Niyə KiSSHOT?

KISSHOT- bloga bu adı qoymazdan əvvəl kopirayter dostumla çox düşündük. Sözün düzü, variantlar çox idi, amma hamısı da istifadədə.
Nə isə.. Uzun sözün qısası, Kisshot –qaynar öpücük deyil, heç təbiətdə olmayan balıq növü də deyil.. Nə Vupi Qoldberqin çəkildiyi KİSS SHOT adlı film haqqındadır bu blog, nədəki bilyard termini KİSS SHOT haqda. Sadəcə KİSS- keep it short and simple və SHOT – zərbə sözünün birləşməsindən əmələ gəlib. KİSS -dən başlayacam, onsuz da zərbənin mətləbə nə dəxli vardı bilmirəm).
KİSS- ingilis dilindəki bu məzəli abbreviatura reklam işində qızıl qaydanı əks etdirmək üçün yaradılıb. Mənası isə belədir: “ Qısa və sadə olun”. Yəni ki, siz dəqiq bilməlisiniz ki, nə demək istəyirsiniz və fikirlərinizi bacardıqca qısa şəkildə çatdırmalısınız. Ümumiyyətlə, hər zaman dediyim bir söz vardır, mənim vaxtıma qənaət edən şəxs demək ki, mənə hörmət edir. Kopiraytinqdə, reklam mətnlərinin yazılmasında, habelə biznes məktublarının tərtibində biz bir zərbədə verəcəyimiz informasiyanın məgzini göstərməliyik (bu cümləni yazanda mənə məlum oldu ki, “zərbə”ni niyə calamışam KİSS-ə).
Pr-da biraz məsələ başqadır, pr-la məşğul olanlar bəzən fikirlərini 3 sözlə çatdırıb, amma hər an bu məsələ haqqında saatlarla danışmaq qabiliyyətində olmalıdırlar.
Əgər vermək istədiyiniz informasiyanı qısa ifadə edə bilmirsinizsə, məsləhət görülür ki, geri qayidasız və strategiyanı yenidən gözdən keçirəsiniz. Məqsədləri və hədəfi yenidən yoxlayın. Çox güman ki, sizin seçdiyiniz hədəflə məqsəd bir-birinə uyğun gəlmir, ya da birdən-birə çox sayda hədəfi nişan almısınız.

Posted in Ярлыки: |

15 коммент.:

  1. Orxan Says:

    Tebrikler))) Nehayet ki, coxdan etmek istediyin işi etdin:)
    Yeni, maraqlı, maariflendirici yazılarını gözleyirik. Uğurlar

  2. Aygün İslamzadə Says:

    Çox sagol, Orxan!

  3. Rüstəm Məmmədov Says:

    Aygun blogun xeyirli olsun. Ugurlar.

    Senin blogun vasitesile Orxanin da blogunu gordum. Chox sevindim. Nehayet ki, oz siyahima elave ede bileceyim iki yeni ela blog olacaq.

    Hormetle,

  4. Aygün İslamzadə Says:

    Çox sagolun, Rüstəm. Məktubu yazdıqdan sonra gördüm ki, sən demə kommentin burada görünməyi üçün mənim icazəm lazım imiş. BUnu da cahilliyimə keçin.)

  5. Rüstəm Məmmədov Says:

    Ilk defe mende de ele olmushdu...Mektubu oxuyan kimi basha dushdum. Problem deyil.

  6. Анонимный Says:

    Salam,
    Qeribedir, nedense KISS yadimda, "keep it simple, stupid" olaraq qalib. Yeqin biri dizaynla, digeri yazi ile bağlidir :-s
    Uğurlar..

  7. Aygün İslamzadə Says:

    Aflatunus, yeni oxucunu blogumda gormeye chox shadam. Sizin ensiklopediyadan qoydugunuz linkedeki kimi, KISS hemde keep it simple, stupid kimi de istifade olunur. Hetta Keep it simple and short-dan sonra emele gelse de daha chox meshhur olub, hem dizaynda, hem de kopirayterlikde. Yazimda evvel bunu qeyd etmek istedim, sonra stupid filan ilk yazima qatmamaq dushundum. Hem de mence, bu vaciib deyil, esas fikrini qisa chatdirmaqdir, neyiki yazimdan gorunduyu kimi hech bacarmiram:).

  8. Анонимный Says:

    Salam,

    Əgər səhifənin HTML mətnini redaktə etməyə imkanınız varsa,
    text font`unu Arial edin.

    Ki, Internet Explorer istifadəçiləri də "ə" hərfini oxuya bilsin =)

    Bu kiçik iradı ümidvaram səhv başa düşmədiz,

    Salamlar, saygılar..
    http://az-ya.deviantart.com

  9. Aygün İslamzadə Says:

    Az-ya, men neinki sehv basha dushmek, hech irad kimi de qebul etmedim bu yazdiginizi. Eksine, chox faydali oldu, bu problemi aradan qaldirdim sayenizde.
    Teshekkur edirem!

  10. Анонимный Says:

    Salam Aygun,
    Blogunu oxuyuram, fikirlesdim ki bi defe de comment yazim. Bir soz demek isteyirem ki, cabalarini destekleyirem ama mence PR sozunu deyisib oz dilimizde qoysaq ela olar. Hec bir olkede pr deyilmir buna, (ingilis dilli olkeler ve rusiya xaric), Xalqla elaqeler kimi bir sey qoymaq olar. Hetta bu termini ozun ilk defe ishletmekle onun yayilmasina nail ola bilersen. Ishlerinde ugurlar. Helelik.

  11. Vüsal Qəmbərov Says:

    Görürsen Aygün Zevu da deyir ki Azerbaycana IMCni sen öyredeceksen :))

  12. RAZIEL Says:

    Sozun acigi mani hamisa, sizin niya bela ad secdiyiniz maraqli idi.Mariflandirdiyiniz ucun tasakkurlar.Cox maraqli idi bu gunda yeni bir sey oyrandim sayanizda)))Butun Islarinizda ugurlar arzu ediram.

  13. Aygün İslamzadə Says:

    Raziel, bloquma xosh gelmisen..
    Sevindim buna

  14. RAZIEL Says:

    Xos gorduk.Manda galdiyima sevindim.Islarinizda ugurlar

  15. Анонимный Says:

    Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
    whatsapp nömrəsi + 1- (989-394-3740)