek ki, men kifayet qədər geniş məlumat verə bilməmişəm. Sizin göstərdiyiniz və ora əlavə etdiyiniz hiperlinkdə Media Markt dükanının prezentasiyasından söhbət gedir. Materiallarla tanış oldum. Crazy PR-dan orada söhbət gedə bilməzdi,izdihamın səbəbi isə əvvəlcədən aparılmış güclü reklam və təklif olunan endirimlər, kiçik hədiyyələr idi, insanlar bu tip səbəblərdən axsham saat 9-dan səhərə kimi növbə gözləyiblər. Hər halda 199 dollara İpod almaq çoxlarının arzusu olub.
    Crazy PR qeyri-adi, ekstravaqant, dəlisov hərəkətlərlə diqqət cəlb etməkdir. Bu proses əvvəlcədən reklam olunmur və adətən Kİv-də ora öz xoşu ilə gəlir, çünki maraqlı hadisəni işıqlandırmaq istəyir, bu hadisələr təmənnasız olaraq efirə və yaxud da hansısa jurnal səhifəsinə verilir.
    Misal kimi, yenə QLOBal POinti verə bilərəm, press-konferensə hamam xalatlarında gələn işçilər tezliklə onu da soyunub, üstündə həmin agentliyin loqosu olan alt paltarları ilə qalıblar. BUdur crazy PR. Yadakı, 1980-ci ildə Cənubi Amerikanın keçilməz yollarını ram etmək istəyən 4 alman maşınlarının üstünə "CAMEL" siqaretlərinin şəkillərini vurublar. Az bir vaxtdan sonra maşınların sayı çoxalıb, bu cür səyahət isə "CAMEL trophy" adını alıb, və Land ROverdə bucür uğurdan bəhrələnmək məqsədilə həmin CRazy PR-şiklərə öz maşınlarını verib, nəticədə Land ROver çətin yolların öhdəsindən gələ bilən mükəmməl maşın, Camel isə azad, səyahətçi ruhlu insanlarin siqareti imicini qazanın. Hələ sonradan "CAMEL Trophy" adı altında istehsal edilən saat, brelok və bu kimi xırda əşyaları demirəm.
    Bir sözlə, prezentasiya və xırda prezentlərin paylanılması Crazy PR deyil.
    Birdə onu bildirmək istərdim ki, hiperlinki yazınızda uyğun sözün altında versəz, adınızın altında verməkdən daha məqsədəuyğun olar.

  7. Анонимный Says:

    Mesele ondadir ki, buradaki aksiyada meqsed magazanin acilisina milleti celb etmek deyildi, mence. Bir çox magazanin acilis olur, ora bir cox insan celb olunur. Onlara acilis gunu, teklif olunan imkanlar haqqinda melumat catdirilir, gelenler gelir istirak edir, gedib basqalarina bu haqda da danisirlar hetta. Amma hami medianin diqqetini cekmir (bizde bele acilishlarda media istirak edir adeten, reportaji da reklam kimi logosuz verir efire)- XEBER OLMUR. Konkret olaraq bu hadise sizin dediyiniz Crazy PR terifine uygundur ve ya deyil, bilmirem.. Her halda oldugca "crazy" ve oldugca "pr" oldu. :) Magaza sahiblerinin meqsedi millete promoshin mallari paylamaq deyildi. Meqsed "içinde insan olan" boyuk bir XEBER yaratmaq, medianin ve dolayısı ile de haminin diqqetini bura toplamaq idi. İnsanlar geldi, geceden novbeye durdular, park yerleri catmadi, yollar baglandi, uzaqdan millet ayagla gelmeli olud, qapilari sindirdilar, magazani talan elediler ve s. He, burda magazanin crazy pr aksiyasi heyata keciren promoter-leri yox idi belke (ki xalq arasinda provokatorlarin olmadigi qarantiyasini hec kim vere bilmez), ancaq mence milleti bu rola oyuncu olaraq devet elediler. Ola biler mediaya bele bir sey gozlenildiyini qabaqcadan xeber vermisdiler, onlarin bunu isiqlandirmasini da istemisdiler.. Ancaq mence acilishin xalqa elan(reklam) olunmasi, aksiyanin (yeni izdiham yashanacaginin) reklam olunmasi demek deyildi. Neticede Media acilishi yox "izdihami" cekdi, haminin "hadise"den xeberi oldu. Magazanin acilisini cox meshur bir insani acilisa devet etmekle medyada yer almasina nail ola bilerdiler. Daha da ferqi bir ideya Titanikin Amerikaya vaxtindan evvel catmasi ola bilerdi o da ki batti :-P
    Her halda men sizi basa dusdum.. :)
    Ugurlar

  8. Aygün İslamzadə Says:

    Indi sizi daha yaxshi basha dushdum.Endirim ve prezentlerin sonda magazanin shushelerinin sindirilmasina getirib chixacaginin dushunulmush olduguna o qeder de inanmiram. Amma eger beledirse, mohteshem bir ish, iki shushe sindi, butun Turkiye tanidi onlari. Hele bizde ustelik:)

  9. Orxan Cuvarlı Says:

    Hanı yeni yazı? HANI???
    Sağa-sola baxma, onsuz da kimdi yoxdu bu dəqiqə səndən başqa bu tələbimi oxuyan. Səndən soruşuram!
    Niyə yazmırsan məni?
    Yaz məni!

    Bir dəri, bir sümüyə çevrilmiş yasamallı Raminin narkotikə ehtiyacı olduğu kimi mənim də bu balaca hərfciklərə ehtiyacım var.
    O öz bədənindəki yeni iynə izləri, yeni tatularla fəxr etdiyi kimi mən də öz "bədənimdəki" yeni yazılarla fəxr edirdim. Alma bu kiçicik sevincimi əlimdən. Yalvarıram sənə. Yazığın gəlsin, Yaz məni!


    İmza: blogun

  10. Unknown Says:

    Hormetli Orxan, bligumun arzu ve hisslerini qeleme alib, men chatdirdigin uchun teshekkur edirem. Amma gerek etmeyeydin. Bilmirsen ki, vaxtim yoxdur, ustelik yorgunluqdan danisha bilmirem, qalmishdi yazida fikrimi chadirmaga. BIr yazi yarimchiq yazilib, Laura adli qiz haqqindadir. Sonunu yazan tapilmir sadece. :)

  11. Rüstəm Məmmədov Says:

    Men bu qeder fanatik oxuyucu fikirleshmemsihdim...

    Tebrik edirem Aygun....

  12. Анонимный Says:

    Salam Aygun Xanim!

    Yazilarinizi chox beyenirem, demek olar ki,sizin fanatik oxuyucularinizdan biri de menem...

    Butun yazilariniz kimi crazy PR ile bagli yaziniz da chox maraqlidir, amma bu movzunu daha genish de vere bilerdiniz...

    Yeni yazilarinizi gozleyirem...

  13. Aygün İslamzadə Says:

    Chox sagolun, bele oxucularimin olmasi ile fexr edirem.
    Crazy PR-a geldikde ise, umumiyyetle dunya praktikasinda bele numuneler azdir. Movzunu davam etdirmek uchun, gerek ozumun ne etmek istediyim kimi numuneler vererdim. Odaki hele mene lazim olacaq.:) Men geleceye umidle baxiram.